şənbə günü, 03 oktyabr 2026
     

Türk liseylərinin bağlanması cəmiyyətdə birmənalı qarşılanmayıb

Image


Azərbaycanda türk liseylərinin bağlanması prosesinə başlanıb. Ancaq maraqlıdır ki, bu qərara münasibət birmənalı deyil. Məlum olduğu kimi, həmin liseylərdə əsasən imkanlı adamların və vəzifəli şəxslərin övladları təhsil alırdı. Çünki təhsil haqqının baha olması səbəbindən bu məktəblərdə təhsil almaq hər ailənin büdcəsinə uyğun deyildi.
Elə türk liseylərinin bağlanmasına da ən kəskin etiraz hakimiyyətin kursunu dəstəkləyən şəxslər tərəfindən verilib. Məsələn, uzun illər hakimiyyətin aktiv təbliğatçısı olan millət vəkili türk liseylərinin bağlanmasına kəskin reaksiya verənlərdən olub. Sən demə, deputatın nəvələri həmin liseylərdən birində təhsil alırmış. F.Ağamalı deyib ki, Azərbaycanda təhsilin bərbad vəziyyətdə olması səbəbindən heç vaxt nəvələrini dövlət təhsil müəssisələrinə etibar etməyəcək.
Liseylərin bağlanmasına etiraz edənlərdən biri də uzun illər parlamentin təhsil komitəsinin sədri, məşhur "91-lər"dən olan YAP-çı professor Şahlar Əsgərovdur. Doğrusu, Ş.Əsgərovun məsələyə yanaşması daha maraqlıdır. Çünki o da dövlət təhsil müəsissələrinin bərbad vəziyyətindən şikayətlənir. Lakin maraqlı olan Şahlar Əsgərovun kimə gileylənməsidir. Axı Azərbaycan təhsilinin bərbad vəziyyətdə olması ilə bağlı yaranmış vəziyyətə birinci cavabdeh olanlardan biri də məhz onun özüdür.
Bu yanaşmalardan sonra maraqlı sual yaranır: Türk liseylərinin bağlanmasının Azərbaycan təhsilinə hansı xeyri və ya zərəri olacaq?
Sabiq millət vəkili Şahlar Əsgərov bu məktəblərin bağlanmasını ürək ağrısı ilə qarşıladığını deyir. O qeyd edir ki, bu məktəblər son 15-20 ildə az qala qürur mənbəyimizə çevrilmişdi:
"Ona görə ki, təqribən bu 10-15 məktəbin illər boyu qazandığı medalların sayı Azərbaycanda mövcud olan 3500 orta məktəbin qazandığı medalların sayından çox idi. İmkanı çatan hər bir Azərbaycan ailəsi öz övladlarını məhz həmin məktəblərdə oxutmağa cəhd edirdi. Müraciət edənlərin sayı çox olduğundan, həmin məktəblərə qəbul zamanı da seçim edilirdi və ən layiqli, ən talantlı uşaqlar götürülürdü".
YAP-çı professorun sözlərinə görə, sözügedən liseylərin əsas üstünlükləri bu idi ki, mükəmməl ingilis dili öyrədirdi və tədris zamanı millətin dininin, tarixinin, adət-ənənələrinin, mənəvi dəyərlərinin qorunmasına, təbliğinə xüsusi diqqət yetirilirdi: "Yəni bu məktəblər mənəviyyata bağlı bir təhsil sistemi idi. Deyək ki, sovetlər dönəmində də, elə indi də orta məktəblərdə bizim rus bölmələri də olub. Həmin məktəblərdə tədrisi əla öyrətsələr də, mənəviyyata bağlılığı öyrətməyiblər, yəni bu təhsil mənəviyyata bağlı olmayıb. Deyim ki, bu özəl türk liseylərinin bir çox tədbirlərində mən iştirak etmişəm, rəhmətlik Heydər Əliyev və indiki Prezidentimiz İlham Əliyev də bu məktəblərə həmişə yüksək qiymət verib. Yadınızdadırsa, vaxtilə ulu öndər bu məktəbləri Azərbaycanla Türkiyəni bir-birinə daha sıx tellərlə bağlayan mənəvi körpü adlandırmışdı. Ona görə də mən bu məktəblərin bağlanması səbəbini bilməsəm də, ağrı ilə qarşıladım və inanmıram ki, bu boşluğun yerini doldura bilək.
Çünki məktəb qurmaq yeni bir şey deyil. Məktəb qurmağın min illik tarixi var, məktəb qurmaq asan olsaydı elə indiyə qədər özümüz qurardıq da. Deməli, təhsil sistemini hərəkətə gətirmək üçün bir neçə arzunun reallaşması yetərli olmur, gərək rol oynayan kompleks faktorları bir yerə toplaya biləsən. Bu baxımdan "Çağ Öyrətim" bu prosesi çox əla idarə edirdi və idarəetmənin mexanizmini tuta bilmişdilər".
Tarix üzrə fəlsəfə doktoru olan tanınmış təhsil eksperti Məhərrəm Zülfüqarlı isə Şahlar Əsgərovdan fərqli düşünür. O, qəzetimizə açıqlamasında bildirdi ki, uzun müddət təhsil sahəsində çalışan bir şəxs kimi Azərbaycanın elmi potensialına gözəl bələddir: "Türk liseylərinin bağlanmasını faciə kimi qəbul etmək lazım deyil. Onların qazandığı uğurları arqument kimi irəli sürürlər. Mən əminəm ki, bizdə olan müəllimlərə həmin şəraitin yarısı belə yaradılsa, nəticədə onları geridə qoyarıq. Həmin liseylərdə dərs deyən müəllimlərin çoxu bizim vətəndaşlar olub. Sadəcə, yüksək əmək haqqı ilə onları həmin məktəblərə cəlb etmişdilər. Bir misal çəkim. Mənim oğlum Sumqayıt şəhərində imtahan verib türk liseylərindən birinə qəbul olmuşdu.Bir ildən sonra övladımı ordan çıxardım. Səbəbini də deyə bilərəm. Uşaq müəllimə sual verəndə türkiyəli müəllim cavab vermirmiş. Mən məktəbə getdim. Belə izahat verdilər ki, bu onların metodudur. Mən isə bildirdim ki, təhsildə bir metod tanıyıram - müəllim mütləq şagirdin sualını cavablandırmalıdır. Oğlumu Sumqayıt şəhərində çox gözəl orta təhsil verən ocaqlardan biri olan Münəvvər müəllimənin məktəbinə qoydum. O, ən yüksək balla İqtisad Universitetinə daxil oldu. Ali məktəbi əla qiymətlərlə başa vurduqdan sonra İngiltərədə magistr təhsili aldı. İndi də tanınmış beynəlxalq şirkətlərdən birində işləyir. Heç bir həyəcan keçirmək lazım deyil. Sadəcə, təhsilə dövlətin qayğısı bir qədər də artırılmalıdır".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ