şənbə günü, 03 oktyabr 2026
     

"Can bala" qrupunun "Cücələrim" klipi uşaqlara aqressiya təlqin edir

Image


Həyatda elə dəyərlər var ki, ona nə toxunmağa ürəyin gəlir, nə də bir kimsənin ona əl vurmasını istəyirsən. Toxunulmaz olana toxunulanda narahat olursan, sənə elə gəlir ki, bu o dəyərlərin özülünü laxladır. Bəstəkar ürəyinin səsi olan mahnılar, nəğmələr həssaslıqla qorunmalıdır.
O mahnılar ki, onlar xalqın, tamaşaçının ürəyində isti yuva qurub. Mən bu sıraya uşaq mahnılarımızı da daxil edirəm. Körpəlikdən bizə müəllimlik edən bu nəğmələr, bizdən sonra da balalarımızın musiqi zövqünün formalaşmasında, onlarda tərbiyəvi-əxlaqi duyğuların yaranmasında əhəmiyyətli rol oynayır. Azərbaycan uşaq mahnıları konkret ənənəyə söykənir. Azərbaycanın adlı-sanlı bəstəkarlarının əksəriyyəti uşaqlar üçün çox məzmunlu, dəyərli, tərbiyəvi cəhətdən qiymətli uşaq musiqi əsərləri yaradıblar. Elə bəstəkarlar olub ki, yaradıcılığını birmənalı olaraq uşaq musiqisinə həsr edib. Bəzi bəstəkarlar isə uşaqlar üçün ara-sıra yazıblar. Ancaq o uşaq mahnıları nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da məşhur olub. Tanınmış bəstəkar Qəmbər Hüseynlinin dövrünün populyar uşaq şairi Tofiq Mütəllibovun (mahnının ilk mətni Əhməd Cəmilə aid olub, sonra hansısa səbəbdən mətn dəyişdirilib-İ.S.) sözlərinə bəstələdiyi "Cücələrim" mahnısı dediyimə əyani misaldır. "Cücələrim"in tarixindən yazacağam, amma istəyirəm ki, əvvəlcə mahnı ilə bağlı valideynləri narahat edən bir klipdən danışam. Bu klipi təsadüfən "YouTube"də görmüşəm. "Cücələrim" elə bir əsərdir ki, o səslənəndə onu dinləmək üçün ayaq saxlamaya bilmirsən. "YouTube"də nümayiş etdirilən klip gənc müğənni Xəyalə Manaflının iştirakı ilə "Can bala" qrupunun ifasında rejissor Hüseyn Seyidzadənin quruluşunda təqdim edilir. Klipin ssenarisi ilə mahnının mahiyyəti, daşıdığı məram-məqsəd, onun qayəsi, ideyası ziddiyyət təşkil edir. Mahnının mətnində söhbət uşaq psixologiyasına sığal çəkən, onu humanizmə, xeyirxahlığa, mərhəmətə səsləyən mövzudan gedir. "Siyəzən broyler" toyuqçuluq fabrikində lantə alınan klipdə isə nə mərhəmətin, nə də humanizmin izləri var, klip zorakı elementlərlə, uşaq psixikasını zalımlığa yönəldən məqamlarla doludur. "Can bala" qrupu dövrümüzün populyar uşaq qrupudur və kifayət qədər də uğurları var, uşaqlar tərəfindən də sevilir. Bu qrupun ifasında "Cücələrim"ə belə qeyri-humanizm ruhunda klip çəkilməsini anlaya bilmirəm. Mahnının mətnində şəfqətlə deyilir:
Cip-cip cücələrim,
Cip-cip, cip-cip cücələrim,
Mənim qəşəng cücələrim,
Tükü ipək cücələrim.

Gözləyirəm tez gəliniz,
Göy çəməndə dincəliniz,
Ay mənim cücələrim,
Ay mənim cücələrim.

Gəlin sizə yemək verim,
Mən su verim, çörək verim.
Arzum budur boy atasız,
Ananıza tez çatasız.
Ancaq klipdə musiqinin fonunda uşaqların broyler fabrikində cücələrlə oynaması, onların böyümə prosesini izləməsi, sonra toyuğa çevrilmiş cücələri kəsib qablaşdırması, nəhayət, bişirib yeməsi mahnının mətni ilə uzlaşmır. Mahnıda cücələrə qayğı, onlara dən-su verilməsi, onların böyüyüb analarına çatması istəyi, qayğısı, arzusu görsənir. Yəni burada söhbət "cücələr, böyüyüb toyuq olun, biz də sizi böyüdüb sonra da kəsib yeyək" məsələsindən getmir. Sırf qayğı və humanizm kökündədir mahnı... Amma "Can bala" qrupunun klipində tamam başqa şeylər təlqin olunur. Əlbəttə, bu da uşaqlarda mərhəmət hissinin yaranmasının qarşısını alır. Bütün dünyada mərhəmətin "öldürülməsi" uğrunda təbliğat gedir. "Cücələrim" klipini də bu təbliğatın bir parçası saymaq olar. Uşaq manılarına uşaqların iştirakı ilə klip çəkilərkən diqqətli olmaq lazımdır. İlk baxışdan ola bilsin bu klip kiməsə xoş gəlib, amma onun daxilinə varanda orada kifayət qədər körpə, uşaq psixikasını zədələyən məqamları müşahidə edirsən. Bu klipə 1 yaşlı körpə də baxır, 4-5 yaşlı uşaq da, hələ məktəbli də. Görün onun tamaşaçı dairəsi nə qədər genişdir. Bu mənada o klipin təlqin etdiyi ideya zərərlidir və mahnının mahiyyəti və prinsipi ilə uyğun deyil.
İndiyə qədər "Cücələrim" mahnısına bir neçə klip çəkilib, "Can bala" qrupunun klipindən fərqli olaraq onların kökündə humanizmin təbliğatı durub. Müğənni Leyla Ramazanlının "Cücələrim" qrupunun iştirakı ilə eyni adlı mahnıya çəkdirdiyi klipin rejissoru Xavər Ağamalıyevadır. Klip "Cücələrim"in rəqsləri ilə müşayiət olunur və burada mətndən gələn humanizm ab-havası qorunur. Ancaq əksər uşaqlar bu klipə deyil, "Can bala"nın zorakılıq elementlərinin rast gəlindiyi məlum klipinə baxır. Çünki orada toyuğun qəddarcasına kəsilməsi, tüklərinin yolunması və sobada bişirilməsi hadisəsi təsvir olunur. Bu, uşaqlar üçün cəlbedici göstəricidir. Valideynlər uşaqlarını bu klipdən və aqressiya, zorakılıq elementləri ilə dolu olan cizgi filmlərindən nə qədər uzaq tutsa da, onlar fürsət tapan kimi yenə onları izləyirlər...
Hesab edirəm ki, klipin ssenarisi mahnı mətninin daşıdığı ideyadan uzaq olduğu üçün bu, bəstəkarın da, şairin də ruhunu incidən məqamdır.
Musiqişünaslar bildirir ki, "Cücələrim" qəribə taleyi olan uşaq mahnılarındandır. Belə ki, mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. Demək, 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, buna söz yazsın. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazıb verir Qəmbər Hüseynliyə. Mahnının ilk ifaçısı, deyilənə görə, tanınmış rejissor, "Şöhrət" ordenli Arif Qazıyev olub. Bunu onun özü də qeyd edir. Bu mahnı 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında səsləndirilir. "Cücələrim"i aktrisa və rəssam-florist, xalq artisti Suqra Bağırzadə oxuyur. Mahnı alqışlarla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə !) tərcümə olunur. Hətta "Dünyanın ən yaxşı uşaq mahnıları" albomuna daxil edilir. Məşhur sovet cizgi filmi "Nu, poqodi!"nin bir bölümünə də salınır. Özü də mahnı cizgi filmində Azərbaycan dilində səslənir.
Gördüyünüz kimi, bu mahnı tarixi olan, dünyada tanınan bir Azərbaycan uşaq mahnısıdır. Nəzərə alsaq ki, kifayət qədər populyardır, onda onun təsir etmək imkanlarının da güclü olduğuna inanmalıyıq. Odur ki, "Cücələrim" başda olmaqla uşaq mahnılarına klip çəkərkən rejissorlar, klipmeykerlər ehtiyatlı olmalıdır ki, o əsərlər öz qəlibindən çıxmasın...







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ