şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan Səhiyyə Nazirliyində "Ebola əmri" imzalandı
Tarix: 26.08.2014 / 03:01
Bölmə: Sosial
Afrikanın bir neçə ölkəsində yayılan və artıq sərhədləri aşan dəhşətli ebola virusu ilə bağlı təşviş artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, Ebola qurbanlarının sayı artıq 1100 nəfəri ötüb. Ölümcül virusa yoluxanların sayı isə 2000-ə yüksəlir.
Artıq bütün dünya ebolaya qarşı səfərbərlik elan edib. Azərbaycanın Səhiyyə Nazirliyi də ebola virusu ilə bağlı mübarizəyə qatılıb. Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov ebola virusu ilə bağlı əmr imzalayıb.
Virusa qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin ölkəyə keçməsinin qarşısının alınması məqsədilə tədbirlər müəyyənləşdirilib. Ebolaya yoluxmaqda şübhəli bilinən şəxslər Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda yaradılmış xüsusiləşdirilmiş şöbəyə yerləşdiriləcək.
Virtualaz.org saytının müxbirləri bu dəhşətli virusun Azərbaycana keçmə ehtimalını və xəstəliklə mübarizə üçün xüsusiləşdirilmiş şöbədə yaradılmış şəraiti yerindəcə öyrənib.
Qeyd edək ki, 8 palatadan ibarət şöbə 2006-cı ildə yaradılıb. Şöbənin müdiri Sevda Mustafayevanın sözlərinə görə, şöbə yenidən qurulub və artıq virusa yoluxan bütün xəstələri qəbul etmək üçün şəraitləri var.
"Bu şöbədə ilk dəfə "quş qripi" virusuna yoluxan xəstələri müalicə etmişik. Sonradan "donuz qripi" virusuna yoluxmaqda şübhəli bilinənlər də şöbəyə yerləşdirildi. 2008-2009-cu ildə xəstələrimiz olub. Lakin son illər ölkədə epidemioloji vəziyyət sabit olduğundan, xəstə qəbul etməmişik" - deyə S.Mustafayeva virtualaz.org saytına açıqlamasında bildirib.
Şöbədə hər palataya bir çarpayı qoyulub. Geyinib-soyunma otağı, sanitar qovşaq ayrıdır. Palataların qapıları və burada quraşdırılan aparatlar da diqqət çəkir. Şöbə müdiri deyir ki, xəstələrin ətraf mühitdən təcrid edilməsi üçün süni ventilyasiya aparatı quraşdırılıb. Bundan əlavə, hər palatada süni nəfəs aparatı var. Ayrıca palatalarda monitorlar və xəstəyə nəzarət edəcək aparatlar qoyulub.
S.Mustafayeva hava-damcı yolu ilə keçən təhlükəli viruslara yoluxmuş xəstələrin müalicəsi üçün dərmanla təchiz edildiklərini söyləyib: "Bu şöbə ağır və yüksək patagen viruslar üçün nəzərdə tutulub. Burada hava-damcı yolu ilə ağır viruslara yoluxanları müalicə edirik. Doğrudur, hələlik ebola virusuna qarşı vaksin və ya hansısa dərman yoxdur. Lakin biz qabaqlayıcı tədbirləri görürük, hər ehtimallara hazırlaşırıq".
Bəllidir ki, ebola xəstələrlə təmas nəticəsində yayılır. Bir çox həkimlər ebolaya yoluxanları müalicə etməkdən imtina edib. Amma xüsusi şöbədə çalışanların ebola qorxusu yoxdur.
Bunu da Sevda Mustafayeva deyib: "Şöbədə həkim və tibb bacılarından ibarət 10 işçimiz var. Burada çalışanlar xüsusi təlimlər keçib, onlara viruslu xəstələrə qulluq qaydaları öyrədilib. əməkdaşlarımız xüsusi təhlükəli virusdan qorunma yollarını bilirlər. Xəstənin təmasda olduğu əşyaların dezinfeksiyası, yataqların dəyişdirilməsi, təmizlənməsi qaydalarını öyrənmişik, amma daim məlumatları yeniləyirik.
Bundan əlavə, Səhiyyə Nazirliyi şöbəni xüsusi geyimlər, maskalar, eynəklər , dezinfeksiya aparatları, dərmanlarla təmin edir. Ebolaya yoluxduğu ehtimal edilən xəstələrə sintomatik yardımlar edilməsi üçün bütün dərmanlarımız var".
Virusun qeydə alındığı ölkələrə səyahət edən və ya belə xəstələrlə təmasda olanlar mütləq həkimə müraciət etməlidir.
Şöbə müdiri deyib ki, yüksək hərarət virusa yoluxmanın ilk göstəricisi ola bilər: "Xəstəliyə yoluxanlarda yüksək hərarət, əzələ-sümük ağrısı, ürəkbulanma, qusma, ishal, bədəndə suyun tükənməsi müşahidə edilir. Qanda və digər orqanlarda dəyişikliklər olur. Amma xarici ölkələrə səyahət etməyənlər, belə xəstələrlə kontaktda olmayanlar narahat olmamalıdır. Bizə gətirilən xəstələr laboratoriyada müayinə olunur. Amma kəskin virus infeksiyalarının müayinəsi üçün analizlər Respublika Taun Əleyhinə Stansiyasına göndərilir. Bizim şöbənin xüsusi konteynerləri var. Stansiyaya göndərilən qan və ya digər analizlər xüsusi qablarda daşınır. Yenə də qeyd edim ki, narahatçılığa əsas yoxdur, Azərbaycanda ebola virusuna yoluxma qeydə alınmayıb".
Şöbə müdiri ebolaya yoluxanlar arasında ölüm faizinin yüksək olmasının xəstəliklə mübarizə aparılan ölkələrin həyat səviyyəsi ilə bağlı olduğunu da deyib: "Ebola virusu ilk dəfə Afrika ölkəsində aşkarlanıb. Virusun meymun və yarasalardan insana keçdiyi deyilir. Lakin xəstəliyin ən risqli tərəfi ebolanın insandan insana yoluxmasıdır. Virus qan, nəcis, sidik və digər ifrazatlarla yayılır. Amma virusa yoluxanların sağalma ehtimalı da var. Sadəcə olaraq xəstəliyin erkən dövrdə aşkarlanması və müalicə məqsədilə görülən tədbirlər rol oynayır. Ümumiyyətlə, təkcə ebola virusu ilə bağlı vəziyyət deyil, digər viruslar da göstərdi ki, xəstəliklərlə mübarizədə ölkələrin yaşayış səviyyəsi, tibbi inkişafı, müalicənin effektliyi öz təsirini göstərir. Azərbaycan səhiyyəsi inkişaf edib, istənilən xəstəliklə mübarizə imkanlarımız var, dərmanlarla təminat yüksək səviyyədədir. Amma ölüm faizi yüksək olan ölkələrin səhiyyəsinin inkişafı göz önündədir".
S.Mustafayevanın fikrincə, ebola ilə bağlı təşvişə əsas yoxdur: "İstənilən virusun yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər görülür. Ebola virusunun Azərbaycana keçmə ehtimalı yoxdur. Buna baxmayaraq, Səhiyyə Nazirliyi tədbirlər görür. İnsanlar yalnız eboladan deyil, adi qripdən də qorunmalıdır. Bunun üçün şəxsi gigiyenik qaydalara əməl etməlidirlər. Əllərin gigiyenası və təmizliklə xəstəliklərdən qorunmaq mümkündür".
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ