şənbə günü, 03 oktyabr 2026
     

Gəlinin toydan qaçması bəlası da bizə seriallardan gəldi

Image


Daha çox seriallarda, Türkiyə və digər xarici ölkə filmlərində təqdim olunan "evdən qaçan gəlin" mövzusu artıq günümüzə daşınıb. Xaricilərdə gəlinlər toyun depressiyasına dözmədikləri, evliliyin çətinliyinə tab gətirməyəcəklərini anladıqları üçün "yol yaxınkən" əyinlərində ağ gəlinlik libası məkanı tərk edirlər.
Artıq bizim qızlar da ya toy günü ağ gəlinlik libasında, ya da toydan bir gün qabaq yoxa çıxırlar.
Ekspertlər bildirir ki, qızların belə bir addım atmasına səbəb onların xarici filmlərin təsirinə düşməsidir. Ötən il Türkiyə telekanallarından birində yayımlanan serialın adı məhz belə idi: "Kaçak gelinler". Sevmədiyi adamla evlənməmək üçün qaçan bir gəlin, onu toy günü tərk edən adamın arxasınca qaçan gəlin. Hərəsinin bir hekayəsi vardı. Kim təminat verə bilər ki, bizim gənc qızları bu hekayələr "yoldan çıxarmayıb"?
Statistik rəqəmlərə görə, toyundan qaçan gəlinlərin sayına görə Türkiyə ön sırada dayanır. Həmin ölkədə gəlinlər toy günü qonaqların hədiyyə olaraq verdiyi zinət əşyaları və pulları da götürüb aradan çıxır. Çox vaxt da Türkiyədə dələduz qızların, qadınların asan yolla pul qazanmaq üçün belə toy şoularından istifadə etdiyi üzə çıxır.
Mütəxəssislər bildirir ki, gəlinlərin toy günü qaçmasının səbəbi sosial problemlərlə bağlıdır.
Avqustun 26-da Oğuzun Muxas kəndində gəlin toy günü evdən qaçıb. Hətta xəbər yayıldı ki, qızları Sevincin qaçdığını görən ailə onu bacısı ilə əvəzləyib və toy da gəlinin bacısının iştirakı ilə keçirilib. Qızın qaçmasına səbəb nişanlısı Abidi sevməməsi olub. O, toydan sevdiyi şəxslə qaçıb.
Cəlilabadın Günəşli kəndində də oxşar hadisə baş verib. 1 il nişanlı qalan qız oğlan toyuna saatlar qalmasına baxmayaraq, başqa bir oğlana qoşularaq qaçıb. Sakinlərin sözlərinə görə, qız azyaşlı olmayıb. Onun kiminlə qaçması isə hələlik məlum deyil. Digər məqam isə toy günü bəyin də başqa bir qızı qaçırması olub. Belə ki, gəlinin qaçdığını eşidən oğlan toyu təxirə salmamaq üçün kəndin subay qızlarından birini qaçıraraq toyunu edib.
Lənkəranda isə iki gün sonra gəlin olacaq nişanlı qız evdən qaçıb. Onun bu addımından sonra 8 avqusta təyin edilmiş toy təxirə salınmayıb. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda iştirak ediblər. Lakin Nəriman (ad şərtidir) adlı gənc bəy kürsüsünə tək oturub. Rayon sakinlərinin mətbuata verdiyi məlumata görə, 28 yaşlı Nəriman 19 yaşlı qızla 3 il nişanlı olublar. Nəriman Bakıda ev təmiri işləri ilə məşğul olub, qız isə Lənkəran şəhərindəki kolleclərin birində oxuyurmuş. İlk günlər münasibətləri normal olan nişanlılar son zamanlar yola getməyiblər. Qız dəfələrlə nişanı qaytarmaq istəsə də, oğlan qəti olaraq buna qarşı çıxıb. Qızın valideynləri də oğlan tərəfi ilə danışaraq nişanı qaytarmağı təklif ediblər. Bu barədə bir kəlmə belə eşitmək istəməyən oğlanın tərsliyi sonda özünə baha başa gəlib. Qız "mən bu toyun əleyhinəyəm, rəfiqəmgilə gedirəm, məni axtarmayın" yazaraq evdən qaçıb. Toydan bir neçə gün əvvəl qızlarının gəlin gedəcəyi evə cehizlərini daşıyıb bəzəyən valideynlər övladlarının harada olduğundan xəbərsiz olduğunu deyirlər.
Bu yaxınlarda Sumqayıtda gəlinin toy günü bəyi qoyub qaçması ilə bağlı video da yayılmışdı. Həmin videoda görünür ki, bəylə gəlin şadlıq sarayının qapısı ağzında avtomobildə mübahisə edirlər. Gəlin avtomobilin qapısını hirslə açıb qaçır, bəy də onun dalınca.
Məsələ ilə bağlı fikir bildirən "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, 4 gəlinin toydan qaçması cəmiyyətdə qadına, qıza qarşı basqı olduğunu göstərir. Bu o deməkdir ki, hələ də onların qərarı nəzərə alınmır: "Buna son zamanlar Türkiyə telekanallarında yayımlanan seriallar da təsir edə bilər. Hətta bir serial da var. Səhv etmirəmsə, adı "Qaçqın Gəlin"dir. Məncə, həmin serial çox izləndiyindən, cəmiyyətə müəyyən qədər təsiri var. Ümumiyyətlə, evlənən şəxslər arasında şəffaflıq yoxdur. Bir-birilə fikirlərini, hisslərini açıq şəkildə bölüşə bilmirlər. Nəticədə ortaya bu cür şeylər çıxır. Bundan əlavə, qızlarda bir az özlərini qəhrəman kimi göstərmək istəyi də yaranıb. Sanki mən istədiyimi etdim, qaçdım, hamı gördü ki, mən bunu bacardım və s. göstərmək düşüncəsi var sanki. Ailədə münasibətlərin düzgün tənzimlənməməsi, qız uşaqlarının həyata hazırlıqsız olması və bir sıra psixoloji amillər də gətirib bu cür şeylərə çıxara bilər".
Həmsöhbətimizin fikrincə, bu cür addımlar gəlinin qarşısındakına hörmətinin olmaması ilə bağlıdır: "Bu hörmət eyni zamanda ailə üzvləri arasında da özünü göstərir. Ailənin nüfuzu, ailənin cəmiyyətdə rolu və s. aşağı səviyyəyə düşür. İki tərəfin bir-birinə olan aqressiyası sonda belə nəticələrə gətirir. Qızın sonda toydan qaçması isə, bütün maneələrə baxmayaraq, "qəhrəmanlıq" edib öz istəyinə çatmaq arzusunu büruzə verir. Amma bunun nəticəsi necə olacaq? Qarşı tərəf bu addımı qəbul edəcəkmi? Yeni ailə qızın hərəkətini ömrü boyu başına qaxınc edəcəkmi? Tərəflər arasında toqquşmalar, ölüm hallarının olmayacağına kimsə qarantiya vermir. Qız həmin ailədə sonacan qala biləcəkmi, ya yox? Bunu da kimsə bilmir. Hansısa konfliktlərə ailə dəstək verəcəkmi? Çox ehtimal, qız belə halda tək qalacaq, ailəsindən kifayət qədər dəstək ala bilməyəcək. İstənilən halda, toy günü evdən qaçmış qızdır. Bu da gətirib uşaqla küçədə qalmağa, fahişəliyə və s. çıxaracaq. Bizim cəmiyyətdə həmin qızın atdığı addım onun seçimi kimi qiymətləndirilməyəcək".
Ekspert hesab edir ki, cəmiyyətdə qızların zorla, istəmədiyi insanla ailə qurmasına məcbur edilməsinin qarşısı yalnız bir şəkildə alına bilər: "O da ki, həmin şəxsləri polisə şikayət etməkdir. Qonşuda, qohumda belə hallar barədə eşidən insanlar mütləq polisə məlumat verməlidirlər. Və ya zərərçəkən şəxslər özləri də polisə müraciət edə bilər. Şikayətlər intensivləşsə, bəlkə bu cür halların qarşısı alınar".
Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində bildirdi ki, toyundan qaçan xanımlar bir neçə kateqoriyaya bölünür: "Birinci yerdə zorla evləndirilən qadınlar dayanır. Bu qadınlar ailənin basqısı ilə evlənir. Ailə ya pulun gücü, ya da böyüklərin məsləhəti ilə qızı sevmədiyi oğlanla evləndirməyə qərar verir. Əgər qız cəsarətlidirsə və hər şeyi göz önünə alıbsa, ilk fürsətdə evdən qaçır. Təbii ki, qaçanda da özünü maddi cəhətdən təmin etmək üçün toyda alınan qızıl əşyalarını və pulları da götürür.
Qadınların toydan qaçmasının bir səbəbi də soyğunçuluqla bağlıdır. Toy günü yığılan pulu, zinət əşyasını götürüb aradan çıxırlar.
Üçüncü kateqoriya isə ailə təzyiqindən qurtulmaq üçün evlənən qızlardır. Bu cür qızlar ailəsindən qurtulmaq üçün bu yola baş vururlar. Saçına, makiyajına, küçəyə çıxmasına qarışılan bu qadınlar ya qohum-əqrəbadan, ya da məhəllənin gənclərindən birini "qurban" olaraq seçir, evləndiyi gün aradan çıxır. Bu kateqoriyadan olan qızların zinət əşyalarını özü ilə aparması və sair dələduzluq etməsi görünməyib".






DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ