şənbə günü, 03 oktyabr 2026
     

Bakı şəhər sakini Mətanət Əhmədova öz doğma qardaşını vicdanı ilə niyə üz-üzə qoydu?

Image


Redaksiyamıza Bakı şəhər sakini, Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsi ev 55, mənzil 2-də yaşayan əsgər anası Əhmədova Mətanət Sirac qızından şikayət məktubu daxil olub. Mətanət Əhmədova bildirir ki, 1988-ci ildə Ermənistandan ailəsi ilə birlikdə deportasiyaya məruz qalıb. 1994-cü ildən ailə qurub və həyat yoldaşı Əhmədov Mahmud Mürşüd oğlu da onun valideynlərinin yaşadığı Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsi 64 ünvanına qeydiyyata düşüb.
2000-ci ilə qədər Əhmədovlar ailəsi sözügedən ünvanda yaşayıb":2000-ci ildə Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsi 55, mənzil 2 ünvanında qardaşım Şıxıyev Namiq Sirac oğlunun adına mənzil aldıq. O vaxt valideynlərim məsləhət gördü ki, evi qardaşının adına al, mən də "bacıya qardaşdan doğma kim olar" düşüncəsilə bu işə razılıq verdim və mənzili aldıq, ailəlikcə mənzilə qeydiyyata düşdük. Mən-Əhmədova Mətanət Sirac qızı, həyat yoldaşım Əhmədov Mahmud Mürşüd oğlu, hazırda sərhəddə düşmənlə üz-üzə dayanan böyük oğlum Əhmədov İsa Mahmud oğlu, qızım Əhmədova Sona Mahmud qızı və kiçik oğlum Əhmədov Murad Mahmud oğlu burada qeydiyyatda olmuşuq.
14 ildir bu ünvanda yaşayırıq və uşaqlarım da bu ərazidə yerləşən məktəbdə təhsil alıb. 2012-ci ildən qardaşım Şıxıyev Namiq Sirac oğlu ev iddiasına düşüb və 2013-cü ildən məni və ailəmi məhkəmə qapılarında süründürür. O bildirir ki, ev mənim adımadır və siz ailəlikcə evimi tərk etməlisiniz. Ev onun adına olsa da, onun pulunu həyat yoldaşım qazanıb, bu mənzil yoldaşımın halal qazancı ilə alınıb. Bu mənzilin bizim pulumuza alınmasının şahidləri çoxdur. İndiyə qədər qardaşımın iddiası ilə bir neçə məhkəmə prosesi keçirilib. Ali Məhkəmə bizim ailəlikcə N.Yusifbəyli küçəsi 55, mənzil 2 ünvanında yerləşən yaşayış sahəsindən və yaşayış sahəsinə pasport qeydiyyatından çıxarılmağımıza dair qətnamə çıxarıb. Məhkəmə zamanı evi aldığımız şəxs, eləcə də hal şahidləri məhkəməyə gəldi, lakin qərar qəbul edilərkən onların çıxışı nəzərə alınmadı. İşə Nərmanov Rayon Məhkəməsində hakimlər Rəşad Abdulov və Ramin Quliyev, Apelyasiya Məhkəməsində Sənan Hacıyev, Ali Məhkəmədə isə hakim Gündüz Quliyev baxıb və bütün proseslər qardaşımın xeyrinə həll olunub.
Məni incidən qardaşımın nankorluğudur. Mən ona hər zaman yaxşı bacı olmuşam və uşaqlarıma da demişəm ki, dayınız mənim üçün dünyaya bərabərdir. Atamız Sirac Şıxıyev vəfat edənə qədər qardaşım heç bir mənzil iddiasında deyildi, demə ki, mənim başıma bu oyunu açmaq üçün atamın dünyasını dəyişməsini gözləyirmiş. İndi qardaşım bizdən mənzili tərk etməyi tələb edir, artıq qeydiyyatdan çıxarılmağımızla bağlı ortada sənəd var. Başa düşə bilmirəm ki, biz harada yaşamalıyıq? Oğlum Əhmədov İsa Mahmud oğlu hərbi xidmətdədir, ağır texnika sürür və onu ön cəbhəyə aparıblar. O vətənpərvər oğulu mən yetişdirmişəm. Qardaşım Namiq məhkəmədə dedi ki, göydə Allah, yerdə qanundur. Mən də qəzetiniz vasitəsilə üzümü ona tutub "sənin üçün göydə Allah, yerdə qanun dəyərlidirsə, bəs nə üçün Allahsızlıq edib bacını evindən didərgin salırsan, qanun sənin üçün alidirsə, niyə indiyə qədər əsgəri xidmətdə olub vətənə borcunu ödəməmisən? Mənim oğlum isə qorxmadan düşmənlə üz-üzə dayanır. Bir ana kimi onunla fəxr edirəm. Ancaq o, əsgəri xidmətini başa vurub qayıdanda harada yaşayacaq, hansı polis idarəsində qeydiyyatda olacağı məlum deyil. Çünki dayısı onu daimi qeydiyyatdan, isti ocaqdan məhrum edir. Sizin qəzetiniz vasitəsilə üzümü əlaqədar qurumlara tutub demək istəyirəm ki, düşdüyüm bu vəziyyətə görə mənə yardım edin. Qardaşım mənə haqsızlıq edir. Ola bilsin, qanunlar onun tərəfində olsun. Bəs mənəvi qanunlar-ona kim riayət edəcək? Bəs vicdan, bəs qardaş-bacı münasibəti? Bir əsgər anası olaraq ölkəmizin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevadan kömək istəyirəm, məni bu dardan, nankor qardaşın bəlasından qurtarsın".
M.Əhmədova bildirdi ki, qardaşının ev iddiası ona böyük zərbə vurur, şəkər xəstəliyinə tutulub, insulinsiz yaşaya bilmir: "Allah şahiddir ki, qardaşımın ev iddiası, bizi məhkəmələr qarşısında süründürməyi mənim sağlamlığıma ciddi zərər vurub. Şəkərə tutulmuşam, insulinsiz yaşaya bilmirəm. Mən ona necə bacı olmuşam, onu hamı bilir. Bir dəfə çoxdan Namiq gəlib mənə "yuxuda gördüm, anam deyir "səni 36 yaşında gəlib aparacaqlar" dedi. İnanın ki, bütün həyatım alt-üst oldu, başımın tükləri ağardı, fikirdən-dərddən ürəyim qocaldı. Qardaşım 36 yaşını keçənə qədər tükdən asılı qaldım, o, 36 yaşını tamam edəndən sonra nəfəs aldım. Amma bilmədim ki, canımdan artıq sevdiyim, balalarımdan üstün tutduğum qardaşım mənə qarşıda "sürpriz" hazırlayırmış. Qardaşımın bu hərəkəti həyatımı silkələdi, o bəyəm bilmir ki, yaşamağa başqa bir yerim yoxdur. Yaxşı qardaş bacıya ev alıb bağışlayır, ona arxa-dayaq olur, daha onu küçələrə atmır".
Sonda M.Əhmədova qeyd edir ki, bu iş mənəvi məsələdir və qardaşın vicdansızlığı ucbatından düşdüyü problemdən onu və ailəsini xilas edənlərin tapılacağına ümid edir...
Allah kömək olsun!




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ