şənbə günü, 03 oktyabr 2026
     

Yas mərasimlərindən sonra dəfn məsələsinə də dövlət nəzarəti gündəmə gəldi

Image


Azərbaycan xalqının qədim zamanlardan formalaşan yas ənənələri mövcuddur. Təəssüf ki, bəzi müdaxilələr sayəsində yas ənənələri pozulur və qondarma məsələlərlə yüklənir. Bilirik ki, son illər cəmiyyətdə yas mərasimlərindəki mövcud durum ciddi şəkildə müzakirə edilir, narahatlıq doğuran məsələlər gündəmə gətirilir.
"Bakı-Xəbər" olaraq dəfələrlə bu məsələ ətrafında müzakirələr açaraq əməkdaşlarımızın hazırladığı araşdırmaları oxuculara təqdim etmişik. Bəllidir ki, hər birimizi narahat edən məsələlərdən biri ölkədə yas mərasimlərində baş alıb gedən israfçılıq hallarıdır. Hər bir vətəndaş bu israfçılıqdan maddi və mənəvi zərər çəkir desək yanılmarıq.

Maarifləndirmə işləri başlanıb...
Qəzetimizin əməkdaşının hazırladığı araşdırmada bildirilir ki, yaslarda israfın qarşısını almaqla bağlı ilk layihə Naxçıvanda həyata keçirilib və demək olar ki, öz effektini verib: "Aydındır ki, bu nəticənin alınmasında yerli hakimiyyətin müəyyən inzibati metodlara əl atması da böyük rol oynadı. Artıq bir neçə gündür bir sıra millət vəkilləri və dövlət rəsmiləri bu məsələnin tənzimlənməsinə böyük ehtiyacın olduğunu bildirir. Hiss olunur ki, dövlət bu sahədə olan özbaşınalığı və israfı yoluna qoymaqda maraqlıdır. Hətta parlamentin payız sessiyasında "Mərasimlər Haqqında" qanunun qəbul ediləcəyi də gözlənir".
Onu da bildirək ki, artıq Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yas mərasimlərində baş alıb gedən israfçılığın qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməli olduğunu qeyd edib. Sözsüz ki, bu sahədə maarifləndirmə işinin geniş miqyas almasına ehtiyac var. Bir nəfərin ölümü ailə üçün böyük xərc deməkdir. Hətta elə ailələr var ki, "qonşudan qalma dala" prinsipinə sadiq qalmaq naminə əzizinin yas mərasimini yola vermək üçün külli miqdarda borca girir.
Artıq maarifləndirmə tədbirləri həyata keçirilir. Düzdür, bu məsələ hələ qanuniləşdirilməyib, amma müəyyən bölgələrdə yas mərasimlərində yemək məsələsi yerli icra orqanları, bələdiyyələr tərəfindən yığışdırılıb. Hətta bəzi rayonlarda ağsaqqalların tövsiyəsi ilə artıq yas mərasimində ehsan süfrələrinə çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb.

"Süfrələrimiz fironların süfrəsindən fərqlənməlidir..."
Şərqşünas Seyid Camal Əzimbəyli "Bakı-Xəbər"in ötən saylarından birinə açıqlamasında bildirib ki, uzun illərdir bu problemin həlli istiqamətində maarifləndirmə işi aparır. Onun sözlərinə görə, uzun müddətdir aparılan təbliğat onu qane edən nəticəni verməyib: "Mən Dini Komitənin bundan əvvəlki sədrləri, hörmətli şeyximiz Allahşükür Paşazadə və yeni təyin olunmuş komitə rəhbəri Mübariz Qurbanlı ilə də bu mövzuda kifayət qədər fikir mübadiləsi aparmışam. Onların hər biri yaslarımızda olan israfdan narahatlığını ifadə edib. Bu mövzuda keçirilən bir neçə tədbirdə bildirmişəm ki, gərəkirsə, dövlət bunu inzibati metodlarla həll etməlidir. Hazırda dövlətin problemlə bağlı narahatlıq keçirdiyi nəzərə çarpır. Mən deyərdim ki, hələ bir qədər gecikmə var. İcra hakimiyyətlərinin bu istiqamətdə apardığı fəaliyyəti isə tənqid etmək lazım deyil. Əksinə, onlara bacardığımız dəstəyi verməliyik. Hansısa qəzet icra başçısı ilə olan şəxsi qərəzini bu mövzuya qatmamalıdır. Biz çalışmalıyıq ki, gələcək nəsillərimizə bu şəkildə bərbadlaşan adət-ənənəni miras qoymayaq. Süfrələrimiz fironların süfrəsindən fərqlənməlidir ki, Tanrının qəzəbinə tuş gəlməyək. Ancaq bir faktı da qeyd edim ki, yerlərdə olan məmurlar da baş verən hüzndə insanların vəziyyətini anlayıb zorakı metodlara əl atmamalıdır. Bir qədər maarifləndirmə istiqamətinə meyl edilməlidir".
Seyid Camalın fikirlərində kifayət qədər həqiqət var. Yas mərasimlərinin milli-dini adətlərimizə uyğun keçirilməsi vacib məsələdir.
Dövlət dəfn məsələsinə müdaxilə etməlidir...
Bir məsələ də var ki, "Bakı-Xəbər" olaraq bu ətrafda da bir neçə dəfə geniş müzakirə açmışıq. Bəllidir ki, bəzi rayonlarda, xüsusən də paytaxtda ölünün dəfn mərasimi daha çox vəsait tələb edir. Vəfat etmiş şəxsin nəşinin məscidlərdə yuyulması, qüsl-kəfən edilməsi, o cümlədən də torpağa tapşırılması məsələsində də ciddi neqativlik mövcuddur. Məsələ burasındadır ki, qəbiristanlıqlarda məzar yerləri həddən artıq bahadır. Çox arzu edərdik ki, bu ciddi məsələyə də yerli icra orqanları, bələdiyyələr, xüsusi olaraq Dini Komitə müdaxilə etsin. Paytaxt qəbiristanlıqlarının yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, bir sözlə, dövlətin balansında olduğu məlumdur. Ancaq nədənsə, qiymətlərə nəzarət həddən artıq zəifdir. Azərbaycan dövləti hər zaman əhalinin rifah halının yaxşılaşdırılması naminə addımlar atır. Dövlətin həyata keçirdiyi hər bir sosial layihədən əhali xeyir görür. Yas mərasimlərində israfçılığın qarşısının alınması üçün atılan addımlar, bu sahədə həyata keçirilən maarifləndirmə işləri təqdirəlayiqdir.
Son illər Bakıda qəbir yerlərinin baha olmasına görə sakinlərin əksəriyyəti öz ölüsünü rayon və kəndlərə aparır ki, pul ödəmədən torpağa basdırsın. Əlbəttə, bu da mərhumun ruhunun incidilməsinə səbəb olur. Dinimizdən də məlumdur ki, insan vəfat etdiyi yerdə, məkanda dəfn edilməlidir. Lakin günümüzdə bu hər ölüyə nəsib olmur.

"Bakıda elə qəbiristanlıqlar var ki..."
Dinşünas hacı Nizami Rza "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, yas mərasimlərinə, xüsusən də ölünün dəfn məsələsinə dövlət qurumlarının müdaxiləsi vacibdir. Müsahibimiz hesab edir ki, yas mərasimləri məsələsinə birtərəfli yanaşmaq lazım deyil, bu iş kompleks münasibət tələb edir: "Yas mərasimlərində israfçılığın baş alıb getməsi məsələsi doğrudan da bizi narahat edir. Düşünürəm ki, yas mərasiminə kompleks baxılmalıdır. Burada yalnız mərasim süfrələrinə müdaxilə etmək lazım deyil, həm də vəfat etmiş şəxsin qüsl-kəfən edilməsinə, onun üçün dövlət tərəfindən qəbir yeri ayrılmasına fikir verilməlidir. Sizin qəzetin bu sahədə kifayət qədər araşdırmaları var, "Bakı-Xəbər" bu ciddi faktı dəfələrlə qaldırıb. Bilirsiz ki, dəfn məsələsi Bakıda çox baha qiymətə başa gəlir. Qəbir yerləri, baş daşları çox baha qiymətədir. Məzarlıqlar icra hakimiyyətləri və bələdiyyələrin balansındadır. Ancaq qiymətlərə dövlət müdaxiləsi yoxdur. Cənazənin torpağa tapşırılması ailələrə çox böyük maddi xərcə başa gəlir. Mən qəbir yerləri ilə bağlı son vaxtlar müşahidələr aparmışam. Daha doğrusu, yaxın dostların ailəsində vəfat edənlər olduğundan, bu məsələyə bələd olmuşam. Bakıda elə qəbiristanlıqlar var ki, orada qəbir yerinin qiyməti 10-15 min manatdır. Hətta 20-30-50 min manata olan yerlər də var. Dövlət bu məsələyə ciddi müdaxilə etməlidir. Buna böyük ehtiyac var. İmkanlı şəxslər o qiymətə öz ölüsünü dəfn edə bilir, amma imkansız təbəqə ölüsünü basdırmaq üçün var-yoxdan çıxır. Artıq neçə illərdir bu problem mövcuddur. Bəzi qəbiristanlıqlarda torpaq monopoliyadadır. Bunu çoxları bilir. Bakıda qəbiristanlıq var ki, qəbir yeri 50 min manatadır. Deyirlər ki, bura görsənən yer olduğu üçün, mənzərəsi (!) yaxşı olduğu üçün bu qiymətədir. Bir hacı kimi, dindar şəxs kimi təklif edərdim ki, bu məsələyə dövlət müdaxiləsi olsun və yas mərasimlərinə kompleks yanaşılsın".
Hacı Nizami onu da təklif etdi ki, gələcəkdə "Mərasimlər Haqqında" qanun qəbul edilərsə, dəfn məsələsi burada öz əksini tapsa, əhali üçün faydalı olar. Bizim azərbaycanlı olduğumuzu, islam dininə tapındığımızı vurğulayan ekspert bildirdi ki, bu məsələdə milli və dini ənənələri unutmalı deyilik":Hər bir insanın vəfat etdikdən sonra öz Vətənində, torpağında dəfn olunmaq haqqı var. Qiymətlər elə olmalıdır ki, hər kəs öz ölüsünü əziyyət çəkmədən dəfn edə bilsin. Azərbaycan xalqı tarixən öz ölüsünə hörmət qoymağı bacarıb. İndi də elə olmalıdır. Əlbəttə, dəfn xərci olmalıdır. Bu, qəbiristanlığın saxlanması üçün vacibdir. Amma o qiymət cüzi olmalıdır. Qiymət də dövlət tərəfindən müəyyən edilməlidir ki, işbazlar bu məsələyə müdaxilə edə bilməsin. Qiymətləri elə qoyurlar ki, pulun olmasa, ölünü dəfn edə bilməzsən. Avropanın bəzi ölkələrində Katolik kilsəsi tərəfindən qoyulan mənfur bir qanun var. Katolik kilsəsinin balansında olan qəbiristanlıqlarda dəfn olunan ölü üçün ailəsi hər il müəyyən məbləğdə pul ödəməlidir. Bir neçə il o pulu ödəməsələr, Katolik kilsəsi tərəfindən ölü qəbiristanlıqdan çıxarılır. Bu çox mənfi bir haldır, çox pis tendensiyadır. Bunun heç bir ölkədə təkrarlanmasını istəmərəm"...
Hacı Nizami hesab edir ki, yas mərasimlərində israfçılığın aradan qaldırılması istiqamətində həyata keçirilən maarifləndirmə işinə dəfn məsələsini də qatacaqlar və nəhayət, buna dövlət səviyyəsində münasibət olacaq...




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ