şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dünya kosmik klubunun yeni üzvü - Azərbaycan
Tarix: 09.07.2014 / 11:00
Bölmə: Sosial
Azərbaycan təhlükəsizliyinə Kosmosdan diqqət yönəldir
Son 60 ildə dünyada informasiya-kommunikasiya vasitələrinin sürətli inkişafı və son hərbi-siyasi proseslər yeni bir sahənin - kosmik sənayenin yaranmasını və inkişafını şərtləndirdi. Ötən əsrin 60-cı illərində SSRİ və ABŞ-ın nüfuz uğrunda mübarizəsinin təzahürü kimi ortaya çıxan kosmik sənaye az keçməmiş digər dövlətlər tərəfindən də tədqiq edilməyə başlayıb.
1957-ci ildə SSRİ-nin süni peykinin orbitə çıxarılması ilə, müdafiə-təhlükəsizlik xarakterli bir proqram kimi meydana gələn kosmik sənaye 1980-ci illərin ortalarından informativ məqsədlər üçün istifadə olunmağa başladı. Rabitə sistemlərinin inkişafı, teleyayım arealının genişləndirilməsi, internet və digər kommunikasiya vasitələrinin inkişafı bu proqramın hərbi-təhlükəsizlik və elmi istiqaməti ilə yanaşı, kommersiya məqsədləri üçün istifadə oluna biləcəyini göstərdi.
Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, hazırda dünyada 53 ölkə peykə malikdir. Keçmiş Sovet respublikalarından Azərbaycanda daxil olmaqla 4-nün, müsəlman ölkələrdən isə 10 dövlətin orbitdə peyki mövcuddur.
40 il əvvəl atılan təməl
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzinin yaradılması ilə Azərbaycan kosmik sənayesinin əsası qoyulub. O zaman qəbul edilmiş bu qərarla 40 il sonra Azərbaycanın dünya kosmik klubunun bir üzvünə çevrilməsinin təməli atılıb.
Sözügedən qərarla 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində "Kosmik cihazqayırma məxsusi konstruktor bürosu" yaradılıb. 2006-cı ildə bu qurum Milli Aerokosmik Agentlik (MAKA) kimi Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyinə daxil edilib. Fəaliyyəti dövründə MAKA-da kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Müxtəlif təyinatlı layihələr həyata keçirilib.
Kosmosun öyrənilməsi və kosmik sənayenin inkişafının aktiv mərhələyə qədəm qoyması isə 2006-cı ildən başlanır. Prezident İlham Əliyevin sərəncamına əsasən, bu dövrdən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən kommunikasiya peykinin orbitə çıxarılması proqramı üzərində işlərə başlanıb. 2006-cı ildə Azərbaycana plandan kənar orbital mövqe və tezliklərin ayrılması ilə bağlı RYTN tərəfindən BTİ-yə ilk müraciət edilib. 2010-cu ilin may ayında "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. 2013-cü ilin fevral ayının 8-də isə Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın ilk süni peyki olan "Azerspace-1" telekommunikasiya peyki geostasionar orbitə, bu ilin iyun ayının 30-da isə Azərbaycanın məsafədən zondlama peyki aşağı orbitə çıxarılıb. "Azerspace-1" peyki vasitəsi ilə radio və televiziya yayımının həyata keçirilməsi, kəsintisiz və şifrələnmiş rabitə əlaqəsinin qurulması, yüksəksürətli internet şəbəkəsinin və məlumatların ötürülməsi sisteminin təmin edilməsi nəzərdə tutulur.
Ekspertlərin fikrincə, kosmik sənayenin yaradılması ölkənin informasiya təminatının və informasiya-kommunikasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, Kosmos elminin inkişafı, yerüstü müəssisələrdə bu sektor üçün zəruri olan texnologiyaların istehsalı ilə müdafiə sənayesinin tərkib hissəsi olan kosmik sənayenin inkişaf etdirilməsi, eyni zamanda mövcud imkanlardan istifadə edilməklə, digər ölkələrə xidmətlərin göstərilməsi hesabına əlavə gəlirin əldə etməsinə səbəb olacaq. Məlumat üçün bildirək ki, hazırda bir sıra ölkələr geostasionar orbitdəki peyklərini müəyyən dövlətlərə icarəyə verməklə əlavə vəsait əldə edir.
RYTN mütəxəssislərinin sözlərinə görə, "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın reallaşması respublika əhalisinin yüksək keyfiyyətli teleradio yayımı ilə təmin edilməsi ilə yanaşı, eyni zamanda, ölkənin digər peyk şəbəkələrindən asılılığının aradan qaldırılmasına, yüksəksürətli peyk internet xidmətinin təşkilinə, xidmətlərin göstərilməsində peyk şəbəkəsindən istifadənin təşkilinə, mobil abonentlərə multimedia peyk yayımı xidmətlərinin təqdim edilməsinə imkan yaradır. "Azerspace-1" peykinin C və Ku band tezlik diapazonunda fəaliyyət göstərməsi Avropanın tam, Asiyanın isə böyük bir hissəsini əhatə edir.
Kəşfiyyat peyki də orbitdə
Ekspertlərin fikrincə, hazırkı şəraitdə dövlətlərin əsas strateji istiqamətlərindən olan informasiya təhlükəsizliyinin təmin olunmasında süni peyklərin olması daha böyük önəm kəsb edir. Son onillikdə dünyada baş verən müharibələr - 2003-cü il İraq, 2008-ci il Gürcüstan, 2011-ci il Liviya və Suriya müharibələri zamanı adıçəkilən ölkələrin digər dövlətlərin üzərindən "qidalanan" informasiya infrastrukturu qısa zaman kəsiyində sıradan çıxarılıb, ölkələrin xarici aləmlə əlaqələri, demək olar ki, kəsilib.
Bu günlərdə orbitə çıxarılan, Azərbaycanın informasiya və hərbi təhlükəsizliyində önəmli rol oynayacaq məsafədən zondlama peyki Fransanın "Airbus Defence and Space" şirkəti tərəfindən hazırlanıb. Adıçəkilən şirkətin Müdafiə, Kosmik Kommunikasiya, Kəşfiyyat və Təhlükəsizlik rəhbər Evert Dudokun sözlərinə görə, SPOT-7 adlanan bu peyk real vaxt rejimində yüksək dəqiqlikli və keyfiyyətli görüntü əldə etmək imkanı verəcək. Öz universallığı ilə seçilən və son nəsil hesab olunan bu optik peyk tərəfindən təqdim olunan xidmətlər "TerraSAR-X" və "Tandem-X" radar peyklərinin imkanları ilə daha da genişləndirilə bilər ki, bu da dövlətin təhlükəsizlik imkanlarını artırmış olacaq.
SPOT-7 peyki 200 mm diafraqmalı iki ədəd "Korş" teleskopundan ibarətdir və eyni zamanda 5 spektral tezlikdə çalışır. Peyk 60 km radiusda bir ərazinin kəşfiyyatını aparmağa imkan verir.
"Azərkosmos" ASC-dən bildirilib ki, ölkədə strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, Kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsinə dəstək verilməsi, xəritəçəkmə və geodeziya, daşınmaz əmlak məsələlərinin həll edilməsi, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və bu kimi bir sıra mühüm sahələrdə optik peyklərin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur.
Təhlükəsizlik sahəsi üzrə fəaliyyət göstərən Ukraynanın DCAR Mərkəzinin eksperti Leonid Mikityukun sözlərinə görə, Azərbaycan postsovet məkanında Rusiyadan sonra özünün kosmik müdafiə qabiliyyətini təmin edən ikinci ölkə sayıla bilər. Yeni peykin fəzaya buraxılması Azərbaycana həm elmi sahədə - faydalı qazıntıların tədqiqi, həm neft-qaz sektorunda fəaliyyətlərin keyfiyyətli təşkilinə, həm də müdafiə və təhlükəsizlik sahəsində əlavə imkanlar yaradacaq: "Məsələn, Azərbaycan bununla öz ərazisi üzərində təhlükəsizlik tədbirlərini gücləndirməklə yanaşı, düşmən ölkələr, açıq ifadə etsək Ermənistan üzərində tam nəzarəti əldə etmiş oldu. Bu peyklərin informasiyalarının 80 faizi hərbi məqsədlər üçün istifadə olunur. Azərbaycanın bu gün əsas problemi də Ermənistanla bağlıdır. Mövcud peyk Azərbaycana Ermənistan ərazisini nəzarətdə saxlamağa, bütün yerdəyişmələri müşahidə etməyə, vacib informasiyaları əldə etməyə imkan verəcək". Ekspertin fikrincə, Azərbaycanın mövcud yeni peyki Yer səthini 40 metr hündürlüyədək məsafədən tədqiq etmək imkanına sahibdir.
Ekspert Azərbaycanın telekommunikasiya peyki vasitəsi ilə sabit və təhlükəsiz rabitə infrastrukturu yaratdığını düşünür: "Biz Gürcüstan müharibəsində bunu gördük. Rusiya birinci gün içində Gürcüstanın bütün rabitə şəbəkəsini dondurmuşdu. Hansı ki, bu şəbəkə xarici şəbəkədən tam asılı idi. Hətta gürcülərin rabitəsinə ruslar açıq müdaxilə edə bilir, gürcülər internetə çıxa bilmirdilər. Azərbaycan isə bu maneəni nəinki dəf edə bilib, hətta bir sıra ölkələr öz rabitələrini, dünyaya çıxışlarını Azərbaycan peyki üzərindən həyata keçirir".
Mütəxəssislərin fikrincə, Azərbaycanın kosmik sənayenin yaradılması ilə bağlı proqramının reallaşması ölkənin güc strukturlarına baş verənlər barədə məlumatları dərhal əldə etmək, hadisələrə çevik reaksiya verməkdə kömək olacaq. Eyni zamanda, fövqəladə halların öncədən proqnozlaşdırılması və baş verən hadisələrin vaxtında aradan qaldırılmasında mühüm rol oynayacaq. Proqramda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Müdafiə və Müdafiə Sənayesi nazirliklərinə vəzifələrin həvalə olunması da bunu göstərir. Dövlət Proqramının məqsədlərində də bu məsələ bir strateji hədəf kimi qarşıya qoyulub. Sənəddə göstərilir ki, kosmik sənayenin yaradılması bir sıra strateji məqsədlərin həyata keçirilməsinə imkan verəcək. Bu məqsədlərə dövlət orqanlarının peyk şəbəkələrinə qoşulması, dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi, fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birbaşa və etibarlı kosmik rabitənin yaradılması və s. daxildir.
Rəşad Süleymanov
APA informasiya agentliyinin əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar Elan etdiyi müsabiqəyə təqdim etmək üçün
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ