şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Adlarına fəda olduqlarımız kaş adlarını doğruldaydılar
Tarix: 25.08.2014 / 11:25
Bölmə: Sosial
Allahın gözəl isimlərinin (əsməi-Husnə) içərisində bir ismi-əzəm (ən böyük, ən ulu) olduğu kimi, həmin isimlərin içində də bir nəqşi-əzəm var. Həmin naxış İnsandır. Bu isə o deməkdir ki, insan Allahın bütün isimlərini göstərən ayna, güzgüdür. Lakin Onun isimləşmiş sifətlərinin bəndədə təcəssüm etməsi və onun bu nurlardan faydalanaraq ləzzət almasının alternativsiz yolu yalnız Rəbb və Peyğəmbər(ə) kəlamlarına əməl etməkdən keçir.
Çünki inanclı bəndənin ilahi əmrlərə uyduğu və yasaqlardan qaçmasından aldığı feyz yalnız bu qaynaqlarla mümkündür.
Bəlli bir surətdə yaradılan insan, başqa surətdə yaradılan ulduz, dağlara arxadaş. Həyat nemətinə qovuşması ilə cansızlardan ayrılan insan ağıl, iradə, qəlb, ruh və vicdan sahibi kimi varlıq aləminin ən uca nöqtəsinə qalxıb. Elə onu Yer kürəsinə xəlifə edən də bu dəyərlərdir. Cansız varlıqlarda, flora və fauna aləmində təcəlli etməyən çoxlu isimlər insanda fitratən çəyirdəklər halında təcəlli edib. Xəlifəyə düşən vəzifə həmin çəyirdəkləri faydalı ağac halına gətirməkdir.
Qeyd: "Zahir olmaq, görünmək" kimi mənaları ehtiva edən təzahür gizli həqiqətin bəlli olması, görünməsi anlamını verir. Təcəlli isə "gizli həqiqətlərin qəlbdə hiss edilə bilməsi halına gəlməsi"dir. Bu baxımdan insan da daxil olmaqla hər bir varlıq ilahi isimlərdən birinə və ya bir neçəsinə şahidlik edir. Qəlbdəki bu təcəlliyə "cilvə" deyilir. Cilvəyə "arifin qəlbində parlayan ilahi nur" da deyilir.
"Bir şey zikr edilərkən mütləq onun kamalı yada düşür" kəlamına görə, insan deyiləndə ilk növbədə bəşəriyyətin iftixar abidəsi Məhəmməd(ə) yada düşür. Deməli, insan ornəyə - Allah Rəsuluna bənzəməyə çalışdığı vaxt nəqşi-əzəmə çevrilə bilər. Çalışmadan, əzm göstərmədən, səbatlı olmadan bu nöqtəyə ucalmaq qeyri-mümkündür. Məs., arı məhdud imkanlara sahib texnoloq-kimyaçı kimi ancaq bal istehsalını, hörümçək isə məhdud sahənin mühəndisi inşaat kimi yalnız tor hörməyi bacarır. Halbuki, balı da, toru da yaradan Allahdır. Onlar bu ilahi sənətin icrasında sadəcə səbəb kimi vəzifə alıblar və həmin sahədə dəyər də qazanıblar. Lakin onların yeni bir sənət qazanaraq başqa iş görmək imkanlarıı yoxdur. Həmin səbəbdən həm arı, həm də hörümçək fərqli kamala, fərqli gözəlliyə çata bilmirlər. Amma insan elə deyil. O, Allah və Peyğəmbər(ə) kəlamlarına və onlardan qaynaqlanan dünyəvi qanunlara əməl etməklə zənginləşə, müxtəlif sahələrdə sənətkar ola bilər. Bədən və ruh vəhdətində olan insanın nəqşi-əzəm, varlıqları tacı olması üçün ona həm də cüzi iradə (bu cüzi iradə ilə kainata meydan oxuyan insana güllü iradə verilsəydi, o daha nələri edərdi?! Məgər Yaradan bilməzmi?!) verilib ki, çalışmaqla həmin sifətlərə sahib olsun. Çalışılarsa həmin təcəllilərə sahib olar, çalışmazsa məhrum olar...
Bir "Ol" kəlamı ilə səhnəyə atılan insan, həm də elmlə yaradılıb. Onun maddi və mənəvi tərəfi, həndəsi ölçüləri, surəti ilahi elmdən xəbər verir. İnsan bu tərəfilə Allahu-Təalənin "Alim" isminin təcəllisini daşıyır, ona ayna olur. Bir də insanın çalışaraq elmə sahib olduqdan sonra əməli işlə onu reallaşdırması var. Bu zaman insan elm və texnologiya sahəsində çalışdığının əvəzi kimi incə sirrlər kəşf edir, özü və cəmiyyət üçün daha rahat, halal və daha gözəl rifah-həyat qazanır. Elə onu digər fərdlərdən üstün edən də, bu cəhətidir. Məs., elm və təcrübəsini bəşər sağlamlığına həsr edən, qəlbi mərhəmət və şəfqətlə aşıb-daşan bir həkim Onun "Şafi" isminin təcəllisini daşıyır. Və o, bu ismin təcəllisi ilə adi insandan fərqli olaraq tamam başqa bir ləzzət alır. İnsan Rəbb əmrlərinə tabe və ilahi yasaqlardan qaçması ilə Onun "Rahim" ismindən ləzzət alır. Başqalarının imanını kamilləşdirdiyi ölçüdə isə bu ləzzət çoxalır. Allahu-Təalənin "Quddus" ismini xatırlayan bir mömin, kainatın başdan-başa bu ismin təcəllisi ilə parıldadığını təfəkkür edər və ondan başqa bir feyz alar. Bu zaman o, ruh və vicdanındakı ləkələrə paltarındakı ləkələrdən daha çox diqqət verər. İnanclı bəndə Onun "Ğafir" isminin təcəllisini daşımaq üçün günahlarına səmimiyyətlə tövbə edib, Rəbbindən qorxar, Ona güvənər və Ona təvəkkül edər. Bu durum da bir feyzdir. İnsan verilən nemətə şükr etməklə Allahın Şəkur, Rahmən və Razzaq ismindən ləzzət alar. Yoxsul və möhtac insanlara mərhəmət, kömək etdiyi nisbətdə bu ləzzət çoxalıb fərddən ümumiyə çevrilər. İmtahana və məruz qaldığı bəlalara səbr edən mömin üçün Sabur isminin təcəllisi başqa bir nemətdir. İmanın bu iki qanadına - səbr və şükrə sahib insan cənnətini həm bu dünyada, həm də axirətdə reallaşdırar. İnanclı bəndə Allahın əzəmət və böyüklüyünü göstərən mənzərəni seyr və təfəkkür etməklə Onun Əzim, Kəbir, Qadir kimi cəlal isimlərindən faydalanar. Bu hal həm də insanın nə qədər zəif, nöqsanlı olduğunu ona dərk etdirər.
"Çalışmaq adətim, təfəkkür halımdır" Peyğəmbər(ə) kəlamına istinadən potensial qabiliyyətini səfərbər etdikdən sonra Allaha təvəkkül ilə qədərə razı olan insan O-nun "Kəfi" isminin təcəllisini daşıyar. Bu zaman ruhunda yaranan genişlik, rahatlıq ona ülviyyət qazandırar. Allahın Rauf ismini daşıyan "Rauf" adlı bəndə isə bilməlidir ki, o yalnız bütün canlılara mərhəmətli olmaqla, yaxşı işlər görməklə həmin isimdən ləzzət ala bilər.
Məlumdur ki, sevgi, məhəbbət bəşər övladına fitratdan verilən bir cövhərdir. Bu hiss Allahu-Təalənin isimləşmiş sifəti olan Camaldan təcəlli edir. Camal və Kamal sifətlərinin sahibi olan Allah həm sevilən, həm də sevəndir. O, əvvəlcə Özünü sevən qəlblərə tanıdır. Məxluqat da Onu tanıdıqdan sonra sevir. Camal və Kamal sifətlərinin təcəllisini özündə daşıyan bəndə gözəlliyi dərk edə-edə kamil olur. Belələri haqqında Rəbbimiz buyurub: "Allah onları, onlar da Allahı sevərlər" (Məidə, 54). Deməli, "Camal" və "Kamal" adını daşıyan bəndə fərqinə varıb bu sifətləri doğrultmalıdır.
Fərd ismi Allahın birliyini ifadə edir: ortağı və bənzəri olmadığından xəbər verir. Onun Vahid və Əhad isimləri də birliyini ifadə edir: Əhəd ismi Allahın zatının birliyini, Vahid ismi isə sifətlərinin şəriki və bənzəri olmadığını göstərir. Həmin səbəbdən Fərd ismi "zatında və sifətlərində şərikdən uzaq, ortaq və bənzəri olmayan yeganə zat" kimi tərif edilə bilər. Bədənində vəzifə alan yüz trillion hüceyrə və ruhunda cərəyan edən saysız hisslər, duyğular və digər lətifələrlə insan bir vəhdətdə olmaqla tək bir fərddir.
Onu göstərən fərd kimi, barmaq izləri və daha nələri ilə fərdi yaradılan fərd kimi... Bir sözlə, kainatda özünə müstəqil bir ad verilən hər şey, Fərd isminin bir damlasını daşımaqla sonsuz varlıqlar içində tək olduğunu bəyan edir və Allahın fərdiyyatına şahidlik edir.
Allahu-Təalənin son Kitabında ən çox zikr edilən adlarından biri də Rəbbdir. Bu sifət hər hansı məxluqu yoxdan var etdikdən sonra onu mərhələ-mərhələ tərbiyə etməklə kamal nöqtəsinə çatdırır. Günəş bu tərbiyədən keçməklə varlıq aləminə xidmət etdiyi kimi, Ay və ulduzlar da, kanatdakı hər bir varlıq da eyni tərbiyədən keçib. Həmin səbəbdən, Rəbb ismi müxtəlif sahələri ehtiva edir: Aləmlərin Rəbbi, göylərin və Yerin Rəbbi, insan və cinlərin Rəbbi, cənnət və cəhənnəmin Rəbbi və s. "Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) nemətlərdən ruzi verən Allahdır: Bu sizin Rəbbiniz olan Allahdır" (Mumin 64).
Qeyd edək ki, aləmlərin Rəbbi kanat ağacının tərbiyəsi ilə, insanların Rəbbi isə həmin ağacın meyvəsi olan insanın tərbiyəsi ilə əlaqəlidir. Bəşərin varlığı bütün aləmlərlə əlaqəli olduğu üçün bütün aləmi tərbiyə edə bilməyən, bəşəri də tərbiyə edə bilməz. Yəni aləmlərin tərbiyəsi nəticə etibarilə insanların tərbiyəsinə xidmət edir.
Bu baxımdan Qurani-Kərim insanı dünyada yaxşı işlərə dəvət etməsi və onu əbədi səadətlə müjdələməsi ilə Kitabı həm də ilahi bir yol xəritəsinə çevirib. Rəbbimizin Kitabında ilk surənin (fətihə) "Aləmlərin Rəbbi" ilə başlayıb insanların Rəbbi (Ən-nəs) ilə sona çatması, deyilənlərin bariz nümunəsidir.
Namaz qılmaq, oruc tutmaq, sədəqə vermək-ümumiyyətlə, saleh işlər görmək kimi əmr və tövsiyələrdə də Rəbb isminin ayrı bir təcəllisi var. Bu dəyərlərin hər biri ilə insanın mənəvi aləmi ayrı bir tərbiyədən keçər və növbəti keyfiyyətə - fərqli bir kamala qovuşar. Deməli, uyulan hər ilahi əmr və qaçılan hər ilahi yasaq insan üçün tərəqqi vəsiləsidir. Bu postulat xüsusilə maddi durumları geniş adamlara və səlahiyyətli şəxslərə aiddir.
Cəlal və Camal sahibi Allahu-Təalə, Onun sonsuz sayda isimləşmiş sifətləri və onların hər bir məxluqdakı təcəllisi... Bəşər övladı yaradılışdan ta bugünə və qiyamətə qədər sevdiklərinə bu adları veriblər, verirlər və verəcəklər də: Rəhim, Adil, Vəkil, Kamal, Cəmal, Sabir, Şükür, Rauf, Şafi, Vəhhab və s. və i. Bu adlar məsələnin zahiri, xarici tərəfi. Mahiyyət isə, daşıdığı adlara fəda, qurban olduğumuz bu insanların həmin ilahi təcəlliləri necə daşımasından (və ya nəfslərinə ram olaraq o təcəllilərdən məhrum olmasından) ibarətdir...
Vəkil adlı vəkil var ki, ədalətsiz prokuror kimi "müdafiə" edir; Rəhim adını daşıyanın pambıqla baş kəsdiyini görmüşük! Şafi isimli həkimlə rastlaşmışıq ki, "əmanət" vaxtında gəlmədiyi üçün xəstə stolda ölüb. Şükür ismini daşıyan molla da görmüşük ki, verilənə şükür etməz. Qara kostyumuna, ağ köynək və xarici görünüşünə, ətrinə valeh olduğumuz Rauf adlı məmurlar var ki, pulsuz rauf olmazlar...
Deməli, insanlara münasibətimiz onların hansı adı daşıması ilə yox, o adların nə dərəcədə doğrultmaları ilə olmalıdır. İslam aləminə arxadan xəncər soxan o qədər Məhəmmədlər, Əlilər, Vəhhablar, Sabirlər, Şükürlər var ki...
Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Mirzə Kazımbəy (1802-1870) şeyxülislam oğlu idi. İslam elmlərini, ərəb, fars, türk, azərbayğan, tatar və fransız dillərini də mükəmməl bilirdi! Atası Hacı Kazım böyük ümidlə onun adını Məhəmmədəli qoymuşdu. Fəqət Məhəmmədə (Mirzə Kazımbəy) adını doğrultmadı. Ömrünün sonlarında "məni müsəlman kimi qəbul edin" deyən A.N.Tolstoy isə əksinə...
Taleyin işinə bax ki, xristianlığın protestantlıq qolunu qəbul edən Mirzə Kazımbəy İslamı qəbul edən L.Tolstoyun qızı ilə ailə qurmuşdu...
Beləliklə, Rəbb isminin təcəllisi axtarışı ilə səyahətə çıx-saq görərik ki, bu ilahi nur: valideyin borcunu ləyaqətlə yerinə yetirənlərdə, maarif-elm-mədəniyyət-incəsənət sahəsində vicdanı tətikdə olanlarda, müxtəlif ranqlı məmurların ədalətli qərar verməsi ilə qəlblərinin zəkatında, quzunu necə parçalayıb yeməyi balasına öyrədən canavarda və balasına görə göz yaşı axıdan anada, gözoxşayan meyvəsini yetişdirən ağacda, bir sözlə, kainatın hər yerində cilvələnərək bizi səsləməkdədir. Rəbb və Peyğəmbər(ə) kəlamları, səməvi kitablar, görən gözlər, eşidən qulaqlar, düşünən beyinlər, danışan dillər və daha nələr-nələr bunların hamısına şahidlik edir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ