şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əcəlin macal vermədiyi elmimizin canlı ensiklopediyası - Vaqif Arzumanlı...
Tarix: 11.07.2014 / 02:33
Bölmə: Sosial
Professor Vaqif Arzumanlı dada çatan adam idi. Hansımızın dadına, köməyinə yetməmişdi ki...Ürəyi yuxa, əqidəsi kristal, vətəndaşlığı bütöv, özü yenilməz idi. Ancaq əcəl onu yendi... Üzü qara olsun əcəlin, kimə macal verib ki, köksü dolu nəfəs alsın, həyatdan doyana qədər yaşasın. Əcəl insan arzusunu gözündə qoyandır, belə olmasaydı, Tanrı bəndəsinin əhədini kəsib, yolunu yarıda qırmazdı.
Vaqif Arzumanlı ilə ünsiyyətdə olanda təzələnirdi, həyatı sevməyə davam edirdi. Həyat, sən nə şirinsən, kimsəni səndən doyan görmədim. Bircə əliqılınclı əzrayıl olmayaydı dünyada. O olmasaydı, insan öz ömrünü istədiyi qədər yaşayar, yarımçıq işləri qaydasına salar, həyatını sahmanlayardı...Vaqif müəllimin də yarımçıq işləri çox idi. Ürəyi yaşamaq təşnəsi olan Vaqif Arzumanlı yaşayırdı və özündən əvvəlki şəxsiyyətlərə söz ömrü bəxş edib yaşadırdı.
Belə qəfil ölümləri, köçləri adamın alt şüuru qəbul etmir. Sənə elə gəlir ki, bu xəbər doğru deyil, sənin az qala hər gün ünsiyyətdə olduğun, fikirlərini bölüşdüyün insanlar ölə bilməz. Nədənsə, doğma bildiyin adamlar şüurunun alt qatında sənin üçün diri qalır. Vaqif Arzumanlı diri qalan şəxsiyyətlərdəndir. Ömrünü sözə bağışlayan belə insanlar sözün canına hopub yaşayır.
Vaqif Arzumanlı filoloq idi, dilimizin, ədəbiyyatımızın canlı yaşadıcısı idi. Vaqif müəllim filoloq olsa da, tariximizi, mədəniyyətimizi, ictimai fikrimizi dərindən bilirdi. Elə bir sahə tapılmazdı ki, professorun ondan xəbəri olmasın. "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev həmişə deyirdi ki, Vaqif Arzumanlı canlı ensiklopediyadır, bu insanın bilmədiyi sahə yoxdur... Haqlıdır baş yazarımız, Vaqif müəllimin vaqif olmadığı iş yox idi. Ona görə də hər kəsin köməyinə yetə bilirdi. Qəzetimizə və əməkdaşlarımıza son dərəcə isti münasibət bəsləyən əziz Vaqif Arzumanlını biz də çox sevirdik. O elə bir şəxsiyyət idi ki, onu sevməmək, dəyərləndirməmək olmurdu. Hörməti də, izzəti də, sevgini də özü qazanmışdı. Gənclərin yaxın dostu kimi özünü göstərirdi. Ən təcrübəsiz, əli qələmə yenicə yatmağa başlayan jurnalistlərə də Vaqif müəllim müsahibə verirdi. İnanırdı gəncliyə.
Vaqif Arzumanlı bütöv Azərbaycan boyda bir Vətən oğlu kimi yadımda qalıb. Güney Azərbaycandan, İrəvandan, Dərbənddən, Borçalıdan, Kərkükdən danışanda çox həyəcanlanırdı professor. Bu yurdlarımızın tarixini, etnoqrafiyasını, folklorunu elə gözəl bilirdi ki, adam onun sözlərindən doymurdu. Bəzən mənə təəccüblü gəlirdi ki, Vaqif müəllim bu qədər məlumatı necə yaddaşında saxlayır? Mübaliğəsiz deyərdim ki, o, tarixi bir çox tarix professorlarından əla bilirdi. Bu insan elm üçün yaranmışdı. Bu insan itmiş izləri, torpaq altda da olsa, axtarıb tapırdı, neçə izi addıma, ayaq səsinə çevirib Vaqif müəllim görəsən? Yüzlərlə itmiş ünvanı taparaq adını özünə qaytarıb professor Arzumanlı. Bundan zövq alırdı həmişə, deyirdi ki, bu hər bir vətəndaşın borcudur. Hələ yadıma gəlmir ki, o nə zamansa təvazökarlıqdan kənara çıxsın, belə şeylə rastlaşmadım heç vaxt. İşi görürdü və onu maarifçilik işi kimi təbliğ edirdi.
Vaqif Arzumanlının vəfatı Azərbaycan filoloji fikrində, elmində, ictimai-siyasi həyatında sonsuz bir uçurum açdı. Əlbəttə, bu uçurum, boşluq yerində qalacaq, oranı dolduran olmayacaq. Belə böyük alimlərin dünyadan köçü hər kəsi sarsıdır. Alim olmaq da, elmi titullar daşımaq da asan işdir, ancaq bunların fövqündə nəcib insan olmaq, vətəndaş olmaq çətin məsələdir. Bu mənada Vaqif Arzumanlı böyük vətəndaş idi. Əsl vətəndaş olmağı bacarırdı. Yadımdadır, bir neçə il əvvələ qədər Vaqif Arzumanlı Azərbaycan Televiziyasında "Vətəndaş" adlı bir proqram aparırdı. Çox sevirdim bu proqramı, maraqlı olmaqla yanaşı, çox zəngin məlumatlar verirdi professor. Ancaq təəssüf ki, bilmədiyimiz səbəblər üzündən bu proqram bağlandı. Vaqif müəllimdən hər dəfə bu barədə soruşanda deyirdi ki, yəqin ki, nə zamansa efirə qayıdacaq "Vətəndaş". Ümidini üzmürdü heç.
Azərbaycanın əfsanəvi məkanlarından olan Qubada doğulub boya-başa çatan Vaqif Arzumanlı sonra Azərbaycan sevdalı bir şəxsiyyət kimi tanındı. Hətta o, Azərbaycan Milli Elmlər Akademiyasının Beynəlxalq Münasibətlər İnstitutunun direktoru kimi fəaliyyət göstərirdi, sonra müəmmalı şəkildə o institut bağlandı. Açığı, Vaqif müəllim bundan çox sarsıldı. 2002-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edirdi. Harada işləyirdisə, böyük şövq ilə işləyirdi, həvəslə işləyirdi, gənclərlə işləməyə, onlara elmin daşlı-kəsəkli yollarında simsar olurdu. Əlbəttə, söhbət elmin gələcəyi olan gənclərdən gedir.
Vaqif Arzumanlı çox işıqlı əməllərə, xeyir işlərə imza atıb. Onun imzası elm-maarif işığının ziyasına çevrilib yaşayır...
1947-ci ildə dünyaya gələn və 2014-cü ilin qızmar yay günündə Nabranda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişən Vaqif Arzumanlı Allahın halal bəndəsi kimi cənnət evinə daxil olar...Bir məqamı da qeyd edim ki, Vaqif müəllimin xərçəngə mübtəla olduğunu bir neçə il əvvəl eşitmişdim, ancaq o özü bunu heç büruzə vermirdi, ağır terapiyadan, şüa vannasından çıxıb yenidən işinə qayıdırdı. Xərçəng əlamətləri onun görünüşündə də özünü göstərirdi. Bircə yaddaşına təsir edə bilməmişdi xərçəng, son həftələrə qədər media ilə sıx əlaqə saxlayırdı professor. Vaqif Arzumanlı qəzetimizin etibarlı, daimi dostu olmaqla yanaşı, fikirlərinə hörmət etdiyimiz, ehtiyac duyduğumuz ekspert idi. Onun qəfil ölüm xəbəri onunla mütəmadi ünsiyyətdə olan əməkdaşlarımızı-Məhəmmədəli Qəriblini, Vidadi Ordahallını, Günel Cəlilovanı da sarsıdıb. Professor onların da yaddaşında dərin izlər buraxıb. Yəqin uzun müddət telefon kitabçasındakı nömrəsini qeyri-ixtiyari olaraq yığmaq istəyəcəklər, ancaq... birdən yadlarına düşəcək ki, ey dili-qafil, Vaqif Arzumanlı köçünü çəkib dünyadan. Жurnalist üçün daimi doğma müsahibini itirmək qədər dəhşətli bir yaşantı yoxdur...
Bu dünyaya gələn köçər, Vaqif müəllim, çünki dünya fanidir.
Türk dünyasının dədə ozanlarından olan, könlü Tanrı evinə çevrilən Xəstə Qasımın sözü ilə fikrimi sona çatdırmaq istəyirəm:
Xəstə Qasım, qalıb naçar,
Bu sirri bəs, kimlər açar.
Gələn qonar, qonan köçər,
Hey salırsan talan dünya...
"Fani dünyada qalan ölsün" deyirdi nənə-babalarımız...Cismən bu dünyadan əlinizi üzüb getsəniz də, axirətdə işıqlı bir ömür yaşayacağınıza ürəkdən inanıram, professor...
Allah Sizə rəhmət eləsin, torpağınız nurla dolsun!
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ