Nəqliyyat Nazirliyi Bakı şəhərinin parklanma strategiyasını hazırlayıb. Sənəddə bu sahədə olan problemlərin həlli yolları əks olunub. "APA-Economics”in məlumatına görə, bu haqda "II Xəzər Beynəlxalq Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları” konfransında Nəqliyyat Nazirliyi Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin sektor müdiri Heydər Turabov qeyd edib.
Onun sözlərinə görə, strategiya Bakıda 71 parkinq ərazisinin tikintisini nəzərdə tutur.