şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Şəhid zabit Elman Ovçuyevin 50 yaşına...
Tarix: 15.09.2014 / 02:47
Bölmə: Sosial
"Şəhidlər ölməz, Vətən bölünməz". Oğullar ona görə şəhid olur ki, Vətən parçalanıb bölünməsin, Vətənin ərazi bütövlüyünə göz dikən yağıların ayağı yığışsın torpaqlarımızdan. Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda həlak olan insanların hamısı şəhiddir.
Ermənilərin təcavüzü nəticəsində başlanan Qarabağ savaşında minlərlə Azərbaycan övladı şəhidliyə qovuşdu. Əlbəttə, insan doğulandan ölənə qədər mücadilə aparır. Hər bir insanın həyatında tufanlar, zəlzələlər olur. Şəhid ömrü ayrıca bir ömürdür, bizlərin ömrünə bənzəməz heç.
Bakının Şəhidlər Xiyabanında əbədi yuxuya gedən, ancaq ruhları qələbə müjdəli şəhidlərin sırasında qaragöz, qaraqaş bir oğlan da uyuyur. Özü haqq dərgahında, əməlləri el arasında yaşayan bu oğlan Borçalı mahalındandır. Bilirik ki, Qarabağ savaşında Borçalı igidləri də böyük şücaətlə vuruşub, igidlik göstərib, şəhidlik yolunu seçib. Mən sizə Borçalı əsilli bir türk oğlundan danışacağam. O, Azərbaycanın ərazi bütövlüyü yolunda canından keçib, özü də "uf" demədən.
Qan düşüb Güləbirddə...
Haqqında danışdığım şəhid 1964-cü il sentyabrın 5-də Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Qəmərli kəndində doğulub boya-başa çatan Ovçuyev Elman Binnət oğludur. Elman peşəkar hərbçi olub və Qarabağ savaşının ilk vaxtlarından bir zabit kimi əməliyyatlarda iştirak edib. 1992-ci il oktyabr ayının 16-da Laçın rayonunun Güləbird kəndi uğrunda gedən əməliyyat zamanı Tanrının istəkli bəndəsi olaraq şəhidliyə yüksəlib.
Güləbirdə,
Yol gedir Güləbirdə...
Düşmənlər dərdə düşə,
Analar gülə bir də.
Anası Elmanı tək ağlamadı həmin gün, onu bütün el ağladı. Elin oğlu oldu Elman Ovçuyev o gündən. Bütün Başkeçid eli o oğlanın qəhrəmanlığı ilə öyünür. Niyə də öyünməsin ki...Vətənə oğul olmağı bacardı Elman. 28 yaşı vardı şəhid olanda. Gənc idi Elman, Vətən sevgisi ilə, eyni zamanda da düşmənə nifrətlə silahlanıb yağı üstə varardı. Yağının burnunu əzmişdi dəfələrlə silahdaşları ilə birlikdə.
Elman Ovçuyev yaşasaydı, sentyabrın 5-də əzizləri ilə birgə 50 yaşını qeyd edəcəkdi. Yəqin baba olacaqdı onda. Əgər müharibə olmasaydı, Elman başqa Elman olardı. Ancaq yenə vətənpərvər, dəyanətli, qeyrətli olardı. Çünki halal ocaqdan çıxmışdı. Çoxuşaqlı fəhlə ailəsində doğulmuşdu, həyatın isti-soyuğunu da ailəsində hiss etmişdi. Axı çoxuşaqlı ailələrdən çıxan uşaqlar fərqli olur, daha qayğıkeş, daha mübariz olduqlarını sübut edirlər.
Elman Ovçuyevin əlli yaşı bir neçə gün əvvəl tamam olub. Yazı həmin gün işıq üzü görmədi, bu da ondan irəli gəlir ki, şəhid haqda məlumat mənim əlimə gec çatdı. Elman Binnətoğlu barəsində informasiyanı Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Şamxal Nəsiboğlu hazırlayıb, onu redaksiyamıza məşhur gürcü əsilli şair-tərcüməçi, jurnalist Giya Paçxataşvili (Givi) gətirib.
Təşəkkür məktubları - qanadlanan valideyn sevinci...
Şamxal Nəsiboğlu fiziki ömrü yarıda qırılan, lakin mənən əbədi yaşayan şəhid Ovçuyev Elman Binnət oğlu haqda müfəssəl bir məktub yazıb redaksiyamıza. O yazır ki, Elman Ovçuyev Qəmərli kənd orta məktəbini əla qiymətlərdə bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlir. Xarici dillər üzrə mütəxəssis olmaq istəyində olduğu üçün sənədlərini o vaxtkı Xarici Dillər İnstitutuna verib, lakin arzuladığı ali məkbətə daxil ola bilməyib. Fəhləlik etməyə başlayıb. 1982-ci ildə hərbi xidmətə çağırılan Elman Ovçuyev Rusiyanın Çita şəhərində qulluq edib. Əsgəri xidmət müddətində Elmanın nizam-intizamı, tərbiyəsi, vətənpərvərliyi, nümunəviliyi ilə əlaqədar valideynlərinin üstünə qucaq-qucaq təşəkkür məktubları gəlib. Şamxal Nəsiboğlu yazır ki, Elman sakit təbiətli təmkinli bir insan olub və dostluq etməyi bacarıb, ailəsinin, soyunun adına layiq olub həmişə: "Bizim Borçalı bölgəsində hər insanı öz tayfasına, əsil-nəslinə görə tanıyırdılar. Bizim nəsil bölgədə Ovçular nəsli kimi tanınır, sayılıb seçilirdi. Elman hər zaman öz soyuna dəyər verir, onu hörmətdə saxlayırdı. O vaxt Elmanın dostluq etdiyi insanlar çox idi. Onlar hər dəfə Elmanın valideynlərini görəndə "halal olsun sizə, çox gözəl oğul böyütmüsünüz, Allah bəd nəzərdən qorusun" deyirdilər. Elman 1984-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra hərbçi olacağına qərar verir. Beləliklə, sənədlərini Tiflis şəhərində Ali Hərbi Məktəbə verir və qəbul olunur. Sonra təhsilini davam etdirmək üçün Moskva vilayətində yerləşən Artilleriya Ali Hərbi Məktəbinə daxil olub. 1989-cu ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra Türkmənistan Respublikasının Yolötən şəhərinə desant diviziyasına göndərilib. 1990-cı il 20 Yanvar hadisəsinə qədər zabit kimi orada qulluq edib. Zabit yoldaşlarının hərbi hissədə Bakıda törədilən qətliam haqda, rus şovinistlərinin insanlarımızı qətlə yetirməsi barədə söhbətini eşidən Elman buna dözmür. O, qulluq etdiyi hərbi hissədən imtina haqda raport yazır və Azərbaycana göndərilməsini israr edir".
Vətən, yaralarını sarımağa gəldim...
Şamxal Nəsiboğlu yazır ki, Vətənin dar günündə o, Azərbaycana qayıdır və 1991-ci il mayın 1-də baş leytenant rütbəsində sovet ordusunun Gəncədəki hərbi desant diviziyasında xidmətə keçir: "Elmanın damarlarından halal azərbaycanlı qanı axırdı və o istəyirdi ki, öz bilik və bacarığını, təcrübəsini yenicə qurulmaqda olan milli ordumuza sərf etsin. O, böyük çətinliklər bahasına gənc əsgər və zabitlərə artilleriyanın sirlərini öyrədirdi. Onu da deyim ki, Goranboy rayonunun qısa müddətdə ermənilərdən təmizlənməsində Elman Ovçuyevin də böyük rolu olub, bu əməliyyatda şücaətlə iştirak edib. Onun döyüş yolu, qəhrəmanlığı haqda döyüş yoldaşları ağız dolusu, fəxrlə danışır. Onu mahir kəşfiyyatçı kimi xarakterizə edən səngər yoldaşları deyir ki, Elman Gəncə diviziyasında xidmət edərkən ermənilərin nə vaxt, hansı istiqamətdən hücum edəcəklərini öyrənərək bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məlumat verirdi. Döyüş yoldaşları danışır ki, hətta bir dəfə Elman ermənilərin bir neçə sərhəd rayonunda zəhərli maddələrdən istifadə edəcəyi haqda məlumat alıb və dərhal bu barədə MN-nə məlumat verib. Nazirlik rəsmiləri onun məlumatlarının tam dəqiq olduğunu müəyyən etdikdən sonra Elman Ovçuyevi kəşfiyyat işinə dəvət ediblər. Elman öz istedadı, bacarığı ilə seçilən kəşfiyyatçı olub və ona verilən tapşırıqları dəqiqliklə, cəsarətlə yerinə yetirib. Dəfələrlə ən qaynar nöqtələrə ezam edilən zabit Ovçuyev tapşırıqlara əməl edib. Ağır əməliyyatların birində-1992-ci il oktyabrın 16-da Laçın rayonunun Güləbird kəndinə əməliyyata gedərkən şəhid olub. 776-cı hərbi hissədə tibb bacısı kimi xidmət göstərən Şərqiyyə xanım oğlu Tərlandan, Nurcahan xanım isə oğlu Elxandan çox Elman barədə danışır, onun qəhrəmanlığı ilə fəxr edirlər. Nurcahan xanım mənə danışdı ki, onunla bir neçə dəfə əməliyyatda olub və Elman Ovçuyevin kəşfiyyatçı qabiliyyətini gözləri ilə görüb. O deyir ki, Elmanın kəşfiyyata gedərkən hansısa səhv buraxdığına heç vaxt inanmırdım. Ona görə də, özümün bircə oğlumu ona etibar edirdim ki, onun yanınla getsin".
50 yaşlı şəhid zabit Elman Binnət oğlu Ovçuyev 22 ildir Tanrı dərgahında-şəhidlik mərtəbəsində əbədilik ömrünü yaşayır. Yuxuya gedib Elman, bu yuxu sonsuz olsa da, onun bir gün o yuxuda diksinməyi var-qələbə günündə baş verəcək o hadisə...
Uca Yaradan bütün şəhidlərə rəhmət eləsin!Bəli, yazının əvvəlində yazdığım kimi, "şəhidlər ölməz, Vətən bölünməz"!
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ