çərşənbə axşamı günü, 14 iyul 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əslən şuşalı məşhur Azərbaycan rəssamı İngiltərə jurnalına nələr dedi?
Tarix: 18.08.2014 / 02:43
Bölmə: Sosial
Azərbaycanın tanınmış rəssamlarından olan Səyyar Əliyev Böyük Britaniyada nəşr edilən nüfuzlu "TEAS" jurnalına eksklüziv müsahibə verib. Xatırladaq ki, əslən qarabağlı olan rəssamın yaradıcılığının əsas süjet xəttini milli faciələrimiz və işğal altında olan ərazilərin ümumi təsviri təşkil edir. Səyyar Əliyev həm də pedaqoji fəliyyətlə məşğul olur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olan Səyyar Əliyev həm də tarix üzrə fəlsəfə doktorudur.
"Bakı-Xəbər" olaraq, tanınmış rəssamın ingilisdilli nüfuzlu "TEAS" jurnalına verdiyi eksklüziv müsahibənin tərcümə variantını olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Səyyar Əliyev öz dünyası olan rəssamdır. Onlarla qeyri-adi əsər onun fırçasına məxsusdur. Rəssamın şəkilləri öz dərinliyi və qeyri-adiliyi ilə insanları cəlb edir. Onun şəkillərinə uzun-uzun və diqqətlə baxa-baxa insan hər dəfə müxtəlif rakurslarda özündə yenilik və qeyri-adilik kəşf edir. Rəssam özü bunu qeyri-adi yaranış adlandırır, daxildən olan proses, enerji reaksiyası onu təmiz kətana doğru aparır və məcbur edir ki, insanlara, heyvanlara, təbiətə, peyzaja məxsus abstrakt rituallığı əsərlərində əks etdirsin. Onun əsərləri əvvəlcədən düşünülmüş eskizlərdə qurulmayıb, onlar birdən yaranır, onlar canlıdırlar və kosmik enerji ilə zəngindirlər. Rəssamın əsərlərində kosmos və rəssam arasında bilinməyən bir əlaqə hiss olunur. Səyyar Əliyevin əsərləri pozitiv təsir göstərir, insanı sakitləşdirir və xoş fikirlərə doğru aparır. Onun əsərlərində eyni zamanda həm gəzmək, həm səyahət etmək, həm də dincəlmək, sevinmək və kədərlənmək mümkündür. Onlar emosionaldırlar. Onlar canlıdırlar. Onun ustalığı özünəməxsus qeyri-adiliyi ilə fərqlənir.
- Siz uzun müddət hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa aid qədim Şuşa şəhərində yaşayıbsınız. Şuşa Sizin təsəvvürünüzdə necə qalıb?
- Mən Şuşaya çox yaxın olan Ağcabədi rayonunda doğulmuşam. Ancaq ömrümün əhəmiyyətli hissəsi Azərbaycanın ən dilbər guşəsi olan Şuşa ilə sıx bağlı olub. Orta məktəbi Şuşa şəhərində oxumuşam. Universiteti bitirəndən sonra yenidən Şuşaya qayıdıb, həmin şəhərdə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Mənim üçün Azərbaycanın hər bir guşəsi doğma və əzizdir, ancaq Şuşa tam başqa aləmdir. Şəhər qədimliyi ilə yanaşı, füsunkar təbiəti ilə də insanları valeh edirdi. Təbii ki, belə şəhəri unutmaq olmaz. Şuşanın hazırda işğal altında olması məni daha çox incidir.
- Ermənistanla münaqişə başlayan zaman orada yaşayırdınız? Öz daimi yaşayış yerinizi nə zaman tərk etdiniz?
- Bəli, münaqişə başlayan zaman mən orada yaşayırdım. 1988-ci ildən bizim soydaşlarımızın demək olar ki, hamısı Ermənistandan qovulmağa başladı. Onlardan Şuşa şəhərinə pənah gətirən ailələr də çox idi. Mən, işimlə əlaqədar olaraq, bu kateqoriyadan olan insanlarla tez-tez görüşürdüm. Heç ağlıma gəlməzdi ki, bir gün mən də bu zavallı insanların taleyini yaşamalı olacam. Nəhayət, məlum hadisələrlə əlaqədar 1992-ci ildə mən də ailəmlə Şuşanı tərk etdim. Artıq 22 ildir ki, Şuşa həsrəti ilə yaşayıram. Uşaqlığımın keçdiyi o gözəl yerləri heç vaxt unuda bilmirəm. Mən əminəm ki, yaxın vaxtlarda o yerlərə dönəcəm. Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə vurğulayır ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq, tezliklə ərazi bütövlüyümüz bərpa olunacaq və Azərbaycanın bayrağı Xankəndində, Şuşada dalğalanacaq.
- Rəssam və ya musiqiçi ailəsində doğulubsunuz?
- Mən ziyalı ailəsində dünyaya gəlmişəm. Valideynlərim müəllim olub. Baba və nənələrimdən də heç biri musiqiçi və rəssam olmayıb.
- Bizdə olan məlumata görə, Siz həyatınızın çox hissəsini məktəbdə müəllim işləmisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Universiteti bitirəndən sonra mən Şuşa şəhərində olan texniki peşə məktəbində müəllim işləmişəm. Sonra Şuşa Pedaqoji Universitetində dərs demişəm. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyirəm. Tarix üzrə fəlsəfə doktoruyam. Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm.
- Rassamlığa bir hobbi kimi yanaşırsınız?
- Yox, mən uzun illərdir ki, rəssamlıqla məşğulam. Bu mənim hobbim deyil. Hələ orta məktəb illərindən rəssam olmaq arzusunda olmuşam. 2-ci sinifdən məndə rəssamlığa meyl oyanıb. Əsərlərlərim peşəkarlar tərəfindən çox yüksək qiymətləndirilir. Mən də bu qənaətə gəlirəm ki, demək nəsə yarada bilirəm.
- Peşəkar rəssamlığa nə vaxt başladınız?
- Artıq 20 ildir ki, mən peşəkar rəssamlığa başlamışam. Elə həmin vaxtdan da əsərlərimi boya ilə çəkirəm.
- Sizin rəsmləriniz Vincent Van Qoq, Жackson Pollock və George Brak kimi ən məşhur Qərb rəssamlarının rəsmlərinə bənzəyir. Siz Sovetlər tərəfindən təsdiq edilmiş "Sosialist - realist yanaşmanı" qəbul edirdiniz?
- Biz ömrümüzün ən əhəmiyyətli hissəsini sovetlər dönəmində yaşamışıq. Bu baxımdan da həmin dəyərləri tam inkar edə bilmərik. Bu gün bizim ölkənin də ən tanınmış rəssamları Sovet rəssamlıq məktəbinin yetirmələridir. Bununla yanaşı, mən Qərb rəssamları ilə də çox maraqlanmışam. Siz müəyyən bənzətmə apardınız, ancaq mən heç kimi təkrarlamaq istəməmişəm. Çəkdiyim əsərləri başqa dahi rəssamların da əsərlərinə bənzədirlər.
- Yaradıcılığınızın əsasını hansı mövzular təşkil edir?
- Mənim yaradıcılığımın əsas prioritet xəttini Dağlıq Qarabağ mövzusu təşkil edir . Daha çox Şuşa harayına, Xocalı faciəsinə və Qarabağa aid digər mövzulara üstünlük verirəm. Bununla yanaşı, 20 Yanvar faciəsinə aid də əsərlərim var.
- Rəsm çəkən zaman hər hansı bir musiqi dinləyirsiniz?
- Xeyr, heç bir musiqi dinləmirəm. Tam özümə qapanıram. Ağ kətana yaxınlaşıb fasilə vermədən 4-5 saat işləyirəm. Əsərlirimin əksəriyyətini kompozisiya qurmadan, birbaşa çəkirəm. Nə çəkdiyimi bilmirəm, yalnız çəkib qurtarandan sonra (buna isə bir neçə gün, bəzən isə həftə sərf olunur) nə çəkdiyim bəlli olur. Əsər ərsəyə gələndən sonra musiqiyə qulaq asıb şərab içməyi xoşlayıram.
- Dağlıq Qarabağda keçirdiyiniz həyatınız və Ermənistan münaqişəsi mövzu seçiminizə təsir edirmi?
- Təbii ki, edir. Mən bir az əvvəl də bildirdim ki, Dağlıq Qarabağ faciəsi məni çox narahat edir və mənə faciələri qələmə almaq üçün böyük stimul verir. Oranın hissi, həyəcanı heç vaxt məni yalqız qoymur. Yaradıcı adam üçün bu çox böyük dərddir.
- Sizin hər hansı bir əsərinizdə Azərbaycanın milli rəmzləri öz əksini tapırmı?
- Bəli, tapır. Mən Azərbaycan bayrağını, gerbini çəkmişəm. Əsərlərimin çoxunda milli ornament nümunələri var. Mənə elə gəlir ki, hər bir rəssam öz milli kökünə, təmsil etdiyi dövlətin bütün dəyərlərinə bağlı olmaqla yanaşı, həm də onları geniş təbliğ etməlidir.
-Siz yalnız yağlı boyalar istifadə edirsiniz, yaxud sulu rəng, akrilik, heykəltəraşlıq, fotoqrafiya və ya video sənətində də təcrübəniz var?
-Hər biri barədə təsəvvürüm var. Məsələn, orta məktəbdə oxuyanda heykəltəraşlığa böyük maraq göstərirdim. Müxtəlif fiqurlar düzəldirdim. Hazırda isə daha çox yağlı boya və qrafika ilə işləyirəm.
- Puantillism və ya palitra bıçağı kimi hər hansı bir xüsusi texniki alətlərdən istifadə edirsinizmi?
- Daha çox fırça və mastixin alətindən istifadə edirəm.
- İşləriniz harada nümayiş olunub və satılıb?
- Yalnız ölkə daxilində fərdi sərgilərim keçirilib. Son sərgilərim Şuşanın işğalının 20 və 21 illiyinə həsr olunub. Ancaq mən əsərlərimin xarici ölkələrdə nümayiş olunmasında çox maraqlıyam. Daha çox mənzərə mövzusunda olan əsərlərim satılır. 2013-cü ildə "Şuşa-Qarabağ" adlı fərdi sərgimdə 70-ə yaxın əsərim sərgiləndi.
DİGƏR XƏBƏRLƏR
Tarix: 13.07.2026 / 21:57
Fərdi evlər və mənzil qapılarında qoyulmuş kameralar söküləcək?
Tarix: 13.07.2026 / 16:06
FB və İnstaqram insanlarda daha dəhşətli asılılıq yaradır
- dünyadan rəsmi həyəcan...
Tarix: 13.07.2026 / 14:34
Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...
Tarix: 13.07.2026 / 11:48
Saxta keçidlərə daxil olmayın, OTP kodlarını paylaşmayın!
- DİN-dən xəbərdarlıq...
Tarix: 13.07.2026 / 10:01
Bakı–Quba yolunda yanacaqdaşıyan avtomobil alışdı
- VİDEO
Tarix: 13.07.2026 / 09:20
Füzulinin minalanmış ərazilərində yanğın başlayıb
Tarix: 12.07.2026 / 12:03
Hacıqabulda avtobus aşdı, 30-dan çox sərnişin yaralandı...
Tarix: 11.07.2026 / 19:45
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir
Tarix: 11.07.2026 / 19:03
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
- FOTO
Tarix: 11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!
Tarix: 10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib
FOTO
Tarix: 10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi...
- "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 13.07.2026 / 14:34
Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...
Tarix: 09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...
Tarix: 09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...
SON XƏBƏRLƏR
13.07.2026 / 23:46
Avropada Anti-Ballistik Raket Koalisiyası yaradıldı
- on ölkə birgə bəyanat yaydı...
13.07.2026 / 22:23
Türkiyə S-400-dən canını qurtarmasa, F-35-ə yetişə bilməyəcək...
13.07.2026 / 22:05
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
13.07.2026 / 21:57
Fərdi evlər və mənzil qapılarında qoyulmuş kameralar söküləcək?
13.07.2026 / 21:43
Slovakiya Prezidenti Pelleqrinin təyyarəsi Füzuli aeroportuna endi
- FOTO
13.07.2026 / 21:31
Azərbaycan son 80 ildə heç kimin bacarmadığını etdi...
13.07.2026 / 21:06
Bərpa olunan Qarabağdan “böyük dövlətlərə” daha bir mesaj
- “7 müdafiə xətti köməyinizə çatmadı”...
13.07.2026 / 20:31
Şuşada D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı oldu
13.07.2026 / 20:26
Ölkədə 6 aydır iqtisadi artım yoxdur, əksinə, vergi yığımı artır
- necə?
13.07.2026 / 20:10
Avroparlamentin Kiprdə “yunan qadınların soyqırımı” qərarına Türkiyə daha sərt reaksiya verə bilərdi...(?)
13.07.2026 / 19:54
"D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir"
- Hikmət Hacıyev
13.07.2026 / 19:37
Tramp İrana dəniz blokadasını bərpa etdi, gəmilərə “tas” qoydu, İrandan sərt açıqlama gəldi
– Hörmüzdə gərginlik pik həddə...
13.07.2026 / 19:22
Hədəfə yetişildi -
Azərbaycan qlobal aləmdə orta gücdür...
13.07.2026 / 18:52
Beyləqanda pambıq "pripiska"sı
– Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
13.07.2026 / 18:46
Beyləqanın Birinci Aşıqlı kəndində fermerlər üçün aqrar sığorta təlimi keçirilib
13.07.2026 / 18:17
Ukrayna-Rusiya müharibəsinin qanlı saatları - 50-dən çox əsgərin toplaşdığı bina vuruldu
- VİDEO
13.07.2026 / 17:55
Ukrayna Krımın azad edilməsinə Azov dənizindən başlayır
13.07.2026 / 17:26
Tramp Hörmüzlə bağlı əsl niyyətini ortaya qoydu
- təhlükəsizlik üçün gəmilərdən haqq alınacaq...
13.07.2026 / 17:10
Prezidentin köməkçisi sosial media şəbəkələrinin məsul şəxsləri ilə müzakirə apardı
13.07.2026 / 16:53
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
13.07.2026 / 16:44
Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlandı
13.07.2026 / 16:30
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşdü
13.07.2026 / 16:29
Şuşada mühüm anons: Avropa Şurası ikili standartları üzündən Azərbaycan kimi mühüm üzvünü itirir
13.07.2026 / 16:18
Şuşadan nümayiş olunan orta güc meyarları, hər kəs dürüst ola bilsə...
Aydın Quliyev yazır...
13.07.2026 / 16:06
FB və İnstaqram insanlarda daha dəhşətli asılılıq yaradır
- dünyadan rəsmi həyəcan...
13.07.2026 / 15:49
Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək
13.07.2026 / 15:14
Yaşıl enerji ixracı Azərbaycanda ÜDM-ni artıran yeni faktora çevrilir...
13.07.2026 / 14:57
Hörmüz boğazı yenidən bloka düşdü...
13.07.2026 / 14:43
Şuşadan dünyaya mesaj- Heç kim və heç nə əvvəlki deyil
13.07.2026 / 14:37
Zəlimxan Yaqubun 1967-ci ildə Qaratəhləli Aşıq Əsgərə yazdığı məktubu
13.07.2026 / 14:34
Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...
13.07.2026 / 14:15
Kobaxidze “dərin dövlət”in Gürcüstana qarşı planlarını açdı
- nüfuzlu Avropa institutlarından istifadə olunur...
13.07.2026 / 14:10
Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı VİDEOÇARX paylaşılıb
13.07.2026 / 14:05
Şuşa Qlobal Media Forumu mühüm beynəlxalq ictimai-siyasi hadisədir
13.07.2026 / 13:26
Ermənistanın sonda iki türk dövlətindən bu qədər asılı olacağına az adam inanırdı...
13.07.2026 / 13:12
İran ABŞ-ın Omana təzyiq edərək Hörmüz danışıqlarını əngəllədiyini açıqladı...
13.07.2026 / 13:03
Vahid Ələkbərov Avropa Birliyinin sanksiya sıyahısından çıxarıldı...
13.07.2026 / 12:53
Prezident: "Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir"
13.07.2026 / 12:47
"Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir"
- Prezident
13.07.2026 / 12:45
Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxundu
13.07.2026 / 12:44
“Aşığam, haqdan yanan çırağam”
13.07.2026 / 12:33
"Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər"
- Prezident
13.07.2026 / 12:29
Prezident: "Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir"
13.07.2026 / 12:24
"Mərkəzi Asiya və Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir"
- Prezident
13.07.2026 / 12:22
Prezident: "Qarabağın bərpasında bizə birinci yardım edən Özbəkistan Prezidenti olmuşdu"
13.07.2026 / 12:17
"Orta Dəhliz boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir"
- Prezident
13.07.2026 / 12:11
Prezident İlham Əliyev Azərbaycan–Yaponiya əlaqələrinin inkişaf potensialından danışdı
13.07.2026 / 12:06
"Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir"
- Prezident
13.07.2026 / 12:05
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
- FOTO/YENİLƏNDİ
13.07.2026 / 12:01
"Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır və bu, müsbət roldur"
- Prezident
13.07.2026 / 11:58
Prezident: "Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir"
13.07.2026 / 11:54
"Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib"
- Prezident
13.07.2026 / 11:48
Saxta keçidlərə daxil olmayın, OTP kodlarını paylaşmayın!
- DİN-dən xəbərdarlıq...
13.07.2026 / 11:46
Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə
- Müharibə dərhal dayandırılmalıdır...
13.07.2026 / 11:37
Prezident: "Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri siyasətindən əziyyət çəkir"
13.07.2026 / 11:32
"Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib"
- Prezident
13.07.2026 / 11:25
Prezident Əliyevdən qonşu ölkələrə çağırış - "Məsuliyyətli olun..."
13.07.2026 / 11:21
Rusiyanın Ukraynaya atdığı dron Moldova ərazisində partladı...
13.07.2026 / 11:20
"Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik"
- İlham Əliyev
13.07.2026 / 11:15
Prezident: "Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır"
13.07.2026 / 11:11
"Bu gün bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır"
- Prezident
13.07.2026 / 11:09
Prezident: "Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu"
13.07.2026 / 11:05
"Onlar dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir"
- Prezident
13.07.2026 / 10:57
"Tramp sülhsevər və sülhü gətirə biləcək insandır"
- Prezident
13.07.2026 / 10:55
Avroittifaq Ermənistanda yeni missiya yaradır...
13.07.2026 / 10:53
Prezident: "Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var"
13.07.2026 / 10:48
"Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik"
- Prezident
13.07.2026 / 10:43
Prezident: "Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir"
13.07.2026 / 10:40
"Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir"
- Prezident
13.07.2026 / 10:39
Ukraynanın Stavropolda neft anbarına hücumu güclü yanğın səbəb oldu...
- VİDEO
13.07.2026 / 10:35
Prezident: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir
13.07.2026 / 10:29
"Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq"
- Prezident
13.07.2026 / 10:22
Prezident: "Azərbaycan artıq orta gücə çevrilir"
13.07.2026 / 10:18
"Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır"
- Prezident
13.07.2026 / 10:12
İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvi məsələsinə toxundu
13.07.2026 / 10:03
Prezident İlham Əliyev: "...Bayden onlardan biridir"...
13.07.2026 / 10:01
Bakı–Quba yolunda yanacaqdaşıyan avtomobil alışdı
- VİDEO
13.07.2026 / 09:58
Prezident: "Biz toqquşmaya getmək istəmirik"...
13.07.2026 / 09:52
"Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi"
- Prezident
13.07.2026 / 09:48
İran ordusundan genişmiqyaslı qisas hücumu
- 3 ölkədə ABŞ bazaları bombalandı...
13.07.2026 / 09:46
Prezident: "Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...
Populyar xəbərlər
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Tarix: 14.06.2026 / 13:47
Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb
Tarix: 27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir
Tarix: 18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..
XƏBƏR ARXİVİ