şənbə günü, 03 oktyabr 2026
     

Avro-2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti

Image



Azərbaycan 2000-ci ildən bu yana bir sıra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib. Rəsmi məlumatlara görə, indiyə qədər ölkəmizdə 300-dən artıq müxtəlif istiqamətli beynəlxalq idman yarışları keçirilib. Azərbaycanın günü-gündən inkişaf etməsi, ölkəmizin iqtisadi vəziyyətinin yüksəlməsi, eyni zamanda da siyasi nüfuzu onun dünya dövlətləri sırasında xüsusi çəkiyə malik olmasına səbəb olub.
Məlumdur ki, respublikamızda futbolun inkişafı ilə bağlı xeyli sayda rəsmi qərarlar qəbul olunub. Bilirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nı imzalaması bu sahədə yeni inkişaf xəttinin yaranmasına səbəb oldu. Özündə bir neçə maddəni əks etdirən Dövlət Proqramında milli futbolumuzun inkişaf yolları, uğur və nailiyyətləri hədəflənib. Burada diqqətçəkən əsas məsələlərdən biri respublikamızda uşaq futbolunun inkişafı ilə bağlıdır. Əlbəttə, belə ciddi bir oyunun daha geniş səviyyədə inkişafı gərəklidir. Məlum olduğu kimi, Azərbaycanda futbol sahəsində də bir neçə beynəlxalq səviyyəli oyun keçirilib. Onlardan biri 2012-ci ildə ölkəmizdə 17 yaşadək qadınlar arasında təşkil olunan dünya çempionatının keçirilməsidir. Sözügedən dünya çempionatının ölkəmizdə təşkili və onun keçirilməsi üçün hərtərəfli şəraitin yaradılması beynəlxalq aləmdə razılıqla qarşılanıb.
Son illər Azərbaycanda ən çox müzakirə edilən məsələlərdən biri respublikamızın Avro-2020-yə ev sahibliyi etməsi istəyində olmasıdır. Azərbaycan tərəfi hələ buna razılıq almasa da, ümidimizi itirməmişik. Bəllidir ki, Azərbaycanda Avro-2020-nin keçirilməsi üçün hər cür şərait var. Bunu dövlət rəsmiləri də qeyd edir. Hətta dünyanın nüfuzlu futbol qurumlarına rəhbərlik edən şəxslər də etiraf edir ki, Azərbaycanda gözəl infrastruktur, əla təşkilatçılıq var və Bakıda keçiriləcək dünya çempionatı da belə möhtəşəm yarışlara hazırlıqdır.
Onu da qeyd edək ki, artıq Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub və
2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb. Onu da yadınıza salaq ki, bu məsələ Azərbaycan Respublikasının Prezidentini də ciddi maraqlandırır. Belə ki, 2013-cü il mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. Qeyd etdiyimiz kimi, artıq AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.
Onu da bildirək ki, artıq UEFA Avro-2020 çempionatının final mərhələsi matçlarının keçirilməsi üçün sifarişlər üzrə qiymətləndirmə hesabatını dərc edib. Hesabat milli assosiasiyalar tərəfindən bütün dosyelərin dəqiq təhlilindən sonra hazırlanıb. Hazırlanmış hesabatda Bakının turnirə hazırlığı yüksək qiymətləndirilib. Bu barədə mediada fikirlər dərc olunub":Bakının sifarişi ölkənin bütün siyasi və biznes strukturları tərəfindən yüksək səviyyədə zəmanət olmasını nümayiş etdirir".
Onu da nəzərinizə çatdıraq ki, UEFA-nın hesabatında Azərbaycanda mövcud siyasi və iqtisadi sabitlik, habelə yerli assosiasiya ilə dövlət arasında möhkəm əlaqələr olması qeyd edilir. Orada bildirilir ki, bu faktlar Azərbaycanın sifarişinin hərtərəfli hazırlanmasını nümayiş etdirir. Bakıda yeni (69.870 yerlik) Olimpiya stadionunun tikilməsi, sosial məsuliyyət və sabitlik, sifarişin konsepsiyası və məzmunu, hüquqi aspektlər, nəqliyyat və şəhər daxilində hərəkət, qonaqların yerləşdirilməsi, tədbirin təşviqi və kommersiya məsələləri də qeyd edilib. Hesabatda azarkeşlərin yerləşdirilməsi ilə əlaqədar deyilir ki, Bakıda məhdud sayda müştəri üçün nəzərdə tutulan otellər hələlik çox deyil, lakin qonaq evləri, icarəyə verilən mənzillər və universitet yataqxanaları kimi alternativ variantlar da var.
Artıq Azərbaycanın tanınmış futbolçuları da ölkəmizin qərarını təqdir edir və bu barədə fikirlərini mətbuata çıxarırlar. Tanınmış futbolçu Rəşad Sadıqov yerli mətbuata açıqlamasında "Azərbaycanın Avropa çempionatını keçirməyə namizədliyini verməsinə müsbət yanaşıram. Ölkəsində belə bir yarışın keçirilməsini kim istəməz?" deyə bildirib.
Xatırladaq ki, Azərbaycanın bu oyunu Gürcüstanla birgə keçirməsi haqda fikirlər var. Təcrübəli futbolçu Azərbaycanın Gürcüstanla birgə Avro-2020-ni keçirməsi məsələsinə münasibət bildirərkən deyib ki, ideyanı dəstəkləyir, ancaq turnir ölkəmizdə keçirilsə, daha möhtəşəm olar": "Namizədliyini verən başqa ölkələrlə rəqabət aparmaq çox çətin olacaq. Ancaq inanmaq istərdim ki, sonda turnir Azərbaycanda keçiriləcək".
Azərbaycan artıq dünyada bir idman dövləti kimi də özünü göstərə bilir. Respublikamızda həm futbol komandaları inkişaf edir, həm onların geniş heyətdə məşq etməsi, oyun keçirməsi üçün stadionlar tikilib istifadəyə verilir. Axır zamanlar milli futbol sahəsində də xeyli irəliləmə müşahidə olunur. Bütün bunlar isə, təbii ki, dövlətin sözügedən sahənin inkişafında nə qədər maraqlı olmasının bariz nümunəsidir. Belə ki, Azərbaycan dövləti idmanın həm gənc nəslin sağlam böyüməsi, həm də ölkəmizin beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət daşıması amilini həmişə ön planda tutaraq siyasətini buna uyğun şəkildə qurur. Ölkəmizdə idman infrastrukturunun yenilənməsi, bu sahədə əsaslı baza yaradılmasının təmin edilməsi istiqamətində böyük islahatlar həyata keçirilib. Azərbaycan bu sahədə dünyanın bir çox ölkəsinə örnək ola biləcək işlər həyata keçirir və bu da beynəlxalq idman qurumları tərəfindən təqdir edilir.
Azərbaycan Respublikası Prezidentinin digər sahələrlə yanaşı, idman aləmində də həyata keçirdiyi uğurlu siyasət idmanı Azərbaycanda inkişaf etdirib, ona güclü maraq yaradıb. Bu gün Azərbaycanda valideynlər heç bir maneə ilə üzləşmədən uşağını idmana qoyur, futbola yazdırır. Demək olar ki, Bakıda, rayonların əksəriyyətində futbol meydançaları, idman zalları fəaliyyət göstərir. Hazırda ölkədə geniş infrastruktur layihələri həyata keçirilir və bunun nəticəsi olaraq beynəlxalq idman qurumları dünya və Avropa birinciliklərinə ev sahibliyini Azərbaycana verəndə heç bir tərəddüd keçirmir, əksinə, Bakının bu işin öhdəsindən layiqincə gələcəyinə əmin olduqlarını açıqlayırlar. Bu mənada ümid etmək olar ki, Avro-2020-nin də Azərbaycanda keçirilməsi çətinliklə müşayiət olunmayacaq. Azərbaycan indi 1990-2000-ci illərdəki Azərbaycan deyil. Köklü surətdə müsbət istiqamətdə dəyişikliklərə nail olub. Ölkənin hərtərəfli vəziyyəti dəyişib. O da sirr deyil ki, beynəlxalq idman təşkilatları dünya və Avropa çempionatlarına ev sahibliyini inkişaf etmiş, dünyada öz sözünü deməyi bacaran, günü-gündən tərəqqiyə doğru gedən Azərbaycanın paytaxtına etibar edə bilərlər. Artıq beynəlxalq federasiyalar, futbol qurumları Azərbaycanda təşkil ediləcək turnir üçün heç bir problem olmayacağına, əksinə, yarışın ən yüksək səviyyədə keçiriləcəyinə inam bəsləyir. Çünki dünyanın gözü, hər zaman oluğu kimi, indi də Azərbaycandadır. Kənardan ölkəmizin nailiyyətləri, keçirdiyi beynəlxalq yarış və turnirlər daha yaxşı və şəffaf görünür. Məsələ buasındadır ki, Azərbaycanda, paytaxt Bakıda keçirilən idman yarışlarına yaradılan şərait deyərdik bəlkə də başqa ölkələrdən artıq olur. Çünki yarış keçiriləndə ölkədə bütün səylər o yarışın uğurla keçirilməsinə yönəlir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı və dövləti qonaqpərvərdir, evinə gələn hər kəsə şəfqətlə yanaşmağı bacarır.
Azərbaycan dövlətinin regionda lider dövlət olması, bölgədə söz sahibinə çevrilməsi dünyanın nəzərindən yayınmır. Bilirik ki, Azərbaycan bu gün bütün imkanlarına, potensialına, beynəlxalq aləmdəki nüfuzuna görə qonşu respublikalardan, xüsusən də Ermənistandan qat-qat güclüdür. 2020-ci ildə nufuzlu turnir Azərbaycanda keçirilərsə, bununla bir daha Ermənistanın nüfuzuna kölgə salmış olacağıq.
Əlimizdə 2020-ci ildə futbol üzrə Avropa Çempionatının oyunlarını qəbul etmək üçün bir sıra şəhərlərin sifariş kitabının siyahısı var. Ancaq bu siyahıda Ermənistanın adı yoxdur.
Qeyd edək ki, namizəd şəhərlər arasında Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Skopye (Makedoniya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Niderland), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və digərlərinin adları var.
Ekspertlər hesab edir ki, respublikamızın bu nüfuzlu idman yarışına ev sahibliyi etmək şansı yüksəkdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" təsdiq olunub. Bu proqrama uyğun olaraq ölkəmizdə futbolun inkişafı istiqamətində ciddi addımlar atılıb və artıq görülən işlər öz bəhrəsini verməkdədir. Son Dünya Çempionatına seçmə oyunlarında Azərbaycanın ilk dəfə 9 xal qazanması, ayrı-ayrı futbol klublarımızın tədricən yaxşı nəticələr göstərməsi, "Neftçi" klubundan sonra "Qarabağ" klubunun da UEFA-nın qrup mərhələsinə vəsiqə qazanması, uşaq futbol məktəbinin inkişaf etdirilməsi və s. deyilənlərə nümunə ola bilər. Beləliklə, həm futbolun inkişafı istiqamətində atılan addımlar, həm də bu vaxta qədər ölkəmizdə həyata keçirilən nüfuzlu beynəlxalq yarışlar, gerçəkləşdirilən nəhəng infrastruktur layihələri, idman bazaları və idmançılarımızın qazandığı uğurlar Azərbaycanın Avro-2020 futbol çempionatı kimi nəhəng yarışa ev sahibliyi etməsi üçün müsbət zəmin yaradır.
Ekspertlərə görə, Bakının namizədliyi təsdiqlənərsə, bu, Azərbaycanın dünyada daha da tanıdılması istiqamətində atılan böyük addım olacaq.
Dövlət rəsmiləri qeyd edir ki, 2020-ci il futbol üzrə Avropa Çempionatının Bakıda keçirilməsi ölkənin tanıdılması və Azərbaycan futbolunun inkişafı üçün gözəl imkandır. Gənclər və idman naziri Azad Rəhimovun yerli mətbuatda yer alan fikirlərinə görə, Bakının namizədliyi təsdiqlənsə, hazırda tikintisi davam edən, 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya stadionu Avropa Çempionatının oyunlarını keçirmək imkanına malik olacaq: "Əgər qitə birinciliyinin keçirilməsi bir neçə ölkə arasında bölünsə, onda bizdə, həmçinin, beynəlxalq standartlara cavab verən, əsaslı təmir edilən Tofiq Bəhramov adına Respublika stadionu da var".
Üzümüzə gələn ildən başlayaraq Azərbaycan yeni idman uğurlarına şahidlik etməyə hazırlaşır. Hesab edirik ki, indiyə qədər olan yarışların hamısından üzüağ çıxmağı bacaran Vətənimiz, paytaxtımız 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına qucaq açacaq, sonra isə ev sahibi olmağımızı arzu etdiyimiz Avro-2020-nin yolunu gözləyəcək. Ümid edirik ki, bölgədə hər zaman sülhün, əmin-amanlığın, inkişafın, tərəqqinin dostu olan Azərbaycan dövlətinin belə bir nüfuzlu, mötəbər turniri öz paytaxtında keçirməsinə razılıq veriləcək və Azərbaycanın səsi bütün dünyada eşidiləcək.

İradə SARIYEVA
Məqalə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ