şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanda toyuq dönərinə qoyulan qadağa götürülə bilər

Image


Artıq neçə illərdir Azərbaycanda "quş qripi" virusu müşahidə olunmasa da, bununla bağlı mütəmadi monitorinqlər davam etdirilir. Monitorinqlər bu sahədə vəziyyətin sabit olduğunu göstərir. Lakin buna baxmayaraq, çöl quşlarının ovlanmasına qoyulan qadağa hələ də aradan götürülməyib. Bununla yanaşı, xəstəliklə əlaqədar ölkədə toyuq dönərinin satışı da qadağan olunub və bu qadağa indiyə qədər davam edir. Bəs bu qadağalar nə vaxta qədər davam edəcək?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova APA-ya açıqlamasında deyib ki, "quş qripi" ilə əlaqədar quş ovuna qadağa qoyulması və qadağanın ləğvi Dövlət Baytarlıq Xidmətinin səlahiyyətində deyil: "Bu qadağanın götürülməsi Nazirlər Kabineti yanında fəaliyyət göstərən, "quş qripi"nin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının səlahiyyətindədir. Buna gərək onlar qərar versin. Biz hər ay "quş qripi" ilə bağlı keçirdiyimiz monitorinqin nəticəsini bəyan edirik və aidiyyəti qurumlara göndəririk. Bildiririk ki, ölkədə bu sahədə heç bir problem yoxdur. Artıq qadağanın götürülüb-götürülməməsi onlara aiddir. Dövlət Baytarlıq Xidməti Nazirlər Kabinetinə rəsmi müraciət edib ki, quş ovuna qoyulmuş qadağa götürülə bilər".
Bu gün çöl quşlarının ovlanması qadağan olunsa da, belə quşların bazarlarda və yol kənarlarında satışa çıxarılmasının şahidi oluruq. Bu məsələyə də aydınlıq gətirən DBX rəisi qeyd edib ki, bu istiqamətdə də mütəmadi monitorinqlər keçirilir: "Bizim cərimələrimiz çox cüzi miqdarda olduğuna görə həmin işlə məşğul olanlar üçün bir o qədər də əhəmiyyət kəsb etmir və onlar satışa davam edirlər".
S.Rüstəmova bildirib ki, 2006-cı ildən etibarən ölkənin quşçuluq təsərrüfatlarında, eləcə də qoruq və su hövzələri ərazilərində aparılan çoxsaylı monitorinqlər nəticəsində "quş qripi" müəyyən edilməyib. Onun sözlərinə görə, hazırda "quş qripi" ilə bağlı epizootik vəziyyət tam sabitdir.
Azərbaycanda toyuq dönərinin satışına qadağanın tətbiq olunmasının səbəblərinə gəlincə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev APA-ya açıqlamasında bir neçə il öncə ölkədə "quş qripi" aşkar olunduqdan sonra bu qaydanın tətbiq edildiyini xatırladıb. O deyib ki, sonradan xəstəliyin yayılması dayansa da, toyuq dönərindən dəfələrlə zəhərlənmə halları qeydə alındığı üçün bu qərar qüvvədə saxlanıb: "Təhlükəsizlik risqi nəzərə alınaraq bu qərar bu gün də qüvvədə qalır. Bu qadağa aradan götürülə bilər, amma bir şərtlə ki, gigiyena qaydaları ciddi şəkildə qorunsun. Bu tələblər qorunmadıqca bu qadağa da qüvvədə qalacaq".
İ.Abdullayev bildirib ki, qadağalar qalsa da, sahibkarlar toyuq dönərinin satışına qanunsuz olaraq davam edir: "Belə dönərlərin satışı ilə məşğul olan sahələrin bir neçəsinin fəaliyyəti mərkəz tərəfindən dayandırılıb. Xüsusilə metronun "20 Yanvar", "Elmlər Akademiyası" stansiyalarının ətrafında çoxlu sayda dönər satışı sahələrinin sahibkarları toyuq dönəri satdıqları və sanitar qaydaları pozduqları üçün inzibati qaydada cərimələniblər. Lakin cərimələrə baxmayaraq, onlar bu işi davam etdirirlər. Bu da onunla əlaqədardır ki, sahibkarlara tətbiq olunan cərimələr yüngüldür. Cərimə məbləği orta hesabla 200 manat həcmindədir və sahibkarlar tətbiq olunan cərimələri ödədikdən sonra fəaliyyətlərini yenidən davam etdirirlər".
Şöbə müdiri əlavə edib ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində sanitar-gigiyenik normalara əməl etməyən və toyuq dönərinin satışını həyata keçirən 70-80 sahibkar cərimələnib və həmin müəssisələrin 50%-dən çoxunda toyuq dönərinin satışına qadağa qoyulub. İ.Abdullayev toyuq dönərlərinin broyler toyuqlarından hazırlanmasının nə dərəcədə düzgün olması və broyler toyuqlarının istehsalına qadağaların qoyulmasının mümkün olub-olmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, ölkədə broylerin satışına qadağa yoxdur: "Broyler sahibkarlıq subyektində sahibkarlıq sanitar xidmətinin nəzarəti altında yetişdirilən toyuqlardır. Amma burada bir məsələ var. Bəzən broyler əti adı altında satışa çıxarılan və fərdi təsərrüfatlardan gətirilən toyuqlar da olur. Bunlar bəzən mağazalara broyler adı altında verilir. Belə halların qarşısı alınmalıdır, çünki xəstəliklərlə qarşılaşa bilərik. Biri təsərrüfatında 300-500 toyuq saxlayır. Ona həkim, baytar nəzarəti yoxdur, antisanitariya şəraitində kəsim həyata keçirilir. Sonradan qablaşdıraraq mağazaya satmağa gətirirlər. Bunlar təhlükə mənbəyidir və qarşısı hər zaman alınır".
İ.Abdullayev qeyd edib ki, toyuq broylerindən dönərdən başqa yüzlərlə kulinariya məhsulları hazırlamaq olar: "Bunların qarşısı alınmayıb və almaq da mümkün deyil. Söhbət toyuq dönərindən gedir. Toyuq dönərinin də hamısı toyuq ətindən hazırlanmır. Bəzən ucuz alınsın deyə bunu toyuğun budundan hazırlayırlar. May ayında Binəqədidə belə bir fakt aşkar olunmuşdu ki, vətəndaş maşın saxladığı qarajda toyuq dönəri hazırlayıb, sonradan çiy dönəri aparıb satırdı. Belə halların da qarşısı alınır və sahibkarlar cərimə olunur".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ