şənbə günü, 03 oktyabr 2026
     

Xəzər sahilində 2 milyon nəfərin müalicə və istirahət potensialı...

Image


Dənizsahili zonada kurort-sanatoriya mərkəzlərinin yaradılması dövlət büdcəsinə milyonlarla manat vəsait gətirəcək
Azərbaycanda bir çox hidromineral ehtiyatlar var ki, bu da sanatoriya-kurort sahəsinin inkişafı üçün çox  əhəmiyyətlidir. Ölkəmizdə rekreasiya və turizm xidməti üçün də çox əlverişli şərait mövcuddur. Respublikanın landşaft-iqlim xüsusiyyətləri burada kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ölkə ərazisi geniş miqyasda quru subtropik iqlimə malik olduğu üçün insan səhhətinə müsbət təsir göstərir, yüksək dağ və tundra landşaftına malik olması isə qış idman növlərinin yaradılmasına geniş imkanlar açır.
Xatırlatmaq yerinə düşər ki, keçmiş Sovet İttifaqı dövründə mineral suların, müalicə nefti və palçığının olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, onların ilboyu fəaliyyət göstərməsinə də şərait yaradıb. Azərbaycanın əlverişli iqlim-landşaft ehtiyatlarına müvafiq olaraq sağlamlıq ocaqları "iqlim-bolneoloji" istiqamətli olduğu üçün mütəxəssislər hesab edir ki, respublikanın sağlamlıq ocaqlarında ildə orta hesabla 600 mindən artıq adam müalicə oluna bilər. Azərbaycanın kurort ehtiyatları burada müalicə olunan və istirahət edənlərin sayını 2 milyona qədər artırmağa imkan verə bilər. Bu da dövlət büdcəsinə milyonlarla manat vəsaitin daxil olması ilə nəticələnə bilər. Sözügedən gəlirlərin əldə edilməsində Xəzərsahili zona mühüm rol oynaya bilər. Söhbət ondan gedir ki, Xəzər dənizi sahil zonasının çox böyük üstünlükləri var. Məsələn, Abşeron - Nabran sahillərində günəşli havalar Soçi - Suxumi rayonlarındakı havadan 1,5 dəfə çoxdur. Xəzər sahilinin Nabran - Yalama, Giləzi - Zabrat, Abşeron, Lənkəran - Astara çimərliklərinin yaxınlığında karbohidrogenli mineral sular var. Üstəlik, Xəzər dənizinin ölkəmizə aid sahil zolağında təbii mühitin, bolluca günəş radiasiyasının, uzun və geniş çimərliklərdəki narın qumlar və sair insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Məhz bu baxımdan da hələ 1983-cü ildə Azərbaycanın və Dağıstanın dənizsahili rayonlarında kurortların inkişaf etdirilməsi üçün SSRİ Nazirlər Kabineti "Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort bazasının yaradılması haqqında" qərar verib. Bu qərarla adıçəkilən dənizin Azərbaycana məxsus sahil zonasının 680 kilometri kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayılıb. Qeyd edək ki, Xəzərin Azərbaycandakı sahil xəttinin ümumi uzunluğu 825 kilometrdir və onun 660 kilometri zəngin kurort-rekreasiya ehtiyatlarına malik olması ilə dənizin digər sahillərindən fərqlənir. Bu zonanın böyük turizm imkanlarının olması nəzərə alındığından, birinci turist bazası Bakıda hələ 1958, Yalamadakı "Xəzər" turist bazası isə 1963-cü ildə yaradılıb.
Amma Xəzərin Bilgəh, Nardaran, Pirşağı, Buzovna, Zuğulba, Novxanı sahillərindəki qumlu çimərliklərin turizmin inkişafı baxımından əlverişli olmasına baxmayaraq, həmin ərazilərdə kurort-sanatoriyaların fəaliyyəti yox səviyyəsindədir. Bu səbəbdən də Xəzər dənizi sahillərində kurort-sanatoriyaların yaradılması ilə bağlı məsələlər tez-tez gündəmə gətirilir.

Kurort-rekreasiya sisteminin kompleks inkişafının baş planı hazırlanmalıdır
Səhiyyə nazirinin keçmiş müavini, tibb elmləri doktoru, professor Maqsud Qasımov deyir ki, respublikamızın böyük sərvəti olan tükənməz kurort və rekreasiya ehtiyatlarına lazımi diqqət yetirilmir. Amma bir sıra xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahə inkişaf etdirilsə, kurortlar qısa müddətdə dövlət büdcəsinə böyük gəlir gətirə bilər. Onun sözlərinə görə, Abşeron və Xudat sahillərində kurort-turizm, rekreasiya şəbəkəsinin inkişaf etdirilməsi və istiqamətləndirilməsi məsələləri ilə əlaqədar eyni zamanda bütün Azərbaycan üçün kurort-rekreasiya sisteminin kompleks inkişafının baş planı hazırlanmalıdır: "Bu planda problemin bütün aspektləri, o cümlədən gələcək inkişaf, sanitar-epidemioloji salamatlıq qanunlarına riayət edilməsi, xüsusilə kurort-rekreasiya ərazilərinin qorunub saxlanması məsələləri öz əksini tapmalıdır. Kurort-rekreasiya məqsədləri üçün ayrılmış ərazilər dövlət mülkiyyəti kimi saxlanmalıdır. Özünün təbii iqlimi, balneoloji və landşaft keyfiyyətlərinə görə unikal olan ərazilərdə ekoloji cəhətdən zərərli təsərrüfat fəaliyyətinə yol verilməməlidir".
Tanınmış alim Nazirlər Kabinetinin 4 noyabr 1993-cü ildə Azərbaycanda turizmin inkişafına dair çıxardığı qərarı yüksək qiymətləndirsə də, turizmin inkişafına kütləvi istirahət və kurort müalicəsindən ayrı bir məsələ kimi baxılmasını düzgün hesab etmir. Bildirir ki, istər xarici, istərsə də respublika vətəndaşlarına xidmət edən turizm məfhumu mehmanxanalar, istirahət evləri, motellər, kempinqlər, ov bazaları və sair müvafiq istirahət müəssisələri ilə yanaşı, sanatoriya və pansionatlarda kurort müalicəsini də özündə əks etdirir: "Bu müəssisələrin hamısı müvafiq infrastrukturlarla ölkənin ümumi kurort-rekreasiya sisteminə daxildir. Xarici və ya yerli turistlər, istirahətçilər üçün ayrıca nəqliyyat, müalicə, yaxud digər əlahiddə əlaqələr sisteminin olması düzgün deyil. Bundan əlavə, yüksək komfort səviyyəsi müvafiq qulluq xərclərini ödəyə bilən hər kəs üçün eyni olmalı, xarici və yerli turistlərə olan xidmət fərqi aradan qaldırılmalıdır".

Brejnevin Xəzər sahilində istirahəti ilə bağlı televeriliş hazırlanmalı idi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq münasibətlər və informasiya şöbəsinin müdiri Cahangir Qocayev isə xatırladır ki, keçmiş Sovetlər dönəmində Xəzər dənizi sahillərində kurort-sanatoriyaların yaradılması təşəbbüsü SSRİ Nazirlər Soveti sədrinin müavini Heydər Əliyevə məxsus olub və bu təşəbbüs əsasında adıçəkilən dənizin Azərbaycana aid sahllərində bir sıra işlər görülüb. Hətta həmin dövrlərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri Leonid Brejnevin Xəzər dənizi sahillərinə gəlməsi və burada istirahət etməsi ilə bağlı televeriliş hazırlanmalı idi: "Bununla bağlı hazırlanmış plana görə, sanatoriya-kurort mərkəzlərinin yaradılması üçün Brejnevin rəyinin alınması da gözlənirdi. Çünki o vaxtlar belə layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaiti SSRİ-nin dövlət büdcəsindən ayrılırdı. Ancaq təəssüf ki, Heydər Əliyev vəzifəsindən uzaqlaşdırıldıqdan və SSRİ dağıldıqdan sonra Xəzər dənizi sahillərində kurort-sanatoriya mərkəzlərinin yaradılması məsələsi gündəlikdən çıxarıldı və həmin obyektlərin yaradılması xeyli səngidi. Sovet İttifaqı dövründə Mərdəkanda, Buzovnada və digər yerlərdə sanatoriya-kurort mərkəzləri fəaliyyət göstərirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra ayrı-ayrı təşkilatlar Xəzər dənizinin sahillərində istirahət obyektləri tikdirdilər".   
Cahangir Qocayev əlavə edir ki, "Böyük Bakının Regional İnkişafı Planı"nda Xəzər dənizi sahillərində kurort-sanatoriyaların yaradılması məsələsi də var. Bu məsələ ilə bağlı bir sıra təkliflər irəli sürülüb. Həmin təkliflər Azərbaycan hökuməti tərəfindən təsdiqləndikdən sonra yeni mərkəzlərin yaradılmasının şahidi olacağıq. Ümumiyyətlə, növbəti illərdə Xəzər dənizi sahillərinin kurort zonaya çevrilməsi mümkünləşəcək. Ancaq bununla belə, ölkə ictimaiyyətinin, xüsusilə də mütəxəssislərin və alimlərin irad və təkliflərini öyrənmək üçün dəyirmi masaların keçirilməsi də mütləq vacibdir. Çünki bu yolla kurort zonalarının yaradılması istiqamətində ən uğurlu addımları atmaq mümkündür. Həmin zonalarda həm yerli vətəndaşlarımız, həm əcnəbi turistlər istirahət edər və müalicə olunar, həm də kurort-sanatoriyalarda göstərilən xidmətlərin müqabilində dövlətimiz xeyli gəlir əldə edər".

Xəzər sahillərindəki hasarlar sökülməlidir
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, tanınmış ekoloq Telman Zeynalov bildirir ki, Xəzər dənizi sahilləri insan sağlamlığı üçün çox faydalı olduğundan, keçmiş SSRİ dövründə həmin ərazilər vətəndaşların ixtiyarına verilmişdi. Onun dediyinə görə, sovetlər dönəmində dəniz sahilləri yaşıllıqlarla çəpərlənmiş ərazilərə bölünmüşdü. Üstəlik, insanlar dənizkənarı ərazilərə təkcə çimmək üçün deyil, oradakı qumların üstündə gəzmək, xəzri, gilavar və dəniz küləyini hiss etmək üçün gedirdilər: "Kurortlara kənar adamların girişi qadağan edilmişdi. Xəstə adamlar oraya girməklə xəstəliyi yaya bilməzdilər. Kurortlara gələnlərdən müəyyən sənədlər tələb olunurdu. Ona görə də həmin vaxtlarda Xəzər dənizi sahillərinə gedən insanlar özlərini gümrah hiss edir, xəstə adamlar müəyyən mənada şəfa tapırdılar".
Tanınmış ekoloq qeyd edir ki, Xəzər dənizi sahillərində, xüsusən də Abşeron yarımadasında bağ və bağçılıq təsərrüfatları geniş yayılıb. Amma həmin sahillər Azərbaycan vətəndaşlarının əsas istirahət zonaları olmalıdır: "Təəssüflə qeyd etmək lazımdır ki, Xəzərin qızıl qumlu çimərlikləri, sahil zonasındakı mineral sular, müalicəvi palçıqlar və sair resurslar sistemsiz və faydasız şəkildə istifadə olunur. Məsələn, SSRİ dağıldıqdan sonra Xəzər dənizinin Azərbaycana aid hissələri, xüsusilə də bu dənizin Bakı şəhərinə və Abşeron yarımadasına aid olan hissəsi, demək olar ki, başdan-başa hasarlanıb. Orada müxtəlif obyektlərin tikilməsi, binaların ucaldılması ucbatından dəniz küləyinin istiqaməti dəyişib. Müalicəvi əhəmiyyətə malik dəniz qumları, xüsusilə də "qızıl" qumlar daşınaraq tikinti materialı kimi istifadə olunub. Hazırda Xəzər dənizi sahillərində "qızıl" qumlar yoxdur. Bu sahillərdə olan "landşaft göz görə-görə məhv edildi".  
Telman Zeynalov vurğulayır ki, "Böyük Bakının Regional İnkişafı Planı" əsasında Xəzər dənizi sahillərində kurort-sanatoriyaların tikilməsi məsləhətdir. Ancaq bunun üçün əvvəlcə hasarlar sökülməli və Xəzər dənizi blokadadan qurtulmalıdır: "Hasarlar söküldükdən sonra dəniz sahillərində rütubət təmin olunacaq, küləyin axınının bərpa edilməsi nəticəsində Xəzər dənizi və ətrafdakı təbiət rahat nəfəs alacaq. Üstəlik, orada kurort-sanatoriyaların yaradılması xəstə vətəndaşların müalicəsi üçün əhəmiyyətli rola malik olmaqla yanaşı, həm yerli turistlərin və xarici turistlərin dənizkənarı zolaqda yerləşən kurort-sanatoriyalarda istirahətini və müalicəsini təmin edəcək, həm də əldə edilən gəlirlərin məbləği ilbəil artacaq".

Palçıq vulkanlarından birində tibb mərkəzi yaradılacaq
AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, əməkdar elm xadimi, geologiya elmləri doktoru, professor Adil Əliyev deyir ki, neft ölkəsi olan Azərbaycanda əsrlər boyu yerin təkindən neft-qaz çıxarılır və onlardan geniş istifadə olunur. Neft-qaz yataqları ilə bağlı ölkədə çoxlu palçıq vulkanları da var: "Təsadüfi deyil ki, Azərbaycanın ərazisi dünyada tanınmış palçıq vulkanları diyarıdır. Cənubi-şərqi Azərbaycan və onunla həmsərhəd Xəzərin akvatoriyasında 300-dən artıq palçıq vulkanı var. Forma etibarilə cazibədar, çox çeşidli, daim aktiv fəaliyyatdə olan möhtəşəm palçıq vulkan və təzahürləri Şərqi Azərbaycanın ərazisində, Şamaxı-Qobustan bölgəsində, Abşeron yarımadasında, Şirvanda, Xəzərin cənubunda, yəni Bakı arxipelaqında geniş yayılıb".
Onun dediyinə görə, vulkan palçığı müalicəvi əhəmiyyətlidir. Həmin palçıqlardan təbabətdə çox geniş istifadə olunur: "Vulkan palçıqlarından dəri və sinir xəstəliklərinin, eləcə də radikulit, urologiya, ginekologiya və digər mərəzlərin müalicəsində istifadə edilir. Bundan başqa, onlardan kosmetik vasitələr də hazırlanır".
Adil Əliyev vurğulayır ki, Xəzərin sahilində yerləşən və turistləri cəlb edəcək bir neçə aktiv fəaliyyətdə olan palçıq vulkanı da mövcuddur. Yay aylarında bu vulkanları "ziyarət" edənlərin sayı artır: "Qobustan, Ələt və Salyanın sakinləri və bəzi xarici turistlər vulkana gəlib, günəş şüalarının təsiri altında palçıqdan müalicə vasitəsi kimi istifadə edib, sonra dənizdə çimirlər. Ona görə də mən dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etmişəm, mətbuat orqanlarında müxtəlif yazılarla çıxış etmişəm ki, Xəzər dənizi sahillərində yerləşən palçıq vulkanlarından hər hansı biri mütləq tibb məqsədilə kurort sahəsinə çevrilməlidir. Artıq bu təklifə baxılır və maliyyə vəsaiti ayrıldığı halda vulkanlardan birinin ərazisində belə bir tibbi mərkəz yaradılacaq".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ