şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Kitaba qayıdış nəşriyyatların və kitab mağazalarının qarşısına yeni tələblər qoydu
Tarix: 29.08.2014 / 02:33
Bölmə: Sosial
Kitaba qayıdış yaddaşa qayıtmağın bir növüdür. İnsan nə qədər çox oxuyursa, daxilən o qədər zəngin olur. Kitabdan uzaq düşmək o deməkdir ki, insan öz yaddaşını, söz ehtiyatını lazımi səviyyədə təmin edə bilmir. Azərbaycan gəncliyi son 15-20 ildə kütləvi olaraq kitabdan, mütaliədən uzaq düşdü.
Sanki illər əvvələ qədər paytaxtın kitab mağazaları qarşısında növbəyə dayanan o gənclərin valideynləri, dayı və əmiləri, yaxınları deyildi. Birdən-birə kitabdan soyuma prosesi baş verdi, keçid dövrünü kitabsız başa vurduq. Ancaq son illər dövlətin kitab nəşrinə qayğısı, nəşriyyatların fəaliyyətinin genişlənməsinə yaratdığı şərait problemin həllinə kömək edir. Bir vaxtlar şəhərimizdə kitab mağazaları qapadılırdısa, onların binası, yeri ticarət mərkəzlərinə çevrilirdisə, indi vəziyyət dəyişib, şəhərin mərkəzi yerlərində kitab mağazaları açılır. Müsbət hallardan biri də odur ki, üç-dörd ildir davamlı olaraq kitab dükanlarının sayı artır. Yalnız kitab mağazalarının sayı deyil, həm də göstərilən xidmət və kitab çeşidlərinin bolluğu xoşagələn haldır. İllərdir bunu gözləmişik. Müsbət tendensiyadan biri də odur ki, nəşriyyatlar yeni əsərinə görə müəlliflə müqavilə bağlayır və kitabı çap edir. Kitabın nəşri kimi satışını da nəşriyyatlar özləri həyata keçirir və müəllifə qonorar verir. Düzdür, bu hal kütləvi deyil, ancaq bir neçə nəşriyyatın timsalında bu müsbət addımların şahidi oluruq.
Bu gün bütün dünyada müəllif kitabına görə qonorar alır. Bu xəttin bizim ölkədə də davam etdirilməsi təqdirəlayiq hal olardı.
Məlumdur ki, sovet dövründə müəllif çap olunan kitabına görə normal qonorar alırdı və o qonorarla maddi vəziyyətini əməlli-başlı düzəldirdi. Bundan başqa, kitabların tirajı da yüksək olurdu, hətta oxucular tərəfindən maraqla qarşılanan kitabların təkrar nəşrləri də nəşriyyatların dövlət planına salınırdı. Ancaq keçid dövründə bu məsələlərin hamısı xatirəyə çevrildi. Uzun illər yazıçıların əli qələmdən soyudu, çox nadir hallarda ortalığa sanballı əsərlər çıxdı. Bu əsərlərin də çapı hansısa pullu adamlardan, sponsordan asılı oldu. Bu proses uzun bir dövrü əhatə etdi. "Ölən" əsərlər də oldu, şikəst ədəbi nümunələr də. Kitab nəşri meydanındakı boşluq kütləvi surətdə özəl nəşriyyatların meydana gəlməsinə səbəb oldu. Bu nəşriyyatların da çoxunda çap olunanlar yüksək ədəbi-bədii əsərlər deyildi, "maklatura" məhsulu idi. Bu gün o kitablar gərəksiz olduğu üçün ancaq kitab rəflərində qalır, heç açıb vərəqləyəni yoxdur.
Ancaq bu gün oxucuların kitaba qayıdışı nəşriyyatların qarşısına tamam başqa tələblər qoyub. Artıq nəşriyyatlar çap edəcəkləri kitabın bütün məziyyətlərini saf-çürük edir, onun nəşriyyata və müəllifə pul gətirib-gətirməyəcəyini, bazara girə bilmək imkanlarını götür-qoy edir, sonra çapa qərar verir. Əslində bu məsələ uzun illərdir başqa dövlətlərdə bu yolla həyata keçirilir.
Nəşriyyatlarımızın müsbət addımlarından biri də odur ki, müasir bədii tərcüməçilərin tərcüməsində dünyada məşhur olan yazıçı və şairlərin, siyasi xadimlərin əsərlərini, xatirələrini çap edir. Azərbaycanın klassik tərcümə ustadları vaxtilə dilimizə dünya ədəbiyyatının şedevrlərini çeviriblər. Bu gün də müasir bədii tərcüməçilər həm müasirlərimizin, həm də klassik dünya ədəbiyyatı korifeylərinin şah əsərlərini yeni tərzdə tərcümə edərək çapa verirlər. Bu gün elə xarici müəllif var ki, onun əsərinin iki-üç tərcümə variantı mövcuddur. Bu müsbət haldır. Həm də o deməkdir ki, Azərbaycanda yeni nəsil bədii tərcümə ustadları yetişir.
Qayıdaq kitab satışına. Bu gün kitab satışına həm mağazalarda, həm də səyyar sərgi-satış aksiyalarında rast gəlirik. Bakıda bir-birinin ardınca açılan kitab mağazalarında istənilən ədəbiyyatı tapmaq mümkündür. Burada həm yerli, həm də müxtəlif xarici ölkələrdə nəşr olunan çap məhsullarına rast gələ bilərik. Özü də hər bir kitabın üzərində onun real satış qiyməti göstərilir. Hətta bir çox hallarda nəşriyyatlar və kitab mağazaları müxtəlif aksiyalar çərçivəsində kitabların satışını endirimlə həyata keçirir. Deyərdim ki, bu aksiya artıq geniş miqyas alıb.
Bir məsələni də qeyd etməliyəm ki, bu gün kitab ticarəti ilə məşğul olanların böyük bir qismi yaradıcı adamlardır, yazıçı və şairlərdir. Bu məsələdə işbazların kənarda qalması işin xeyrinədir. Biri var kitabı sevən adam onun satışı ilə məşğul olur. Bu adamın ilkin məqsədi kitabı sevdirmək və onu təbliğ etməkdir. Təbii, burada qazanc marağı da var, amma o birinci məqsədi üstələmir. Ancaq biri də var ki, bu işlə işbazlar məşğul olur, onda onları ilk olaraq qazanc götürmək istəyi maraqlandırır. Kitab mağazalarında vaxtaşırı olan yazar kimi onu deyə bilərəm ki, kitabların qiyməti elə də baha deyil və uşaq ədəbiyyatı nümunələri burada çoxluq təşkil edir. Bir məsələ də var ki, informasiya yükü zəngin olan, tarixi faktlarla əhatələnən, maraqlı, məzmunlu kitaba pul xərcləməyə dəyər. Çünki sən o kitabdan heç nədən ala bilmədiyin yüksək zövqü ala bilirsən. Kitab mağazalarının əksəriyyəti kiçik məkanda fəaliyyət göstərsə də, geniş yeri olanlar da var. Kiçik yerə sığınan kitab mağazalarının rəhbərləri deyir ki, icarə haqqı həddən artıq baha olduğundan, geniş yer tuta bilmir. İcirə pulunun bahalığı kitab mağazalarının qarşısına bir sıra çətinliklər çıxarır. Bilirik ki, istənilən obyekti saxlamaq üçün xeyli miqdarda pul lazımdır. Vergidən tutmuş, kommunal xərcə qədər hamısı qəpiyinə qədər ödənilməlidir.
Ancaq bəzi kitab mağazalarının gəlirləri artıq olduğu üçün onlar geniş, işıqlı otaqları icarə götürə bilir. Kitabevi.az kitab mağazası "28 May" metro stansiyası yaxınlığında yerləşir. Geniş və işıqlı zalda fəaliyyət göstərir. Burada hətta müştərilərin rahat əyləşməsi, çay-kofe, sərinləşdirici içkilər içmək üçün yerlər də var. Təki bütün kitab mağazalarının imkanları belə ola. "Əli və Nino" kitab mağazaları şəbəkəsinə daxil olan satış mərkəzləri də nisbətən geniş əraziyə malikdir. Kitab işıq deməkdir, ürəklərə, ruhlara, beyinlərə işıq verir. Kitabın meydanı nə qədər geniş olsa, onun alıcıları və oxucuları da çox olar. Kitab mağazalarında və satış-sərgilərdə olarkən burada ən çox gənclərlə qarşılaşırsan. Əlbəttə, sevindirici haldır. Kitabdan qaçaq düşən gəncliyin kitaba qayıdışı bizləri nikbin düşünməyə vadar edir. Bilirsiz, nə qədər internet olsa da, virtual oxu zallarının sayı-hesabı olmasa da, çap məhsulunun əvəzi yoxdur. Heç bir vasitə bunu əvəz edə bilmir. Ancaq çap məhsulu olan kitab elədir ki, hara getsən onu özünlə daşıya bilirsən, amma virtual oxudan ancaq internet vasitəsilə istifadə edə bilirsən. Odur ki, kitabdan möhkəm yapışmaq lazımdır!
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ