şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanda fahişəliyin artımı barədə ABŞ-dan gələn hesabat birmənalı qarşılanmır

Image


"Azərbaycan insan alverinə, məcburi əməyə və seks trafikinqinə məruz qalmış kişi, qadın və uşaqlar üçün həm mənbə, həm tranzit, həm də mənzil ölkəsi rolunu oynayır". Bu barədə ABŞ Dövlət Departamentinin 2014-cü il üçün İnsan Alveri Hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, azərbaycanlı kişi və oğlanlar Rusiyada, həmçinin, Azərbaycanın özündə məcburi əməyə cəlb olunur. Azərbaycandan olan qızlar və qadınlar həm ölkənin özündə, həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, İran və İsveçdə cinsi istismara məruz qalır.
Bundan başqa, Türkiyədən, habelə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olan bəzi miqrant işçilər Azərbaycanda qul əməyinə məcbur edilir.
Hesabatda deyilir ki, uşaqlar, əsasən də qaraçı ailələrindən olanlar zorla dilənçiliyə, yolkənarı ticarət obyektlərində, çayxanalarda və şadlıq evlərində məcburi istismara məruz qalır.
Sənəddə bildirilir ki, xüsusən də Filippindən olan ev qulluqçularının istismarı yeni bir problem kimi ortaya çıxıb.
İnsan alverinə məruz qalan uşaqların əksəriyyəti köçkün ailələrindən, uşaq evlərindən və internatlardan çıxdıqdan sonra evsiz-eşiksiz qalanlardır.
Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara əməl etmir, hərçənd bu sahədə əhəmiyyətli cəhdlər göstərir.
Qeyd olunur ki, Azərbaycan hesabat dövrü ərzində insan alverinə dair qanunlarına onların beynəlxalq qanunlara uyğunlaşdırılması istiqamətində əlavələr edib. Lakin bununla belə, hökumət məhdud sayda xaricdən olan insan alveri qurbanlarını müəyyənləşdirməklə kifayətlənib.
Məcburi əməyin arxasında durduqları güman edilən şirkətlərlə bağlı ciddi təhqiqat aparmayıb.
Hesabatda bu işin yaxşılaşdırılması üçün Azərbaycana bir sıra tövsiyələr də verilir. Bu tövsiyələrə hüquq-mühafizə orqanlarının daxili trafikinqlə mübarizəsinin gücləndirilməsi, insan alveri ilə məşğul olan fərd və şirkətlərin aşkarlanması və mühakiməsi, bu kimi cinayətlər üçün həbsxana cəzalarının sərtləşdirilməsi daxildir.
Hesabatda bildirilir ki, 2013-cü ildə Azərbaycanda məcburi əmək trafikinqi ilə bağlı 4, seks trafikinqi ilə bağlı 17 iş araşdırılıb. Bu, 2012-ci ildə olduğundan çoxdur. Bu da qeyd olunur ki, məcburi əməklə bağlı iki nəfər mühakimə edilib. Bunlardan biri filippinli ev xidmətçisinin işidir.
Hesabatda o da qeyd olunur ki, Azərbaycan insan alveri qurbanlarının müdafiəsi və onlara dəstək sahəsində müəyyən irəliləyişə nail olub. Lakin qurbanlarla məşğul olan QHT-lərin maliyyələşdirilməsi kafi deyil.
Sənəddə, həmçinin, göstərilir ki, 2013-cü ildə Türkiyədə 19, BƏƏ-də 16, Rusiyada 15 və İranda bir azərbaycanlı insan alveri qurbanı olub.
Hesabatda Azərbaycana dair maraqlı faktlardan biri də budur ki, 2013-cü ilin məlumatına görə, Bakı klublarından birində fahişəliklə məşğul olan 53 nəfər (47-si qadındır) həbs edilib. Həbs olunanların əksəriyyəti 16-17 yaşlı özbək qızları olub. Azərbaycan hökuməti onlar barəsində nə kimi tədbirlərin görüldüyünə dair başqa məlumat verməyib.
Hesabatda deyilir ki, erməni qadınlar isə istər ölkədə, istərsə də xaricdə, BƏƏ-də və Türkiyədə cinsi istismarın qurbanı olur. Bununla yanaşı, erməni qadınlar və uşaqlar zorla dilənçiliyə məcbur edilir.
Cənubi Qafqazın daha bir ölkəsi - Gürcüstan ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan kimi 2-ci qrupa aid edilib. Gürcüstan da, Azərbaycan kimi, insan alveri üçün həm mənbə, həm tranzit, həm də mənzil ölkədir.
Ekspertlər ABŞ Dövlət Departamentinin hesabatının qərəzli olduğunu düşünür.
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, sovetlər dönəmində fahişəlik bu qədər genişmiqyaslı olmayıb. Onun sözlərinə görə, maarifləndirmə işi gücləndirilməli, insanlara fahişəliyin asan pul qazanmağa, milyonçuluğa, karyeraya aparan yol olmadığı izah edilməlidir. O qeyd etdi ki, mətbuat fahişəliyin bütün neqativ tərəflərini açıb cəmiyyətə göstərməlidir: "İzah etmək lazımdır ki, bu peşə sahiblərinin cəmiyyətdə heç bir hörməti olmur, bu, insanlar üçün asan varlanmaq yolu deyil". Həmsöhbətimiz kütləvi şəkildə kampaniya aparılmasının qədim peşə sahiblərinin öz yolundan dönmələrinə müsbət təsir göstərə biləcəyi qənaətindədir.
Ekspertin sözlərinə görə, adətən, bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nikah, ailə zorakılığı, boşanmalar durur: "Əsasən də Bakıda fahişəliklə məşğul olanlar regionlardan gələn qadınlar olur. Onlar öncə iş axtarmaq üçün gəlir. Lakin oxumamış, savadsız qadın yaxşı iş tapa bilmir. Beləliklə, həmin qadınların bir çoxu bu işlə məşğul olan bir qrup insanın təsir dairəsinə düşür. Nəticədə onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ