şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Qədr gecəsində qəbr gecəsi üçün ibadət edənə müjdələr olsun (Qədr surəsinin təfsiri)
Tarix: 21.07.2014 / 11:03
Bölmə: Sosial
Əvvəli rəhmət, ortası məxfirət, sonu Cəhənnəmdən qurtuluş olan Ramazan ayında min aydan daha xeyirli olan Qədr gecəsi də var. Qədr, Ramazan tövbəsi ilə günahlarını yandırıb yenidən həyata qayıdan insanın diriliş gecəsidir. Həmin səbəbdən, bu gecəyə ihya (diriltmə, yeni həyata qovuşdurma) gecəsi də deyilir.
Bu gecə Quranın nazil edilməsi ilə bəşərin yeni bir eraya - zülmdən nura, sapıqlıqdan hidayətə, düşmənçilikdən qardaşlığa, nifrətdən məhəbbətə qədəm qoyması gecəsidir. Qədr, həm də qəbrin dəhşət və vəhşətindən əzab çəkən tənha insanın təsəlliverici qulaq yoldaşıdır. Zira Peyğəmbər(ə) buyurub: "İbadət üçün ən xeyirli gecə Qədr gecəsidir. Ən qorxunc gecə isə qəbirdə olan ilk gecədir. Ən gözəl gecədə ən qorxunc gecə üçün ibadət edənlərə müjdələr olsun".
Qədr mübarək bir gecə kimi Allahu-Təalənin Məhəmməd(ə) hörmətinə İslam aləminə bəxş etdiyi məxsusi lütf və nemətidir. Onun xəzinəsi, comərdliyi, kərəm və lütfü əsla başqalarınkına bənzəməz. Azaltmaq, verməmək Onun nemətini çoxaltmaz; vermək və səxavət göstərmək də xeyirini, lütfünü azaltmaz. Ondan başqa hər kəsin verdiyi nemət yox, nikmət adlanır. Böyüklüyü qədər bəxşişi də böyükdür Onun. Kimə nəyi, nə zaman, harada və nə qədər verəcəyini də, O Özü bilir. Üstün adlanan hər bir varlıq Onun müqabilində zəif, zəlil və fanidir.
Qədr gecəsi 11 ayın sultanı olan Ramazanın tacıdır. Ərəbcə "güc, qüvvə, hökm, qədr, qiymət, şərəf, ululuq, təzyiq, qədər, qadir" anlamlarında işlədilən Qədr, Ramazanda Quranın nazil edildiyi gecələrdən birinin adıdır. Bu fövqəlbəşər hadisə 1404 il bundan öncə baş verdiyi üçün səhvən elə düşünülə bilər ki, o, möcüzə kimi bir dəfə olub keçibdir. Əslində isə Qədr gecəsi keçmiş ilə yanaşı, həm də indi və gələcəkdə bəşər həyatı və kainatda mütləq baş verəcək fövqəlbəşər hadisələrlə əlaqəlidir. Bu gecə bəşər həyatını qədər qələmi ilə yazan Allahın hər bir işi ayırd edib, hökm verdiyi gecədir. Başqa sözlə, Qədr qədərdən qəzaya, yazılandan əmələ, elmdən praktikaya, layihədən işə keçid gecəsidir.
Təfsiri
Tərtibə görə 97-ci surə olan "Qədr"in ikinci adı "İnnə ənzəlnəhu"dur (həqiqətən Onu Biz nazil etdik). Bu surə 5 ayədən ibarətdir. Mədinədə nazil olunmasını iddia edən bir baxış istisna olmaqla, mənbələrin hamısı qəbul edib ki, Qədr surəsi 610-cu ildə Məkkədə nazil olub.
1. "Həqiqətən, Biz Onu (Quranı) Qədr gecəsi (dünya səmasına) nazil etdik!" Təfsirçilərə görə, Quran Allah dərgahında saxlanılan Lövhi Məhfuzdan (Ana kitabdan) dünya səmasına bu gecə endirilib. Buradan isə o, 23 il ərzində Cəbrail(ə) vasitəsilə yer üzünə, Məhəmməd(ə)-yə hissə-hissə verilib. Peyğəmbər(ə)-nin müasiri və həm də əmisi oğlu olan İbn Abbas yazıb: "Uca Allah Quranın bütün ayələrini bir dəfəyə Lövhi Məhfuzdan dünya səmasındakı "Beytul-İzzə"yə endirib. Sonra o (Quran), olay və zamana görə Allah Rəsuluna 23 il ərzində ayə və surələrlə nazil edildi". "İnsanlar aramla, yavaş-yavaş oxusun deyə, Biz Quranı hissələrə ayırıb göndərdik" (İsra, 106). Bəzi təfsirçilər Quranın bütöv halda bu gecədə səmaya nazil edilməsini həmin gecədə həm ilk vəhyin Peyğəmbər(ə)-yə verilməsinin, həm də Quranın dünya səmasına endirilməsinin başlanğıcı kimi qəbul ediblər. Quranın Ramazan ayında nazil olmasını Bəqəra surəsinin 185-ci ayəsi belə açıqlayır: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlillərilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, Ramazan ayında nazil edilmişdir".
Rəbb Quranın bütöv halda, məhz mübarək gecə vaxtı nazil edilməsini başqa bir ayə ilə də açıqlayıb: "Biz onu mübarək bir gecədə nazil etdik" (Duxan, 3). Həmin mübarək gecənin adının Qədr olması isə Qədr surəsindən bilinir. Allahu-Təalə qüdrət və elminin böyüklüyünü göstərmək üçün ayədə "Mən" əvəzinə "Biz" sözünü, kitabın əzəmətinin beyinlərdə həkk olunması üçün isə onu "Quran" yox, "O" əvəzliyi ilə ifadə edib. Zira belə ifadə üslubunda məqsəd, həm Quranı endirənin böyüklüyü, əzəməti və hər şeyə qadir olduğunu, həm də endirilənin şanının ucalığını ifadə etməkdir.
Bəzi təfsirçilər Qədr gecəsinin təqdir, qədər, qismət, bəyənmə gecəsi olduğunu söyləyiblər. Digərləri Qədrin qadir və ləyaqət, şərəf və əzəmət mənasında israrlı olublar. Üçüncü qrup təfsirçilər isə ona təzyiq, sıxışdırma mənalarını veriblər. Çünki Quranın nazil edilməsi Cəbrail(ə)-nin yer səmasına vahiməli gəlişi ilə başlamışdı. Və həmin gecə yerə enən çoxsaylı mələklər üçün yer darlıq edirdi. Yeri gəlmişkən, "Qədr" termininin surədə üç dəfə təkrar olunması, Qədrin hər üç mənasını ehtiva edir. Bəlkə də, bu səbəbdən bütün təfsiçilər həmin mənaları yekdilliklə qəbul ediblər.
2. "Qədr gecəsinin nə olduğunu bilirsənmi?!" Peyğəmbər(ə)-yə ünvanlanan bu ifadə həm sual, həm də təsdiqdir. Yəni ey Peyğəmbər, Biz onun mahiyyətini açıqlamasaydıq, sən onun nə olduğunu bilməzdin. Zira sən heç bilməzdin ki, Biz sənə Quranı nazil edəcəyik. "Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq, sənə göndərildi" (Qasas, 86). Məlumdur ki, Musa(ə)-yə 40 gün ərzində verilən Tövrat, İsa(ə)-yə lütf edilən İncil Rəbbin fövqəlbəşər möcüzələri idi. Peyğəmbər(ə)-yə 23 il ərzində vəhy yolu ilə çatdırılan Quran isə istər əhatə etdiyi məsələlər, onların sayı və müxtəlifliyi, istərsə də zaman baxımından Allahın ona məxsusi lütf və ehsanı idi.
3. "Qədr gecəsi min aydan daha xeyirlidir". Yəni o gecə əməl, ibadət, çalışmaq, səy etmək, cihad etmək, azadlıq uğrunda mübarizə ilə əldə ediləcək xeyir və savablar, içində Qədr gecəsi olmayan min ayın xeyir və savabından daha fəzilətlidir. Qədr gecəsinin mübarəkliyi və onun gətirdiyi bərəkət min yox, on minlərlə ayın verdiyi xeyirdən də üstün ola bilər. Zira Allah Qədr gecəsinin xeyirlilik dərəcəsini başa salmaq üçün ayədə "daha" sözünü işlədib. O ki qaldı nə üçün ayədə başqa rəqəm yox, məhz min rəqəminin ifadə olunmasına, bu barədə iki fikir var: a) Beyhakiyə görə, Allahın Rəsulu səhabəyə nəql edib ki, İsrail oğullarından bir saleh bəndə Allah yolunda min ay cihad (ibadət) edib. Peyğəmbər(ə)-yə qulaq asanlar həmin ərin əməlini öz əməllərilə müqayisə etdikdən sonra çox məyus olublar. Peyğəmbər(ə)-yə can və malla qulluq edən səhabə belə hesab etdi ki, onların İslama xidmətləri hələ yetərincə deyil. Bu səbəbdən də, Allah həmin ayəni nazil etdi; b) Əlməali isə ayənin təfsirini belə verir: "Ayədəki min ayın hikməti, ya qədim İsrail oğullarından imanlı bir kişinin zülm və haqsızlığa qarşı min ay (83,3 il - V.C) cihad etməsinə, ya da həmin zümrədən olan 4 əməlisaleh kişinin min ay müddətindəki ibadətlərinə müsəlmanların qibtə etmələrilə əlaqəlidir. Bu ayə ilə Rəbb sanki seçdiyi Rəsulu və onun səhabəsinə deyir: "Sizə lütf etdiyim Qədr gecəsinin fəziləti həmin imanlı bəndələrin 83,3 illik ibadətlərindən daha üstündür". Həmin mütəfəkkirlərin təfsirlərinin mötəbərliyini qəbul edən müəllif həm də ona əmindir ki, Qədr gecəsinin mübarəkliyinin həqiqi ölçüsünü yalnız onu Verən bilir.
Haşiyə: Görəsən, çağdaş dünya müsəlmanları olaraq, İsrail oğullarından olan həmin bir və ya dörd imanlı bəndələr kimi biz də Allah rizası üçün çalışıb, hər günümüzü "qədrləşdirsəydik" qeyri-müsəlmanın elm və texnika sədəqəsinə möhtac qalardıqmı? Əsla yox!
4. "O gecə mələklər və Ruh Rəbbin iznilə hər bir işdən ötrü yerə enərlər".
Ayədə göstərilən Ruh, Rəbbin əmri ilə Qurani-Kərimi yer səmasına gətirən varlıqdır. "(Ya Məhəmməd!) De ki: Ruhulqüds onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək üçün bir haqq, müsəlmanlar üçün isə bir hidayət və müjdə olaraq nazil etmişdir" (Nəhl, 102).
Təfsirçilərin əksəriyyəti Ruhun Həz.Cəbrail olduğunu qəbul ediblər. O, həm də yer səmasına gətirdiyi bütöv Quranı 23 il ərzində Peyğəmbər(ə)-yə hissə-hissə öyrədən mələkdir. Həz.Peyğəmbər ona nazil olan ilk vəhylərin Cəbrail (ə)-dən öyrənməsini belə nəql edib: "Mələk məni tutub nəfəsim kəsilincəyə qədər sıxdı. Sonra buraxıb dedi: "Oxu!" "Axı mən oxumaq bilmirəm" - dedim. O, ikinci dəfə məni sıxıb buraxdı və yenə də dedi: "Oxu!" "Axı mən oxumaq bilmirəm" təkrar etdim. Cəbrail həmin hərəkəti üçüncü dəfə təkrarladıqdan sonra dedi: "Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi" (Buxari).
O gecə Rəbbin izni ilə Ruh və mələklərin hər bir işdən ötrü yerə enmələri yerdə bir canlanma, basırıq, qəza və qədərin reallaşması ilə əlaqəlidir. İslam mənbələrinə görə, onların bu gəlişində məqsəd həmin gecədən gələn ilin Qədr gecəsinə qədər dünyada baş verəcək hadisələri müəyyənləşdirməkdir. "Hər bir hikmətli (yaxud dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur. Dərgahımızdan bir buyruq olaraq!" (Duxan, 4-5).
İslamşünasların bir qismi bu ayəni belə təfsir ediblər: "İl ərzində birinin başına gələcək bütün işlər, dünyada baş verəcək bütün hadisələr - xeyir, şər, əcəl, ruzi, xoşbəxtlik və s. Lövhi-Məhfuza həmin ilin məhz Qədr gecəsində yazılır və müvəkkil mələklərə bildirilir. Bu yazıya pozu yoxdur". Bu təfsirə görə, Qədr gecəsində növbəti bir il ərzində dünyada baş verəcək bütün proses və hadisələr proqramlaşdırılır və onların icrası müvafiq mələklərə tapşırılır.
5. "O gecə dan yeri sökülənə kimi salamatlıq, əminamanlıqdır!".
Bu ayəni açıqlayan təfsirçilər əsasən iki qrupa bölünürlər. 1. Orijinaldakı "sələmun" sözünü salamlaşma kimi təfsir edənlər. Bu fikrə görə, həmin gecə mələklər dan yeri ağarana qədər dəstə-dəstə yerə enirlər və hər gələn qrup yer sakinlərinə (və ya ancaq möminlərə) salam verirlər. Həmin səbəbdən Qədr gecəsi Rəbbin göydən gələn mələklərinin yerdəki insanlara salam vermələrilə müşahidə olunar və gecə kütləvi salamlaşma, xeyir-dua gecəsi olar. Ona görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək tövsiyə edilir. 2. Orijinaldakı "səlamun" termininin salamatlıq, ölümsüz-itimsiz kimi açıqlayanlar. Bu fikrə görə, o gecə heç bir bəla nazil olmaz. Yəni səma qonaqları olan mələklər yerə pislik və əzab gətirməzlər. Gecə tam xətasız, bəlasız olar. Ayənin təfsirinin bu variantını əsas götürənlərin müəyyən hissəsi iddia edir ki, ümumiyyətlə, o gecə heç bir bədbəxt hadisə, ölüm, təbii fəlakət baş verməz. Rəbb kəlamlarına və səhih dünyəvi qaynaqlara istinad edən müəllif isə bu tezislə razılaşmır. Belə ki: əvvəla, Rəbb buyurur: "Hər bir hikmətli iş o gecə hökm olunur" (Duxan, 4). Rəbbin həmin gecə məzlumun haqqını vermək üçün bir zalımın ölümünə hökm verməsi və ya zülmkar başçıya cihad etməmək səbəbindən həmin başçının camaat üzərində Allahın qılıncı olması; mömin bəndəni dünya əzabından qurtarıb ona əbədi Cənnəti verməsi, yaxud məsum bir körpənin gələcəkdə cəmiyyət üçün bir bəla mənbəyi olacağı səbəbindən onun ömrünə qərar verməsi və s. və i. ilahi hikmətlərdir. Necə deyərlər, "görəsən, Mövla neylər, neylərsə gözəl eylər". İkincisi, dünya tibb statistikasının rəsmi hesabatları göstərir ki, Ramazan və Qədr gecəsi də daxil olmaqla, elə bir gecə, saat və dəqiqə yoxdur ki, yer kürəsində ölüm hadisəsi baş verməsin. Üçüncüsü, dünyada baş verən təbii fəlakət və ekstremal hadisələrin təhlili də Qədr gecəsinin ölümsüz-itimsiz gecə olduğunu təkzib edir. Məs. "28.06.1047 - 15.06.1048 tarixlərdə Ramazan və Qədr gecəsi də daxil olmaqla Bağdad, Mosul, əl-Cəzirə və başqa bölgələrdə quraqlıq nəticəsində insanlar hətta ölülərin ətini belə yeməyə məcbur oldular. Nəticədə yayılan epidemiya yüz minlərlə insanın həyatına son qoydu. Ramazan ayına təsadüf edən 09.06 - 11.06.1073-cü ildə İranda saysız-hesabsız çəyirtkə taxılı elə yedi ki, əhalinin əksəriyyəti acından öldü; 1109-cu ilin aprelində (Hicri 502-ci il, Ramazan ayı) Dəclə çayının daşması bütün qış və yay azuqələrini məhv etdiyindən, həmin il aclıq ili oldu" və s. və i. Bu ilin Ramazan ayı və Qədr gecələrində Suriya, İraq, Liviya, Fələstin və digər ölkələrdə qırğınlar da həmin gecənin ölümsüz-itimsiz olduğunu inkar edir.
Qədr gecəsi nə xam və nadan insanlar, nə də Kəbə qarşısında qibləni axtaran zavallılar üçün deyil; o, qədr-qiymət bilən, inanan insanlar üçündür. "Kim fəzilətinə inanaraq və əcrini umaraq Qədr gecəsini ihya edərsə, keçmiş günahları bağışlanar" (Həz.Məhəmməd). Göründüyü kimi, kəlamdakı əsas şərtlərdən biri həmin gecədə oyaq qalmaqdır. Quran oxumaq, namaz qılmaz, təfəkkürə dalmaq, günahların bağışlanması üçün dua və həmdü sənada bulunmaq, Ondan məxfirət və istəklər diləmək, əlillərə, kasıb sosial təbəqəyə, yetim və qocalar evlərinə yardım etmək, əfv və aministiya fərmanları vermək və digər xeyirli işlər görmək bu gecənin tələb etdiyi qayələrdir. Qədr gecəsi həm də bəndənin keçdiyi ömür yolunun təftişi, təhlili və hesabatıdır. Necə deyərlər, "yanıb dirilmə məqamıdır". Zira "Qədr gecəsi səhərə qədər Şeytan bayıra çıxa bilməz, heç kimə vəsvəsə verə bilməz. O gecə sehrlə məşğul olanın sehri də təsirsiz olar" (Həz.Məhəmməd).
Qədr gecəsinin dəqiq vaxtı bilinmir. Bəzi üləma və təfsirçilər bu gecənin Ramazan ayının 17-si, yaxud 19-u, digərləri isə həmin ayın 20-29-u arasında olduğunu söyləyiblər. Lakin əksər mənbələr "bu gecə Ramazanın 26-dan 27-nə keçən gecəsidir" qərarında israrlıdır. Peyğəmbər(ə) buyurub: "Qədr gecəsi mənə bildirildi və sonra unutduruldu". Həmin səbəbdən, o, Ramazanını son on gününü özünü sırf Allaha ibadətə sərf edərdi.
Peyğəmbər(ə) həm də buyurub: "Qədr gecəsi ikidir". Biri bütün il içərisində, digəri Ramazanın son on günü içərisindədir". Bu kəlama görə, Qədr il ərzində bəndənin damla-damla yığdığı savabların rəhmət bardağından daşdığı gecədir. Yəni, mömin və saleh bəndə üçün ilin hər gecəsində Qədrin qədr-qiymətindən bir nişanə var. Bəlkə də Rəbb tərəfindən Peyğəmbər(ə)-yə bu gecənin dəqiq vaxtının unutdurulması həmin səbəbdəndir.
Peyğəmbər(ə) Qədr gecəsində: "Allahım, Sən çox bağışlayansan, əvf sevənsən, məni də bağışla" duasını təkrar edərdi. Biz də özümüz üçün bu duanı edərkən, millətimizin birliyi, vətənimizin diriliyi, dinimizin müqəddəsliyi, bayrağımızın bakirəliyi uğrunda özlərini fəda edən şəhidlərimiz, əsgərlərimiz, məhbuslarımız və bütün xalqımız üçün dua etməyi unutmamalıyıq. Zira deyilib: "Əgər duanız olmazsa, Rəbbiniz yanında nə qədr-qiymətiniz olar" (Furqan, 77).
Ya Rəbb! Biz yox idik, Sən var etdin. Varlığından xəbərdar etdin. Həmdini sözlərimizə sərtac etdik. Zikrini qəlbimizə merac etdik. İnayətinə sığınıb, qapına gəldik. Hidayətinə sığınıb, lütfünə gəldik. Lazımınca qulluq edə bilmədik, əfvinə gəldik. Əllərimizi ünvansız səmaya deyil, Sənin lə-məkan sarayına tutub deyirik: "Çaşdırma bizi, doğrunu söylət. Sapdırma bizi, haqqa yönəlt. Səndən başqasına alçaltma bizi. Səndən başqasına ağlatma bizi. Xeyirlərin fəthini, şərlərin dəfini bizə nəsib et. Ya Rəbb! Bizim Qədr gecəsindəki ibadətimizi qorxulu qəbr gecəsində müjdə və xilasımız hesab et! Amin".
Vaqif CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə doktoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ