Böyük Bakının Regional İnkişaf Planında paytaxtın nəqliyyat və ekoloji probleminin həlli də nəzərə alınıb. Belə ki, gələcəkdə sərnişin daşınmasında elektriklə işləyən nəqliyyat vasitələrinə daha çox üstünlük veriləcək.
AzərTAc-a müsahibəsində bu barədə danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev qeyd edib ki, gələcəkdə paytaxtda sərnişindaşımada əsas nəqliyyat vasitələrindən biri tramvay olacaq. Bu, ekoloji cəhətdən olduqca vacibdir. Xüsusən bulvar ətrafında ekoloji standartlara uyğun olmayan nəqliyyat vasitələrinin hərəkətinin qarşısı alınmalıdır. Bu baxımdan bulvarboyu tramvay xəttinin çəkilməsi daha mühüm addım olardı.