şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dua Rəbbə ünvanlanan məktubdur
Tarix: 14.07.2014 / 12:17
Bölmə: Sosial
İstəmə, yalvarma, çağırma mənalarını verən dua bəndənin Allaha yalvararaq özü və ya başqası üçün müəyyən arzusunun yerinə yetirilməsini Ondan istəməsidir. Klassik təfsirçilərin bir çoxu duanı yerdən Allah dərgahına dikilən mənəvi nərdivan kimi qəbul ediblər. Digərləri isə: "Dua, aləmlərin Rəbbi olan Allahu-Təaləyə ünvanlanan xahiş məktubudur" deyiblər. Zərurətdən doğan bu tələb, iştahası olan ac adamın yemək istəməsinə bənzər.
"Əgər duanız olmazsa, Rəbbiniz yanında nə qiymətiniz olar?" (Furqan, 77), "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Mömin, 60) Quran ayələri və "Allah dərgahında duadan daha şərəfli heç bir şey yoxdur", "Allah, bəndəsinin istəməsindən məmnun qalar" - Peyğəmbər(ə) kəlamları duanın sırf ibadət elementi olduğuna dəlalət edir. Əslində dua etmək insanın yaradılışdan gətirdiyi ruhi ehtiyacdır. Bu baxımdan hər bir iş dua ilə başlanmalıdır. "Siz Mənə işin başında dua ediniz ki, Mən işinizin sonunu xeyirli edim" ifadəsi Rəbb kəlamıdır. Duanın fəlsəfəsi düşdüyü bəla və müsibətlərə heç kimin kömək edə bilməyəcəyini dərk edən bəndənin sonsuz qüdrət və qüvvət sahibi olan Allaha üz tutmasıdır.
Məlumdur ki, bütün səbəblər Rəbbin qüdrət əlindədir. O, istədiyi şeyə istədiyi şəkildə əmr etmə gücünə sahibdir. Bununla yanaşı, Rəbbin əmr və qadağalarına uymadan, səbəbləri araşdırıb çalışmadan dua etmək, əslində, Allahdan möcüzə istəmək deməkdir ("Həm ziyarət, həm ticarət" filmində Hacının lotereya bileti almadan möcüzə istəməsi kimi). Yəni İslamda həm çalışılır, həm də dua edilir. Bu səbəbdən Peyğəmbər(ə) buyurub: "Çalışmadan dua edən, silahsız hərbə gedənə bənzər", "Elə adamlar var ki, yedikləri və geydikləri haramdır. Sonra da əllərini qaldırıb dua edirlər. Belə dua necə qəbul oluna bilər?", "Zalım kimsələri adil deyə mədh edənin və din düşmənlərinin ölüsünə və dirisinə dua edənin imanı gedər". Göründüyü kimi, duanın cəsədi kəlmələr olsa da, ruhu isə təhlil və mülahizələrdir.
Mömin bəndənin ibadətinin özü, mayası olan dua həm də imanın üzvlərindən biridir. Belə ki, əksər klassik islam alimlərinə görə: imanın başı lə ilahə illəlləhu, Mühəmmədən rasululləh; imanın qəlbi Quran oxumaq; imanın bədəni Allahı tez-tez zikr etmək; imanın nuru doğru danışmaq; iman korluğu (qaranlığı) yalan danışmaq, imanın şirinliyi abdəst almaq; imanın müdriklüyü bəndənin qorxu və ümid arasında olması; imanın şəriəti günahı günah, mübahı mübah bilmək; imanın toxumu elm; imanın meyvəsi Allaha qulluq (geniş mənada ibadət); imanın yarpaqları bəndənin Allah qorxusundan yarpaq kimi əsməsi; imanın kökü utanmaq, həya etmək, abrını saxlamaq; imanın təri təmizkar olmaq; imanın evi insan qəlbi (o qəlb ki, yer və göylərə sığmayan Allahu-Təalənin mömin bəndənin yumruq boyda olan qəlbində məskən salması) və nəhayət, imanın yağı-insan qəlbini paslandırmağa, ərpləşdirməyə qoymayan duadır.
Allah dərgahında duadan qiymətli ibadət yoxdur. Dua ibadətin özü və iliyidir. "Bəndə dua etdikdə üç şeydən birinə nail olur: 1. Ya etdiyi dua səbəbi ilə günahı bağışlanar; 2. Ya duadan sonra bir mükafata nail olar; 3. Ya da axirətdə onun qarşılığını alar" - buyurub Peyğəmbər(ə). Bəzən bizim istədiyimiz nəticə etibarilə xeyirli olmadığından, bir rəhmət əsəri olaraq, Allah bizə istədiyimizi yox, istəmədiyimizi verir. "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz" (Bəqara, 216).
Hər əməl və ibadətin bir qaydası olduğu kimi, duaetmənin də öz üsulu var. Əvvəla, dua hər bir insanın başa düşdüyü dildə deyilməlidir. Duasının qəbul olunmasını istəyən şəxs isə: 1. Bütün günahlardan tövbə etməli; 2. Duadan qabaq bir xeyir və savab iş görməli; 3. Duanı sidq ürəklə və ixlas ilə yerinə yetirməli; 4. Duanı abdəsli, qibləyə dönərək dizi üstə oturub etməli; 5. Dua edərkən namazda olduğu kimi, heç bir şeylə məşğul olmamalı, özünün cəmləşdirməli, sağa-sola baxmamalı; 6. Duanı özü eşidə biləcək dərəcədə gizli etməli; 7. Ağız təmiz və pak olmalı. Soğan, sarımsaq kimi iy verən şeylər yeməməli; 8. Duanı ikiyə bölməməli, nə istəyirsə onu deməli; 9. Peyğəmbər(ə)-nin dualarından istifadə etməli. Mənasını bilmədiyi uydurma şeyləri duaya qatmamamlı; 10. Dua edərkən əlləri açıq şəkildə yuxarı qaldırmalı. Dua istinad və istimdad (kömək) Sahibinə yalvarış olduğu üçün, dua edən bəndə Şeytana xas olan təkəbbürdən, "mənəmlik" düşüncəsindən uzaq olmalıdır. Elə əllərin açılması da buna xidmət edir. Çünki, istəyən, kömək diləyən insanın əli açıq olur. Yəni Verənin istəyənə verməsi üçün istəyinin əlləri açıq olmalıdır. Dua bitincə əlləri üzə sürtməli və "Amin" deməli.
Dua etmə vaxtları: 1. Azan ilə iqamə arasındakı vaxtda edilən dua; 2. Səhər və gecə yarısından sonrakı vaxtlar; 3. Ərəfə günləri (Hicri-qəməri təqvimdə Zilhiccə ayının 9-cu günü); 4.Cümə gecələri; 5. Bayram gecələri; 6. Ramazan ayında; 7. Quran xətmindən və Quran oxuduqdan sonra; 8. Fərz namazlarından sonra; 9. Tənha və kimsənin olmadığı yerlərdə, mühacirətdə; 10.Mübarək gecələrdə; 11. Yağış yağarkən; 12. Rəcəb ayının ilk gecəsi.
Duası qəbul olunan şəxslər: 1. Valideynlərin övladları üçün etdiyi dualar (atanın duası daha tez yerinə yetir) 2. Valideynlərinə ehtiram edən saleh övladların duaları; 3. Quran əhlinin duaları; 4. Qiyabi-kimsənin arxasından edilən dua; 5. Məzlumun duası; 6. Oruclu müsəlmanın duası; 7. Xəstələrin duası; 8. Yaxşı iş görənlərin duası; 9. Yaxşılıqlara şükr etməyən insana, yaxşılıq edən insanın edəcəyi bəddua; 10. Hacıların duası; 11. Sıxıntıya düşənin duası; 12. Ərinə ehtiram göstərən qadının duası; 13. Adil dövlət başçısının duası.
Göründüyü kimi nankor, zalım, Allaha asi olan insanlar üçün əməlisaleh insanları etdiyi bəddua da, qəbul olunan dualardandır. Bunu bəzi peyğəmbərlərin bəddualarının qəbul olunması da sübut edir. Məsələn, Qurani-Kərimdə Rəbbimiz buyurub: "Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir sağ qoyma! Çünki Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxaracaq, ancaq pozğun və kafir (oğul -uşaq) doğub-törədəcəklər" (Nuh 26,27) Aqibət məlum...
Min cür mənəvi və fiziki əzablara tuş gələn Həz.İsa isə belə bəddua edib: "Ey Yerusəlim! Peyğəmbərləri öldürən və göndərilənləri daşlayan Yerusalim! Toyuq öz cücələrini qanadları altına topladığı kimi, mən də sənin övladlarını necə dəfə toplamaq istədim, fəqət siz istəmədiz! Budur, eviniz sizə tənha buraxılır..." (İncil, Luka 13:34,35). Aqibət burada da məlum. Düz 1981 ildir ki, peyğəmbər bəddusına tuş gələn bu bölgədən ixtişaş, təxribat, insan qanı əskik olmur...
Duada əsas şərt Allaha həmd-sənada bulunmalı, sonra Peyğəmbər(ə)-yə Allahdan salam və rəhmət diləməli. Salavatdan sonra şəxs öz istəyini, duasını bəyan etməli. Və dua bitəndən sonra bir də salavat çəkməli. Buradakı hikmət ondan ibarətdir ki, Peyğəmbər(ə)-yə salavatları qəbul edən Rəbb, onun xatirinə bəndənin də duasını yerinə yetirər. "Duası mənə çəkilən salavatlar içərisində olan bəndənin arzusunu Allah qəbul edər".
Dua həm də istinad və istimdad (kömək) Sahibinə yalvarışdır. Bu baxımdan dua edən şəxs şeytana xas olan təkəbbürdən, "mənim günahım yoxdur" düşüncəsindən uzaq olmalıdır. Özlərinin saleh, günahsız olmasını zənn edən, güvənən, başqalarına xor baxan bəziləri üçün Həz.İsa belə misal çəkib: "İki nəfər dua etmək üçün məbədə girdi: biri fərisey (yəhudi din xadimi-V.C), digəri isə vergiyığan. Fərisey ağac üstə durub şəstlə belə dua edirdi: "Ya Allah! Mən başqaları kimi soyğunçu, haqsız zinakar və yaxud da bu vergiyığan kimi olmadığım üçün Sənə minnətdaram: Həftədə iki dəfə oruc tuturam, əldə etdiyim hər şeyin ondabirini verirəm". Vergiyığan isə məbədin bir küncünə sığılıb gözlərini göyə qaldırmağa belə cəsarət etmirdi. O, sinəsinə döyə-döyə Allaha yalvarıb deyirdi: "Ya Allah! Mən günahkara mərhəmət et!" Bu iki nəfərin duasını müqayisə edən İsa(ə) buyurdu: "Sizə deyirəm ki, fərisey yox, vergiyığan evinə saleh olaraq getdi. Zira özünü yüksəldən hər kəs alçalacaq, fəqət özünü kiçildən yüksələcəkdir" (İncil, Luka 18:9-14).
Dua maddi-mənəvi, görünən və görünməyən bütün dərdlərə dərmandır. Dua yalnız Rəbbin bəyəndiyi işlər üçün edilərsə, yerinə yetər. Əksinə, Onun rizası olmayan şeylər üçün edilən duaları Rəbb qəbul etməz. Elə qəflətdə olan bir çox insanların yanıldığı, aldandığı hikmət də budur.
Dua Rəbbə ünvanlanan qəmli xahişnamədir. Çünki qəmsiz, kədərsiz dua soyuq olur. Səmimi qəmli insan isə məktubundan bilinir. Elə isə müqəddəs Ramazan günlərində xalis niyyətlə, Onun rizası üçün dua edib məktubumuza cavab verilməsi arzusu ilə.
Allah millətimizi ədalətsiz, ədaləti millətimizsiz etməsin. Ya Rəbbimiz, "Vətəni sevmək imandandır" Həz.Peyğəmbər kəlamına görə, imanımızı kamilləşdirmək üçün işğal altında olan torpaqlarımıza sahib durmaq naminə bizim əzm, elm, iradəmizi artır, ordumuzu şahlandır. Arxa cəbhə deyilən hər bir Azərbaycan vətəndaşını potensial şəhidlik dərəcəsinə yüksəlt. Mənəvi durum və elm, texnologiya səviyyəsinin tərs mütənasib olduğu müasir dövrdə əxlaqımızı, həyamızı artır. Bizi Sənin kəlamlarından, Milli kimliyimizdən ayrı salma. "Oruclu bəndənin duası rədd edilməz" Məhəmməd(ə) kəlamına görə, oruclularımızın duasını qəbul et.
Allah bütün dualarımızı qəbul etsin! Amin.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ