şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bəzi qadın yanlışlıqları başsız-kişisiz ailələr problemini kəskinləşdirə bilər
Tarix: 29.08.2014 / 11:38
Bölmə: Sosial
Zamanın küləyi elə bərk əsir ki... Bu da bəzən xalqımıza aid olan müəyyən dəyərlərin yerini laxladır. Azərbaycan məişətində ailənin yüksək pillədə dayandığı, əsas olduğu bəllidir. Ailə bütöv, sarsılmaz olanda cəmiyyət üçün daha faydalı olur və belə ailələrin övladları daha ağıllı, cəsarətli olur. Bu özünü çoxdan təsdiqləyən bir həqiqətdir.
Son illər Azərbaycan ailələrində xoşagəlməz olaylar yaşanır. Deyərdim ki, bu da demoqrafik balansın pozulmasına gətirib çıxarır. Dünyada ən tam münasibət qadın və kişi arasındakı münasibət olmalıdır. Kişi və qadın bir-birini yaxşı tanımalı, yaxşı tanımaları üçün isə səmimi olmalıdırlar. Səmimiyyət olan yerdə isə möhkəm ailə və sarsılmaz münasibət hökm sürər.
Qadın bütün dövrlərdə cəmiyyətin aparıcı qüvvəsi, hərəkətvericisi olub. Bəzən qadının cəmiyyətdə siması boğulsa da, səsi duyulmasa da, həyata keçirilən bir çox tədbirlərdə pərdə arxasında da olsa da, qadın öz təsirini göstərə bilir. Yəni bu da o anlama gəlir ki, qadın kişisiz, kişi də qadınsız bütöv deyil, yarımcandır. Qadın və kişinin sədaqətlə, qarşılıqlı hörmət və sevgi nəticəsində qurduğu ailə, yandırdığı ocaq heç zaman sönməz. Təbii, əcəl araya girməsə.
"Qadınlar, qoruyun kişiləri siz..."
Kişi ailənin başçısıdır. Başqa xalqları bilmirəm, ancaq bizdə ailəmizin böyüyü atalarımızdır. Onlar dünyasını dəyişdikdən sonra isə bu funksiyanı qardaşlarımız daşıyır. Hesab edirəm ki, gərək heç bir təsir atalarımızın müqəddəs yerini zəiflətməsin. Qadınlar ailəni elə idarə etməlidir ki, burada ata, kişi zərbə altında qalmasın.
Son illər, təəssüf ki, bəzi ailələrin timsalında Azərbaycanda bir sıra ürəküzən hadisələr yaşanır. Dövlətin ailələrə qayğı göstərməsi, demoqrafik vəziyyətin daim nizamlı olması istiqamətində gördüyü işlərin miqyası genişdir. Ancaq bəzi ailələrdə bunu nəzərə almaq istəməyənlər də tapılır. Acı da olsa deməliyik ki, indi kişisiz ailələrin sayında güclü artım var. Ailələrdə kişilər azalır. Bəzi qadınlar tək yaşamaqla uşaqlarını özü saxlamaq iddiasında bulunur. Ən müxtəlif səbəblərdən gənc xanımlar ərlərindən imtina edir və uşaqlarına ataları ilə görüşməklə bağlı qadağalar qoyur. O ailələrin kişisiz qalmasının səbəbləri müxtəlifdir. Ancaq üzücü faktlardan biri odur ki, bəzi qadınlar azad yaşamaq istəyir. Yəni sərbəst olaraq keyfləri istəyən yerə getmək, istədikləri saatda evdən çıxmaq azadlığı əldə etmək üçün ərlərindən imtina edirlər. Nəticədə isə qadın "sərbəst" olur. Dədələrin belə bir sözü var: "Ərsiz arvad yüyənsiz atdır". Bu gün "yüyənsiz atlar"ın sayı o qədər çoxdur ki, adam məətəl qalır. Adi götürək qonşularımızı, onların arasında o qədər kişisindən imtina edən qadınlar var ki...
Bu mövzuda çoxdan yazmaq istəyirdim, ancaq vaxt azlığından təxirə salırdım. Tanınmış dramaturq, şair-tərcüməçi Firuz Mustafanın günümüzün bu vacib probleminə ayna tutan şeiri mövzunu gözləmə mövqeyindən azad etdi.
Yamanca azalıb sayı-sanbalı,
Qadınlar, qoruyun kişiləri siz.
Dünyada qalacaq dünyanın malı,
Dünya neyləyəcək bəs kişilərsiz?
Artıb qayğıları demoqrafların-
Kişisiz evlərin çoxalıb sayı.
Zamanın əsəbi çəkilib tarım,
Hardadır hər qızın öz "oğlan payı"?
Bəs ərlər, igidlər niyə sozalıb?
Kişilik azalıb, kişi azalıb?
Hesab edirəm ki, əsl ziyalı, əsl şair, əsl ailə başçısı, əsl ağsaqqal belə yazmalıdır, belə düşünməlidir.
Ailələrimizin böyük faciəsini görən hər bir sağlam düşüncəli adam bu məsələyə reaksiya verməlidir.
Seriallar və internetin gətirdiyi bəlaların qurbanları...
Qadının öz "azadlığı" naminə övladlarını atasız qoymasına, ailəsini kişi nəfəsindən, kişi əzəmətindən məhrum etməsinə normal yanaşmaq olmaz. Kişisiz ailələrdə oğlan uşaqları böyüyür, atası ola-ola atasızlığa məhkum olunmaqları o uşaqlara ciddi psixoloji zərbə vurur. Nə qədər hökmlü ana olsa da, bu halda uşağın tərbiyəsinə nəzarət edə bilmir. Edə bilsə belə, onun psixikasına dəyən zərbənin qarşısını ala bilmir. Bilirik ki, elə ailələr var, o ailələrin başçıları dünyasını dəyişib. Belə ailələrlə kişisi evdən qovulan ailələrin uşaqları arasında kəskin fərq olur. Birincilər bilir ki, ataları vəfat edib və hər addımda anaya dayaq olmaq lazımdır. İkincilər isə dərk edir ki, anaları onların atasından imtina edib. Bu zaman onlar çox böyük əziyyət çəkir. Belə uşaqlarda müxtəlif komplekslər, şüuraltı psixoloji problemlər yaranır. Boşanma halları insanlıq mövcud olandan var, ancaq heç bir dövrdə belə kəskin formada olmayıb. Yadımdadır ki, 20-25 il əvvəl bizim kəndlərdə boşanma halları çox nadir hadisə idi. Ancaq bu gün boşanma yüksələn xətt üzrə "inkişaf" edir. Bu zərərli inkişaf cəmiyyətə psixikası zədəli vətəndaşlar bəxş edir.
Qadın ailəsinin təməl prinsiplərini qorumalıdır. Bütün dövrlərdə güclü qadınlar ailəsini qorumaq naminə mübarizə aparıb. Bu gün isə elə bil qadınların həm iradəsi zəifdir, həm də onlar psixoloji cəhətdən güclü deyil. Bəzən elə bir xırda problemin üstündə qadın kişidən imtina edir ki, bunu dilə gətirməyə adam utanır. Məsələn, mən bir neçə il əvvəl belə bir boşanmanın şahidi oldum. Kişi qadınına ağ qızıldan brilliant qaşlı üzük almaq imkanı olmadığı üçün qadın ondan boşandı. Əsas gətirdi ki, mənə üzük ala bilməyən kişi ilə yaşaya bilmərəm, arvadın bu kimi tələblərini ödəyə bilməyən kişi mənə lazım deyil. Balalarının atasını şöhrətpərəstliyə qurban verən qadına heç vaxt bəraət qazandırmaq olmaz.
Məlumdur ki, son illər yerli telekanallarda xarici və Türkiyə serialları nümayiş olunurdu. Qadınların bir qismi serial qəhrəmanlarının dəbdəbəli kino həyatını öz real həyatlarında tətbiq etməyə cəhd etməkdə israrlıdır. Hətta buna nail olanlar da var. İnternetə çıxışın azad olması da bir qisim ailələrin kişisiz qalmasına gətirib çıxardı. Qadın var ki, əri onun sosial şəbəkələrdə olmasını istəmir, internetdən istifadəsinə qarşıdır. Belə qadınlar ərlərinin istəyini nəzərə almır, "mən beləyəm, ürəyim istəyəndə internetə girəcəyəm, xoşun gəlmir boşanaq" deyirlər. Əlbəttə, bu da sarsıdıcı bir haldır. Ananın internet və serial asılılığına düçar olması müəyyən hallarda kişinin evdən getməsinə və uşaqların tərbiyəsinin nəzarətdən çıxmasına gətirib çıxarır.
Atalar qızların
azadlığıdır...
Ailə iki şəxsin qurduğu kiçik bir dövlətdir. Bu dövlətin həmişə nizamlı olması onların münasibətindən çox asılıdır. Bu da bəllidir ki, bir qrup qadın və kişi bu məsuliyyəti dərk etmir, dərk etsə belə, öz "azadlığı" naminə onu nəzərə almır.
Bəllidir ki, nə kişilərin, nə də qadınların hamısı pis deyil. Kişilər arasında da ailəsi üçün yararlı olmayanlar var. Qadınların sırasında da xanım adını daşımağa haqqı çatmayanlar yox deyil. Ancaq bütün bunlara rəğmən, yaxşılar pislərdən çoxdur. Bəzən yaxşıları da pislərin sırasında görəndə adam təəssüflənir.
Azərbaycan ailəsi əsrlərdən bəri formalaşan ənənəvi təməl üzərində inkişaf etməlidir. Ənənəvi ailə modelinə müasirlik çalarları əlavə edilməlidir, ancaq bu, aşırı həddə olmamalıdır. Unutmayaq ki, biz avropalı deyilik, bizim öz milli kimliyimiz, adətlərimiz var. Bizim ailələrin başçısı, rəhbəri, ağsaqqalı kişilərdir, ata və qardaşlarımızdır. Onlar olan yerdə biz qadınlar daha da güclü oluruq. Unutmayaq, atalar qızların azadlığı, oğlanların isə arxa-dayağıdır. Kişisiz ailələrin sayı artdıqca bizim özümüzə inamımız azalır. İnamın azalıb tükdən asılı qalması isə ancaq Azərbaycan ailəsini sınıx sala bilər...
Düşünürəm ki, üzdə olan QHT-lər, dövlət təşkilatları kişisiz ailələr problemini önə çəkməli və xüsusi maarifləndirici proqramlar hazırlamaqla bu kimi halların kütləviliyinin qarşısını almalıdır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ