şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bu yay avtobus yanğınlarının sayı arta bilər
Tarix: 20.06.2014 / 03:49
Bölmə: Sosial
Avtobuslara "qara qutu"lar quraşdırılmasa, avtobuslara və sürücülərə nəzarət gücləndirilməsə...
Son zamanlar istər paytaxtdaxili və Bakıətrafı ərazilər üzrə marşrutlarda, istərsə də respublikadaxili və şəhərlərarası istiqamətlərə sərnişindaşıma xidməti göstərən sərnişin avtobuslarından bəzilərinin yanması ölkə ictimaiyyətində qalmaqallara rəvac verib. Avtobusların hər an yanma təhlükəsi ilə üz-üzə qalması barədə yayılan məlumatlar isə ictimai narahatlığı və narazılığı artırıb.
Maraqlı məqamlardan biri də odur ki, avtobus yanğınları daha çox qış və yay aylarında qeydə alınır.
Xatırladaq ki, hətta bu ilin may ayının 16-da Bakının Nizami rayonunda vətəndaşa məxsus "Daewoo" markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Köhnə avtobuslar hər an yana bilər
Bəs, görəsən yanğınlar hansı səbəblərdən baş verir? Yarana biləcək problemlərin qarşısının alınması üçün hansı profilaktik tədbirlər həyata keçirilməlidir?
Bizi maraqlandıran suallara cavab tapmaq üçün araşdırma apararkən müəyyənləşdirdik ki, avtobus yanğınları bir neçə səbəbdən baş verir. Araşdırmalarımızın yekunlarını oxucularımıza təqdim edirik:
Birinci səbəb avtobusların elektrik sistemində baş verən nasazlıqla əlaqədardır. Yəni uzun müddətdir istifadə edilən avtobusların elektrik naqilləri istismar müddətini başa vurduğundan zədələnə, yaxud sına bilər. Həm belə hallarda, həm də müsbət və mənfi qütblü elektrik naqillərinin bir-birinə toxunması nəticəsində əvvəlcə qısaqapanma, sonra yanğın baş verir. Bu cür təhlükələrlə daha çox köhnə avtobuslar üz-üzə qalır.
İkinci səbəb qarajlarda nəzarətçilərin məsuliyyətsizliyi ucbatından avtobusların texniki müayinədən keçirilməməsi, yaxud başdansovdu keçirilməsi ilə bağlıdır. Yəni hər bir avtobus reysə buraxılmadan əvvəl sözügedən müayinədən keçirilməli, aşkarlanan müxtəlif nasazlıqların aradan qaldırılması mümkün deyilsə, həmin avtobus reysə buraxılmamalıdır. Yararlı avtobusun marşruta çıxarılması üçün nəzarətçilər tərəfindən sürücülərə mütləq rəsmi icazə sənədi verilməlidir. Amma araşdırmalarımız zamanı belə sənədlərə rast gəlməmişik.
Sürücülər yanğın təhlükəsizliyi qaydalarından xəbərsizdir
Üçüncü səbəb sürücülərin təcrübəsizliyi, naşılığı və qeyri-peşəkarlığı, yaxud avtobus sürücüsü olmaması ilə əlaqədardır. Sürücülük vəsiqəsində müxtəlif nəqliyyat vasitələri üzrə kateqoriyalar göstərilib. Həmin kateqoriyalardan "A" motosiklet, "B" minik avtomobili, "C" yük maşını, "D" avtobus, "E" isə sadaladığımız bütün nəqliyyat vasitələrini idarə etmək üçün verilir. Yəni sonuncu kateqoriya peşəkar sürücülər üçün nəzərdə tutulub. Amma araşdırmalarımız zamanı müəyyənləşdirmişik ki, avtobus sürücülərinin bəzilərinin sürücülük vəsiqəsi yoxdur. Bəzilərinin sürücülük vəsiqələri isə "D" kateqoriyasına uyğun deyil. Təbii ki, belə sürücülər tərəfindən avtobusların düzgün idarə edilməməsi, texniki və istismar qaydalarına düzgün əməl olunmaması yanğınların baş verməsinə gətirib çıxarır.
Dördüncü səbəb avtobuslarda yanğınsöndürmə balonlarının və çəkiclərin olmamasıdır. Məhz onların yoxluğu üzündən adi bir yanğının vaxtında söndürülməsi mümkünləşmədiyindən avtobus tamam alışıb yanır. Bu məsələdə sürücülərin maarifləndirilməsi də mütləq lazımdır. Çünki araşdırmalarımıza görə, avtobus sürücüləri yanğın baş verərkən hansı addımları atmağı, hətta yanğınsöndürmə balonlarından necə istifadə etməyi belə bilmir. Ona görə də sürücülərin yanğın təhlükəsizliyi qaydaları barədə nəzəri bilgilərə və praktik təcrübəyə malik olmaları üçün Nəqliyyat və Fövqəladə Hallar nazirlikləri birgə layihələr hazırlamalı, kurslar həyata keçirməlidir. Həmin kursları müvəffəqiyyətlə başa vurmayanlara isə avtobuslar etibar edilməməlidir.
Əyləclərdən tez-tez istifadə olunması da yanğın törədir
Avtobus sürücülərinin əyləclərdən tez-tez istifadə etməsi isə yanğını törədən beşinci səbəbdir. Yollarda tez-tez yaranan tıxaclar, yol kənarlarının, sərnişin və avtobus dayanacaqlarının ayrı-ayrı nəqliyyat vasitələri tərəfindən zəbt olunması, bəzi maşınların sürücülərinin parklanma, dayanma-durma qaydalarına əməl etməməsi ucbatından avtobus sürücüləri əyləclərdən daha çox istifadə edir. Nəticədə təkərlərin barabanları qızır, təkərlər sıradan çıxır və yanır.
Avtobus işləyərkən onun yanacaq çənindən mühərrikə ötürülən yanacaq istifadə olunur və onun müəyyən hissəsi qaz şəklində "qluşitel" (səsboğucu) adlanan boru vasitəsilə xaric edilir. Əgər yanacağın çəndən mühərrikə daxil olduğu hissədə, yaxud "qluşitel"də nasazlıq yaranarsa, bu da yanğınla nəticələnir və bu, altıncı səbəbdir.
Yeddinci səbəb avtobusun mühərriki ilə radiator arasında yerləşən "termostat" adlı metal detalın və onun içərisindəki klapanın iş prinsipinin pozulması ilə əlaqədardır. Avtobusun mühərriki ilə radiator bir-biri ilə əlaqəli işləyir. Çünki su radiatordan mühərrikə və əks istiqamətə filtrasiya edilir. Əgər qaynanmış suyun temperaturu 90 dərəcədən yuxarı olarsa, bu zaman "termostat"ın içərisindəki klapan açılır və o, suyun temperaturunu stabil saxlayır. Yəni həmin klapan açılanda radiatordakı ventilyator işə düşür və qaynanmış suyu soyudur. Amma "termostat"la, yaxud sözügedən klapanla bağlı hər hansı bir problem yaranarsa, bu zaman suyun temperaturu 120-130 dərəcəyədək və daha artıq temperaturadək yüksəlir. Nəticədə mühərrikdəki elektrik naqilləri sıradan çıxır, qısaqapanma yaradır və yanğın törədir.
Avtobuslara qeyri-standart cihazlar və qurğular quraşdırılır
Səkkizinci səbəb avtobuslara əlavə cihazların və qurğuların quraşdırılması ilə əlaqəlidir. Bəzi sürücülər idarə etdikləri avtobuslarda ventilyator, siqnalizasiya sistemləri, xüsusi lampalar və sair quraşdırırlar. Bu qurğular və cihazlar işə düşərkən mühərrikdəki elektrik güc mənbəyinin yükü artır. Həddən artıq yüklənmə isə qısaqapanmaya və yanğına səbəb olur. Bundan əlavə, sözügedən cihazlar və qurğular arasında qeyri-standart olanları, yaxud standartlara uyğun olub düzgün quraşdırılmayanları da yanğın törətmək qabiliyyətinə malikdir.
Xatırladaq ki, BMT-nin hesabatına görə, bu yay mövsümündə qlobal istiləşmə özünün kulminasiya nöqtəsinə çatacaq. Bu da ventilyator quraşdırılmış avtobuslarda yanğınların başvermə ehtimalının artmasına gətirib çıxaracaq.
Avtobusun mühərrikinin iş prinsipinin düzgün tənzimlənməsində relenin də rolu böyükdür. Çünki o, mühərrikdəki elektrik naqillərinin elektrik yükünü tənzimləyir. Əgər rele sıradan çıxarsa, bu zaman naqillərdə elektrik enerjisi normadan artıq olur və həmin naqillərin sıradan çıxması yanğınla nəticələnir. Bu, doqquzuncu səbəbdir.
Onuncu səbəbə gəlincə, avtobusun başqa maşınlarla, yaxud dirək, divar, ağac, işıqfor, elektrik dirəyi, yol kənarındakı məhəccər və digər maneələrlə toqquşması, həmçinin körpüdən uçması, aşırımlı yoldan və ya yoxuşdan enişə sürüşməsi zamanı da iş prinsipi pozulan avtobus yana bilər.
Keyfiyyətsiz benzin yanacaq çənini partladır
Yollarda hərəkət zamanı nəqliyyat vasitələrinin təkərlərinin altından çıxan daş, qum, çınqıl və digər tullantıların avtobusun yanacaq çənini zədələməsi ehtimalı çox böyükdür. On birinci səbəbə görə, avtobus hərəkət edərkən zədələnmiş çənin silkələnməsi və oraya hava dolması qığılcım yarada və yanğın törədə bilər.
Bəzi avtobuslar benzinlə işləyir. On ikinci səbəbə əsasən, benzin keyfiyyətsiz olarsa və yanacaq çəninin "sirkulyasiya", yəni çənə yığılmış qazın xaric edilməsini həyata keçirən hissəsi sıradan çıxarsa, bu zaman çən partlayır və yanğın baş verir.
On üçüncü səbəb isə tibbi müayinədən keçməyən sürücünün avtobusun iş prinsipini bilərəkdən, yaxud bilməyərəkdən pozması ilə əlaqədardır. Qanunvericiliyə görə, hər bir sürücü reysə çıxmazdan əvvəl gündəlik tibbi müayinədən keçməli, sağlamlığı, yəni avtobusu idarə etməyə yararlı olduğu onun tibbi sağlamlıq kartında qeyd edilməlidir. Amma araşdırmalara görə, gündəlik müayinədən keçmələri belə bəzi sürücülərə köməklik göstərə bilmir. Söhbət ondan gedir ki, bəzi sürücülər tıxaca düşür, yaxud sərnişinlərlə, bəzən də dispetçerlərlə mübahisə edirlər. Bu zaman çox əsəbiləşirlər. Yaxud bütün günü səhərdən axşamadək avtobus sürdüklərindən normal qidalana, istirahət edə və yata bilmədikləri üçün yorğun olurlar. Həm əsəbi, həm də yorğun sürücülər avtobusların qapılarını açıb-bağlamaq üçün istifadə olunan və digər funksiyaları yerinə yetirən "knopka"ları möhkəm basırlar. Bu zaman elektrik dövriyyəsində yüklənmə artdığından qısaqapanma və yanğın baş verir.
Yorğunluq, əsəbilik və yuxusuzluq avtoqəzalara şərait yaradır
Araşdırmalarımız zamanı müəyyənləşdirmişik ki, paytaxtın nəqliyyat sektorunda sərnişindaşıma xidmətinin yerinə yetirildiyi marşrutları özəlləşdirmiş sahibkarlar avtobusların sürücüləri ilə yalnız onları işə götürmək üçün müqavilə bağlayır və sürücülərə əməkhaqqları təyin etmir. Onlar marşrutlarda olduqları müddətdə əldə etdikləri puldan gündəlik planı ödəyirlər. Planı ödədikdən sonra sürücülərin gündəlik qazancı 10-15 manatdan çox olmur. Ona görə də sürücülər adətən səhər saat 6:00 radələrindən gecə 24:00, bəzən də 24:30 radələrinədək marşrutlarda olduqlarından 5-6 saat yuxu yatırlar. Üstəlik, nahar və şam vaxtları ayrılmadığından onlar bəzən ac qalır, yaxud avtobuslarda yüngülvari yemək yeyirlər. Qrafiklər üzrə müəyyənləşdirilmiş avtobuslararası intervalların azlığı üzündən sürücülər istirahət etməkdən də məhrumdurlar. Üstəlik, əmək müqavilələrinin olmaması ücbatından məzuniyyət götürə bilmirlər. Gündəlik qazanclarından və iş yerlərindən məhrum olmamaq üçün əmək və istirahət hüquqlarının pozulması ilə bağlı marşrutları özəlləşdirlmiş sahibkarlara etiraz və müvafiq dövlət qurumlarına şikayət edə bilməyən sürücülər yorğunluq, yuxusuzluq və aclıq üzündən stressli və əsəbi olurlar. Ona görə də günəmuzd əməyə görə əldə edəcəyi qazancın ümidinə qalan sürücülər nəinki özlərinin, hətta sərnişinlərin də təhlükəsizliyi və sağlamlığı barədə düşünmür, bəzən yol-nəqliyat qəzaları törədirlər. Xatırladaq ki, Əmək Məcəlləsinin müvafiq maddələrinə istinadən, hər kəs həftə ərzində 40 saat işləyə bilər. Bundan sonra mütləq ən azı 42 saat istirahət etməlidir. Hər iş günündən sonra isə növbəti iş gününə qədər ona 12 saat istirahət verilməlidir. Eyni zamanda, vətəndaş ildə 1 dəfə 21 gündən az olmayaraq ödənişli məzuniyyət götürə bilər. Ancaq əmək müqaviləsi olmadığından, sürücülər və digər işçilər qanunvericiliyin onlara verdiyi istirahət hüquqlarından məhrum edilir.
Sürücünün istirahət və iş rejimi
ciddi nəzarətdə
saxlanmalıdır
Xatırladaq ki, inkişaf etmiş ölkələrdə qəbul olunmuş normalara əsasən, sürücü həftə ərzində avtonəqliyyat vasitəsini 56 saatdan artıq idarə edə bilməz. Sürücü 4-5 saatdan bir idarə etdiyi avtobusdan düşüb dincəlməlidir. Bu prosesi nəzarətdə saxlamaq üçün avtobuslara "qara qutu" adlanan cihaz quraşdırılır və onun vasitəsilə sürücünün iş və istirahət rejiminə necə əməl etdiyinə nəzarət olunur. Sürücünün iş və istirahət rejimi ilə bağlı bütün məlumatlar "qara qutu"da yazılı qeydə alınır və həmin yazılar mütəxəssislər tərəfindən oxunur. Əgər sərnişin avtobusu ilə bağlı hər hansı bir qəza baş veribsə, ilkin mərhələdə "qara qutu" vasitəsilə sürücünün istirahət və iş rejiminə əməl edib-etmədiyi yoxlanır. Amma təəssüf ki, Azərbaycandakı avtobuslarda belə cihazların quraşdırılması prosesinə hələ başlanmayıb. Bu da avtobus yanğınlarının baş verməsinə öz təsirini göstərə bilər. Bir sözlə, araşdırmalarımızın yekunu əsasında müəyyənləşdirmişik ki, yanğınların qarşısının alınması üçün avtobuslara və sürücülərə nəzarət gücləndirilməlidir. Əks halda avtobus yanğınlarının və onların qurbanlarının sayı daha da artacaq.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ