şənbə günü, 03 oktyabr 2026
     

Kilsələrdə kitabxana olar, məscidlərdə olmaz?...

Image


Zaman, dövr elə gətirib ki, mənəvi dəyərlərimizin, əsl mədəniyyətimizin, müxtəlif sahələr üzrə maarifçilik işinin təbliğinə daha böyük ehtiyac yaranıb. Orta ümumtəhsil məktəbləri şagirdlərinin, ali məktəb tələbələrinin mədəniyyət və incəsənətimizlə, xalq sənətimizlə, ədəbiyyatımızla bağlı ciddi biliyə ehtiyacı var. Bu ehtiyacı ödəmək üçün uzun illərdir layihələr düşünülür, bu məsələ ətraflı müzakirəyə çıxarılır, ancaq nədənsə görülən tədbirlər özünü elə də doğrultmur.
Əlbəttə, bu ciddi nüans Azərbaycan dövlətini maraqlandırır və dövlətimiz bunun üçün daha uğurlu layihələr hazırlamağa cəhdlər edir. Deyim ki, bu cəhdlərin uğurlu nəticələri də nəzərə çarpır. Bu işə xeyli əvvələ qədər pərakəndə münasibət vardısa, artıq son zamanlar kompleks tədbirlərin görülməsi diqqəti cəlb edir.

Bilik Fondunun yolu...
Bu ilin may ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu yaradılıb. Bilik Fondunun nizamnaməsindən də göründüyü kimi qurumun məqsədi respublika əhalisinin texniki, ictimai-siyasi, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət etmək, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılamaq, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ etmək, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Fondun əsas vəzifələrinə gəlincə, qeyd edim ki, Fond təşkilat və təbliğat xarakterli tədbirlərin keçirilməsini, əhaliyə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun məlumat çatdırmaq işini, azərbaycançılıq məfkurəsinin mahiyyətinin, milli-mənəvi və dini dəyərlərin təbliğini, şəxsin fasiləsiz təhsilini, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədilə lazımi tədbirlərin həyata keçirilməsini vəzifə prinsipi olaraq qarşısına qoyub. Eyni zamanda, Fond gənclərin bilik və bacarıqlarının artırılması üçün, sağlam həyat tərzinin təbliği istiqamətində, media ilə iş barədə, elmi biliklərin təbliği ilə bağlı, Azərbaycan tarixinin öyrənilməsi və təbliğ edilməsi ilə bağlı layihələr həyata keçirməyi də planlaşdırır.
Çox böyük missiyanı boynuna götürən Bilik Fondunun qarşıya qoyduğu məqsədlərin həyata keçməsinə hər birimiz şahidlik edəcəyik. Artıq Fond ilk layihələrini həyata keçirməyə başlayıb. Deyərdim ki, ilk tədbirlərdən də görsənir ki, Fond öz işinə yüksək səviyyədə başlayıb.
Dünən Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun ofisində Fond sədri Oqtay Səmədovun başçılığı ilə KİV-lər üçün ilk mətbuat konfransı keçirildi.
"Qardaşlaşmış məktəblərdən" "Dünya elmi Azərbaycanda" layihəsinə qədər...
Bilik Fondunun rəhbəri Oqtay Səmədov Fondun indiyə qədər gördüyü işlərdən danışarkən bildirdi ki, qısa müddət ərzində xeyli iş görüblər. O bildirdi ki, Fondun layihələri məktəblər arasında, o cümlədən də cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Onun sözlərinə görə, "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində bir sıra işlər görülüb. Bu ilin 8-12 sentyabr tarixlərində 20 məktəbin qardaşlaşması məsələsi həyata keçirilib. Məktəblər tərəfindən bu addımın yüksək qiymətləndirildiyini vurğulayan qurum rəhbəri "Ölkəmizi tanıyaq" layihəsinin uğurlarını da qeyd etdi":10 şəhər, rayon, qəsəbə və kəndin məktəbi digər 10 məktəblə qardaşlaşdı və onlar qardaşlaşma sazişi imzaladılar. Biz burada sərhəd rayonları da əhatə etmişik".
O bildirdi ki, hər məktəbin öz ənənəsi, dəyərləri var, başqa məktəblər də qardaşlaşma nəticəsində ona bələd olur. Onun sözlərinə görə, bu amil məktəblər arasında dostluğun, əməkdaşlığın yaranmasına səbəb olub. Bilik Fondunun təşkilatçılığı ilə qardaşlaşmış məktəblərin şagirdlərinin səfərlərə aparıldığını deyən qurum rəhbəri bildirdi ki, bunun əhəmiyyəti böyükdür. Bundan başqa, o dedi ki, hər il sentyabrın 15-də-Bilik Günündə bütün orta və ali məktəblərdə ilk dərs günü ümummilli lider Heydər Əliyevlə bağlı keçirilir, Fondun təşəbbüsü ilə bu ildən yeni ideyaya start verilib. Bunun nədən ibarət olduğunu açıqlayan O.Səmədov bildirdi ki, bu Bilik Günündə respublikanın 70-ə qədər məktəbində ölkənin tanınmış ziyalıları, alimləri, akademiklərinin iştirakı ilə dərslər keçilib, "Azərbaycan bu gün və sabah" mövzusunda mühazirələr oxunub. Tanınmışlar ilk dərs günündə şagirdlərə dərs deyiblər. Onlardan 4-ü akademik, 24-ü professor, 31-i elmlər namizədi, qalanları isə gənc tədqiqatçılar olub. Onun sözlərinə görə, Bilik Günündə mühazirə oxumaq üçün sinif otağına bir neçə xarici ölkə səfiri də daxil olub. Fond rəhbərinin sözlərinə görə, bu proses bütün məktəbləri əhatə edənə qədər davam edəcək. Xarici ölkə alimlərinin, tanınmış insanların da bu layihəyə cəlb ediləcəyini deyən O.Səmədovun sözlərinə görə, artıq Çexiya, Ukrayna, Türkiyə, Almaniya və digər ölkələrin alimlərindən əməkdaşlıq təklifi alıblar. Onun dediyinə görə, "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində daha geniş səviyyədə xarici ölkə alimləri ilə əlaqələr yaradılacaq və həm onların təcrübəsi burada yayılacaq, həm də Azərbaycan alimlərinin xaricdə təbliğatı işi həyata keçiriləcək. Bundan başqa, səsləndirilən fikrə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Fond tərəfindən distant, onlayn dərslər də təşkil ediləcək.
Fond sədrinin dediyinə görə, artıq ali məktəblərlə əlaqələr yaradılır. İlk tədbirin Qafqaz Universitetində təşkil edildiyini bildirən O.Səmədov bunun geniş miqyas alacağını dedi.

Bilik Fondu gələcək jurnalistlərə dəstək olacaq...
Bilirik ki, son illər respublika ali məktəblərinin jurnalistika fakültəsinə daxil olan gənclərin bir çoxunun bu sahə ilə maraqlanmadığı problemi meydana çıxıb. Bu məsələyə toxunan O.Səmədov qeyd etdi ki, bu ildən jurnalistika ixtisasına qəbul olunma sahəsində yenilik baş verib. Bildiyimiz kimi, bu yenilik abituriyentlərin test imtahanı ilə yanaşı, yazı-esse müsabiqəsində də iştirakı ilə bağlıdır. Qurum rəhbərinin sözlərinə görə, ilk imtahanın nəticələri göstərib ki, bu abituriyentlərin çoxu esse-yazı imtahanında elə də fərqlənməyib. O bildirdi ki, abituriyentlərin çoxu öz fikrini yazı ilə ifadə edə bilməyib":Gələcəkdə jurnalist olmaq istəyən 10-11 sinif şagirdləri üçün yeni layihəmiz olacaq. Onlar burada peşəkar jurnalistlərin dəstəyi ilə yazı yazmaq qabiliyyətinə sahib olacaqlar. Etiraf edək ki, orta məktəblərin yuxarı sinif şagirdləri sərbəst inşa yazmaq sahəsində fəal deyil. Bu iş Yaradıcılıq Fakültəsinin nəzdində həyata keçiriləcək. Yaradıcılıq Fakültəsi özündə ədəbiyyatın, mədəniyyətin, sənətin bütün sahələrini əhatə edəcək.
Tədbirdə iştirak edən həmkarlarımız Bilik Fondu rəhbərinə məktəblərdə dərsliklərin keyfiyyətinin aşağı olması, bu barədə hansısa bir tədbir görülüb-görülməyəcəyi barədə sual ünvanladı. Qurum rəhbəri məktəblərlə sıx təmasda olduqlarını, onların bəzilərinin kitabxanasının kasad olduğunu dedi. Onun sözlərinə görə, mövcud problemlərə qurum zaman-zaman kömək göstərəcək. Bundan başqa, O.Səmədov dedi ki, bölgə məktəblərinin kitabxanalarının ən çox üzləşdiyi çətinliklərdən biri rus, ingilis və digər dillərdə olan lüğət vəsaitinin çatışmaması ilə bağlıdır. Onun dediyinə görə, bu kitabları əldə etməklə bağlı müxtəlif kitabxanalara müraciət ediləcək. Bölgələrdəki nümayəndələrinə gəlincə, qurum sədri dedi ki, 75 rayon üzrə nümayəndələri var və tərkib yerlərdə nüfuzu, hörməti olan məktəb direktorlarından ibarətdir.
Naxçıvanda yeni yaradılan Bilik Fondu ilə əməkdaşlıq məsələsinin zəruri olduğunu deyən qurum rəhbəri bildirdi ki, qarşı tərəf tam fəaliyyətə başladıqdan sonra qarşılıqlı əməkdaşlıq edəcəklər.
Tədbirdə qurum rəhbəri jurnalistlərin Bilik Fondunun maliyyə mənbəyi barədə sualına cavab olaraq bildirdi ki, builki fəaliyyətləri üçün dövlət büdcəsindən 1 milyon manat vəsait alıblar, bu da onlara kifayət edir. Növbəti ildən isə qurumun nizamnaməsinə uyğun olaraq Bilik Fondu maliyyə qaynaqları əldə etməklə bağlı qrand layihələrinə də qoşula bilər.

Tarixin izi ilə...
Bilik Fondunun layihələrindən danışan O.Səmədovun sözlərinə görə, dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü, məsləhəti ilə "Məscidlərdə kitabxana" layihəsinə start verilməsi nəzərdə tutulur. Qurum rəhbəri bildirdi ki, məscid din ocağı olmaqla yanaşı, həm də bir bilik mənbəyidir, bu baxımdan məscidlərdə dini kitablar da daxil olmaqla böyük kitabxana yaradılması zəruridir. Başqa ölkələrdə, xüsusən də kilsələrdə belə kitabxanaların mövcud olduğunu deyən O.Səmədovun fikrincə, bizim din ocaqlarımızda da kitabxana olmalıdır.
Bilik Fondunun həyata keçirdiyi layihələrdən biri də "Dini abidələrdə tarixin izləri" layihəsidir. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, müəyyən bərpa işləri aparılacaq.
Bundan başqa, Bilik Fondu "Auditoriya+", "Ustad və şəyird", "Dokendo discimus", "Yaradıcılıq fakültələri" (biz onun görəcəyi işlərə yuxarıda toxunmuşuq-İ.S), "Epizod", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda" və başqa layihələrə başlayacaq.
Bilik Fondu rəhbəri O.Səmədov üzünü media nümayəndələrinə tutaraq davamlı əməkdaşlıq etmək niyyətini açıqladı. Sözsüz ki, KİV-lər belə bir taleyüklü məsələdə, hər birimizi maraqlandıran işlərin, qayğıların həll olunmasında, başlıcası isə, başlanan geniş profilli maarifçilik işində Bilik Fonduna dəstək göstərməlidir. Düşünürəm ki, göstərəcək də... Bilik Fonduna çiyninə aldığı maarifçilik yükünü ləyaqətlə daşıması sahəsində uğurlar arzu edirik.
 






DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ