şənbə günü, 03 oktyabr 2026
     

"Polis olmasa..." sualının arxasındakı mətləblər...

Image




Azərbaycanda hər yüz min nəfərə düşən cinayətlərin sayı cəmi 250 faktdır. Son on ildə hər il orta hesabla 20 minə yaxın cinayət baş verib. Dəyişən dünya düzəni və yeni geosiyasi şəraitin fonunda cinayətkarlığın təhlili göstərir ki, ölkəmizdə ağır və xüsusilə ağır cinayətlər cəmi 10 faiz təşkil edir. Bu, illərdir digər hüquq-mühafizə orqanları ilə birgə Azərbaycan polisinin gərgin xidmət fəaliyyətinin nəticəsində mümkün olub.
Bu reallıqlar haqqında fikir söyləmək üçün əvvəlcə o fəaliyyət sahəsinin içində olmaq, yaxud onu yaxından müşahidə etmək, əlacsız qaldıqda, görünənləri aydın düşünmək lazımdır. Hüquq-mühafizə orqanlarının işinə azdan-çoxdan bələd olanlar bilir ki, 20 min cinayətin 90 faizi açılması hansı zəhmət hesabına başa gəlir. Ötən illərdə MDB, hətta Şərqi Avropa ölkələri ilə müqayisədə cinayətkarlığın səviyyəsi çox sərt surətdə dəyişməli oldu: özü də nə az, nə çox - birdən-birə MDB ölkələri ilə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz həddinə qədər azaldı. Qabaqcıl ölkələrin təcrübəsinə görə, cinayətkarlığın yetirdiyi ziyanın çəkisində ağır və xüsusilə ağır halların on faiz olması hüquq - mühafizə orqalarının uğuru hesab olunur. Ölkəmizin əslində mövcud olmayan problemlərini tənqid edənlərin məntiqinə görə, bu fakt cinayətkarlıqla mübarizənin, dövlət maraqlarının daha bir təkzibedilməz sübutu ola bilər.
Ümumiyyətlə, təhlükəsizlik anlayışı, təhlükəsizlik söhbəti meydana çıxanda birinci növbədə yada polis düşür. Kütləvi maraqların hər həmləsində insanlar polisin davranışından tutmuş onun geyiminə qədər hər şeyi son ilməsinə qədər çözüb-çözələyir. Çox maraqlıdır ki, bununla yanaşı polisin nüfuzu həmişə cəmiyyətdə güclü olub. Polis olmasaydı, bugünkü mədəni-ictimai həyatımızı təmin edən amillər içərisində bu qədər güclü istinad - ictimai sabitlik ola bilməzdi. Axı dünyanın elə bir çağında yaşayırıq ki, zərbə hardan dəyir, bilmirsən. Ancaq zərbəni hiss edirsən. Ona görə də Qərbdə deyirlər ki, insanın canına, malına dəyən zərbə birinci polisə dəyir. Nəzərə almaq lazımdır ki, hətta tarix kitablarına baxılsa, görəcəyik ki, tarixdə tarixi hadisələrin içərisində - müstəqilliyin möhkəmlənməsində, dövlətçilik dayaqlarının qorunmasında, Vətənin torpaqlarının mühafizəsində polisin xidmətləri var. Ona görə də kütləvi şüurda polis haqqında səpələnən çeşidli fikirlər həqiqətin üzərindən xətt çəkə bilmir. Cəmiyyət tarixi baxımından müəyyən qədər paradoksal olur. "Polis olmasa..." sualının arxasında onlarla sual durur ki, onların hər birinin cavabı var.
Nə qədər mübahisəli olsa da, polis bütün dövrlərdə cəmiyyətin etibar etdiyi, inandığı, ən çətin və həyəcanlı anında axtardığı köməyidir. Bir də polisi səciyyələndirən ən mühüm xüsusiyyətlərdən biri, bəlkə də birincisi çox aydın cizgiləri ilə seçilməsidir. Keçirilən rəy sorğularında respondentlərin təxminən 70 faizi Azərbaycan polisinin işindən razılıq edir. Əgər il ərzində təkcə inzibati hüquqpozmalarla bağlı bir milyondan artıq vətəndaş barəsində protokol tərtib olunursa, onların arasında polisdən narazılıq edənlər mütləq tapılacaq.
Azərbaycan cəmiyyətində cinayətlərin hansı səbəblərdən baş verdiyini, cəmiyyətə təsirini araşdırıb konretləşdirdikdə məlum olur ki, ildən-ilə cinayət təqibi aparatı möhkəmlənir, risk qrupları ictimaiyyətin dəstəyi ilə ya polis nəzarətindədir, yaxud həbsdədir. Ancaq daha diqqət çəkən məqam odur ki, ictimai asayişin, ictimai təhülkəsizliyin etibarlı qorunmasında polisin arxayınlığı yenə də görünmür. Bu məqamda polisin peşəkarlığı, səriştəliliyi, insanlarla rəftar mədəniyyəti, intellektual səviyyəsinin yalnız bir məqsədə - ictimai toxunulmazlığa kökləndiyi aydın görünür. Bu, ilk növbədə ictimai təhlükəsizliyin etibarlı təminatında əsas tələbdir ki, polis cəmiyyətdə ən xırda qanun pozuntularına belə laqeyd yanaşmır. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində ulu öndər Heydər Əliyevin "hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır" tələbini vurğulayaraq bildirir ki, Azərbaycan polisi zamanın tələbinə və dünya təcrübəsinə uyğun müasir iş metodlarına əsaslanır.
Həyat və zaman dəyişildikcə, cinayətkarlığın dinamik mənzərəsi də dəyişir. Maddi nemətlərin baş gicəlləndirən bolluğu insanları cəlb edir. İndi dünyanın elə çağıdır ki, cəzasız qalacağına arxayın olan insan daha böyük fikrə düşür. Aydın həqiqətdir ki, həyatda özünü tapmayanlar, yaxud yaxşı tərbiyə olunmayan insanlar bu nemətləri əldə etmək üçün yollar axtarır, cinayət törətməkdən çəkinmir, cinayətə meyl göstərir. Deməli, cinayətkarlıq insanların davranışlarından kənarda yox, onların iradəsi ilə baş verir. O fikir qətiləşir ki, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipi bütün dövrlərdə aktualdır. Elmi ədəbiyyatlarda rastlanan izahlar da onu deməyə əsas verir ki, cəzanın labüdlüyü cinayətkarlığın artım indeksini buxovlayır. Əks təqdirdə cinayətkarların layiq olduqları cəzaya məruz qalmamalarına, başqa sözlə, cəzanın labüdlüyü prinsipinin pozulmasına səbəb olur. O ölkələrdə ki, təhlükəli əmələ görə cəza yoxdur və yaxud gec tətbiq olunur, ictimai təhlükəsizlik, mülkiyyət toxunulmazlığı, insan sağlamlığı, qanunçuluq sual altına düşür.
İndi ölkəmiz o həddə gəlib çatıb ki, artıq ölkəyə gələn əcnəbilər belə polisin xidmət səviyyəsinin yüksəldiyini etiraf edir, özlərini burada təhlükəsiz hiss edirlər. Dünya Azərbaycan reallıqlarında vəziyyəti görür, qiymətləndirir.
Belə bir vəziyyətdə polis Azərbaycan reallıqlarından doğan bugünkü obrazını o qədər peşəkarlıqla gerçəyə çevirməyi bacarıb ki, artıq qlobal miqyaslı idman oyunları, beynəlxalq əhəmiyyətli mədəni-humanitar tədbirlər ölkəmizə ayaq açıb.








DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ