Bakı-Qazax yolunun 144-cü kilometrliyində ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, Hacıqabulun Qarasu kəndi ərazisində Ağstafa sakini Tural Əmrahovun idarə etdiyi 90-HA-646 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "VAZ 2106” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində "VAZ 2106”da olanlardan iki nəfər ölüb, ikisi ağır yaralanıb.