şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Binə" və "Sədərək" yaxınlığında kəsilmiş Bakı dairəvi yolunda məchul "milyonlar fırlanır"
Tarix: 11.07.2014 / 10:01
Bölmə: Sosial
Müstəqilliyin ilk illərində "Aeroport" yarmarkası adı ilə fəaliyyət göstərən ticarət mərkəzi hələ də yaddaşlardan silinməyib. Əslində həmin bazarın təyyarələrin enib qalxdığı aeroporta heç bir aidiyyəti yox idi. Sadəcə, bazar "Binə" aeroportuna yaxın ərazidə yerləşdiyi üçün bu adı daşıyırdı. Həmin ticarət mərkəzi iki böyük bazarı-"Sədərək" və "Binə"ni özündə birləşdirirdi. Azərbaycana neft gəlirlərinin sürətli axınından sonra ölkədə və xüsusilə də paytaxtda böyük quruculuq işləri aparılmağa başladı.
Ölkənin dünyaya çıxışlarından biri sayılan aeroportda da böyük yenidənqurma işləri aparıldı. Təbii ki, bütün bunlar "Aeroport" yarmarkasının taleyinə aydınlıq gətirilməsini zəruri edirdi. Xatırladaq ki, Bakı şəhərinin Baş Planı "Sədərək" və "Binə" yarmarkalarının köçürülməsin vacib və labüd edirdi. Bu işlərə məsul olan şəxslər bildirirdi ki, Baş Plan tərtib olunarkən təyyarə zolağında belə bir ticarət mərkəzinin salınması nəzərdə tutulmayıb və təyyarə zolağında ticarət mərkəzinin olması qətiyyən düzgün deyil.
Nəhayət, 2009-cu ildə bu iki bazar eyni adlarla şəhərdənkənar başqa bir əraziyə köçürüldü. Qaradağ rayonunun ərazisində yeni "Sədərək" və "Binə" tikildi.
Bu komplekslər Bakının ən böyük ticarət mərkəzi hesab edilir. Qeyri-rəsmi məlumatlara görə, "Binə" və "Sədərək" bazarlarında 30 mindən çox adam çalışır. Hər gün yarmarkadan yük dolu yüzlərlə maşın ölkənin müxtəlif rayon və şəhərlərinə yola düşür. Buradan hətta qonşu ölkələrə - İran, Türkiyə, Gürcüstan və Rusiyaya da mal gedir. Yarmarkada Çin, Pakistan və Türkiyədən gəlib burada işləyən yüzlərlə əcnəbiyə də rast gəlmək mümkündür.
Bazarların köçürülməsindən sonra sahibkarlar üçün proseslər heç də rəvan getmədi. Bu müddət ərzində xüsusilə də Kəbirə Məmmədovanın rəhbərlik etdiyi "Binə" bazarında bir neçə dəfə kütləvi etirazlar baş qaldırdı. Hazırda "Binə" adlanan cinayət işi üzrə 10-larla adam həbsdə yatır. Bəllidir ki, ticarət olan yerdə rəqabət də olur. Bu baxımdan da "Binə" ilə "Sədərək" arasında yaşanan rəqabət o qədər də təəccüblü görünməməlidir.
Ancaq əksər hallarda, aparılan bu rəqabətin sağlam olmaması səbəbindən zərər sadə vətəndaşlara, həmin bazarlarda alver edənlərə dəyir. Xüsusilə də "Binə"də...
Bazarda vəziyyət o qədər də ürəkaçan deyil və sahibkarlar kütləvi şəkildə oranı tərk edir. Rəhbərliyin icarə haqqını qaldırmasından sonra artıq yüzlərlə ticarətçi bazarı tərk edib. Halbuki, əvvəllər sahibkarlar ticarət mərkəzində icarəyə götürmək üçün yer tapa bilmirdi. İndi isə vəziyyət 180 dərəcə dəyişib. Bazarda olduğumuz vaxt hər addımbaşı ticarət obyektlərinin üstünə "arendaya verilir" sözü qeyd olunduğu lövhələrə rast gəldik.
Bazarda tacirlər bunu əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edir. Bundan başqa, məsələnin kökündə duran amillərdən biri də şəhərdə geyim dükanlarının sayının artmasıdır. Çünki haradasa 10 il əvvəl paytaxtda geyim dükanları bu qədər çox deyildi. Amma indi hər 5 metrdən bir pal-paltar mağazalarına rast gəlmək olur. Yəni ticarət mərkəzləri əhalinin paltar alması üçün getdiyi yer idisə, artıq buna ehtiyac yoxdur. Bakı sakini yaşadığı evin 2 metrliyindən "Binə" və "Sədərək" bazarında olan qiymətlə fərqlənməyəcək paltarı ala bilir. Üstəlik, bura insanların daha Çin istehsalından qaçmasını da əlavə etsək, adlarını çəkdiyimiz ticarət mərkəzlərinin vəziyyətini təsəvvür etmək çətin olmaz.
Başqa bir məqam isə ondan ibarətdir ki, bundan əvvəl qonşu Gürcüstan və Rusiya bazarları "Binə" və "Sədərək" ticarət mərkəzlərindən aparılan geyim məhsullarının hesabına fəaliyyət göstərirdi. İndi isə, demək olar ki, həmin ölkələrdən bu bazarlara gələnləri barmaqla saymaq olar.
Göründüyü kimi, indi hər iki ticarət mərkəzində vəziyyət tamam başqa cürdür. Yəni sahibkarın satışdan əldə etdiyi gəlir günlük lazım olan xərci ödəməyə yetmir. Belə ki, ticarət mərkəzinin rəhbərliyi tərəfindən yer haqqının artırılması, əlavə vergilərin tətbiqi sahibkarları bazardan qaçırır.
Ancaq sahibkarlara verilən əziyyət yalnız bununla bitmir. Redaksiyamıza həmin bazarlarda işləyən bir qrup şəxs tərəfindən edilən şikayətdən məlum oldu ki, bir aydan artıqdır onların gündəlik istifadə etdikləri yol da təmir bəhanəsi ilə bağlanıb. Vəziyyətin nə yerdə olmasını dəqiqləşdirmək üçün həmin əraziyə yollandıq. Bakı-Astara magistralında "Sədərək"lə "Binə" bazarına getmək üçün yolların kəsişdiyi yerdə yollardan birinin bağlandığını gördük. Yollardan birinə giriş qadağandır işarəsi vurulub. Bağlanan yola tikinti materialları tökülüb.
Guya işlədikləri ilə bağlı təsəvvür yaratmaq istəyən uniforma geymiş fəhlələr başlarını girləməklə məşğuldur. Onlara yaxınlaşıb salamlaşırıq. "Azəryolservis" ASC-nin tərkibində olan MMC-lərdən birinin rəhbəri kimi özünü təqdim edən şəxsdən yolun niyə bağlandığını soruşuruq. Həmin rəhbər işçi deyir ki, bu onun səlahiyyətinə aid deyil:
"Niyə bağlanmasını məndən soruşmayın. Mən bu yolun təmiri ilə məşğulam. Bizi bura göndəriblər ki, gəlmişik. Yol elə də pis vəziyyətdə deyil.
Bir-iki yerdən maşınlar vurub dəmir konstruksiyaları uçurmuşdu. Ancaq bizə tapşırıblar ki, buradan düz "Binə"nin girişinə kimi yolu təmir edək. Bu da bir neçə kilometrdir. Yəqin ki, təmir işləri bir neçə ay çəkəcək".
Qısa bir xatırlatma. Hazırda təmirə bağlanan bu yolun açılışında 2010-cu ildə dövlət başçısı İlham Əliyev şəxsən iştirak edib.O zaman nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdi ki, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi baxımından bu yolun xüsusi əhəmiyyəti var. Birinci dərəcəli olan əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu isə 4,8 kilometrdir. Dairəvi yol hər iki istiqamətdə 3 hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir.
Z.Məmmədov əlavə etmişdi ki, bu yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcək.
Qeyd edək ki, Bakı dairəvi avtomobil yolu layihəsi üç hissədən ibarətdir. Birinci və ikinci hissələrdə tikinti işləri tamamlanıb və 2010-cu ilin noyabrında təhvil verilib. Üçüncü hissə isə Lökbatan dairəsindən Ələt-Astara yolunun 22-ci kilometrinə qədər olan sahəni əhatə edəcək. Yol tikintisini Küveyt Fondu, Abu-Dabi Fondu və Azərbaycan hökuməti birgə maliyyələşdirir.
Layihənin yekunlaşmış 21,5 km-lik birinci və ikinci hissəsində Azərbaycan tərəfinin payı 114 milyon manat olub. Azərbaycan hökuməti yolun hər km-nə təqribən 5,3 milyon manat xərcləyib. Lakin burada xarici fondlardan cəlb edilən vəsaitin həcmi göstərilmədiyinə görə layihənin ümumi smeta dəyərinin nə qədər olduğunu demək çətindir.
Bakı dairəvi-2 avtomobil yolunun (Xocəsən-Lökbatan hissəsi) tikintisi isə hələ də davam edir və 2013-cü ilin sonuna kimi 37,6 milyon manat xərclənib.
Yolun hələ ikincisi hissəsinin tikintisi başa çatmamış, birinci hissəsi təmirə dayandırılıb. Bunun üçün Bakı dairəvi avtomobil yolunun bir hissəsi tam bağlanıb.
Yeni təhvil verilmiş və milyonlarla xərc çəkilmiş yolun təmirə hansı zərurətdən dayanması sual doğurur. Təəssüf ki, Nəqliyyat Nazirliyindən və "Azəryolservis"dən bu suallara hər hansı cavab ala bilmədik.
Maraqlısı isə budur ki, bu yolkəsmə əməliyyatından bəzi işbazlar milyonlarla pul qazanır. Bu qazanc heç də yolun tikintisinə ayrılan vəsaitlərin mənimsənilməsindən ibarət deyil. Apardığımız kiçik araşdırmadan sonra bəlli oldu ki, yolkəsmə əməliyyatı mexanizmi elə-belə qurulmayıb və magistralın təmirinin də bu səbəbdən ləngidilməsi istisna deyil. Taksi fəaliyyəti ilə ailəsinə çörək pulu qazanan Mahir adlı sürücü bu prosesi çox əsəbi şəkildə izah etdi":Qardaş,"Sədərək" bazarına girmək üçün 50 qəpik pul ödəyib girməlisən. Bu əvvəldən belə olub. Ancaq "Binə"nin yolu ayrı idi. Həmin bazara girmək üçün isə pul ödəmək tələb olunmurdu. İndi "Binə"yə gedən alıcılar və satıcılar 50 qəpik ödəməlidir ki, istədikləri yerə gedib çatsın. Cənub rayonlarına gedən vətəndaşlar da 50 qəpik ödəmək məcburiyyətində qalıb". Təmirin aparıldığı ərazidən ayrılıb "Binə" bazarına yollanmaq istəyirik. Yeganə yolun "Sədərək"dən keçdiyini deyirlər. Başqaları kimi biz də ədəb-ərkanla 50 qəpiyimizi ödəyib "Binə" bazarına yollanırıq. Yolüstü "Sədərək"də alver edənlərlə yolun bağlanmasının onlara olan təsiri ilə maraqlanırıq. "Sədərək"də işləyənlər o qədər də narazı deyil. Çünki onlar üçün heç nə dəyişməyib. Nihad adlı mühafizəçi deyir ki, giriş pulsuz olsa, daha yaxşı olar: "Təsəvvür edin ki, bir taksi sürücüsü dörd dəfə müştəri aparırsa, hər birində bazara giriş üçün pul ödəməlidir. Hər avtomobil bir dəfə ödəsə yaxşıdır".
"Binə" bazarında çalışanlar isə bu prosesdən çox narazıdır. Onlar açıq şəkildə bildirir ki, belə getsə, kütləvi etiraz aksiyasına əl atacaqlar. Bazarda xalça satan Elmurad adlı şəxsin sözlərinə görə, bunun məsuliyyətini kimsə daşımalıdır":Görün, biz neçə dəfə xərcə düşürük? Ödədiyimiz vergilərdə dövlət yol tikintisi üçün vəsait ayırır. Alver etməyimə baxmayın. Mən ali təhsilli adamam. Belə şeylərlə maraqlanıram. Ən bahalı yol bizdə çəkilir. Demək keyfiyyət də ən super olmalıdır. İndi yol çöküb. Demək ziyana düşən biz olduq. Bu azmış kimi, bəziləri gündə 50 qəpikdən yığmaqla cibimizə girir. İnsanları bu dərəcədə incitmək olmaz axı".
Ödəniş məntəqəsində Astaraya gedən Samir adlı bir sürücü pulun ödənməsinə etiraz edirdi, ancaq yolun texniki vasitələrlə bağlanıb açıldığını nəzərə alsaq, məcburiyyətdən xərracı ödəyib keçməli oldu.
Bazarda apardığımız araşdırmadan bəlli oldu ki, bazara girişdən yığılan pullar nazirlərdən (?) birinin oğlunun rəhbərlik etdiyi firmanın nəzarətindədir. Demək Bakı-Astara yolunun yarmarkaya yaxın hissəsində bir güllə ilə iki dovşan vurulur. Çünki yol çəkənlə yol kəsənin büdcəsi eynidir.
Yaranmış vəziyyətlə bağlı Qaradağ Rayor İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Baxmayaraq ki, ərazidə sadə adamların da fikirlərinə görə, belə problemin yaranmasında Qaradağ İcra Hakimiyyətindən asılı bir şey yoxdur və tikinti-təmir işinin sifarişçi və podratçısı başqa təşkilatlardır. Lakin gün ərzində etdiyimiz saysız cəhdlərə baxmayaraq, Qaradağ İcra Hakimiyyətindən hər hansı münasibət öyrənə bilmədik. Məsələyə yenə qayıdacağıq.
Məhəmmədəli QƏRİBLİ
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ