şənbə günü, 03 oktyabr 2026
     

Bu il ilan sancmalarından ölüm halları arta bilər

Image


Azər Maqsudov: "Zəhərli və təhlükəli olmasına baxmayaraq, ilanları tutmağa maraq göstərənlər var"
Bu ilin aprel ayının 22-dən bu günədək 44 nəfəri ilan sancıb. Ağsu rayonundan gətirilmiş 13 yaşlı uşaq isə ilan sancmasından dünyasını dəyişib. Mərkəzi Tibbi Klinikanın Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Bakı-Xəbər"ə açıqamasında bildirir ki, ilan sancmaları daha çox Azərbaycanın isti və aran zonalarında özünü büruzə verir. Bərdə, Yevlax, Astara, Masallı, Lənkəran və digər rayonlar buna misaldır:
"Bakıətrafı ərazilərə gəlincə, ən ciddi problem Zirə qəsəbəsində yaşanır. Qobudan, Qobustandan, Qaradağ rayonundan, meyvə-tərəvəz əkini və yığımı ilə məşğul olan vətəndaşların yaşadığı kəndlərdən də şöbəmizə müraciətlər müntəzəm olaraq daxil olur. Ən çox ilan, sarı əqrəb və qaraqurd adlı hörümçək zəhərindən zəhərlənmələrə məruz qalanlar da var. Bundan əlavə, Bakıda və ayrı-ayrı regionlarda tikinti işləri aparılan ərazilərdə və daş karxanalarında da ilan sancmaları qeydə alınır. Adətən yay mövsümündə tikinti-inşaat işləri aparılan yerlərdə fəhlələr ilan dişləmələrinə məruz qalır".

Bu il ilan sancmalarından ölüm halları arta bilər
Bu il ilan sancmalarından ölüm hallarının arta biləcəyini ehtimal edən şöbə müdiri vurğulayır ki, bu cür hadisələr əsasən rayonlarda baş verə bilər. Çünki rayon mərkəzi xəstəxanalarında zəhərlənmələrə məruz qalanlara yüksək tibbi xidmətin göstərilməsi üçün yüksək səviyyədə avadanlıqlar və qurğular yoxdur. Onun dediyinə görə, ilan sancmalarına məruz qalmış insanların belə səhiyyə ocaqlarında uzun müddət saxlanması zəhərin təsirini artırır: "Bəzən də xəstələr xəstəxanalara gec çatdırılır. Ona görə də fəsadların aradan qaldırılması mümkünləşmir. Hətta dəfələrlə xəstəxanalara gec çatdırılmış, yaxud xəstəxanada bir neçə gün saxlandıqdan sonra bizə müraciət edənlərin dünyasının dəyişməsi faktları da qeydə alınıb".
Yay mövsümünü "zəhərlənmə mövsümü" adlandıran həmsöhbətimiz qeyd edir ki, sözügedən mövsümə start veriləndə radio, televiziya və digər KİV-lər vasitəsilə bu cür məsələlərlə bağlı müzakirələr aparır, tövsiyə və məsləhətlərini verirlər: "Bundan əlavə, ilkin yardımlar, profilaktik tədbirlər və sair barədə kitabçalar hazırlanıb və Fövqəladə Hallar və Müdafiə nazirliklərinə paylanıb".
Xatırladaq ki, ilkin tibbi yardım zamanı ilan sancan yerin bint və ya kəmərlə bağlanması, yaxud həmin yerin bıçaqla və başqa kəsici alətlə deşilərək qanın axıdılması və sair hallara da rast gəlinir. Amma Azər müəllim sancmaya məruz qalmış insan orqanlarının bağlanmasını, sıxılmasını, sorulmasını və kəsilməsini məsləhət görmür: "Yəni zəhərlənmiş hissə "marqansovka" (kalium-permanqanat) ilə yuyulmalı və təmiz tənziflə sarınmalıdır. Sancılmış yerin hərəkətsiz saxlanması da əsas şərtdir. Bundan sonra xəstə dərhal xəstəxanaya çatdırılmalıdır".  

Ermənilərin törətdiyi yanğınlar ilanları aktivləşdirir
Xatırladaq ki, əvvəlki illərdə işğal olunmuş rayonlarımızın neytral zonalara daxil olan hissələrində ermənilər tərəfindən yanğınlar törədildiyindən, ilanların və əqrəblərin sözügedən rayonlarla sərhəddə yerləşən yaşayış massivlərinə kütləvi axını və ilan sancmaları qeydə alınıb. Xüsusilə də "Haramı düzü" adlanan məkanda ermənilər tərəfindən yanğınlar törədilir və nəticədə ciddi fəsadlar baş verir.
Şöbə müdiri cari ildə də analoji prosesin gerçəkləşəcəyini istisna etmir. Onun dediyinə görə, ilanlar və əqrəblər yanğınlardan canlarını qurtarmaq üçün işğal olunmuş rayonlarla həmsərhəd rayonlara kütləvi axın edir və nəticədə ilan və əqrəb sancmaları baş verir: "Lakin bununla bağlı bizim şöbəmizə deyil, yerli kənd xəstəxanalarına və rayon mərkəzi xəstəxanalarına müraciət edilir. Ona görə də bununla bağlı konkret statistik məlumatlara malik deyiləm. Yəni bəzi xəstələr yüngül dərəcəli zəhərləndiyindən, rayon xəstəxanalarında ilkin yardım göstərildikdən sonra evə buraxılırlar. Orta-ağır və ağır dərəcəli xəstələrə gəlincə, onların müalicəsi çətinləşərsə, yaxud bu imkansız olarsa, o zaman həmin xəstələr bizim şöbəyə göndərilir. Ümumiyyətlə, əvvəlki illərdə də qeyd etdiyiniz hallar çox müşahidə edilib. Cari ildə də belə məqamların şahidi olacağıq. Xüsusən də döyüş bölgələrində yerləşən hərbi hissələrdəki hərbçilərin ilan və əqrəb sancamalarına məruz qala biləcəyi ehtimal olunur. Bu baxımdan da Fövqəladə Hallar Nazirliyinin təcili tibbi yardım şöbəsinin əməkdaşları ilə birlikdə sözügedən regionlarda birbaşa ilan sancamalarının müalicəsi ilə bağlı dərslər keçmişik. Bizim həkimlərimiz bu dərsləri keçiblər. Ona görə də hərbçilərlə bağlı ciddi problemlərin yaşanmayacağını ehtimal etmək olar".

Turistlər diqqətli və ehtiyatlı olmalıdırlar
Şöbə müdiri diqqətimizə çatdırır ki, adətən yay aylarında Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Üstəlik, ölkəmizə təşrif buyuracaq turistlər arasında paytaxımızı, xüsusilə Bakıətrafı əraziləri gəzmək və istirahət etmək istəyənlər çox olur. Bu baxımdan da həmin turistləri ilan, əqrəb və hörümçək dişləmələrinə qarşı qorumaq üçün bəzi tədbirlər həyata keçirilir: "Ümumiyyətlə, turist və ya qonaq kimi, eləcə də həftə sonlarında istirahətə gedənlərin ilan sancmalarına məruz qalması istisna edilmir. Həmin vətəndaşlar sakit və kölgəlik yer seçməklə xoş istirahət keçirmək istəyirlər. Ancaq onlar unudurlar ki, ağacların altında, kolların arasında, bir sözlə, sakit guşələrdə ilanlar ola bilər. Çünki həmin sürünənlər də sakitliyi, daha təhlükəsiz yerlərdə olmağı xoşlayırlar. Bu səbəbdən də belə məkanlarda vətəndaşlar həddən artıq diqqətli və ehtiyatlı olmalıdırlar".   

Özlərini qorxmaz göstərmək üçün ilan tutmaq istəyənlər var
Söhbətimizin sonunda Azər Maqsudov maraqlı bir fakta da toxundu. Bildirdi ki, ilanların təhlükəli və zəhərli heyvan olması barədə dəfələrlə deyilib, kitablarda, dərsliklərdə və mətbuat orqanlarında yazılıb. Hətta bununla bağlı filmlər, sənədli filmlər və ilanlarla bağlı kadrları özündə əks etdirən videomateriallar da hazırlanaraq ictimaiyyətə təqdim edilib: "Lakin buna baxmayaraq, ilanları diri tutmaq istəyənlərə də rast gəlinir. Bəziləri buna sadəcə maraq göstərir. Yəni onlar ilanları hər hansı bir məqsəd üçün deyil, sadəcə özlərini qorxmaz kimi göstərmək üçün tuturlar. Ümumiyyətlə, ilanlar çox təhlükəlidir. Onları yalnız bu işlə məşğul olan peşəkar ilantutanların tutması məsləhətdir. İlanları tutmağın qaydalarını və onlarla necə davranmağı bilməyən insanlar isə ilan tutmağa cəhd göstərməklə öz həyatlarını ciddi təhlükə altında qoya bilərlər. Ona görə də ilanlardan uzaq durmağı, onlara yaxınlaşmamağı tövsiyə edirəm".    

Ən təhlükəli ilan gürzədir
İlanı Seyid Əhməd əli ilə tutarlar. Bu məşhur deyimdə adıçəkilən Seyid Əhməd mənim ulu babamdır və Cənubi Azərbaycanın Xoy şəhərində yaşayıb. Öz dövrünün məşhur seyidlərindən biri olub. Belə bir nəsildən olduğumuz üçün, eyni zamanda ulularımızdan qalma, irsən keçmə xüsusiyyətlərimizdən biri də ilanlardan qorxmamaq olub. Elə bizim ailə üzvlərimiz də istər quru, istərsə də su ilanları ilə çox rastlaşsalar da, ehtiyatı fövtə vermədən ya onları öldürüblər, ya da hürküdərək qaçmağa məcbur ediblər. Diri tutaraq sonradan buraxdığımız ilanların da sayı çox olub. Bir sözlə, ailə üzvlərimiz də ilan tutmağı, yaxud onlarla necə rəftar etməyi az-çox bacarır. Ona görə də ilanlarla bağlı bəzi məsləhətlərimizi oxucuların diqqətinə çatdırmaq istəyirik.
Qarşınıza təsadüfən ilan çıxarsa, "Ey ilan, mənə toxunma. Toxunsan, Həzrəti Fatimənin, Həzrəti Süleymanın yanına üzüqara gedərsən" desəniz ilan sizə toxunmadan uzaqlaşar.
Bəzən həvəs üzündən, bəzən də kimlərəsə özlərini göstərmək istəyindən ilan tutmağa meyl göstərənlərə rast gəlinir. Amma unutmaq lazım deyil ki, ilan ilk baxışdan kiməsə zərəri toxunmayacaq dərəcədə sakit və xeyirxah görünsə də, əslində çox təhlükəli heyvandır. Bu səbəbdən də el arasında "İlanın ağına da, qarasına da lənət", deyirlər. Azərbaycanda ilanların müxtəlif növlərinə rast gəlinsə də, yaşayış massivləri ərazisində daha çox gürzə, qızıl ilan və su ilanları çox yayılıb. Su ilanları zəhərsiz olsa da, dişləməsi dərin yara aça və bu, dişlədiyi adam üçün təhlükəli ola bilər. Qızıl ilanlara nisbətən gürzələrin dişləmələri daha dərin olur. Həm də gürzələrin dişlərmələri digərlərinkindən bir neçə saniyə çox olduğundan, təsiri də daha çoxdur. Ona görə də sözügedən sürünənlərə qarşı son dərəcə ehtiyatlı və diqqətli olmaq lazımdır.
İlanlar adətən onları incitməyənlərə, yəni onlara zərər verməyənlərə toxunmur. Məsələn, hər hansı bir yerdə ilanın qıvrılaraq yatdığını görürsünüzsə, oradan uzaqlaşmağınız məsələhətdir. İlan sizi görübsə, oranı dərhal tərk etməlisiniz. Bəzən qorxmadan hər hansı bir əşya ilə ilanı qorxutmağa, hürkütməyə cəhd edənlər, hətta onu öldürməyə səy göstərənlər də olur. Unutmayın ki, ilanlar çox fırıldaq olur. Yaralansa belə qaçmağa cəhd göstərir, yaxud onu yaralayan insana sarı sürünür. Bəzi hallarda da yaralanmış ilan özünü ölülüyə vurur və ovunu, yəni onu yaralayan insanın yaxınlaşmasını gözləyir. Belə halda tam öldürüləcəyini bilsə belə, onu yaralayanı sancmaqla intiqam almamış ölmür. Ona görə də ilanı öldürdüyünüzə əmin olduqdan sonra ona yaxınlaşın və sonra onu təhlükəsiz bir yerdə basdırın. Çünki ölmüş ilanın əti çürüdükdən sonra nə zamansa üzə çıxmış ilan sümükləri insanlar üçün təhlükə mənbəyinə çevrilə bilər.
Yaralanmış ilan qaçmağı bacararsa, bunun nəticəsi çox dəhşətli ola bilər. Çünki yüngülvari yaralanmış, məsələn, quyruğu qopmuş ilan müəyyən müddətdən sonra yaralarını sağaldır və intiqam almaq fikrinə düşür. Onu yaralayan insan olmasa belə, başqalarını dişləməklə kin-küdurətini büruzə verir.

İlanı tutmaq üçün cəsarətli, diqqətli və ehtiyatlı olmaq lazımdır
Bəs ilanı necə tutmaq olar? İlanları tutmaq üçün kifayət qədər cəsarətli, diqqətli və ehtiyatlı olmaq lazımdır. İlanı tutmaq istəyirsinizsə, onun qarşısını kəsin. Hansı tərəfə sürünmək istəsə, o tərəfdə durun. İlan dayanaraq qıvrılacaq və fısıldamağa başlayacaq. Hətta özünü müdafiə etmək üçün sizə sarı sürünə də bilər. Ehtiyatlı olun, su ilanı və qızıl ilandan fərqli olaraq, gürzə ilanı irəliyə doğru 0,5 - 1 metr tullanmağı bacarır. Çalışın ki, əlinizdə uzun bir ağac, çubuq, taxta parçası, yaba, yaxud başqa bir bu tip əşya olsun. Siz əlinizdə olan əşyanı ilanın başının üzərində möhkəmcə saxlasanız, ilan sürünə bilməyəcək və sağa-sola çırpınacaq. Bu zaman ayaqlarınızdan birini onun quyruğunun, digərini isə başla boyun arasına qoyun. Unutmayın, quyruğa fikir verməsəniz, ilan quyruğu ilə sizə güclü zərbə vura bilər. Dediklərimizi etdikdən sonra iki barmağınızla ilanın gicgah hissəsindən tutun. Digər əlinizlə isə quyruğun son hissəsindən yapışın. Çünki orta hissədən yapışsanız, ilanın qabırğaları yay kimi yığılıb açılacaq. Unutmayın, 1 metr uzunluğu olan ilan təxminən 20-25 santimetrə qədər yığıla və sonra 1,5 santimetrə qədər uzana bilir. Ona görə də quyruğun son hissəsindən tuta bilməsəniz, quyruq əlinizdən çıxar və bu sizi çaşdıra bilər. Nəticədə bir anlıq yaşanan həyəcan ilanın barmaqlarınızı, ya da əlinizi sancması və qaçması ilə nəticələnə bilər. Ola bilər ki, ilan həddən artıq uzun olsun. Bu zaman əsas diqqətinizi ilanın gicgahına və oradan tutduğunuz barmaqlarınıza yönəldin. Siz oradan tutduğunuz zaman ilan özünü təhlükədən qorumaq üçün quyruğunu qolunuza dolaya bilər. İlan həddən artıq həssas heyvan olduğundan, öz qabırğaları və əzələləri ilə fiziki quruluşu zəif olan insanın qolunu qıra bilər. Ona görə də ehtiyatı əldən verməyin. Qolunuzun müqavimətinə arxayınsınızsa, problem yoxdur. Ancaq unutmayın ki, ilan əsas gücünü sümüyə deyil, nəbzin vurduğu hissəyə - vena damarlarının keçdiyi zəif yerə salır. Digər tərəfdən, ilan qolunuza bədənini ilgəc, düyün formasında dolayacaq. Bu zaman üçüncü barmağınızı ilanın boğaz hissəsində ehtiyatda saxlayın. İlan qolunuzu sıxmağa başladığı anda onun gicgah və boğaz hissəsini barmaqlarınızla möhkəmcə sıxın. Bu zaman ilan gücdən düşəcək, ya bədənini qolunuzdan açacaq, ya da güc göstərmədən asılı vəziyyətdə saxlayacaq.
Tutduğunuz ilan gürzədirsə, onun gözlərinə baxmamağınız məsləhətdir. Çünki bu gözlərin vahiməsi heç bir vəhşi heyvanda yoxdur və sizi çox qorxuda bilər. Beləliklə, ehtiyatlı olmaq şərtilə ilanı istədiyiniz yerə apara, onu öldürə, yaxud buraxa bilərsiniz. Buraxsanız, yenə də ehtiyatlı olun. Çünki ilan sizdən qorxubsa, sürünərək yanınızdan uzaqlaşacaq, qorxmayıbsa, sizə hücum edə bilər. Bu zaman adi bir hay-küy belə ilanı oradan uzaqlaşdıracaq.
Yuxarıda söylədiklərimizi sınaqdan keçirməyə risq edə bilməyəcəksinizsə, ilanlardan uzaq olmağınız məsləhətdir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ