şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Yolum Əlimərdanlıya düşdü...
Tarix: 14.08.2014 / 01:38
Bölmə: Sosial
Tovuzun əsrarəngiz Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının cənnət qoynundan ayrılıb avtovağzala gəlib Bakıya qayıtmağı düşünürdüm. Lakin gözlənilməz hadisə baş verdi. Aşıq Əli Quliyevin şəyirdi, çox istedadlı gənc aşıq Şəhriyar Kərimov (Qaraxanlı) gəlib ustadın yaşadığı Əlimərdanlı kəndinə dəvət etdi. Açığı, Əlimərdanlıya gedib Əli Quliyevin qonağı olacağımı ağlıma gətirmirdim, çünki Tovuza dost-tanışdan xəbərsiz, şəxsi iş üçün getmişdim, kimisə narahat etmək istəmirdim.
Tovuz camaatının tarixən qonaqsevər olduğunu bilirdim, onlar qonağa olduqca həssas olur və bu həssaslığı da dəfələrlə duymuşam.
Əlimərdanlı Tovuza bitişik böyük kəndlərdən biridir. Maşın rayon mərkəzindən keçib Əlimərdanlı yoluna burulanda yolda diqqətimi milli memarlıq üslubunda inşa edilən kiçik bir tikili cəlb etdi, tikilinin ətrafında çoxlu odun parçası, çır-çırpı tökülmüşdü. Aşıq Şəhriyar dedi ki, bura dəyirmandır və illərdir xalqa xidmət göstərir. Sevindim ki, camaat hələ də el qaydasına, ənənəvi yaşam tərzinə, təbii gələnəklərə sadiqdir. Demək yenə də köhnə dəyirman camaatın ehtiyacını ödəyir. Dəyirmandan ayrılıb üzü Əlimərdanlıya doğru yol aldıq. Rayondan fərqli olaraq, bir sıra məşhur adamların, aşıq və el şairlərinin, milyonçuların doğulduğu kənd olan Əlimərdanlının yollarının insanların könlü kimi abad olacağını düşünürdüm. Təəssüf ki, Əlimərdanlı yolları da bərbad vəziyyətdədir. Kəndin girəcəyində Böyük Vətən Müharibəsi (İkinci Dünya Müharibəsi) qurbanlarının xatirəsinə sovet illərində ucaldılan abidə kompleksini də gördüm. Ancaq deyim ki, bu kompleks də baxımsız vəziyyətdədir. Ürəyim ağrıdı bu mənzərəni görəndə. Amma eyni zamanda da əlimi Allahdan üzmədim, fikirləşdim ki, yəqin rayonda abadlıq işlərinə start veriləndən sonra bu abidə də, Əlimərdanlı yolu da abadlaşdırılacaq. Ümid sonda ölür...
Əldə etdiyim tarixi məlumata görə, Tovuz rayonunun Əlimərdanlı kəndi Tovuz çayının sahilində, Xunan düzündədir. 1925-ci ildə Səmədbəy, 1939-cu ildə isə Mansurlu kəndlərinin əhalisi bu kəndə köçürülüb. Oykonim Əlimərdanlı nəslinin adını əks etdirir.
Ürəyim ovuldu o evə baxanda...
Əlimərdanlı kəndinin girəcəyində bir ev var, mənə də, çoxlarınıza da doğma olan bu ocaq indi, demək olar ki, qərib-qərib boynunu burub durur. Bir vaxtlar bu evə gediş-gəliş kəsilməzdi, sazın-sözün işığı gəlirdi ordan. Hanı bu evin gəlib-gedəni indi, ilahi?! Bu qərib ev Azərbaycan aşıq sənətinin qüdrətli simalarından olan aşıq Xanlar Məhərrəmovun evidir. Qonaqlarını gözləyir o ev. Orada narahat bir ruh dolaşır, zamandan və insanlardan gileyli. "İncəgülü", "Baş Sarıtel", "Yanıq Kərəmi" göynəyir o evdə, neçə-neçə mötəbər qonağın, Xanlar sazının sorağına gələn adamların ayaq izi sızıldayır.
Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan!
Ürəyim ovula-ovula evlə vidalaşdım. Aşıq Əli Quliyevin-Urfan Əlinin sənət dostu, can sirdaşı aşıq Xanların ruhu şad olsun! Tanrı Xanlar Məhərrəmovun oğlu Azəri də qorusun, gözəl solo saz ifaçısıdır.
Sonra Əli Quliyevgilə getdik. Bu ocaq Tovuzun halal, müqəddəs ocaqlarından biridir. Bura aşıq sənətinin odgahlarından biridir. Urfan Əlinin qapısını döyüb "qonaq istəmirsizmi" dedim, ustad sənətkar məni çox gözəl qarşıladı. Hələ həyat yoldaşını demirəm, sevinci yerə-göyə sığmırdı. Dedilər ki, bir gün evə qonaq gəlməyəndə pis oluruq. Ər-arvad ikisi qalıb kənddə, uşaqları Bakıda yaşayır, yaydan-yaya, bayramdan-bayrama gəlirlər bu müqəddəs ocağa. Əli Quliyev sazımızı Tanrı dərgahına qaldıran, qəmli havaların mahir ifaçısı, dərdimənd, ağır taxta, dədə, ağsaqqal aşıqlarımızdandır. Solo saz ifaçılığında böyük sənətkarın ayrıca yeri, fəth etdiyi zirvə var. Bu öz yerində. Ustadın söz boxçası da doludur. Özünəməxsus sadəliyi, bu sadəlik içində sahib olduğu ucalıq ona çox yaraşır. Həmişə uca olasınız, ustad! "Yanıq Kərəmi"ni, "Dilqəmi"ni, "Ruhani"ni çox ustadların ifasında dinləmişəm, amma hazırkı dövrdə o havacatları Əli Quliyev kimi şirinliklə, ustadlıqla, yanğı ilə ifa edənə rast gəlməmişəm. Ruhumuzun tərcümanı olur, bizi alt şüurumuzla qovuşdurur, asta-asta ruhumuzu ərşə bülənd edir sazı ilə Urfan Əli. Elə Urfan təxəllüsünü də sazı ruhunun səsi bildiyi üçün qazanıb. El verib bu adı ona.
Allah ustad aşıq Əmrah Gülməmmədova rəhmət eləsin, "Dilqəmi" onun yadigarıdır. Ədalət Nəsibova da uca Yaradandan can sağlığı diləyirəm, "Yanıq Kərəmi"ni də o ucaldıb. Əli Quliyevin isə bu havalara münasibəti tamam fərqlidir. Öz xallarını, güllərini, başlıcası isə, ürəyini bu havalara verib.
Əli Quliyev dedi ki, evdə bir məclis düzəltmək istəyirəm, lakin şəyirdi təklif etdi ki, gəlin Kür qırağına gedək, bizim o dəstgahımızı da görün. Təklif ürəyimizdən oldu. Ustadın evindən ayrılıb Kür qırağında özünəməxsus şenlik olan Girzan kəndinə getdik. Girzanın girəcəyində yol kənarında bir ev var, indi sahibi başqalarıdır. Ancaq vaxtilə qayınatam Əsgər Həsənova məxsus olub. Açığı, bu ev də ürəyimi qübarlandırdı. Vaxtilə ailəmizin yaşadığı, ailə başçımızın böyük zəhmət hesabına tikdiyi evin indi başqa bir ailəyə qismət olması kövrəltdi məni. İçimdən keçdi ki, görəsən, evimiz bizdən ötrü darıxırmı? Bu barədə heç kəsə heç nə demədim, amma ürəyim yaralandı...
Kür üstündə könül söhbəti...
Əli Quliyevin həmişə oturduğu və böyük sevgi ilə "Cəfərxanə" adlandırdığı kiçik, lakin təmiz və səliqəli, ağacların, kolların arasında salınan yerə getdik. Kürün üstündə, yarğanın qaşında binələnən bu məkan illərdir bir saz-söz ocağına çevrilib. Bura kimlər gəlməyib ki?! Əli Quliyevin başının yığnağı heç vədə əskik olmur. Qonaq-qaralı kişidir Əli əmi. Mən onu həmişə sazın tellərinə qovuşan, orda yanan, alışan, ürək ovan və öz ürəyi də ovulan bir aşıq kimi tanımışam. Zaman öz işini görür, əmim üzü müdrikliyə yol alıb, səfəri mübarəkdir.
Kür üstündə oturduq, əvvəlcə Əli əmi şəyirdi Şəhriyarla nərd oynadı. Hiss etdim ki, böyük ürək sahibi olan sənətkar nədənsə nigarandır. Ancaq dəqiqləşdirə bilmədim. Yayın istisində Əlimərdanlıda da yaşamaq çətindir, əmim də ki, istiyə dözə bilmir. Nərd oynaya-oynaya onunla xeyli söhbət etdik, aşıq sənətinin bu günündən, dünənindən danışdıq, ustad sənətkarları yada saldıq.
Əli Quliyev dedi ki, aşıq sənətinin inkişaf dövrü başlayıb, gərək gənc aşıqlar ustadlarla təmasda olsun, onlardan görüb götürsün.
Əli Quliyevlə, Urfan Əli ilə söhbətimiz zamanı məlum oldu ki, sərhədlər açılanda ilk dəfə Azərbaycan aşıqlarından İrana təkcə o gedib, sonra başqa aşıqların ayağı qardaş respublikaya dəyib. Aşıq Əlinin söhbətindən doymaq olmur, şirin ləhcə ilə, özünəməxsus təbiiliklə danışdığı hər bir söz, hər bir kəlmə insanı düşündürməyə bilmir. Söhbətinin başında da, ayağında da, aşıq Hüseyn Bozalqanlıdan, aşıq Nəcəf Əlimərdanlıdan, aşıq Əkbər Cəfərovdan, məşhur balaban ustadı Abbas İsmayılovdan, şair Alaydan, aşıq Xanlar Məhərrəmovdan, Kövrək Muraddan danışdı. Aşıq Əli Quliyev kövrək adamdır, adicə bir şeirdən də, sözdən də təsirlənə bilir. Budur ürəyin və daxili aləmin zənginliyi. Onu da deyim ki, ustadın repertuarı çox zəngindir və onun sinəsində yatan külliyyatın lent yaddaşına köçürülməsinə ciddi ehtiyac var. Nə qədər gec deyil, bu işlə məşğul olanlar ustadın könül qapısından içəri boylansınlar. Sözarası ustad sənətkar dedi ki, Bakıda konsert proqramı ilə çıxış etmək fikri var. Bu sözü ürəyimdən xəbər verdi, Əli Quliyev sazının pərvanələri bu günü həsrətlə gözləyir. Sağlıq olsun...
Yemək dəstgahı başa çatandan sonra şəyirdi Şəhriyar Kərimov Əli Quliyevdən icazə alıb sazını köynəyindən çıxardı və könlünə və könlümüzə yatan "Kərəm gözəlləməsi" və "Aran gözəlləməsi" havacatlarını çalıb oxudu. Ustadının gözəllərin gözəlliyinə, sədaqətinə, etibarına həsr etdiyi sözləri sazın tellərində dilə gətirdi. Var olsun, gələcəyi parlaqdır, elə bir sənətkarın ocağından od alıb ki, gələcəyin böyük aşıqlarından olacağı şübhəsizdir. Zəhmət çəkib ustad qulluğunda durur, onun öyrətdiklərini mənimsəyir. Şəyirdi çalıb-oxuduqca Əli Quliyevin üzündə razılıq və məmnunluq ifadəsi gözümdən yayınmadı, bu da o deməkdir ki, şəyirdindən narazı deyil.
"Bəndədən bəndəyə kəramət olmaz"
Əlimərdanlı kəndinin çox böyük sənətkarların məskəni olduğunu qeyd etmişdim. O sənətkarlardan biri də Əlimərdanlı aşıq Nəcəfdir. Nəcəf Alı oğlu Hüseynov kimi doğulan, lakin el arasında Əlimərdanlı Nəcəf kimi tanınan sənətkar Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Yaradıcı aşıq olan Əlimərdanlı Nəcəf 1900-cü ildə (başqa bir mənbədə 1905-ci ildə doğulduğu göstərilir-İ.S) anadan olub. Kiçik yaşlarından qoyun-quzu otarıb, kasıblıq üzündən təhsil ala bilməyib. 1926-cı ilin axırlarına kimi həmin rayonun Qaracaəmirli kəndində çoban olub. Aşıq sənətini aşıq Hüseyn Bozalqanlıdan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb.
Bir şeir kitabı nəşr edilib. 1928-ci ildə Azərbaycan aşıqlarının birinci qurultayına nümayəndə seçilib. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində qəhrəmanlıqla döyüşüb. O bu döyüşlərdə sağ gözünü itirib. 1946-cı ildə vəfat edib və məzarı doğma kəndindədir.
Əsən yellər, bir Allahın eşqinə,
Ərzimi o doğma Vətənə yetir,
Bəndədən bəndəyə kəramət olmaz,
Qeyzinən xeybəri atana yetir.
Aşıq Nəcəf Əlimərdanlı el arasında dürüst kişi, mərdanə insan, istedadlı aşıq, vergili şair kimi tanınıb və ləyaqətli ömür sürüb. Aşıq Nəcəfin mövzuları əzəli-əbədi mövzular olub-haqq, gözəllik, sevgi, həsrət misallı... Vətənə bağlılıq, haqq-ədalətə çağırış Aşıq Nəcəf şeirlərinin ana xəttini təşkil edir.
"Kəsmə bizdən yol, qadasın aldığım"
Aşıq Nəcəf Əlimərdanlının şeirlərini həm klassik, həm də müasir aşıqlar ifa edir. Aşıq Əkbər Cəfərovun "Cəlili" üstündə oxuduğu və sevə-sevə dinlədiyimiz "Qadasın aldığım" rədifli şeiri yenə də öz gözəlliyini qoruyur.
Kənar gəzmə, yar, otağa qədəm bas,
Asta-asta gəl, qadasın aldığım.
İnsaf eylə, məhəbbəti unutma,
Kəsmə bizdən yol, qadasın aldığım.
Axtarıb Nəcəfi eyləsən soraq
Ələ düşməz azad dövran, bu növraq,
Sönməz nurdan gələn belə bir çıraq,
Tarix boyu bil, qadasın aldığım.
Görün, nə gözəl yazıb aşıq Nəcəf. Böyük şairimiz Səməd Vurğun demişkən: "Deyilən söz yadigardır".
Düşünürəm ki, aşıq Nəcəfi yada salmasaydıq düzgün olmazdı.
Kür üstündən üzü rayon mərkəzinə qayıtdıq. Aşıq Əli Quliyev bizi Allaha əmanət edib ayrıldı. Əlbəttə, ustaddan, onun dəyərli söz-söhbətindən uzaqlaşmaq asan olmadı. Sağlıq olsun, yolum yenə o obadan düşər. Ustad Əli Quliyevin yanğı ilə ifa etdiyi havalara qonaq olarıq.
Tovuzun gözəl təbiətindən, bu təbiətin yaratdığı möcüzələrdən duyduğum səmimi hisslər bu səfəri yazıya köçürməyimə səbəb oldu. Əlvida demirəm, Tovuz, qismət olar yenə də görüşərik, gözəl insanlarınla, böyük sənətkarlarınla sağlıqla qal! Qoru gözəlliyini, qoru ənənələrini, qoru ustad sənətkarlarını, Urfan Əli-böyük ustadımız sənə əmanət!!!
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ