şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tovuzda iki gün...
Tarix: 13.08.2014 / 08:09
Bölmə: Sosial
Səyyah olsaydım yurdumun hər qarışına baş çəkər, onun tarixini qələmə alar, yaxşı insanlarını tanıtdırar, təbiətinin gözəlliyini dünya ilə bir edərdim. Ancaq təəssüf ki, cəmi Azərbaycan ellərini gəzə bilmirəm. Arabir yolum rayonlarımızdan düşür, bu da mənə gördüklərimi oxucularla bölüşmək imkanı yaradır.
Bu günlərdə aşıqlar və şairlər yurdu, sözümüzün ucalıq tapdığı məkanlardan birinə-Tovuza getmişdim. Əvvəlcə onu deyim ki, Tovuz bizim ən əski yaşayış və mədəniyyət mərkəzlərimizdən biridir. Tovuz Azərbaycan ədəbiyyatının, aşıq sənətinin, elm və mədəniyyətinin mənəvi paytaxtlarından biri kimi qəlbimə hakim kəsilib.
Tarixdən səslər...
Tarixi mənbələrdə qeyd edilir ki, qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tovuzun adı ilə əlaqədar müxtəlif mənbələrdən alınan məlumata görə, bir neçə variantlar məlumdur, onlardan biri "Tau Ok uz" qədim türkcədən (Huncadan) tərcümədə dağ tayfalarıyıq mənasını verir, ikincisi, "Tauust" qala türkcədən (Huncadan) tərcümədə dağ üstündə yerləşən qala mənasını daşıyır. Bu iki variantlardan daha inandırıcısı ikinci variantdır ki, həqiqətən əraziyə bu adın verilməsi dağlarda yerləşən "Tavus - qala"nın adı ilə bağlıdır, qalanın xarabazarlığı hələ də qalmaqdadır. Mərhum akademik Əlisöhbət Sumbatzadənin araşdırmalarına görə, bu qala eramızın 3-cü əsrində bölgəyə gəlmiş Hun (Hunlar)-Sabir (Sabirlər) türk tayfaları tərəfindən tikilib. Bu faktı bədnam erməni mənbələri də təsdiqləyir. Onlar düzənlikdə yerləşən Hunan şəhərini qorumaq üçün dağda möhtəşəm qala tikdilər və ətrafda gözətçi kiçik qalalar (Karavul) salıblar, qalanı "Tauust" adlandırıblar, kiçik qalacıqlara isə karavul qala deyirdilər. Sonradan həmin sözlər transkripsiyaya uğrayaraq "Tauust-Tavus", "Karavul-Koroğlu" adlandırılıb.
Hunna kəndi nə üçün Yanıqlıya çevrilib?
Hunlar hələ indiyədək Tovuz ərazisində yaşamaqdadırlar, Tovuz rayonunun Yanıqlı kəndinin əhalisi indiyədək özlərini Hunnalı çağırır və dərələrinə Hunna dərəsi deyirlər. Kəndin qədim adı Hunna olub, Şah Abbas tərəfindən yandırıldıqdan sonra kəndin adı Yanıqlı adlandırılıb. Tovuz şəhəri "Tavus-qala"nın tuşunda yerləşən dəmir yolu stansiyasına (adı genetik yaddaşlarında saxlayan) yerli əhali tərəfindən verilib. Şəhərin adını 19-cu əsrin 60-cı illərinədək rəsmi yazılarda yerli əhali "Tavus" adlandırırdı, lakin sonradan sovet dövründə bu adı nədənsə yavaş-yavaş Tovuz ediblər. "Tausu" adları ilə də tanınan bölgə keçmiş SSRİ üzrə inzibati ərazi bölgüsü əsasında Tovuz rayonu kimi 1930-cu il avqustun 8-də təşkil olunub.
Onu da deyim ki, Tovuzla bağlı xəritədə qədim türk toponimləri göstərilməklə, Çar Rusiyası məmurları tərəfindən tərtib edilib. Xəritənin şimal-şərq hissəsində "Tavus-qala" (Tauz-kala) haqqında qiymətli məlumatlar saxlanıb. Ermənilərlə nəfəs-nəfəsə yaşayan Tovuz qəhrəman rayon kimi diqqətimi cəlb edir.
Erməni məkri... onların baş tutmayan arzusu...
Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, son zamanlar bədnam qonşularımız - ermənilər bu tarixi adı mənimsəmək üçün fəaliyyətə başlayıb. Tarixdən bəllidir ki, onlar bölgəyə Şəmsəddin Sultanlığı ruslar tərəfindən dağıdıldıqdan sonra köçürülüb. Torpaqlarımıza həris olan ermənilər yerli əhalinin "Tavus-qalakənd" adlandırdıqları yerə öz dillərində "Berd" adı vermək iddiasına düşüb. Məsələ burasındadır ki, ermənilər nə qədər cəhd etsələr də, türk torpağı olan Tovuzu özününküləşdirə bilməyiblər. Uzun illər Şəmsəddin Sultanlığının tərkibində olan Tovuz hazırda da müstəqil Azərbaycanın ərazisi olaraq qalır və qalacaq da.
Tovuzu belə görmək istəməzdim...
Tovuz rayonuna o başdan çatdıq, gün hələ çırtlamamışdı, dağlardan əsən külək özü ilə soyuq hava gətirirdi, bu da canımızdan paytaxtın isti havasını dağıdırdı. Tovuzda dan yeri aram-aram sökülür, qaranlıqla işığın mübarizəsinə şahidlik etmək adama xoş gəlir. Hətta mənə bir anlıq elə gəldi ki, Tovuz göylərində buludlar torpağa daha yaxındır. Uşaqlıqdakı kimi düşündüm, əlimi uzatsam buluda çatar. Ancaq bulud harda, mən harda. Yerlə göyün arası çox dərindir. Sərin, axarlı-baxarlı Tovuz rayonu mehriban insanların məskənidir. Dediyim kimi, sübhün gözü açılmamış, Tovuzun avtovağzalında olduq. Mən Tovuzu həmişə başqa cür təsəvvür edirdim, düşünürdüm ki, bu rayon öz qeyri-adi gözəlliyi, təmizliyi ilə zövqümü oxşayacaq. Təəssüf ki, şəhər haqda ilk təəssüratım elə də ürəkaçan olmadı. Avtovağzal deyilən məkan sovet dövründən qalıb və demək olar ki, təmirsizdir, əsasən çayxana kimi fəaliyyət göstərir. Orada olduğum müddətdə öyrəndim ki, bura səhər tezdən adamlar müxtəlif məqsədlər üçün yığışır. Kimi ətraf rayonlara və Bakıya getmək üçün, kimi iş axtarmaq məqsədilə, kimi də qonaq qarşılamaqdan ötrü avtovağzal deyilən yerə gəlir.
Tovuzda qısa vaxt ərzində olsam da, işimi həll etdikdən sonra şəhəri gəzmək imkanım oldu. Əvvəlcə deyim ki, Tovuzda taksi xidməti göstərənlərin sayı hədsiz dərəcədə çoxdur. Kasıb, amma mərd insanlardır Tovuzun taksi sürücüləri. Onu da deyim ki, çox aşağı qiymətə xidmət göstərirlər. Şəhərin istənilən yerinə az qala şəhərdaxili avtobusların qiymətinə getdik. Tovuzda gördüklərim bəzən məni məyus etdi, bəzən də sevindirdi. Ürəyimi qana döndərən hallardan biri rayonda məhəllədaxili yolların bərbad vəziyyətdə olması, natəmizlik halları oldu. Demək olar ki, küçələrin asfalt örtüyü sökülüb dağılıb. Sakinlərlə söhbətimiz zamanı bəlli oldu ki, rayon rəhbərliyi yaxın vaxtlarda şəhərdə təmir-bərpa işlərinin aparılmasına başlayacaq. Tovuzun "Təzə bazar"ında da oldum. "Turan" Ticarət Mərkəzinin içində yerləşən bazarın ucuzluğu diqqətimdən yayınmadı. Səmimi, zəhmətkeş insanların həyətyanı sahəsindən gətirdiyi məhsullar hərtərəfli insanların ciblərinə xeyirdir. Hətta "Təzə bazar"ın rəhbərliyi 31 avqusta qədər kənd təssərrüfatı, ət-süd məhsullarının satışı ilə məşğul olan adamları yer haqqından azad edib. Yəni 31 avqusta qədər bu məhsulların satışı ilə məşğul olan şəxslər bazar rəhbərliyinə pul ödəməyəcək. Bu çox müsbət haldır və məhsulların qiymətinə də, əhalinin alıcılıq qabiliyyətinin artmasına da təkan verən amildir.
Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, rayonda tikinti-quruculuq işlərinə hələlik rayon mərkəzindən başlanıb, bu iş sonradan başqa yerləri də əhatə edəcək.
Cənnət nişanəsi-Heydər Əliyev Parkı...
Orda olarkən sakinlər məsləhət gördülər ki, Tovuzun əsl simasını görmək istəyirsənsə, Tovuz çayının üzərində salının Heydər Əliyev Parkına get. Taksiyə oturub Heydər Əliyev Parkına getdim. Tovuz rayonunun Olimpiya Mərkəzinin, "Ayan Palas" otelinin də yerləşdiyi Tovuzun giriş qapısı qədim üslubda, milli memarlıq elementləri ilə zəngin olan qala tikililərindən ibarətdir. Tovuza qaranlıqda girdiyimiz üçün o gözəlliyi görə bilməmişdim. Oranı görəndə özümü İçəri Şəhərdə, Ramana qalasında, Şirvanşahlar Sarayında hiss etdim. Doğrudan da Tovuz qalalar şəhəridir. Qalanın qoynunda isə Azərbaycanda analoqu olmayan möhtəşəm Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının açılışı 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə olub. Park çoxillik yerli ağac və yaşıllıq bitkilərinin zəngin olduğu yerdir. Burada Tovuz təbiətinə xas olan bütün ağac növləri əkilib. Burada diqqətçəkən əsas məqamlardan biri o idi ki, Tovuzun giriş qapısındakı qala divarlarının tikintisində istifadə edilən milli memarlıq elementlərindən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının inşasında da istifadə edilib. Parkda Heydər Əliyevin möhtəşəm heykəli qoyulub və heykəlin ətrafı əməlli-başlı gülüstana çevrilib. Parkda qədim memarlıq ənənəsindən gələn inşaat işlərinin həyata keçirilməsi, çaylaq daşları ilə hörülən kiçik arxların salınması, körpülərin qurulması diqqətimi çəkdi. Buradakı möhtəşəm şəlalə, təbii sal qaya parçaları sanki adamı tarixin başqa bir mərhələsinə aparır. Azərbaycanda parklar çoxdur, yaşıllıq məkanları az deyil, amma mübaliğəsiz olaraq deyərdim ki, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının analoqu, bənzəri yoxdur.
Bu parkın təmizliyinə ciddi fikir verən işçilər yaşıllıqlara böyük qayğı və məhəbbətlə qulluq edirlər. Orada işləyənlərdən eşitdik ki, Tovuza gələn hər bir qonaq yolunu mütləq buradan salır və ürəkləri istəyən səviyyədə istirahət edə bilirlər. Ucu-bucağı görünməyən parkın hər tərəfində gözəllik göz qamaşdırırdı. Parkın içərisində səliqəli çayxana, yeməkxana fəaliyyət göstərir. Xudmani köşklərdə su, dondurma və başqa şeylər satılır. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında uşaqlar üçün əyləncə qurğuları, attraksionlar da işləyir. İstirahət günlərində valideynlər uşaqlarını bura gətirir, onlar könülləri istədiyi qədər əylənirlər.
Göz doymadı gözəllikdən...
Mən orada olarkən bura Bakıdan və Gəncədən gələn qonaqları da gördüm. Parkın gözəlliyindən, sərinliyindən heyrətə gələn qonaqlar buradan çıxıb getmək istəmədiklərini deyirdilər. Onların hisslərini başa düşürdüm, çünki mən özüm də bu məkandan ayrılmaq istəmirdim. Tarixi mədəniyyətimizin, milli memarlığımızın gücü sayəsində meydana gələn gözəlliyə təbiətdən gələn bitkilərin, qaya parçalarının və başqa elementlərin qatışması adama xoş təsir bağışlayır. Tovuzun qala divarlarına uyğun salınan ətraf tikililər də, elə parkın özü də bir-biri ilə harmoniya təşkil edirdi. Parkın ala qapısı, girəcəyi də qeyri-adi gözəllik nümunəsi kimi xatirimdə qalıb.
Gözəllik və qədimlik, ənənəvilik bir-biri ilə üst-üstə düşəndə, səsləşəndə böyük məhəbbət, bağlılıq yaranır. Tovuzun bir parçasında, kiçik bir hissəsində o gözəlliyin, o qeyri-adiliyin şahidi oldum. Nə yaxşı ki, cənnətin yer üzündə əlamətləri var. Bu, parklardır, yaşıllıqlardır, gözəlliklə süslənən məkanlardır. Şişirtmədən Tovuz çayının üzərində salınan Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkını cənnətin yer üzünə qonan nişanələrindən biri sayıram. Bununla belə, arzu edərdim ki, bir də Tovuza yolum düşəndə rayonun özünü və kəndlərini yeni tikinti-quruculuq işləri libasında görüm. Bunu çox arzulayıram.
Ardı var...
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ