şənbə günü, 03 oktyabr 2026
     

Ramazan nemət, ehsan, şükr və ənam ayıdır

Image


On bir ayın sultanı olan Ramazan verilən nemətə görə şükr edib, həmin neməti Verənin Munim olduğunu təsdiqləyən aydır
Nemət, ehsan
Səadət, yaxşılıq, lütf, ruzi, ehsan sözlərini ehtiva edən nemət, bütün xeyirli və faydalı şeylərin məcmusudur. Ehsan isə "Sənin Allahı görürmüş kimi, Ona qulluq etməyindir. Sən Onu görməsən də, O səni görür" (həz.Məhəmməd). Ən yaxşı ehsan valideynə edilən yaxşılıqdır. "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik" (Əhqaf 15). Kainat və onun içindəkilər bəşər övladının maddi və mənəvi ehtiyaclarına xidmət etdiyi üçün bəndənin də ən ümdə vəzifəsi həmin nemətləri ona verən Allaha şükr və minnətdar olmasıdır. Zira Peyğəmbər(ə) buyurub: "Hər bir nemət şükr istər". İnsan iradəsindən asılı olmayaraq yaradılan Günəşin - həyat mənbəyinin olmamasını bir anlığa təsəvvür etsək aydın olar ki, həmin nemətlər bəndədən yox, Allahdandır. Bəndə verənə nemət yox, nikmət deyilir. Nemətdən fərqli olaraq nikmət istənilən vaxt bir başqası tərəfindən alına bilər. Allah verəni - neməti isə heç kim ala bilməz. Həmin mükafata əcr, bəndə mükafatına isə əcir deyilir. Qeyd edək ki, Quran hikmətinə görə (bax: Rahmən surəsi), Cəhənnəm və oradakı əzablar da Rəbbin nemətləri sayılır.
Ənam və Munim
Nemətdən istifadə edilməsi ənam, həmin neməti yaradan və onu məxluqunun istifadəsinə verən isə Munimdir (Allahın sifətlərindən biri). "Nemətin içində ənam görünür; Rahmənin iltifatı hiss edilir. Nemətdən ənama keçsən, Munimi görərsən" (S.Nursi, v.e.1960). Göründüyü kimi, yediyi bir tikə çörəyi nemət bilməyən, onun ənam olduğundan ğafil olan insan, heç vaxt Munimi tanıya bilməz. Belələri o tikənin İlahi bir ikram, ehsan olduğunu dərk etmədikləri üçün, həmin nemət yox olana qədər Munimə şükr etməzlər."Bolluq və nemət içində olanlar bu nemət getməyincə onun qiymətini dərk etməzlər" (həz.Məhəmməd). Necə deyərlər, dəryada yaşayan balıqlar dəryanın qədrini bilməzlər.
Elələri də var ki, var-dövləti olduğu halda, həmin nemətdən istifadə edə bilmir. Yəni onların nemətləri ənamla reallaşmır. Məs., pulu, malı var, amma xəstədir, yeyə bilmir. Allah ona bir nemət olaraq övlad verib, fəqət övlad zay olduğu üçün valideyn bədvaris statusunu daşıyır və s. və i. Bir qrup insanlar hesab edirlər ki, nemət yalnız mədəni yeməklə doldurmaqdan ibarətdir. Halbuki, mədə doyduğu kimi, hər biri bir nemət olan göz, qulaq, qəlb və başqa cövhərlər də doymalıdırlar. Əsas informasiya mənbəyi göz bir Allah neməti, gözlə görünən şeylər isə başqa bir nemət; gözün həmin əşyaları görüb, qəlbi riqqətə gətirməsi isə digər bir nemətdir. Deməli, gözün gördüyü şeylər həmin gözün ruzisi, qidasıdır. Qulaq da bir nemətdir. Qəlbləri oxşayan bülbül səsi, xoş müraciət, həzin musiqi başqa bir nemətdir. Həmin səslər də qulağın qidası, ruzisidir. Deməli, göz, qulaq hərəsi bir nemət. Gözün görməsi, qulağın eşitməsi isə bu nemətdən istifadədir, yəni ənamdır. Əlbəttə, bu nemətə və ənama şükr etməyən gözlü, qulaqlı, fəqət mənən kor və kar insanın süfrəsinin bərəkəti də olmaz. Başqa sözlə, nemətlərdə Allahın iltifat və lütfünü hiss edən möminin təkcə bir növ yeməkdən aldığı ləzzət, nemətə şükr etməyən insanın ən mükəlləf və mükəmməl süfrədə çoxsaylı yeməklərdən aldığı ləzzətdən daha bərəkətli və daha xeyirlidir.
Nemətlərin ən xeyirlisi Rəbb kəlamları, İslam dinidir. Təəssüf ki, çağdaş dünyada bu nemətdən ya ifrat, ya da təfritlə istifadə olunur. Dini siyasətə alət edənlər, İslamı elm, iradə və iman vəhdətindən ayıranlar, islamofobiya xəstəliyinə düçar olanlar, minarənin dibində dayanıb "Allahu Əkbər" nidasını eşitməyənlər, "Allahu Əkbər" təkbirini fitnə-fəsada, bəşər qanının tökülməsinə rəvac edənlər bu nemətdən istifadə etməyən talesizlərdir. Bəndənin həm özü, həm də mənsub olduğu cəmiyyətin adından Rəbbə xitabən: "(Bizi) nemət verdiyin kəslərin yoluna (yönəlt)!" (Fətiha 6) - duası, bu nemətdən istifadənin (ənamın) Allahdan istənilməsini önə çəkir. Lakin nemət və ənamın Allahdan olması o demək deyil ki, bəndə heç bir iş görmədən, həmin dəyərlərə sahib çıxacaq. Əks halda, Rəbb bəndəsinə nə ağıl, şüur, iman, iradə və vicdan kimi mənəvi cövhərləri, nə də göz, qulaq, ağız, əl, ayaq və digər maddi alətləri verərdi.
Hürriyyət haqqı ən böyük  nemətdir
İnsana verilən yaşama haqqı, fərdi və ictimai şüur, bu şüur vasitəsilə məhəbbətlə tənzimlənən cəmiyyət və onun durumu, suverenlik, bayraq sevgisi hələ də şükrünü lazımınca verə bilmədiyimiz nemətlərdəndir. Bu nemətlərin mühafizəsi üçün verilən hürriyyət isə başqa bir nemətdir. Hürriyyət Rəbbin elə bir lütfüdür ki, dinə və torpağa sahib çıxma, yaşama haqqı, söz və vicdan azadlıqları, canı və malı qoruma məhz bu dəyərlə mümkün olur. Deməli, imanlı bəndənin hürr olması üçün Vətən hürr, müstəqil, azad olmalıdır. Bu zaman hürr Vətəndə hürr bəndənin hürr ibadəti tamam başqa bir ibadət-nemət olur.
Həqiqi hürriyyət bəndəyə yox, Allaha təslimdən ibarətdir. "Hər qul azad olduğu zaman sevinir. Mən isə Sənə qul olduğum zaman şad və məmnunam" kəlamı, bu həqiqəti çox gözəl ifadə edir. Allaha yox, pula, vəzifəyə qul olanların hürriyyəti olmadığı üçün, onların yaşama qarantı da yoxdur. Belələri bu nemətə şükr yox, nankorluq etdiyinə görə, Rəbb də onları hürriyyətdən məhrum edir.
Nemətin davamı yeni nemətdir
Məlumdur ki, hər bir nemətdə o nemətin tükənməsindən irəli gələn bir narahatlıq düşüncəsi var. İstifadə olunan o nemətin yenilərilə əvəz olunması isə başqa bir ləzzət, başqa bir nemətdir. Meyvənin ağacı bilinməzsə və ya o yoxdursa, həmin nemət yalnız yeyilib qurtaran meyvədən ibarət olar. Və o meyvənin yerinə yeniləri gəlməyincə, həmin nemət yox olar və insan bundan təəssüf hissi keçirər. Meyvənin ağacı varsa, o zaman həmin meyvənin yenə olacağı düşüncəsi kədər hissini yox edər. Bu zaman bəndə yeni yaradılışı - baharı səbirsizliklə gözləyir. Yəni meyvə bir nemət, ağac isə həmin nemətin davamı olan başqa bir nemətdir. Nemətlərin zəncirvari davamı bəşər həyatında da xüsusi rol oynayır. Valideynin ölməsilə onun özəlliklərini daşıyan övladların, nəvələrin dünyaya gəlişi nemətlərin davamından xəbər verir. Başqa sözlə, Allahın Varis isminin təcəllisilə əsillərin, babaların yeni nəsillərlə, varislərlə əvəz olunması həmin nəslin davam edəcəyini göstərən yeni bir nemətdir. Bu zaman nemətlərin davamlı və uzunömürlü olması həmin nemətin özündən də böyük nemətdir. Yəni ləzzətlərin mütəmadi olaraq bir-birini əvəz etməsi ləzzətin özündən də ləzzətlidir.
Dünya və axirəti saleh bəndə üçün nemətlərlə dolu iki süfrə açan Allah, hər bir canlıya sevgi, məhəbbət, valideyn nəvazişi verib ki, o, məzluma, zəifə, xəstəyə, ağlayan körpəyə həmin dəyərlərlə şəfa versin, rəhm etsin. Sevgi, məhəbbət bir nemət, ağlayan körpəni həmin nemətlə ovundurmaq isə başqa bir nemətdir. Yeri gəlmişkən, nemətdən ləzzət almaq təkcə valideyn və uşağa şamil edilməz. Çünki fitratı pozulmayan hər bir şəxs anasız ac bir körpənin ağlamasından nə qədər kədərlənirsə, ananın körpəsinə şəfqət, mərhəmət göstərməsindən də eyni ölçüdə ləzzət alıb, məmnun qalır.
Elə "dünya bir körpənin göz yaşına dəyməz" kəlamı da bu məntiqə söykənir.
Cənnətin əbədiliyi Cənnətdən də üstün nemətdir
Mömin bəndələr üçün axirətdəki durum - Cənnət bir nemətdir. Cənnətin əbədiliyi isə Cənnətdən də üstün nemət. Quran bir nemət, onun qiyamətə qədər insanların mənəviyyatına xidmət edəcəyi isə başqa bir nemətdir. Bəşəriyyətin iftixar abidəsi, müəllimi, Allah kəlamlarının təbliğçisi, Onun elçisi Məhəmməd(ə) də bir nemətdir. Onun axirətdə ümmətinə şəfaətçi olması isə, başqa bir nemət. Və nəhayət, Rəbbin Əsməi - Husnədəki 99 ismi bəşər üçün sonsuz bir nemət. Onun bu isimlərin təcəllilərindən bir zərrəsini istədiyi bəndəsinə verməsi isə, başqa bir nemət. "Allah sizə istədiyiniz şeylərin hamısından veribdir. Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz" (İbrahim 34).
Allah haqqı bərpa olunana qədər məzlumladır
Rəbb buyurub: "Mən haqqı bərpa olunana qədər məzlumlayam". Lakin O, Rahmən sifətilə bu dünyada yaratdıqlarının hamısının, o cümlədən, kafirlərin də ruzisini verir. Hətta bir imtahan, sınaq, ibrət üçün bəzən kafirə, nankora, asiyə mömindən də artıq mar-dövlət verir. "Kafirlərin bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma" (Taha 131). Ayəyə görə, Rəbb bəzi zalımlara etdikləri pisliklərə rəğmən çoxlu ehsan (vəzifə, dünya malı) verir. Zahirən həmin bolluq onlar üçün bir nemət kimi qəbul edilə bilər. Halbuki, bu verim onların qəlbini ilahi həqiqətlərdən və axirətdən uzaqlaşdırdığı üçün bir ikram (ehsan etmək, əziz tutmaq) yox, bir kələkdir, bir məkri ilahidir - İlahi tələsidir Yəni onların pislikdə müvəffəqiyyətləri müvəqqətidir, bir məkri-İlahidir. Məsələ Quran hikməti kontekstində təhlil edilərsə, belə nəticəyə gəlmək olar: İnsanın nail olduğu hər bir nemət, əgər onun barəsində xeyirli isə, bu, ilahi bir ikramdır. O nemət həmin şəxsin pis əməl və asiliyini artırırsa, onda bu ikram yox, istidracdır. İstidrac isə, bir kimsəni öz arzusuna uyğun tədricən yüksəldib, sonra onu həmin yüksəklikdən çuxura ataraq həlak etmək deməkdir. Buna nəmrudların, fironların, əbu-ləhəblərin, hitlerlərin yüksəldilərək, həlak edilməsi də şahidlik edir. Bunu bəzi harın məmurlarımızın, "demokratiya"dan bizə dərs verən Sarkozilərin və onlar kimi insanların acı taleləri də sübut edir: ucaldılaraq həlak etmək, alçaltmaq; mal-dövlət, vəzifə verməklə zəlil və şərəfsiz etmək aqibəti.
Maddiliyin dar məhbəsində haramlarla yaşayanlar dünyada kam alıb dünya nemətlərindən tam istifadə etsələr də, bəzi keçici ləzzətlər dadsalar da, onlar həmişə səksəkədə olub, Xaliq və xalqdan qorxarlar. Qocalıqda isə onların qisməti ya tənhalıq, ya da səfillik olar. Vaxtilə vəzifə, mal-dövlət çoxluğu ilə öyünən bu nankorların axirətdəki sorğu-sualı daha əzablı olacaq. "Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!" (Təkəsur 8). "Əvvəl verilir, sonra istənilir" hikmətindən doğan bu imtahanda halallıqla qazanılan hər bir maddi-mənəvi dəyər bir nemət, ənam kimi qəbul edilib, sahibini hidayətə qovuşduracaq. Lakin "nemətlərin ən yaxşısı, halallıqla qazanılan nemətdir" buyuran Peyğəmbər(ə), onu bağındakı halal xurmaya qonaq edən səhabəyə isə belə deyib: "Yediyimiz bu xurmadan da hesaba çəkiləcəyik". Hal belə ikən halalı haram, haramı isə halal kimi qəbul edən xeyirsiz zəka və əməl sahibləri sorğuya tutulmazlarmı?
Hər bir nemət şükr istər
Hər bir nemət Rəbbə minnətdarlıq, şükr istər. O şükr də yeni nemətlər gətirər. Şükrün ziddi biganəlik, nankorluqdur. Şükr etməyən nankor insan nemətlərin Allahdan olduğunun fərqinə varmaz. Nemətə biganə qalar. Halbuki, şükr imanın yarısıdır. İman isə Rəbbin ən böyük nemətidir. "Vətən də imandandır" (həz.Məhəmməd). Göründüyü kimi, hər bir fərd və millətin Allah dərgahında həqiqi qiyməti, onun verilən nemətlərə görə Rəbbə şükr etməsi və sonra da həmin əmanətləri qorumasından asılıdır. Bəs, bir millət olaraq, biz necə, Azərbaycan adlanan ən böyük nemətimizin bütövlüyünü bərpa edib, şükrümüzü Rəbbə izhar etməklə, iman atımızı şahlandırıb Onu razı salmışıqmı? Hələ ki, yox...
Elə isə Ya Rəbbim! Mübarək Ramazanda tutduğumuz orucları, qıldığımız namazları qəbul edib, bizi saleh əməllərə-hidayətə yönəlt! Yönəlt ki, növbəti Ramazana qədər düşmən tapdağı altında olan torpaqlarımızı azad edib, Sənə layiq və Sənin üçün ibadətimizi - orucumuzu tutaq. Amin!

Vaqif CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə doktoru

P.S. Bəndənin bütün ibadəti Allah rizası üçün olmasına baxmayaraq, Rəbbimiz yalnız orucu Özü üçün seçib. Müfəssirlərə görə, bunun iki səbəbi var: 1) Oruc gizli ibadətdir. Bu sirr yalnız oruc tutan vasitəsilə agah edilə bilər. Başqa ibadət formalarının digər insanların görməsi mümkündür və həmin ibadətlər görüntü yaratmaq üçün də edilə bilər; 2) Oruc Allah üçün tutulduğu üçün iblis Allah tərəfindən zəncirlənir. Bu iki səbəbi qəbul edən müəllif həm də hesab edir ki, "Oruc Mənim üçün edilən ibadətdir" kəlamı insanları yaxşı işlərə dəvət, pislikdən çəkindirmək üçün Rəbbimizin növbəti - "Mənim xatirimə edin" əmrlərindən biridir. Çünki, heç bir şeyə möhtac olmayan Allahu-Təalənin bəndə orucuna da ehtiyacı yoxdur. Bəndə pis-yaxşı nə edirsə, özü üçün edir. Və bunun qarşılığının verilməsi də mütləqdir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ