şənbə günü, 03 oktyabr 2026
     

Böyük Taarruz bir həftəyə Avropanın ideyalarını dənizə tökdü

Image


Ayın altında kağnılar gidiyordu,
Kağnılar gidiyordu Akşehir üstünden Afyona doğru
Toprak öyle bitip tükenmez, dağlar öyle uzakta,
Sanki gidenler hiç bir zaman hiç bir menzile erişmeyecektir.
Kağnılar yürüyordu yekpare meşeden tekerlikleri ile
Ve onlar ayın altında dönen ilk tekerlikti.
Ayın altında öküzler,
Başka ve küçük bir dünyadan gelmişler gibi ufacık, kısacıktılar.
Ve pırıltılar vardı hasta, kırık boynuzlarında
Ve ayın altında kan toprak, toprak, topraktı
Nazim HİKMƏT

XX əsrin əvvəllərində dünyanın bir çox ölkələri, o cümlədən Türkiyə ətrafında cərəyan edən çox mürəkkəb siyasi, qanlı hadisələr 1914-cü ildə Birinci Dünya Savaşının başlanmasına və milli azadlıq hərəkatının inkişafına səbəb oldu. Osmanlı Türkiyəsi də bütün qüvvələrini səfərbər edərək işğalçı müharibəyə qoşuldu. Bu qanlı savaş Türkiyə xalqına böyük müsibətlər gətirdi. Antanta dövlətləri Osmanlını bu savaşda tam məğlubiyyətə uğratdı. 1918-ci il oktyabrın 30-da qalib dövlətlərlə Türkiyə arasında "Mudros" adlı təslimçi barışıq sazişi imzalandı. Bu anlaşmaya əsasən Türkiyə param-parça olurdu və işğalçı ölkələr istədiyi şəkildə burada hegemonluq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti yaratmaq da bu plana daxil idi. Bu planları həyata keçirmək üçün Yunanıstan istilasından bəhrələnirdilər. 1919-cu il mayın 15-də yunan qoşunları imperialist ölkələrin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal etdi, ingilis qoşunları da İstanbula çıxarılmışdı. İzmirin işğalından sonra işğalçı dövlətlərin Türkiyəni parçalamaq siyasətinə qarşı ölkədə milli azadlıq hərəkatı başladı. Uzun illər davam edən müharibədən yorğun düşmüş Osmanlı türkləri yenidəın özlərində güc taparaq düşmənə müqavimət göstərirdi, lakin bu hərəkat kiçik dəstələr halında həyata keçirildiyi üçün nəticəsiz qalırdı. Məhz belə bir ağır məqamda Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək xalqı həmrəyliyə səslədi, milli qurtuluş savaşının başlandığını elan etdi.
Dediyimiz kimi, hərəkatın başında Mustafa Kamal Paşa dururdu. O, Birinci Dünya Savaşında bir sıra hərbi əməliyyatların uğurla nəticələnməsinə rəhbərlik etmişdi. Osmanlı ordusunun ən istedadlı generallarından biri idi. Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinə (TBMM) toplanırlar. Mustafa Kamal Paşa TBMM-in sədri seçilir. Bundan sonra parlament Milli Qurtuluş Savaşına start verir. Bu ağır və çətin günlərdə ümumi səfərbərlik elan edilir. Qadın, gənc, uşaq, yaşlı demədən hər kəs orduya yazılır, vətəni xilas etməyə can atırdı. Amma içəridən bu hərəkata mane olan düşmənlərin də sayı az deyildi. Belələri xəyanətdən və yunan tərəfə keçməkdən çəkinmirdilər ki, bu da Atatürkün planlarına mene olurdu. Buna baxmayaraq, bir gün Mustafa Kamal Paşa üzünü xalqına tutaraq qısaca bunları dedi: "Efendiler! Dahilde ve hariçteki düşmanlarımız ister çok, ister az olsun, faaliyetlerinin genişliği ne olursa olsun, kesin başarı, son başarı meşru bir amaç izleyenler olacaktır".
1921-ci ildə Sakarya müharibəsi zamanı "Xətti-müdafiə yoxdur, səthi-müdafiə vardır. "Səth bütün vətəndir" deyir böyük sərkərdə Atatürk və hərb tarixinə yeni bir məfhum gətirir. Bu savaşda Sakarya bir çay olmaqdan çıxaraq bütün Turan coğrafiyasında hürriyətin, istiqlalın, azadlığın və müqəddəs türk torpaqlarının kimsəyə əsir olmayacağını isbat etdi.

Kağnılardan və qadınların yalın ayaklarından başaladı Meydan Savaşı
Mustafa Kamal Paşa 1922-ci il avqustun 6-da orduya gizlicə Taarruz - savaşmaq üçün hazırlanma tapşırığı verir. Özü isə Akşehirə gələrək komandanları bir araya toplayır. Həmin toplantıda savaş günü avqustun 26-na təyin edilir. Qərara alınır ki, savaş Afyonun güneyindən Dumlupınar yönünə doğru basqın şəklində başlasın və sonra meydan savaşına dönüşdürülərək düşmən qüvvələri tamamilə yox edilsin. 26 avqust 1922-ci il tarixdə sabah erkəndən, saat 05.30-da topçuların atəşilə Kocatəpədən Taarruz - Meydan Savaşı başlayır. Savaşı Baş Komandan Mustafa Kamal Paşa idarə edirdi. Qəhrəman Türk Ordusu güneydən, quzeydən hərəkət edərək qısa zamanda çox başarılı bir şəkildə irəliləyir, yunanların müdafiə xətti yarılır. 26-27 avqust gecəsi yunan silah-sursatı ələ keçirilir. Bir neçə gün içərisində Afyon işğaldan tamam təmizlənir, Dumlupınara doğru geri çəkilən düşmən və bütün yunan ordusu tamamən məğlub edilir. Afyonlu İbrahim Ərənər danışır ki, hələ də gecələr Kocatəpədə "Allah, Allah" deyən məhmətlərin səsi duyulur. Bir neçə il öncə 26 avqust günü ziyarətə gələnlər bu səsi gerçəkdən duyduqlarını deyirlər. "Allah, Allah" deyərək xışm ilə düşmən üzərinə gedən Türk insanı şəhit düşdüyü yeri düşmana taptaq etmədi, özünə vətən etdi. Öküz arabalarında silah-sursat, əsgərlərə bir udum su, bir parça çörək daşıyan Türk qadınının ayağında ayaqqabısı yox, çox isti havalarda bu ağır yükün altına girir, qıyıb bir udum su içmir, savaşan oğullarına daşıyrdılar. İsti adyalı qucağındaki körpəsinin deyil, yaralı əsgərin üstünə sərirdi. Beləcə, tarixdə tayı-bərabəri olmayan bir əzmlə, inamla savaşdı uca Türk milləti və zəfər çaldı.
Savaşın sonlarına az qalmış yunan baş komandan Trikopis əsir alınır. Bu arada Kütahya da düşmandan təmizlənir. Savaşı Baş komandan Mustafa Kamal Paşa idarə etdiyi üçün bu savaş "Meydan Muharibəsi" adını alır. Minlərlə türk mehmeti, gənci, qadını, qocası şəhid olur bu savaşda. Amma bir qarış torpaq düşmana güzəştə gedilmir. Avqustun 26-dan başlayan Böyük Taarruz sentyabrın 13-də canavar dişli Avropanın ideyalarını dənizə tökdü, Afyonun ardından sentyabrın 2-də Eskişehir, 9-da İzmir, 1-də Bursa, 13-də Mudanya düşmandan təmizləndi.
Azərbaycandan silahlı dəstələr polkovnik Səməd Sayqının komandanlığı ilə Cənubi Azərbaycandan keçərək Ərzuruma gələrək, Qurtuluş Savaşına qatılmışdı. Bu barədə ilk məlumat 1920-ci il aprelin 23-də fəaliyyətə başlayan Türkiyə Böyük Millət Məclisinin iyulun 8-dəki iclasında millət vəkillərinə çatdırılır. İclasda çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsmət İnönü bildirir ki, kömək məqsədilə Azərbaycandan silahlı dəstələr gəlib. Onların yanında türk ordusunun çox böyük ehtiyac duyduğu səhra topu kamaları (çaxmaqları) vardır. Tarixi mənbələrdən məlum olur ki, bir piyada və süvari alayından ibarət olan birlik dərhal Şərq cəbhəsinə göndərilir. 15-ci süvari alayına qoşulan bu birlik 1920-ci ilin payızından başlayaraq 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən azad olunması uğrunda gedən döyüşlərə qoşulub. Azərbaycan əsgərləri Sarıqamışın, Qarsın, Gümrünün düşməndən azad olunmasında böyük xidmətlər göstərib. Daha sonra Azərbaycan türklərindən ibarət 15-ci süvari alayı nəzdində 6-cı süvari tüməni yaradılıb. Həmin tümən Milli Qurtuluş Savaşının sonunadək böyük rəşadət göstərərək düşmənə sarsıdıcı zərbələr endirib. Döyüşən türk ordusu daxilində könüllü olaraq müharibədə iştirak edən azərbaycanlıların da sayı az olmayıb. Onların önəmli bir qismi savaşdan sonra türk ordusunda xidməti davam etdirərək ali zabit rütbəsinədək yüksəlib. Bunlar arasında generallar - Cahangir Berker, Hüseyin Turqut, Nuri Berköz, Mahmud Berköz, polkovniklər - Yusif Xəzərli, Mehmed Akpolad, Salih Aksoy, Hüsameddin Topaç və digərlərini göstərmək olar.
Azərbaycan o ağır illərdə maddi və mənəvi yardımını Türkiyədən əsirgəmədi. Tədqiqatçı Hüseyn Adıgözəlin yazdığına görə, Mustafa Kamal Paşa 1921-ci il martın 17-də, yəni 2-ci İnönü savaşından öncə Nəriman Nərimanova məktub ünvanlayaraq, maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirmişdi. Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya göndərir. Bundan başqa, xeyli miqdarda silah-sursat da Anadoluya yola salınır. Bunlar qardaşın qardaşa vəfa borcu idi. Ən gözəl izahını Nəriman Nərimanovun 1921-ci il martın 23-də Mustafa Kamal Atatürkə yazdığı məktubdan görə bilərik. Türkiyə tərəfinin borcları necə qaytaracağı barədə narahatlıq keçirdiyi bir vaxtda N. Nərimanov yazırdı: "Paşam, türk millətinin bir ənənəsi vardır: qardaş qardaşa borc verməz, qardaş qardaşın əlindən tutar. Biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın başqa bir qardaş üçün etmək istədiyindən başqa bir şey deyil".
Beləliklə, Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cumhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınır. 1934-cü ildə TBMM Mustafa Kamal paşaya "Atatürk" soyadını verir. Türkiyənin böyük qurbanlar və dağıntılar bahasına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Böyük öndərin rəhbərliyi altında türk xalqının milli müstəqillik uğrunda apardığı azadlıq müharibəsinin imperialist dövlətlər üzərindəki tarixi qələbəsi və ölkədə milli-dünyəvi, müstəqil türk dövlətinin yaranması müstəmləkə əsarətində olan digər xalqların, ilk növbədə Şərq xalqlarının milli-azadlıq hərəkatına güclü təkan vermiş oldu. 1922-ci ilin yayında Atatürk bu savaşlara başlayanda demişdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir".
Əsrlər boyu mövcud olan sultanlığın ləğvi və müasir respublikanın elan olunması ilə yeni - müasir müstəqil Türkiyəni yaratmaq, ölkənin milli dirçəlişi üçün əlverişli fürsət yarandı. Atatürk Türkiyənin ictimai-siyasi həyatına, dövlət quruculuğuna, dilinə, maarifinə, məişətinə, dininə, uşaq, qadın, ailə, sülh və müharibə məsələlərinə dair orijinal ideyalar irəli sürür. Türkiyə hökumətinin qarşısında ölkəni inkişaf etmiş qabaqcıl dövlətlər səviyyəsinə qaldırmaq, onun siyasi, iqtisadi və mədəni həyatında mövcud olan orta əsr geriliyini ləğv etmək kimi mühüm vəzifə dururdu. Bunun həyata keçirilməsi üçün Türkiyə hökumətindən ilk növbədə dövlət quruculuğu, hüquqi münasibətlərdə, mədəni-maarif, məişət məsələlərində və iqtisadiyyat sahəsində islahatların sürətlə və ardıcıl həyata keçirilməsi tələb olunurdu. Atatürk bütün islahatları zərgər dəqiqliyi ilə aparır, əsas hədəfi və məqsədi isə "Yurdda sülh, cahanda sülh" idi...







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ