şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 22.09.2014 / 03:02
Bölmə: Sosial
Vətən torpağının hər bir qarışı insan üçün müqəddəsdir, əzizdir. Amma doğulduğun, yaşadığın və yaxud sonradan yuva qurduğun - qürurla "mənim şəhərim", "mənim rayonum", "mənim küçəm", "mənim məhəlləm" adlandırdığın doğmadan-doğma bir məkanın da olur ki, o məkanın hər daşına, torpağına daha şəfqətlə, daha sevgi ilə yanaşır, bu "Vətən içində vətən"inin hər uğuruna sevinir, hər çatışmazlığına üzülürsən.
Ötən müsabiqələrdə Səbail rayonu mənim üçün sadəcə Vətənimin, Bakımın bir parçası idi və təbii ki, uğurlarından, inkişafından da sevə-sevə yazmışdım. Bugünkü yazımı isə bu rayonun sakini, qeydiyyatında olan vətəndaşı kimi yazıram və bu məndə çox böyük qürur hissi doğurur. Bu hisslərim həm də onunla bağlıdır ki, mənim bu rayonun sakini olmağıma ölkə başçısı vəsilə olub. Yəni Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün inşa etdiyi binada etimad göstərilərək mənə də mənzil verilib. O üzdən indi bura həm də mənim rayonum, doğma məkanım, "Vətən içində vətənim"dir...
Bu gün, Bakının hər bir rayonu kimi, Səbail rayonu da özünün inkişaf, yeniləşmə mərhələsini yaşayır. Rayon rəhbərliyinin, əlaqədar qurumların səyi ilə aparılan tikinti-quruculuq işlərinin isə bir hədəfi var - rayonun birincilər sırasında tutduğu yeri qorumaqla ölkədə gedən ümumi abadlaşdırma işlərinə öz töhfəsini vermək.
Öz gözəlliyi və unikallığı ilə seçilən müasir tikililərin əksəriyyətinin bu rayona düşməsi də təsadüfi deyil. Bəllidir ki, Səbail rayonu Bakının mərkəzi hissəsini əhatə edir. Xəzər sahili boyunca uzanan bu rayon sanki şəhərin şedevr tikililərinin məkanıdır. O üzdən Bakının gözəllikləri bu rayondan başlayır desək, yəqin ki, mübaliğə sayılmaz. Paytaxtın əksər mədəniyyət və istirahət ocaqlarının yer aldığı bu rayon bu gün həm də müasir Bakının əsas istirahət guşəsi sayıla bilər. Azərbaycanın bir çox teatr və muzeylərinin, sərgi salonlarının, istirahət və əyləncə mərkəzlərinin, dünyanın dörd bir yanından turistlərin üz tutaraq heyranlıqla izlədiyi tarixi abidələrinin yer aldığı Səbail rayonunda bu gün geniş vüsət alan abadlıq-quruculuq işlərindən çox danışmaq olar. Burada hər gün yeniləşən, simasını dəyişərək gözəlləşən park və xiyabanlar, öz gözəlliyi və müasir dizaynı ilə çox şəhərlərin həsəd apara biləcəyi yeraltı piyada keçidləri, bir-birindən yaraşıqlı unikal tikililər xüsusilə son illərdə artım dinamikasında əhəmiyyətli yüksəliş qeydə alınan turistlərin marağına, hətta heyrətinə səbəb olur.
Səbail rayonunun bir özəlliyi də ondadır ki, paytaxtın digər rayonlarında yalnız həmin ərazidə yaşayan və fəaliyyət göstərən sakinlərin istirahət və rahatlığı prioritet təşkil etdiyi halda, Bakının mərkəzi sayılan Səbail rayonu, nəinki öz sakinlərinin və paytaxtın digər rayonlarından dincəlmək üçün özəlliklə Dənizkənarı Milli Parka üz tutan şəxslərin, hətta xarici qonaqların da istirahətinin təmin olunmasına öz töhfəsini verməlidir. Bu baxımdan da işini müasir tələblər səviyyəsində quran rayon rəhbərliyi sakinlərin rahatlığını təmin etməklə həm də xarici qonaqların şəhərimizdən xoş təəssüratla ayrılmasını hədəfləyir ki, bu da ölkəmizin dünyadakı imici baxımından önəmlidir.
Səbail rayonundan danışarkən paytaxt sakinlərinin istirahət üçün sevə-sevə gəldiyi Dənizkənarı Milli Parkdan söz açmamaq mümkün deyil. Son illər Bakının sosial-iqtisadi inkişafı yönündə görülən işlərin əhəmiyyətli hissəsinin məhz keçmiş Bakı Bulvarında - hazırda Dənizkənarı Milli Parkda aparıldığı faktdır. Artıq 100 yaşını xeyli əvvəl geridə qoyan Milli Park bu gün özünün bənzərsizliyi və unikallığı ilə dünyada mövcud olan bu tip layihələrin ön sıralarında qərar tutub. Bu gün təkcə bakılıların deyil, əcnəbi qonaqların da sevə-sevə üz tutduğu Dənizkənarı Milli Parkın ərazisində son illər inşa olunan mədəniyyət, ticarət və əyləncə mərkəzləri isə bu məkanın əhəmiyyətini xeyli artırıb. Bunlara misal olaraq qeyri-adi görünüşə malik Muğam Mərkəzini, ötən ay ölkə başçısının açılışında iştirak etdiyi unikal formalı - bükülmüş xalçanı xatırladan Xalça Muzeyini, Park-Bulvar Ticarət və Əyləncə Mərkəzini, iki il öncə "Avroviziya" beynəlxalq musiqi yarışmasının keçirildiyi "Kristal Holl" və sairəni göstərmək olar ki, istər müasir dizayn, istər interyer, istərsə də əhəmiyyəti baxımından onlar əvəzsizdir. Hazırda isə Köhnə Bulvarın bitdiyi, Yeni Bulvarın başladığı ərazidə - dənizin içində yeni bir otelin tikintisi diqqətləri üzərinə çəkir ki, onun da əcnəbi turistlərin marağına səbəb olacağı şəksizdir.
Dənizkənarı Milli Park şəhərin balaca sakinlərinin də sevimli istirahət məkanıdır. Buradakı çeşidli attraksionlar, karusellər hər zaman onların xidmətindədir. Ahılların əzəli istirahət guşəsi, gənclərin görüş yeri, balacaların əyləncə məkanı olan Bakı Bulvarı unikal dizaynı, nadir bitki örtüyü ilə bura üz tutan hər kəsi valeh edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Yeni Bulvarın açılışında iştirak edərkən Bakı Bulvarını dünyada birinci adlandırıb": Bakı Bulvarı, mən şəxsən elə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən gözəl bulvarıdır."
Səbail Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Dənizkənarı Bulvar İdarəsi ilə vaxtaşırı mədəni-kütləvi tədbirlərin keçirilməsini təşkil edir ki, özəlliklə bayram günlərində və əlamətdar hadisələrlə bağlı təşkil olunan konsert proqramları və digər bu kimi tədbirlər istər sakinlərin, istərsə də şəhərimizin qonaqlarının istirahətini səmərəli keçirməsi məqsədinə xidmət edir.
Səbail rayonu yeniliklərə can atması baxımından da hər zaman diqqəti öz üzərinə çəkməyi bacarır. Belə yeniliklərdən biri də uzun illərdən bəri "Azneft meydanı" kimi tanınan ərazidə qoyulan, Bakının ev sahibliyi edəcəyi İlk Avropa Oyunları beynəlxalq yarışmalarına qalan müddəti hər keçən gün paytaxt sakinlərinə xatırladan "geriyə sayım" sayğacıdır ki, yolunu buradan salan hər kəsin marağına səbəb olur.
Bulvar ərazisinin genişləndirilməsi proqramının davam etməsi isə Səbail rayonunun hələ bundan sonra da ciddi uğurlara imza atacağından xəbər verir. Belə ki, son illərdə çox böyük zövqlə tikilərək paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ixtiyarına verilmiş Yeni Bulvarın ərazisinin Bibiheybət Məscidinə kimi uzadılması planı bu gün tam sürətlə həyata keçirilir, ərazidə istər inşaat, istərsə də yaşıllaşdırma işləri geniş və sürətli bir şəkildə aparılır. Bəllidir ki, hazırda ölkəmiz daha bir beynəlxalq idman tədbirinə - İlk Avropa Olimpiya Oyunları yarışmasına ev sahibliyi etməyə hazırlaşır. Bu ərəfədə Səbail rayonunun da üzərinə böyük məsuliyyət düşüb. Belə ki, rayon həm paytaxtın mərkəzi hissəsi kimi əcnəbi qonaqları qəbul edəcək, həm də burada su idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur ki, bunun üçün elə Bayraq meydanının yaxınlığında möhtəşəm görünüşlü hovuz kompleksinin inşası tam sürətlə aparılır. Bundan əlavə, həmin kompleksin qarşısında piyadaların təhlükəsiz hərəkətinin təmin olunması üçün yeraltı piyada keçidinin inşası da həyata keçirilir. Bayraq meydanından Bibiheybətə doğru avtomobil yolunun iki istiqaməti arasında az bir zamanda yaradılan istirahət zolağı isə buraya xüsusi gözəllik gətirib. Burada qısa müddətdə ağac və kolların əkilərək ərsəyə gətirilməsi rayon rəhbərliyinin gərgin əməyindən xəbər verir.
Bütün bu dinamik inkişaf dalğasından, təbii olaraq, yaşadığım Bibiheybət qəsəbəsi də geri qalmır, hətta əksinə, bu inkişafın önündə gedir. Vaxtilə Böyük rus yazıçısı Maksim Qorkinin "yağlı tava"ya bənzətdiyi köhnə Bakının bir parçası olan qəsəbədə addımbaşı rast gəlinən mazutlu gölməçələr artıq demək olar gözə dəymir, əvəzində isə abad məhəllələr, yaşıllıq zolaqları hər keçən gün artır. Qəsəbə icra nümayəndəliyinin hesabatına əsasən, rayon ərazisinin yaşıllaşdırılmasına da çox böyük əhəmiyyət verilir. Belə ki, Salyan şossesindən başlayaraq Lökbatan dairəsinə kimi 15.000 yeni ağac əkilərək yaşıllıq zolağı salınıb ki, uzun illər neftlə çirklənmiş, radiasiya mənbəyi olan ərazinin təmizlənməsi və məskunlaşma üçün yararlı hala gətirilməsi baxımından bu çox ciddi önəm daşıyır.
Ümumiyyətlə, Səbail İcra hakimiyyətinin bilavasitə dəstəyilə Bibiheybət Məscid Kompleksindən "Şıx" çimərliyinə kimi şosse boyunca neftlə çirklənmiş ərazilər təmizlənərək yaşıllıq zolaqları salınıb, qəsəbədəki Mərasim Evi əsaslı təmir olunub, su-kanalizasiya xətləri təzələnib və digər bu kimi cari abadlıq işləri aparılıb. Bundan əlavə, şəhid Cəbrayıl Əsgərovun valideynlərinin xahişi nəzərə alınaraq, oxuduğu 50 saylı orta məktəbin binasına RİH tərəfindən onun xatirə lövhəsi vurulub. Qəsəbədə şəhidlərin xatirəsi vaxtaşırı anılaraq bu istiqamətdə mütəmadi tədbirlər keçirilir. Bundan əlavə, rayon rəhbərliyi Novruz, Ramazan, Qurban bayramı kimi milli və müqəddəs bayramlar ərəfəsində istər şəhid ailələri, istərsə də aztəminatlı ailələrə yardımlar paylanmasını təşkil edir, taleyinə qaçqınlıq-köçkünlük düşmüş kəsimin problemlərinin həllinə dəstək verir.
Günü-gündən simasını dəyişərək gözəlləşən Səbail rayonunun yaraşıqlı tikililərindən danışarkən yaşadığım binanı - Jurnalist Evini bu sırada qeyd etməmək haqsızlıq olardı. Çox unikal görünüşdə - açıq kitab formasında inşa edilən, yaraşıqlı fasada malik bu bina öz gözəlliyi ilə diqqətləri üzərinə çəkir. Axşamlar fasadın işıqlandırılması bu gözəlliyə əlavə çalar qatır. Ən əsası isə, burada məskunlaşan qələm əhli evinin eyvanından hər gün ucalarda dalğalanan Azərbaycan Dövlət Bayrağını seyr etməyin qürurunu yaşayır...
Jurnalist Evinin sakinləri kommunal xidmət sarıdan də heç bir problemlə üzləşmir. Bu gün burada yaşayanların bir problemi var ki, o da yaxınlıqda avtobus dayanacağının olmamasıdır. Belə ki, şosse yolu binanın düz qarşısından keçsə də, yolun birtərəfli olması və marşrut xətlərinin olmaması səbəbindən sakinlər 20-i Sahə dairəsi deyilən əraziyə piyada getmək məcburiyyətində qalır ki, bu da həm məsafə, həm də yolun yaxşı vəziyyətdə olmaması səbəbindən çətinliklər yaradır. Lakin ərazidə aparılan masştablı tikinti-abadlıq işləri çox keçmədən bu problemin də çözüləcəyinə əminlik yaradır. Ən azı, Bakı Bulvarının uzadılması planlarının olması və bu istiqamətdə böyük sürətlə aparılan tikinti-quruculuq işlərinin bu ərazini əhatə etməsi çox tezlikdə buranın da, Səbail rayonunun digər guşələri kimi, göz oxşayan yaraşıqlı məkana çevriləcəyindən xəbər verir. Bizə isə, qələm əhli olaraq, bu yolda rayon rəhbərliyinə uğurlar arzulamaq və buradakı inkişaf barədə hər zaman pozitiv yazılar yazacağımıza ümid etmək qalır. İşiniz irəli!
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Səbail Rayon İcra Hakimiyyəti ilə birgə elan etdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ