şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əsrin Müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı
Tarix: 05.09.2014 / 12:27
Bölmə: Sosial
Dünyanın maliyyə və iqtisadi böhranın cəngində çabaladığı bir dövrdə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyi danılmaz həqiqətdir. Bunu şərtləndirən ən əsas məqam isə ölkədə siyasi sabitliyin və malik olduğu iqtisadi potensialın Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı etməsidir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz yerləşdiyi regionun ən yüksək inkişaf perspektivlərinə malik dövlətinə çevrilib.
Yeni neft strategiyasının uğurla davam etdirilməsi, ölkənin xarici sərmayələr üçün cəlbediciliyini qoruyub saxlaması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına istiqamətləndirilməsi, ölkənin bir nömrəli təbii sərvəti hesab olunan neftdən gələn gəlirlərin ölkədə güclü və keyfiyyətli insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi bu gün dövlətin iqtisadi siyasətinin əsas prioritetləri kimi diqqət çəkir.
Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurlar, onun dünya iqtisadi arenasında investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilməsi eyni zamanda milli inkişaf strategiyamızın fundamental əsaslara söykənməsinin nəticəsi hesab olunmalıdır. Neft gəlirlərinin artması ilə paralel olaraq onun realizasiya mexanizminin düzgün qurulması, bu işdə şəffaflığın təmin olunması ölkənin iri həcmli investisiya qoyuluşlarını həyata keçirməsinə imkan verdi ki, bunun da nəticəsində Azərbaycan qısa bir zaman kəsiyində beynəlxalq təşkilatların siyahısında yer aldığı inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına daxil edildi. Dövlətin iqtisadi siyasətinin inkişafın dayanıqlılığını hədəf götürməsi isə milli inkişaf strategiyasının əsasını təşkil etdi ki, onun da formalaşması sayəsində ölkənin iqtisadi sektoru irəliləyərək dünyanın müasir istehsal sahələri ilə rəqabət apara biləcək müəssisələrin yaradılmasına stimul verdi. Məhz uğurlu iqtisadi reformalar və balanslı inkişaf siyasəti nəticəsində müstəqilliyin ilk illərində dar bir çərçivədə formalaşan, yalnız neft sektoruna söykənən Azərbaycan iqtisadiyyatı keçən illər ərzində qeyri-neft sektorunun da ölü nöqtədən tərpənməsinə şərait yaratdı.
Müstəqil Azərbaycanın dünya iqtisadi arenasında ilk uğuru isə 1994-cü il sentyabrın 20-də imzalanan, "Əsrin Müqaviləsi" adlandırılan nəhəng enerji layihəsi ilə bağlıdır. Təxminən 400 səhifəni əhatə edən və 4 dildə hazırlanmış "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanmış Saziş məhz həmin illərdə özünün tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin Müqaviləsi" adını aldı. Dünyanın 8 ölkəsinin 13 ən məşhur şirkətinin iştirak etdiyi bu müqavilənin bağlanması Azərbaycanın qarşısında investisiya cəlbi baxımından geniş imkanlar açdı ki, bunun da nəticəsində çox keçmədən dünyanın ünlü iqtisadi nəhəngləri Azərbaycana maraq göstərməyə, bunun davamı olaraq investisiya yatırmağa başladı. Bu illər ərzində ölkədə iqtisadi sahədə əldə olunan uğurlar isə onun artıq son illərdə investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilməsinə gətirib ki, bu da düzgün və məqsədyönlü iqtisadi siyasətinin dövlətə qazandırdığı ən böyük dividend sayıla bilər.
Faktdır ki, sözügedən müqavilənin imzalanması Azərbaycanın istər iqtisadi, istər siyasi, istərsə də sabitlik baxımından böhran həddində olduğu, çox ciddi çətinliklər yaşadığı dövrə təsadüf edirdi. Bir tərəfdən Sovet İmperiyasından qoparaq özünün ilk kövrək müstəqillik addımlarını atan gənc dövlət məhz bu mənfur İmperiyanın yaratdığı və özünün sadiq qulları tərəfindən reallaşdırdığı Qarabağ probleminin çözümü üçün yollar aramalı, digər tərəfdən isə Müqaviləyə tərəfdaş ölkələr cəlb edərək onları uğurlu perspektivə inandırmalı idi ki, müharibə şəraitində olan hələ oturuşmamış bir dövlət üçün bu olduqca çətin idi. Bəlli məsələdir ki, başqa ölkələrin iri industriya layihələrinə sərmayə qoymaq istəyən şirkətlər ilk əvvəl sərmayəsinə qarant olaraq həmin ölkədə sabitliyin bərqərar olmasında maraqlı olur. O üzdən müharibə şəraitində olan Azərbaycanın belə bir həssas dönəmdə sözügedən layihəyə dünyanın ünlü korporasiyalarını cəlb edə bilməsi əsl qəhrəmanlıq sayıla bilərdi ki, bu da mərhum Prezident Heydər Əliyevin siyasi iradəsi sayəsində mümkün oldu. Həmin dövrdə Azərbaycana sərmayə axınına, ölkə industriyasını inkişaf etdirmək üçün menecmentə, qabaqcıl texnologiyalara ehtiyac var idi ki, gənc və müharibə vəziyyətində olan bir dövlətin bütün bu ehtiyaclarını ödəməsi xeyli müşkül görünürdü. Ölkənin sərbəst maliyyə vəsaitlərinə malik olmaması isə onun bütün bu işlərin öhdəsindən təkbaşına gəlməsini mümkünsüz edirdi. Məhz həmin dönəmdə ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti bütün maneələrin ustalıqla aşılmasına şərait yaratdı və Azərbaycan dövləti dünyanın ünlü korporasiyaları ilə "Əsrin Müqaviləsi" adını almış nəhəng kontraktı imzalamağa nail oldu.
Əslində o da faktdır ki, Bakı nefti hər zaman dünyanın maraq dairəsində olub. Hələ XIX əsrin sonlarında neftin çıxarılması və emalı ilə məşğul olan məşhur "Nobel qardaşları" Azərbaycana xüsusi maraq göstərib, 1886-cı ildə burada şirkət yaradaraq yeni neft emalı zavodu tikiblər. Elə həmin ildə Bakıda ilk sindikatın yaradılması da "Nobel qardaşları"nın adı ilə bağlıdır. Sindikata Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyevin, Arafelovun şirkətləri, Rotşildə məxsus "Kaspi" şirkəti və "Batumi Sənaye Cəmiyyəti" daxil idi. Məşhur fransız bankiri Rotşild Bakıya 1883-cü ildə gəlib, Balaxanı, Sabunçu, Ramana, Suraxanı, Bibiheybətdəki neft quyularının çoxu, Keşlədəki ağ neft və yağ istehsal edən zavodlar ona məxsus olub. Bütün bunlar da on illiklər sonra xarici sərmayənin ölkəyə axmasında öz sözünü dedi və müharibə şəraitində olsa belə, ölkənin malik olduğu karbohidrogen ehtiyatları potensialı dünyanın ünlü korporasiyalarını "Əsrin Müqaviləsi"nə qoşulmağa sövq etdi.
"Əsrin Müqaviləsi"nin imzalanması ilə ölkədə yeni siyasi və iqtisadi mərhələ başladı. Məhz həmin kontraktla bağlı aparılan işlər sayəsində 1997-ci ildə ilk neft hasil olundu, 1999-cu ildə isə ilk dəfə mənfəət nefti ixrac olundu və çox keçmədən Azərbaycan dünyada neft ölkəsi kimi tanındı. "Əsrin Müqaviləsi" Azərbaycanın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin edərək, ölkənin inkişafında müstəsna rol oynadı. Baxmayaraq ki, Azərbaycan hələ Hicri tarixinin 300-cü illərindən dünyanın bir sıra ölkələrində "torpağında daimi od yanan ölkə" kimi artıq tanınırdı. Lakin ölkəmizin müasir dövr dünya industriyasına inteqrasiyası məhz sözügedən kontraktın bağlanması sayəsində mümkün oldu.
Hələ kontraktın bağlandığı ilk dönəmlərdə ölkə daxilində onun perspektivinə skeptik baxanlar kifayət qədər idi. Onların məntiqilə ölkənin əsas ixrac potensialını neft və neft məhsullarının təşkil etməsi çox tezliklə ölkədə "holland sindromu" adını almış iqtisadi böhranın başlamasına rəvac verməli idi. Ötən il Bakıda keçirilən XX Xəzər Neft-Qaz Sərgisində Prezident İlham Əliyev də bu məsələyə toxunaraq "Bizim beynəlxalq əməkdaşlıqda gözəl təcrübəmiz var. Neft kapitalını insan kapitalına yönəldə bilmişik. Bəziləri deyirdilər ki, Azərbaycanı "Holland sindromu", "neft lənəti" gözləyir. Bunların heç biri baş vermədi" deyə bildirmişdi. Prezidentin də qeyd etdiyi kimi, aradan keçən 20 illik bir zaman kəsiyi göstərdi ki, Azərbaycanın iqtisadi idarəetmə strategiyası doğrudur və bu səbəbdən də verilən bu tipli proqnozlar özünü doğrultmadı. Bu strategiyanın kökündə isə Hollandiya təcrübəsində həmin sindromun yaşanmasına birbaşa şərait yaratmış əhalinin sosial yönümlü layihələrlə dəstəklənməsi deyil, yeni iş yerlərinin açılması ilə işsizliyin səviyyəsinin minimuma endirilməsi dayanırdı ki, nəticədə Azərbaycan sözügedən təhlükədən yan keçməyi bacardı. Yəni dövlət öz vətəndaşlarına "balıq vermək əvəzinə balıq tutmağı öyrətmək" kimi doğru yolu seçməklə bu tendensiyanı önlədi.
"Əsrin Müqaviləsi"nin imzalanmasında məqsəd təkcə neft hasil etmək, onu realizə edərək mənfəət götürmək deyildi. Məqsəd neftdən gələn bütün mənfəətləri - siyasi, iqtisadi və digər mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarət idi. Ötən müddət ərzində Azərbaycanın çiçəklənməsi, beynəlxalq arenada nüfuzunun artması, yerləşdiyi coğrafi məkanda söz sahibinə çevrilməsi məhz onun əsasını neft strategiyası təşkil edən iqtisadiyyatının böyük uğurlara imza atmasının göstəricisidir. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti dünyanın bir çox ölkələrində birgə müəssisələrini yaratmaqla özünün arealını genişləndirməkdədir. Şirkətin iştirakı ilə yaradılmış birgə müəssisələr, alyanslar, əməliyyat şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir. Belə müəssisələrdən biri də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində fəaliyyət göstərən "Petkim" şirkətidir. 30 may 2008-ci ildə keçirilən hərracda şirkətin səhmlərinin 51 faizini alan SOCAR özünün fəaliyyət sahəsini genişləndirərək neft-kimya məhsulları, inşaat materialları, yuyucu məhsullar, kənd təsərrüfatı, tekstil sənayesi, əczaçılıq, boya və digər geniş çeşidli məhsulların istehsalında öz sözünü deməyə başladı. Elə bu əməkdaşlığın sayəsində də cəmi 2 il sonra - 2010-cu ildə "Petkim Petrokimya Holdinq" özünün istehsal, ixrac və istehsal güclərindən istifadə faizinə görə 46 illik tarixinin rekordunu vurdu. Bu şirkətin işi ilə yaxından tanış olmaq Azərbaycandan gedən bir dəstə jurnalist arasında mənə də nəsib olub. Şirkətin genəl müdir bilim müşaviri, professor dr. Füzuli Nəsirov azərbaycanlı media mənsublarını çox böyük sayğı ilə qəbul edərək gördükləri və görməyi planlaşdırdıqları işlər barədə geniş bilgi verdikdən sonra ərazini gəzdirərək bizə fəaliyyətlərini izləmək imkanı yaratdı. Bu zaman ərazidə kimsənin gözə dəyməməsindən təəccübləndiyimizi görən həmyerlimiz burada bütün fəaliyyətin avtomatlaşdırıldığını bildirərək bizi işin kompyuterlərlə idarə olunduğu bölməyə də baxmağa dəvət etdi və biz burada həqiqətən böyük bir istehsal maqnatının ölkəmizə məxsusluğunun bəxş etdiyi qürurlu anlar yaşadıq...
Bu gün reallıqdır ki, Azərbaycanda artan neft gəlirləri sayəsində genişlənən daxili maliyyə mənbələri hesabına dövlət investisiya qoyuluşları çoxalmaqda, bu sərmayələrin coğrafiyası genişlənməkdədir. Davamlı iqtisadi inkişafın təminatçısı olan iqtisadiyyatımızın digər sahələrində də ildən-ilə artım qeydə alınır. Bütün bu uğurların kökündə isə zamanında imzalanmış, ölkənin iqtisadi həyatında yeni bir mərhələnin əsasını qoymuş, ölkədə davamlı iqtisadi inkişafa zəmin yaratmış və qazanılan uğurlarla ona qoyulan gurultulu adı doğrultmuş "Əsrin Müqaviləsi" və dövlətin balanslı industrial strategiyası durur.
Samirə SƏFƏROVA
Azərbaycan Mətbuat Şurası və SOCAR-AQS-nin "Əsrin Müqaviləsi - Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli" mövzusundakı müsabiqəsinə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ