şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Yardıma möhtac insanlar yardım edənlərin xilası üçün vəsilədir
Tarix: 18.08.2014 / 11:59
Bölmə: Sosial
İslama görə, hər bir xalq, millət və ümmətin nicat tapması üçün vacib şərtlərdən biri həmin sosial qurumları təşkil edən fərdlərin bir-birinə yardım etməsidir. Qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə), kitablara və peyğəmbərlərə inanıb ibadət edən şəxslər bir-birinə dəstək verməzsə, o zaman onların xilası ilahi zəmanəti altında olmaya da bilər.
"O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edib, paylayırlar; o kəslər ki, Sənə göndərilənə (Qurana) və Səndən əvvəl göndərilənlərə (Tövrat, Zəbur, İncil) iman gətirir və axirətə şəksiz inanırlar; məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da onlardır" (Bəqəra 3-5). Göründüyü kimi, ayə ictimai varlıq olan insanın doğru yolda olub, nicat tapması üçün onun Rəbbin verdiyi ruzilərdən başqaları ilə bölüşüb, paylaşmasını önə çəkir. Quran Ramazan ayında nazil edildiyi üçün bu bərəkət, yardımlaşma və dəstək həm də hər il mübarək qədəmləri ilə həyatımıza daxil olan Ramazan ayının atributlarından hesab olunur.
Rəbbimiz verməyi istəməsəydi, istəməyi verməzdi
İmandan sonra "vermək, yardım etmək, əl tutmaq" İslamda elə bir ibadət formasıdır ki, onsuz dinə sahib çıxmaq qeyri-mümkündür. Məlumdur ki, iman qəlbə aid qüdsi bir duyğudur. İmanlı qəlbdə Allah sevgisi və Allah qorxusu olur. Sevginin ən bariz nümunəsi həmin nemətləri Allah naminə başqaları ilə bölüşdürməkdir. Allah qorxusunun əlaməti isə bəndənin malik olduğu ruzilərin Allahdan olması düşüncəsidir. Bu düşüncə ilə yaşayan insan bilir ki, onu ruziləndirən Allahdır və O, istədiyi şəxsə bu neməti verə də bilər, ondan ala da bilər. Vermək həm də nəfsin "hamısı mənimdir, mən qazandım" istəyini cilovlayan bir ibadət formasıdır. Vermək ilahi bir sünnət, əxlaq, iş və əməldir. Unutmayaq ki, Rəbbimiz verməyi istəməsəydi, istəməyi verməzdi. Allahu-Təalə istəməyi verib ki, yardım edənlə yardım etməyəni tanıtdırsın. Həmin səbəbdən vermək, yardım etmək Rəbbin namazdan öncə verdiyi ilk əmrlərdəndir. Təsadüfi deyil ki, hələ İslamın birinci ayında Peyğəmbər(ə) buyururdu: "Allahın sizə verdiyi nemətlərdən başqalarına da verin... Gözəl söz, gülər üz, xoş rəftar da bir sədəqədir". Yeri gəlmişkən, əl tutmaq, yardım etmək türk xalqlarının hələ islamdan qabaq ən bərəkətli milli dəyərlərindən biri idi.
Yardımın növləri
Rəbbin verdiyi nemət və ruzilər mənəvi və maddi olaraq iki növdür. Allahın yaratdığı bəndəsinə ehsan etdiyi elm, səadət, sağlamlıq, gözəl söz və nəsihət, cavanlıq, məlahətli səs, gülər üz və s. dəyərlər Rəbbin verdiyi mənəvi ruzilərdir.
a) Elm ilə yardım etmək.
Bu yardım növü həm dünyəvi, həm də dini elmlərə aiddir. İslam hesab edir ki, elm sahibləri malik olduqları bilikləri başqalarına öyrətməyə borcludurlar. "Alimin üzünə baxmaq, onunla söhbət etmək ibadətdir" və ya "Biliyilə xalqı faydalandıran bir alim 70 il ibadət edən adamdan xeyirlidir" buyuran Peyğəmbər(ə), həm də deyib ki, "əhali arasında geniş yayılmayan, başqalarına çatdırılmayan, yoxsulların yolunda istifadə edilməyən bilik, kimsəyə faydası dəyməyən xəzinəyə bənzər". Bu baxımdan, həm bəşər imanının kamilləşməsi, həm də dünyəvi elmlərin çağdaş səviyyəsi və müasir texnologiyaların inkişafı Yer kürəsinin "kiçilməsinə", uzaqların yaxınlaşmasına, qloballaşma və inteqrasiya prosesinə təkan verən mənəvi yardım növü kimi qəbul edilməlidir. Buna səbəb isə müəyyən bir alim ixtirasının bütöv bir millətin, nəhayət, ümmət və bəşərin malına çevrilməsidir. İrşad və təbliğ, elm və maarifləndirmə peyğəmbərlər vəzifəsi olduğu üçün müəllim və alimlər də bilməlidirlər ki, onlar bu sahədə peyğəmbərlərin varisidirlər. "Mən bunun müqabilində (Allahın hökmlərinin, risalətinin, elminin, maarifləndirmənin) sizdən heç bir muzd, əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir" (Şuəra 145). Deməli, elm və təhsildə rüşvət və digər haram muzdlar Rəbbə, peyğəmbərlərə və səməvi kitablara xəyanətdir. Alim və müəllimlər, əvəz gözləmək məqsədilə səlahiyyət sahibləri pula yox, xalqa, millətə xidmət etməlidirlər. Zira deyilib: "Bir alimin padşahla çox oturub-durduğunu gördünmü, bil ki, o, oğrunun, talançının biridir"; "Bildiklərini başqalarına öyrətməyənlərə, hər şey, hətta dənizdəki balıqlar və göydə uçan quşlar da lənət oxuyur" (Həz.Məhəmməd).
Yaşlılara, valideynlərə hörmət və sayğının bir ibadət forması olduğunu aşılayan Rəbb və Peyğəmbər(ə) kəlamları elm, maariflənmə və onların təbliğində yaşlı insanların cavan müəllim və alimlərin hüzurunda dayanmasını həmin ibadətdən də üstün ibadət sayırlar. Bunu Rəbbin "Heç bilənlə bilməyən eyni olarmı?!" və kainatın fəxri Peyğəmbər(ə)-nin "bir gəncdən müəyyən bir şey öyrənmək, bilik əldə etmək istəyən yaşlı adam utanmadan, çəkinmədən həmin gəncin hüzurunda oturmalıdır" kəlamları da təsdiq edir.
Quran hər bir millətin nicatını iman, elm və əməl vəhdətində gördüyü üçün onun 6204 (və ya 6236) ayəsindən 1000-i elmin müxtəlif sahələrinə həsr olunub. Təsadüfi deyil ki, Həz.Məhəmməd tərəfindən yaradılan İslam elmi konsepsiyası düz 600 il dünya elm və mədəniyyətinə örnək olub. Lakin sonradan xürufatçılıq və təqlidçiliyin güclənməsi İslam aləmini qeyri-islamın elm sədəqəsinə möhtac edib. Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, bu meyl indiyə qədər səngiməyib. İslam aləminin bir hissəsi olan Azərbaycanda isə bu proses əvvəl xürufatçılıq və təqlidçilik, sonradan isə dini elmlərə qadağa qoyan Allahsız (ateist) bir imperiyanın təsiri altında olub. Və nəhayət, güman etmək olardı ki, Azərbaycan müstəqillik qazanandan sonra belə zərərli yanaşmadan azad olub, dünyəvi və dini elmlərin inkişafında öz sözünü deyəcək. Əfsus, hələ ki, bu, arzuedilən səviyyədə deyil. Danılmaz faktdır ki, bu gün dini və xüsusən dünyəvi təhsil sistemlərində "dayı" və rüşvətlə oxuyan tələbələr kifayət qədərdir.
b) Xoş söz, gülər üz və gözəl
xasiyyətlə yardım. Mənəvi dəstək və yardımın bu növü çağdaş dünyamızın itirdiyi nadir cövhərlərdən biridir. Bəzən qütbləşən, bəzən də qloballaşan dünyanın bətnindəki bu boşluq maddi mənfəətə aludəçilikdən doğub. Halbuki, "öncə söz yaranıb" (İncil). Bu cöz Şeytanın yox, Allahın kəlamıdır. Söz olmasaydı, mövcudat tanınmazdı. Sözün qüdrət və təsirini Həz.Əli belə səciyyələndirib: "Ağıllı kişilər sözlərilə elə işlər görürlər ki, həmin işləri qılınc və kötək gücünə görmək mümkün deyil". Xoş söz demək xüsusi insanlarda özəl bir qabiliyyətdir. Xoş sözlə kiməsə təsəlli və nəsihət vermək Quran hikmətindən qaynaqlanır. Çünki Rəbbimiz buyurub: "Din nəsihətdir, tövsiyədir". Vaxtında və xoş niyyətlə deyilən söz, bəzən bütöv bir ailə və cəmiyyətin nicatına səbəb olur. "Pisliklə qalib gələn şəxs məğlubdursa" (Həz.Əli), insanlar arasında sevgini aşılayan xoş söz isə ən fəzilətli ibadətdir. "İki adamı barışdıran, onların arasını düzəldən adamın savabı namaz qılmaq və oruc tutmaqdan əfzəldir" (Həz.Məhəmməd).
"Bir-birinizə gülər üzlə yardım edin" Peyğəmbər(ə) kəlamıdır. Gülər üzə, xoş təbəssümə malik insan Allah rizasını vərdiş halına gətirib, Onun yaratdıqlarını sevər. "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" - belə demə, üstlərinə qışqırıb, acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına alıb: "Pərvərdigarə! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib, bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de" (İsra 23-24).
Xoş söz və gülər üz gözəl xasiyyəti tamamlayan keyfiyyətlərdir. Gözəl xasiyyətə malik insan bütöv bir qurumu ələmdən nəşəyə apara bilər. Belələri uşaqla uşaq, böyüklə böyükdürlər. "Kiçik körpəsi olan, onun xatirinə, gərək özünü uşaq kimi aparsın"; "Gözəl xasiyyət dinin yarısıdır"; "həlim xasiyyət hikmətin əzəlidir"; "Yaxşı xasiyyətlər Cənnətə aid əlamətlərdir" Peyğəmbər(ə) kəlamlarıdır. Gözəl xasiyyət insanın mübarizə əzmini azaltmaz. Əksinə, belə keyfiyyətə malik insanlar səbrli, təmkinli, uzaqgörən və lazım gələrsə, yerində şəhid olmağı bacaran imanlı bəndələrdir. Allahın dostuna dost, düşməninə düşmən olan həmin insanları Həz.Əli belə xarakterizə edib: "İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn var. Onun xasiyyəti gözəl, rəftarı xoş və yumşaqdır. O, şərəf və din baxımından sərt, xasiyyət baxımından isə qul kimidir".
c) Ziyarətlə yardım. Mənəvi yardımın növlərindən biri də xəstəni ziyarət etməkdir. Bu növ dəstək insanda Rəbbə şükranlıq hissini yaşadır. Ziyarətçi xəstə ilə öz durumunu müqayisə edib, ona verilən sağlamlığa görə Rəbbə şükr edir. Xəstənin isə necə deyərlər, gözü həmişə qapıda olar. Bu qapını açan şəxsə xəstə dua və minnətdarlıq hissini izhar etməklə, ona savab qazandırır. Xalqımızın milli dəyərlərindən olan bu yardım insanlar arasında sevgi və sayğını bərqərar edən ibadətlərdən biridir. Həz.Peyğəmbər buyurub: "Savab baxımından ibadətin ən üstünü xəstəyə baş çəkməyə gedəndə onun yanından tez qalxmaqdır". Kəlamdan göründüyü kimi, xəstəni ziyarət etməyi savab qazandıran əməl hesab edən Rəsuli-Əkrəm(ə), həm də xəstəni bezikdirməməyi ən üstün ibadət sayıb.
d) Cavanlıqla yardım. Gənclərin qocalara etdiyi istənilən mənəvi dəstək bu yardıma aiddir. Belə ki, milli adət və ənənələrimizdən biri olan həmin yardım cavanların yaşlı nəslə hörmət və ehtiramından, onların nəsihətlərinin qəbul edilməsindən və s. və i. dəyərlərdən ibarətdir. Burada əsas məsələ yaşlı nəslin hörmət və ehtiram iddiasında olmaması, gənc nəslin isə hörmət və ehtiramda bulunmasıdır. Təəssüflə qeyd edək ki, əcdadlarımızın əmanət verdiyi bu yardım ilbəil "mədəniləşməklə" mənəviyyatımızın tarixinə atılmaqdadır. Yeri gəlmişkən, dini tolerantlığın əlifbası olan salam barədə Rəsulu-Əkrəm(ə) buyurub: "Ürəkləri oxşayan sənət əsəri, həzin səs, hal-əhval tutmaq, salamlaşmaq və s. dəyərlər də mənəvi yardımın növləridir." Salam dinimizdən olanlara qarşı iltifat, alqış və tərif, başqa dindən olub, bizi sayanlara əmniyyətdir.
Maddi yardımlar
İslamda maddi yardımların ən geniş yayılanı sədəqə, zəkat, vəqf və başqa dəyərlərdir. Sədəqə, Allahın rizasına qovuşmaq üçün heç bir qarşılıq gözləmədən kasıblara, fağırlara, möhtaclara verilən mal, pul, bilik və s. yaxşılıqlardır. Sədəqə bəlaları dəf edər, ömrü uzadar, bədəni sağlam edər, malı artırar. "Şübhə yox ki, verilən sədəqə dilənçinin əlinə düşməzdən əvvəl Tanrıya agah olar"; "Verən əl verməyən əldən xeyirlidir" (Həz. Məhəmməd). Sədəqə ehtiyacı olan hər kəsə verilir. Sədəqə möminin bütün insanlara qarşı mükəlləf olduğu bir ibadətdir. Yalnız müsəlmana verilən zəkat isə İslamda dövlət büdcəsini formalaşdıran təsisatlardan biridir. O, malı zəkat həddinə çatan hər bir müsəlman üçün borcdur. Sədəqədən fərqli olaraq, zəkat aşkar şəkildə verilir. Zəkat bir ibadətdir. "Zəkatı olmayanın namazı yoxdur" Peyğəmbər(ə) kəlamıdır. İslamın ilkin dövründə zəkatda tərəddüd edənlərə Həz.Əbu Bəkr deyirdi: "Zəkat dinimizin təməl hökmlərindən biridir. Bu ibadət yaddan çıxarsa, islamiyyət çökər". Qeyd edək ki, sonuncu kəlam müasir dövlətçilik baxımından da çox önəmlidir. Çünki, kəlam dini və dünyəvi qurumlarda işləyən məmur və rəhbərlərin ilin sonunda gəlir bəyənnaməsini ictimaiyyətə təqdim etməsini də ehtiva edir. Kəlamın hikmətinə görə, əks halda nə demokratik dövlətdən, nə də İslamdan söhbət gedə bilər.
Yardım nəzakət və hörmət tələb edən ibadətdir
Məlumdur ki, ictimai varlıq olan insan cəmiyyət şəklində yaşamağa məhkumdur. Həmin səbəbdən o, malik olduğu maddi-mənəvi dəyərlərin çoxluğu və ya azlığından asılı olmayaraq, cəmiyyətdən nəsə alıb, ona nəsə verməyə məcburdur. Bu, yardımlaşmanın sırf sosial-ictimai tərəfidir. Məsələnin dini mahiyyəti isə ondan ibarətdir ki, yardım edilən insanlar əslində, yardım edənlərin xilas olmaları üçün bir vəsilədirlər. Başqa sözlə, yardım edilən insanlar dünya səhnəsində ilahi bir ssenarinin fədai iştirakçıları kimi, yardım edənlərə rəhmət və savab qazandırırlar. Həmin səbəbdən, onlara verilən istənilən yardım nəzakət və hörmət tələb edən ibadət olmalıdır. Çünki bu ibadətdə imkanlı imkansız, imkansız isə imkanlı da ola bilərdi. İlahi təqdir yardım etməni imkanlıya verdiyinə görə, imkanlı da Rəbbinə şükr etməli və ən azı öz xilası üçün imkansıza maddi-mənəvi dayaq olmalıdır. O ki qaldı ilboyu özü üçün yaşayanlara...
Onlar barədə deyilib: "Yalnız öz işinə yarayanların, bircə damğası var: "Yaramaz adam" (B.Vahabzadə).
Vaqif CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə doktoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ