şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan alimləri "Dünya palçıq vulkanları atlası"nı hazırlayıb
Tarix: 17.07.2014 / 01:36
Bölmə: Sosial
Ölkəmiz palçıq vulkanları diyarıdır. Cənub-şərqi Azərbaycan və onunla həmsərhəd Xəzərin akvatoriyasında 300-dən artıq palçıq vulkanı var. Forma etibarilə cazibədar, çoxçeşidli, daim aktiv fəaliyyətdə olan möhtəşəm palçıq vulkan və təzahürləri Şərqi Azərbaycanın ərazisində, Şamaxı-Qobustan əyalətində, Abşeron yarımadasında, Şirvanda, Cənub Xəzərdə, yəni Bakı arxipelaqında geniş yayılıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, əməkdar elm xadimi, geologiya elmləri doktoru, professor Adil Əliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirir ki, palçıq vulkanları neftli-qazlı strukturlarla sıx əlaqədardır. Vulkan palçığı həmçinin müalicəvi əhəmiyyətlıdır, vulkan gili inşaatda istifadə olunur. Onun dediyinə görə, respublikamızda vulkanların bütün növlərinə rast gəlinir. Onlar arasında aktiv fəaliyyətdə olan, sönmüş, ada, neft-qazçıxaran və digər vulkanlar var: "Onlar morfoloji cəhətdən müxtəlifliyinə görə də bir-birlərindən fərqlənir. Hər il 2-4 vulkan püskürür. Ancaq hərdən palçıq vulkanları həddən artıq aktivləşir. Onların çürümələri daha çox olur. Bakıdan cənub istiqamətində, Ələt qəsəbəsi tərəfə getdikcə, yolun sağında bir çox görkəmli palçıq vulkanlarını görmək olar. Onlar arasında ölkəmizdə neft sənayesinin inkişafı ilə tanınmış, dünyanın ən aktiv palçıq vulkanı Lökbatan, Qaradağ rayonu ərazisində yerləşən möhtəşəm, hündürlüyü 403 metr olan, Azərbaycanın ən böyük palçıq vulkanı Otmanbozdağ, Qobustana yaxınlaşanda Böyük Kənizədağ, Ələt qəsəbəsi ətrafında Daşgil, Bahar, Qoturdağ, Ayrantökən və sair vulkanları görmək və onları ziyarət etmək olar".
Yerli və xarici turistlər palçıqdan müalicə vasitəsi kimi istifadə edir
Mütəxəssis qeyd edir ki, Qoturdağ palçıq vulkanı yeganə vulkanlardandır ki, onun yer səthinə arası kəsilmədən fəaliyyəti nəticəsində vulkan palçığının çıxarılmasını müşahidə etmək olar. Qobustanda, Abşeron yarımadasında, Şirvanın bir çox yerlərində yer səthinə bolluca neft çıxaran vulkanlara rast gəlinir: "Onlar çox qəribə görünən qır örtükləri, bəzən böyük gölməçələr əmələ gətirir. Lilli palçıqla neft və qaz çıxışları əcaib formada, müxtəlif arxitekturaya malik olan "axınlar" yaradırlar və nəticədə maraqlı mənzərə gözə çarpır. Bundan əlavə, Xəzərin sahilində yerləşən və turistləri cəlb edəcək aktiv fəaliyyətdə olan bir neçə palçıq vulkanı da mövcuddur. Yay aylarında bu vulkanları ziyarət edənlərin sayı artır. Qobustan, Ələt və Salyanın sakinləri, eləcə də bəzi xarici turistlər bu vulkanlara gələrək günəş şüalarının təsiri altında palçıqdan müalicə vasitəsi kimi istifadə edirlər və sonra Xəzər dənizində çimirlər. Şamaxı rayonunda, Qoturdağ vulkanı kimi ölkədə yeganə olan, hər tərəfi yaşıllıq, çöl çiçəkləri ilə əhatə olunan bir sahədə Dəmirçi vulkanı yerləşir. Turistlərin bu vulkana yaz və yay aylarında getmələri daha məsləhətdir. Bakı arxipelaqı ərazisində ada vulkanlarını görmək də maraqlıdır. Çünki orada 8 vulkan mənşəli ada var. Onlardan sahilə yaxın olan 3 adanı - Xərə-Zirə, Qarasu və Zənbil adalarını göstərmək olar. Bir neçə saat ərzində gəmi ilə getməklə bu cəlbedici vulkanları görmək olar. Eyni zamanda yolüstü dənizdə estakadaları, neft-qaz mədənlərini seyr etmək mümkündür".
Şöbə müdiri vurğulayır ki, palçıq vulkanlarının fəaliyyəti ərazinin seysmikliyi ilə bağlı daim diqqət mərkəzindədir. Bundan əlavə, Azərbaycanın palçıq vulkanları ekoturizm obyektidir: "Belə ki, vulkanlar təkcə alim-geoloqları deyil, həmçinin digər sahələrdə işləyən mütəxəssisləri - geofizikləri, geokimyaçıları, coğrafiyaçıları, ümumiyyətlə təbiətşünasları, həmçinin tursitləri də maraqlandırır. Çünki onlar vulkanları görmək, yaxından tanış olmaq istəyirlər".
Hər 20 - 25 ildən bir yeni xəritə və atlas hazırlanır
AMEA rəsmisi diqqətimizə çatdırır ki, vulkanlarımızın nüfuzunu daha da artırmaq, turistlərin cəlbini sürətləndirmək və daha çox gəlir əldə etmək üçün vulkanlarla bağlı atlasların hazırlanmasına böyük ehtiyac duyulub. Onun dediyinə görə, Azərbaycanın palçıq vulkanları ilə bağlı atlas sonuncu dəfə 1971-ci ildə hazırlanıb. Üstəlik, indiyədək planetdəki vulkanlarla bağlı beynəlxalq xəritə və atlas mövcud olmayıb: "Amma biz son bir neçə il ərzində dünya palçıq vulkanlarının atlasının hazırlanması ilə məşğul olmuşuq. Ancaq Yer kürəsindəki vulkanlarla bağlı beynəlxalq xəritənin hazırlanması çox müşkül məsələdir. Bu, uzun müddət və xeyli məbləğdə maliyyə vəsaiti tələb edib. Onu da bildirim ki, hər 20 - 25 ildən bir yeni xəritə və atlas hazırlanır və köhnələr dəyişdirilir. Son illərdə görülən elmi-tədqiqat işlərinin nəticələrinə əsasən yeni atlasın və xəritənin hazırlanması zərurəti meydana çıxıb. Amma Azərbaycanın palçıq vulkanları ilə bağlı atlası 1971-ci ildə hazırlanıb. Ona görə də biz milli atlasımızı hazırlamağa başlamışıq. Həmin atlasda həmi Azərbaycandakı, həm də palentdəki digər palçıq vulkanları ilə bağlı məlumatlar veriləcək".
Tanınmış alim qeyd edir ki, 1978-ci ildə Azərbaycanın palçıq vulkanlarının birinci xəritəsi tərtib olunaraq işıq üzü görüb. 2003-cü ildə yeni və milli xəritə tərtib ediblər: "Ancaq məsələ ondadır ki, 2003-cü ildən üzübəri yeni palçıq vulkanlarını kəşf etmişik. Bu da onu göstərir ki, yeni milli xəritənin hazırlanmasına ehtiyac var. Təbii ki, milli atlasla bağlı işlər tamamilə başa çatdırıldıqdan sonra həmin atlasın əsasında yeni xəritə hazırlanacaq. Ancaq bunun üçün kifayət qədər maliyyə vəsaiti və uzun zaman tələb olunub. Biz dünya palçıq vulkanlarının atlasının hazırlanmasına 3-4 il vaxt sərf etmişik. Bu da o deməkdir ki, milli xəritənin hazırlanması qısa müddətə başa gəlməyib".
Palçıq vulkanları üzrə məlumat bazası hazırlanıb
Həmsöhbətimiz bildirir ki, palçıq vulkanizmi problemi geologiya elminin çox vacib istiqamətidir. Vulkanların tədqiqi geologiyanın, geokimyanın və geofizikanın, xüsusilə yer təkinin dərinlik quruluşunun və faydalı qazıntı yataqlarının axtarışının bir sıra nəzəri və praktiki məsələlərinin aydınlaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də 1965-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda palçıq vulkanları hətərəfli və mükəmməl tədqiq olunur: "Bu illər ərzində apardığımiz işlər nəticəsində palçıq vulkanlarının məkan-zaman paylanmasının qanunauyğunluğu, onların dərinlik prosesləri ilə əlaqəsi, vulkanların yer səthinə çıxardığı süxurların və flüidlərin geokimyəvi xüsusiyyətləri, palçıq vulkanı fəaliyyətinin seysmikliklə əlaqəsi, vulkanların yaranması və təzahür mexanizmi öyrənilib. 2003-cü ildə Azərbaycanın və həmsərhəd Xəzərin akvatoriyasının geodinamik təməldə 1:500000 miqyaslı yeni xəritəsi tərtib olunub. Palçıq vulkanizmi üzrə toplanmış faktiki materialların nəinki Azərbaycanı, həmçinin xarici ölkələri əhatə etməsi bizə "Dünya palçıq vulkanları atlası"nın tərtib olunmasına imkan verib".
Mütəxəssis deyir ki, sözügedən atlasın tərtib edilməsi palçıq vulkanizmi problemi üzrə bütün elmi tədqiqatların nəticələrini təhlil etməyə və yekunlaşdırmağa, bu unikal təbiət prosesinin genetik mahiyyətini aşkarlamağa, planetar miqyasda palçıq vulkanlarının əmələgəlmə şəraitini modelləşdirməyə və aydınlaşdırmağa imkan verib: "Xarici ölkələrdəki palçıq vulkanları üzrə məlumat bazası hazırlanıb və bu da bizim palçıq vulkanizmi sahəsində biliklərimizin zənginləşməsinə şərait yaradıb. Sözügedən atlasda fəaliyyətdə olan, sönmüş və gömülmüş palçıq vulkanlarının dəqiq sayı, onların ümumi və fərqli xüsusiyyətləri, flüidlərin geokimyəvi xassələri, vulkan fəaliyyəti məhsulları, təzahür şəraiti, dərinlik çökmə süxur törəmələrin neft-qaz perspektivliyi və geologiya elminin bir sıra nəzəri-təcrübi problemləri öz əksini tapıb".
42 ölkədəki palçıq vulkanları üzrə materiallar təhlil edilib
Adil Əliyev əlavə edir ki, "Dünya palçıq vulkanları atlası" Azərbaycan, ingilis və rus dillərində nəşr edilərək, rəngli qrafik və fotomateriallarla müşayiət olunacaq. Ümid etmək olar ki, yalnız Azərbaycanın deyil, xarici ölkələrin də geoloji ictimaiyyəti dünyanın palçıq vulkanlarına həsr edilmiş unikal, eyni zamanda, fundamental əsərdən yararlanacaq: "Atlasda Alp-Himalay və Sakit okean tektonik qurşaqlarında, qitələrin passiv kənarlarında yerləşən dünyanın 42 ölkəsi, həmçinin Aralıq və Qara dənizlərin dərin zonalarında intişar edən palçıq vulkanları üzrə materiallar ümumiləşdirilərək təhlil edilib və onların morfologiyası, struktur mövqeyi və püskürmə məhsulları ətraflı şərh olunub. Xarici ölkələrin müxtəlif geofiziki təşkilatları tərəfindən elmi-tədqiqat gəmilərində və sualtı aparatlarında son 10 ildə apardıqları dəniz tədqiqatları İspaniya-Portuqaliya və Mərakeşin Kadis körfəzi sahillərində, Qərbi və Şərqi Aralıq dənizində, Qara dənizin dərinsulu sahillərində, Meksika körfəzində Aralıq dənizinə tökülən Nil çayının və Atlantik okeanına tökülən Oriniko, Niger və Oranc çaylarının dərin su konuslarında palçıq vulkanlarının geniş yayıldığını təsdiq etdi. Bütün bu faktiki məlumatlar, həmçinin, kontinentlərdə geniş intişar etmiş palçıq vulkanizminin qlobal geoloji hadisə olduğunu göstərir. Artıq atlas çap olunmaq üçün hazırlanıb. Yaxın gələcəkdə dünya geoloqları bu əsərdən faydalana biləcək".
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ