şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Saləvat şəfaətə aparan duadır
Tarix: 04.08.2014 / 14:01
Bölmə: Sosial
Bu günlərdə həm də dua, saləvat və həmd-sənalarla zəngin olan Ramazan ayını qeyd edən İslam aləmi Şəvval ayına qədəm qoyub. Qeyd edək ki, Ramazandan sonra Şəvval ayında 6 gün oruc tutmaq sünnədir. Bu barədə sevimli Peyğəmbərimiz (ə) buyurub: "Ramazan ayının bütün günlərini və Şəvvalın 6 gününü oruc tutan şəxs bütün ömrü boyu oruc tutan kimidir".
Hesab edirik ki, oruc da daxil olmaqla müsəlmanın bütün ibadətlərində saləvat xüsusi yer tutduğu üçün onun məna, mahiyyəti və fəlsəfəsini açmaq dini maarifləndirmə baxımından çox önəmlidir.
Hamd yalnız aləmlərin Rəbbi Allaha məxsusdur. Onun axırıncı peyğəmbəri, bəşəriyyətin iftixar abidəsi həz.Məhəmməd Mustafa(ə)-yə də risalətinin başlandığı gündən, ta qiyamətədək gəlib-gedəcək ümmətinin sayı qədər saləvat olsun. Bu Rəbb kəlamları 2 milyard müsəlmanın hər gün dəfələrlə zikr etdiyi duaların mübtədasıdır. Hamd Yaradana, Xaliqə, öldürüb-dirildənə, bütün aləmlərin tərbiyəçisi olan Rəbbə təşəkkür və minnətdarlığın ən ali formasıdırsa, saləvat isə Allahın Məhəmməd(ə)-nin şərəfinə bəndələrinə əmr etdiyi fərzdir.
Saləvatın mənaları
Saləvatın lüğəti mənası "salət"in cəmi, yəni salətlər deməkdir. Salət isə: 1) namaz; 2) dua; 3) dəfn günü vəfat edənin evinin üstündə uca səslə oxunan munəcətdir. Dini anlamına görə, saləvat daha geniş mənaları ehtiva edib, əsasən salət və sələm sözlərindən ibarətdir. Burada: a) salət Allahdan rahmət (mərhəmət), mələklərdən istiğfar (bağışlama) və möminlərdən dua istəmək; b) Sələm. 1) sülh, asayiş; 2) salamatlıq; Sələmun ələykum (sizə salam olsun) deməkdir. Göründüyü kimi, sələm (salam) sevgi və məhəbbətin, əminamanlıq və sədaqətin rəmzi kimi ən xeyirli duadır. İnsanlar məhz bu dua ilə bir-birinə Allahın "Əs-Sələm" isminin təcəllisini diləyirlər. Quran hikmətinə görə, saləvat həm də həz.Məhəmmədin mübarək adı anıldıqda, eşidildikdə və ya yazıldıqda deyilən "salləlləhu ələyhi və səlləm" ifadəsi və buna bənzər dualardır. "Cümə günləri mənə çoxlu saləvat oxuyun! Bunlar mənə agah olur" (həz.Peyğəmbər).
Saləvatın mahiyyəti
Rəsuli-Əkrəm(ə)-yə saləvat gətirməkdə məqsəd, Quranın Əhzab 56-cı ayəsinə müvafiq Allahın əmrinə itaət edib, Onun rizasını istəməklə həz.Məhəmmədin üzərimizdə olan haqqını ödəməkdir. Bu, həm də Allaha yaxınlaşmaq üçün bir vasitədir. "Onlar axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına (saləvatına) nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün Allaha yaxınlaşmaqdan ötrü bir səbəbdir" (Tövbə 99). Deməli, Məhəmməd(ə)-yə saləvat gətirmək, Rəbb dərgahından onun üçün şəfaət diləmək deyil. Allah bizə Quranı öyrədənə, ehsan və yaxşılıq edənə təşəkkürdə, mənəvi mükafatda bulunmağı əmr edib. Lakin bizim mükafatımız onun şəninə nisbətən zəif olduğu üçün həmin saləvat, əslində Rəbbə yaxınlıq cəhdi kimi bizim özümüzün xilasımıza xidmət edir. Sözügedən mövzuya toxunan Məhəmməd(ə) buyurub: "Kim mənə bir dəfə saləvat gətirsə, Allah ona 10 dəfə salət gətirər (rahmət) edər. Bu zaman Allah həmin şəxsin 10 günahını bağışlar və dərəcəsini 10 qat yüksəldər". Ümmətinin xilası naminə məlum kəlamını qüvvətləndirən Allah Rəsulu həm də buyurub: "İki saləvat arasında edilən dua rədd olunmaz". Həmin səbəbdən, Allahu-Təalədən bir şey istəyən bəndə ilk öncə Ona həmd-səna etməli və sonra Peyğəmbər(ə)-yə saləvat gətirməlidir. Bunun ardınca istədiyini Allahdan diləməli və yenidən həz.Peyğəmbəri saləvatla yad etməlidir.
Saləvat mənəvi bir dəyər kimi həqiqətə, nicata aparan yollardan biridir. "Həqiqətən Allah və mələkləri Peyğəmbərə saləvat göndərirlər. Ey iman gətirənlər! Siz də ona saləvat göndərib layiqincə salamlayın!" (Əhzab, 56). Yəni "Əlləhummə salli ələ Muhammədin və əli Muhamməd; Əssələmu ələykə əyyuhənnəbiyyu və rahmətulləhi və bərakətuhu" deyin! Ayədən göründüyü kimi, saləvatın ilk ünvan və hədəfi həz.Peyğəmbərdir. Bu kəlam Rəbb əmri olduğu üçün, bütün imanlı bəndələrin həz.Məhəmmədə saləvat gətirmələri fərzdir (Quranın qəti və açıq dəlillərlə əmr etdiyi dini iş və vəzifənin icra edilməsidir). həz.Peyğəmbərə saləvat gətirmək, ona və onun gətirdiyi Qurana təslim və itaətdir. Peyğəmbər(ə)-yə itaət isə Allaha itaətdir. Məhəmməd(ə)-yə saləvat gətirmək, həm də müqəddəs bir işi Allah və Onun mələklərilə birlikdə görmək deməkdir. Çünki Allah və Onun mələkləri aləmlərə rəhmət olaraq göndərilən həz.Peyğəmbərə saləvatda bulunurlar. Deməli, fövqəlönəmli olan bu işdən heç kəs özünü məhrum etməməlidir. Ümmətini bu işə təşviq edən Peyğəmbər(ə) buyurub: "Adım anıldığı halda, mənə salət və sələm etməyən adamın alnı torpağa dəysin". Yeri gəlmişkən, müfəssirlərin bəziləri bu ifadəni "torpağa (yerə) girsin", digərləri isə "səcdəyə gedib, alnı torpağa dəysin" kimi şərh ediblər. İslam məxəzlərinə görə, həz.Məhəmmədin ismi şərifinin anıldığı məclislərdə ən azı, bir dəfə saləvat gətirmək vacibdir. İsminin hər dəfə zikr olunmasına rəğmən saləvat gətirmək isə sünnətdir. Üləmadan bəziləri həz.Peyğəmbərə sələmsiz (salamsız) salət oxumağı məkruh hesab edib. Şeyx ibni Hacər (v.e. 1448) isə "Məkruh olan yalnız salət verib, sələm verməməkdir. Bəzən salət, bəzən sələm versə, Əhzab 56 ayəsinə itaət etmiş olur" deyib. Lakin məlum ayədə ona eyni zamanda həm salət (sallu) və sələm (səlli) gətirilməsi bildirildiyi üçün, ən xeyirlisi salət və sələmin birgə deyilməsidir. Məzhəb rəhbərlərindən imam Şafi (v.e. 820) namazın cəvazı (caiz olması) üçün saləvatın şərt olduğunu deyərək, Təhiyyət, Salli və Bərik dualarının ayrıca oxunmasını tövsiyə edib. Dörd rəşidu xəlifə, beş məzhəb imamı, mötəbər kəlamçılar, söz korifeylərindən Şeyx Nizami, mövlana Füzuli və başqaları da əsərlərinin girişində Allaha həmd-sənadan sonra Peyğəmbər(ə)-yə saləvat gətiriblər. Vəfatından sonra tələbəsinin yuxusuna girən imam Şafidən soruşulub: "Allahın sənə münasibəti necə oldu?". O cavab verir: "Əsərlərimi salət və sələmlə başladığım üçün məni bağışladı".
Məlumdur ki, Quranın bütün ayələri kimi, Əhzab 56 ayəsi də Peyğəmbər(ə) sağ ikən nazil olub. Deməli, saləvat həm diri, həm də ölü üçündür. Belə ki, həz.Peyğəmbər məscidə sədəqə və zəkat gətirən səhabələrə bəzən: "Allahım, ona salət et" duasında bulunub (Buxari, v.e.870). Məlum həqiqət, yəni dirilər üçün salət gətirmək barədə Quran buyurur: "(Ya Məhəmməd!) Onlardan ötrü salət et. Çünki sənin salətin onlar üçün bir arxayınlıq, rahatlıqdır" (Tövbə, 103). Allah Rəsulunun vəfatından sonra isə əvvəl həz.Məhəmmədə və digər peyğəmbərlərə saləvat gətirmədən, başqasına saləvat gətirmək məqsədəuyğun sayılmayıb. Ümumiyyətlə, başqa peyğəmbərlərin adı zikr edildikdə sələm (salam), həz.Məhəmmədin ismi anıldıqda isə salət və sələmin birgə gətirilməsi müsəlmanlar arasında daha geniş yayılıb. Görünür bu, həm onun sonuncu peyğəmbər və adı Quranda salət və sələmlə zikr olunduğuna, həm də risalət və ruhunun göylərlə olan rabitəsinin qiyamətə qədər davam edəcəyinə işarədir.
Saləvatın fəlsəfəsi
Rəsulu Əkrəm(ə) böyük xeyir, uğur və bərəkətlərin təməlində bir nüvə kimidir. O, bəşərə doğru yol göstərən, haqq cığırını açan, Sirati mustəqimə dəlalət edən yanılmaz və yanıltmaz bir rəhbər, sahili görünməz mənəvi ümmandır. Şübhəsiz ki, bu nurlu yolla addımlayan hər kəsin xeyirli işlərinin bir misli də, bir rəhbər kimi, insanları zülmətdən nura çıxarmağa vəsilə olan Məhəmməd(ə)-nin dəftərinə qeyd olunur. Deməli, Məqami-Məhmudun (həz.Peyğəmbərin Qiyamət günü ümmətinə edəcəyi şəfaət məqamının) sahibi olan Məhəmməd(ə)-nin vəfatı ilə onun xeyirlər yazılan dəftəri bağlanmayacaq, gəlib-gedən bütün ümmətinin sayı qədər xeyirli iş və saleh əməllər onun dəftərinə qeyd olunacaq. Bu zaman onun məqamı böyüdükcə böyüyəcək, səlahiyyət sərhədləri daha da genişlənəcək və nəticədə o, inşəəlləh, ümmətinin əksəriyyətinə şəfaət etmək haqqını qazanacaqdır. Zira: "Bu (məqami-Məhmud) o məqamdır ki, o zaman ümmətimə şəfaət edəcəyəm" Məhəmməd(ə) kəlamıdır. Ümumiyyətlə, çox önəmli olan bu məsələni iki müxtəlif, lakin bir-birilə əlaqəli prizmadan təhlil etmək daha məqsədəuyğundur. Əvvəla, Peyğəmbər(ə)-yə saləvat oxumaqla biz bir ümmət olaraq, əhdi-peymanımıza sadiqliyimizi, Rəbb əmrinə itaətimizi sübut edirik. Bununla biz qəlbən Rəbbə müraciət edirik ki: "Ya Rəbb, Sənin əmrini yerinə yetiririk". Saləvat oxumaqla biz həm də Allah Rəsuluna müraciət edib, sanki deyirik: "Səni andıq. Rəbbimizin sənin qədir-qiymətini ucaltması üçün dua və diləkdə bulunduq". Bu zaman dualarımız məqami-Məhmud sahibinin məqamının yüksəlməsi niyyətilə edildiyindən, onun şəfaət dairəsi daha da genişlənir və nəticədə daha çox insan həmin şəfaətdən bəhrələnmək şansı qazanır. Necə deyərlər, "saləvat gücə bağlıdır". İkincisi, hər bir müsəlmanın Peyğəmbər(ə)-yə saləvat gətirməsi, həmin şəxsin onun şəfaət dairəsinə girməsi üçün bir vəsilədir. Deməli, saləvata həz.Məhəmməddən daha çox biz möhtacıq. Əslində, biz ona müraciətimizlə Peyğəmbər(ə) böyüklüyünü qəbul edib, kiçikliyimizi elan etmiş oluruq ki, bu da, kamil insan mövcudluğundan xəbər verir. Dövlətini güclü və mərhəmətli hesab edən şəxsin ondan yardım diləməsi kimi. Şəfaət, Peyğəmbər(ə)-nin ümməti üçün Qiyamətə saxladığı duadır. Səhabədən Ənəs b. Malik yazıb: "Peyğəmbər(ə)-dən eşitdim ki: "Qiyamət günü insanlar Ərafətda (məhşərdə) toplandıqları zaman dənizdəki dalğalar kimi bir-birinin üstündə olacaqlar. Məhşər camaatı Adəm(ə)-yə deyəcək: "Rəbbindən bizə şəfaət dilə". O cavab verəcək: "Mənim şəfaətə iznim yoxdur. İbrahim(ə)-yə müraciət edin". Camaat İbrahim(ə)-yə müraciət etdikdə, o: "Mənə şəfaət üçün izn verilməyib. həz.Musanın yanına gedin" deyəcək. həz.Musa buyuracaq: "Mən şəfaət edə bilmərəm, İsa(ə)-dən xahiş edin". həz.İsa isə deyəcək: "Mən də şəfaətə izinli deyiləm. Məhəmməd(ə)-yə müraciət edin". Peyğəmbər(ə) buyuracaq: "Mən Allahdan izn istəyəcəm və O, mənə ümmətim üçün şəfaətdə bulunmağa icazə verəcək". həz.Peyğəmbərin müasiri Əbu Hurayra sözügedən hədisin digər tərəfini belə eşidib: "Hər peyğəmbərin öz ümməti üçün bir duası qəbul olunub. Onlar dualarında tələsdilər. Mən isə ümmətim üçün duamı Axirətə saxladım. Bu, Allahın iznilə mənim ümmətimə şəfaətim olacaq". Yeri gəlmişkən, həz.Məhəmmədin: "Onlar dualarında tələsdilər" ifadəsini alimlər belə şərh edib: "Digər peyğəmbərlər dualarını öz ümmətlərinin suda boğulmaması, zəlzələ, vulkan püskürməsi, göylərdən gələn daşlardan xilas olması, od və alovdan, xəstəlik və qorxunc səslərdən və s. dünya bəlalarından qorumaq üçün ediblər"."Mən ümmətimə verəcəyimi Axirətə saxladım. O da şəfaətimdir" Peyğəmbər(ə) kəlamı, ya ğafilliyi, ya da "alimliyi" (cahilliyi) səbəbindən aləmlərə rəhmət olan Məhəmməd(ə)-yə saləvat göndərməkdə xəsislik edənlərə muştuluq və ya nicat üçün bir xatırlamadır. O ki qaldı, saləvat əmri də daxil olmaqla, Onun bütün kəlamlarını yalan hesab edənlərə və onlara Şeytan kimi təkəbbürlə yanaşanlara... Onlar barədə Rəbb buyurur: "Allahın ayələrini yalan hesab edənlərin və onlara təkəbbürlə yanaşanların duaları qəbul olunmaz. Dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Onlar üçün Cəhənnəmdə oddan döşək və atəşdən yorğan vardır" (Əraf, 4041). Elə isə, ey döşək və yorğanındakı cüzi diskomfortdan narahat olan kəs, oddan döşəyi, atəşdən yorğanı yada sal...
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ