şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dini tolerantlıq Rəbb əmridir (Kafirlər surəsi və onun təfsiri)
Tarix: 09.06.2014 / 11:59
Bölmə: Sosial
Ümumi məlumat
6 ayədən ibarət olan bu surə Məkkədə nazil olub. Adını birinci ayədəki "Kafirlər" sözündən alıb. Surə kafirlərdən fərqli olaraq, müsəlmanların tək Allaha - təvhidə inanclarını xarakterizə edir. Bununla yanaşı o, həm də kafirlərə İslamın zorla qəbul etdirilməsinin yolverilməzliyini bildirir və onların öz inanclarında azad, sərbəst olduğunu təsdiqləyir. Beləliklə, İslamda din, əqidə, söz və vicdan azadlıqlarının toxnulmazlığı bu surədə də öz əksini tapıb. Bu surəyə İbadət və İxləs surəsi də deyilir. İbn-Mace (vəfat edib Hicri 273-cü ildə) yazıb: "Həzrət Aişənin dediyinə görə, Peyğəmbər(ə) hər səhər və axşam bu surə ilə "Qul Huvəlləhu Əhad" surəsini birlikdə zikr etdiyi üçün hər iki surə "İxləseyn" (iki ixləs) adını daşıyır".
Suyuti (vəfat edib Hicri 911-ci ildə) İbn-Abbasa istinadən yazıb: "Peyğəmbər(ə) buyurub ki, yatmazdan öncə Kəfirun surəsini oxuyun".
Qurtubu (vəfat edib Hicri 671-ci ildə) isə Həzrət Məhəmmədin: "Kəfirun surəsi Quranın dörddə birinə bərabərdir" buyurduğunu vurğulayıb. O hesab edib ki, Quran ibadətlər, müamilələr, axirət hökmləri və ibrətamiz əhvalatlardan ibarətdir. Və bu surə ibadətin ruhu olan Təvhid və İxləsi bəyan etdiyi üçün Quranın dörddə birinə bərabərdir.
Anlamı
"1. De ki: "Ey kafirlər! 2. Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! 3. Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz! 4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! 5. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! 6. Sizin öz dininiz var, mənim də öz dinim!"
Nazil olma səbəbi
Surənin nazil olmasını Suyuti belə təfsir edib: "Qureyş tayfasının ağsaqqalları Peyğəmbər(ə)yə deyirlər ki, bir il sən bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək".
Buna rəğmən Allah Rəsulu buyurub: "Başqasını Allaha şərik qoşmaqdan Allah qorusun".
Bundan sonra həmin surə nazil olub. Qureyş müşriklərinə verilən bu ilahi cavabdan sonra Həzrət Peyğəmbər Məscidi-Harama gedib həmin surəni camaata oxuyub". Göründüyü kimi, surə saziş təklif edən Məkkə müşriklərinə Allahın rədd cavabıdır. Surə təkcə Qüreyş kafirlərinə deyil, qiyamətə qədər bütün kafirlərə tətbiq edilir. Həmişəyaşar olan bu surə müxtəlif inanclara sahib olan bütün insanlar üçün zaman və məkandan, forma və təqdimatdan asılı olmayaraq, bir əqidə məsələsidir. İnsanın söz, vicdan və din azadlıqlarının təminatçısı olan Kəfirun surəsi, həm də dini tolerantlığın (dözümlülüyün) bariz ilahi nümunəsidir.
Təfsiri
1. "De ki, "Ey kafirlər!" Razi (vəfat edib Hicri 606-cı ildə) bu surənin 40-a qədər təfsirini verib. Həmin təfsirlərdən ən mühümləri bunlardır: a) "De ki" xitabı Peyğəmbər(ə)-nin müraciəti yox, bilavasitə Allah əmridir. Həzrət Məhəmməd kafirlərə açıq-aşkar "ey Kafirlər" deyə müraciət etməklə çox gözəl bilirdi ki, onlar Allah Rəsuluna qarşı istənilən təxribatı törədə bilərlər və törədirdilər də. Bu söz Allah kəlamı olduğu üçün, Peyğəmbər(ə) əmin idi ki, həmin xitaba görə onu Allah qoruyacaq. b) "Ey kafirlər!" nida cümləsi, baxılan anda kafir olan ümumi bir quruma və ya qrupa aid deyil. Bu ifadə heç vaxt imana gəlməyəcək kafirlərə aiddir. Həmin müraciət onlara qarşı bir həqarət kimi yox, əqidə məsələsində həqiqəti ayırd etmək üçün deyilib. Zira ərəb dilində kafir, inkar edən və inanmayan insanlara deyilir. Yəni bu söz möminin kafiri lağa qoyması yox, onun kafirlərə "Ey Allaha, Onun Kitabına və Rəsuluna iman gətirməyənlər?!" deyə müraciət formasıdır. v) Ayədə "ey müşriklər" yox, "ey kafirlər" deyilib. Müşrik, Allah-Təalanı məbud bildiyi halda, bütləri də iləh bilib Ona şərik qoşandır. Quran və hədislərdə "müşrik" sözü kafir mənasında işlədilir. Çünki şirk, küfrün ən böyük növlərindən biridir. Həmin səbəbdən, Rəbb buyurub: "Allah-Təala müşrikləri əfv etməyəcəkdir" (Nisa, 48)
"Kafir" sözü həm də müşrik sözünü ehtiva etdiyi üçün, ayə, ümumi halda Həzrət Məhəmmədi Allahın peyğəmbəri, Quranın Rəbbin ona göndərdiyi Kitabı olmasını qəbul etməyən hər kəsə şamil edilir. Məsələn, "Üçlük" inancına sahib xristianlar, Üzeyir(ə)ni Allahın övladı hesab edən yəhudilər, məcusilər, ümumiyyətlə Həzrət Məhəmməd və Quranı qəbul etməyən istənilən şəxslər. q) "Ey kafirlər" müraciəti, hər hansı qrupa "ey müxaliflər, ey düşmənlər" demək kimidir. Yəni, ayədə həmin şəxslərə insan olduğu üçün yox, Allahı, Peyğəmbər(ə)-ni, Quranı inkar etdikləri üçün xitab edilib. Başqa sözlə, ayə onların zatını yox, kafir sifətlərini hədəfə alır. Əgər onlar kafirliyi buraxıb, tövbə etdikdən sonra Məhəmməd(ə) və Quranı qəbul edərlərsə, bu zaman həmin müraciət forması onlara şamil edilməz. İmam Rəbbani (vəfat edib Hicri 1034-cü il) demişkən: "Onların özü (zatı) yox, etiqad və qəlbləri pisdir. Etiqadları düzələrsə, özləri də təmizlənər".
2. "Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm!" Yəni tanrı, iləh bilib, mənim də onlara ibadət etməyimi istədiyiniz o büt və başqa şeylərə qulluq və ibadət etmərəm. Və ya, əgər mən (Həzrət Məhəmməd) Peyğəmbər olmazdan qabaq o bütlərə ibadət etmədiyi halda Allahın bu lütfündən sonra sizin tapındıqlarınıza ibadət edərəmmi?
Əlbəttə, yox. Mən sizin iman barədə təklif etdiyiniz bütün sazişləri rədd edirəm. Mənim saziş və əhdim yalnız Allahladır.
3. "Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz!"
Siz də mənim ibadət etdiyim haq İləhə - Allaha təvhid və İxləslə ibadət etmirsiniz və etməyəcəksiniz. O, tək, Əhad, Saməd, aləmlərin rəbbi olan Allahdır. Hər şey Ondan və Onadır. Öldürən, dirildən, ruzi verən yalnız Odur. Siz isə daş, ağac və bütlərə tapınanlarsınız. Rəhman və Rahim olan Allaha ibadət başqa şeydir, sizin ibadət etdiyiniz bütlər isə tamam başqa.
4. "Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!" Bu ayə, müsəlmanların gələcəkdə də kafirlərin bütlərinə ibadət etməyəcəklərini ifadə edir. Yəni mən nə qədər yaşayıramsa, nə qədər nəfəsim gəlib-gedirsə, sizin bütlərə əsla ibadət etmərəm. Mənim bir qəlbim var və o da aləmlərin Rəbbi olan Allah üçündür. "Allah bir adamın köksündə iki ürək yaratmayıb (iki Allah ola bilməz)" (Əhzab, 4). Birdəfəlik bilin ki, mən öz mövqeyimi, əqidəmi dəyişən deyiləm. "Hər hansı tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz" (Rad, 11). Çünki Allah dərgahında qəbul edilən din yalnız İslamdır. Zira Rəbb buyurub: "Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün, öz Peyğəmbərinə doğru yolu göstərən rəhbərlə (Quranla) və haqq dinlə göndərən Odur!" (Səff, 9). Mən sizin ibadət etdiyiniz Lat, Uzza, Mənat və başqa bütlərə ibadət etmərəm. Çünki onların yalnız quru adları var. Və onlar heç bir şeyə qadir deyillər. Mən axirət və dünyanın sahibi Rəhman və Rəhim Allaha ibadət edirəm və edəcəyəm də.
5. "Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!"
Bu ayə üçüncü ayənin təkrarıdır. Bu, kafirlər: "Bir il sən bizim iləhimizə, bir il də biz sənin iləhinə ibadət edək" təklifinə rədd cavabı alandan sonra, Peyğəmbər(ə)-nin onlara təkrarən dediyi kəlamdır. Zira "Onlar Allahın ayələrini bilə-bilə inkar edən, eşitməyən, görməyən və qəlbləri küfrlə qatılaşan bir zümrədirlər". (Əhqaf, 26)
Peyğəmbər(ə) bilirdi ki, kafirlər onun çağırışına cavab verməyəcəklər. Halbuki "Allahın carçısını (Həzrət Məhəmmədi) qəbul etməyən yer üzündən qaçıb, canını Onun əzabından qurtara bilməz. Və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar haqq yoldan azıblar!" (Əhqaf, 32)
6. "Sizin öz dininiz var, mənim də öz dinim!"
Yəni sizin mənə təklif etdiyiniz saziş baş tutmadığı üçün, siz öz dinizdə qalın, mən də öz dinimdə. Bu kəlam, 1400 il bundan öncə, dini tolerantlığın (dözümlülüyün), söz, vicdan azadlığının vacibliyini, müxtəlif dinlərə etiqad edən insanların sülh, əminamanlıq şəraitində birgə yaşamasının ilahi düsturudur. Bu formula iudaizmin özündən sonra gələn xristianlığa, iudaizm və xristianlığın isə İslama qarşı fiziki-mənəvi təzyiqlərinin yolverilməzliyinin, onların birgə fəaliyyətinin, əməkdaşlığının qarantıdır. Bu düstur, müxtəlif ictimai-siyasi formasiyaya malik dövlətlərin, müxtəlif din və inanclara sahib xalq və millətlərin özünə məxsus keyfiyyətlərinin fiziki və mənəvi terrora məruz qalmadan sülh şəraitində birgə yaşamasının qarantıdır. Quran bunu 14 əsr öncə bəyan edib. Rəsmi Vatikanın sabiq dini və dünyəvi rəhbəri Papa isə Quranın bu kəlamını yalnız 2004-cü ildə etiraf etdi. İslama qarşı xristianlığın törətdiyi vəhşiliyə (Səlib yürüşləri və s.) görə o, həm öz adından, həm müasir xristianların adından, həm də əcdadlarının adından İslamdan üzr istədi. Bu etiraf bəlkə də, ömrünün ixtiyar çağını yaşayan və Rəbbinə tezliklə qovuşacağını hiss edən bir dini liderin Allah, Məhəmməd Mustafa(ə), Quran və 1400 il ərzində dünyaya gəlib-gedən bütün müsəlmanlar qarşısında verilən vicdan zəkatıdır. Bu ayə dini siyasətə qoşan aparıcı din xadimlərinə, İslama qarşı "Səlib yürüşləri"ni gizlicə davam etdirən, bir gün öncə İslamı terrorçu adlandırıb, səhəri ondan üzr istəyən dövlət başçılarına ilahi bir tövsiyədir. Bu ayə Rəbbin cihad kəlamından sui-istifadə edib, onu təyinatına görə işlətməyən müasir Ben Ladenlər, cihad adı ilə aldadılaraq Suriyada müsəlman qardaşının qanını axıdan bəzi həmvətənlərimiz üçün bir xəbərdarlıqdır.
Ayədəki "sizin öz dininiz var" ifadəsi, kafirlərin sorumluluğunu, onlardan tutulacaq haqq-hesabı, Cəhənnəm odunun onlara şamil ediləcəyini, (yalnız onlara yox) ifadə edir. "Mənim də öz dinim var" kəlamı isə İslam dininə etiqad edənlərə aiddir. Yəni onun xeyiri, əcri, savabı, sorğu-sualı müsəlmana aiddir. Sizin öz iləhiniz və öz ibadətiniz var. Mənim də Rahmən və Rahim olan Allahım və öz ibadətim var. Mən sizin iləhinizə, siz də mənim Allahıma ibadət edən deyilsiniz. Bu səbəbdən də, getdiyimiz yollar müxtəlifdir. Lakin bu yolların müxtəlifliyinə baxmayaraq, biz hamımız Allahın məbədləriyik. Bu məbədləri qorumaq üçün isə bir-birimizin canına, malına, söz və din azadlıqlarına təcavüz etməməliyik.
Kafirlərin iləh və ibadət baxımından Həzrət Məhəmmədlə saziş bağlamaq cəhdinə həsr olunan bu surə, insanın fitratdan verilən vicdan, söz və din azadlıqlarının toxunulmaz olduğunu və əməllərinə görə də, ondan sorğu-sual olunacağını ifadə edir. Həmin səbəbdən, Quran dinin zorla qəbul etdirilməsinə qarşı çıxır. Rəbb Allah Rəsulunun insanlar üzərində zorlayıcı rəhbər deyil, nəsihət verən bir peyğəmbər olduğunu bəyan edir. "Sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir" (Ali İmran, 20); "(Ya Peyğəmbər) Sən onları zorla imana gətirən deyilsən. (Qaf, 45); "Dində zor yoxdur" (Bəqara, 256); "Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən (Həzrət Məhəmməd) sizə zamin deyiləm" (Yunus, 108) və s. Quran ayələri buna şahidlik edir. "Din nəsihətdir" Quran və Peyğəmbər(ə) kəlamıdır. Nəsihət isə Allah üçündür və onunla Allah anladılmalıdır. Zira əgər Allah tərəfindən sevilmək istəyiriksə, Allahı və onun Rəsulunu insanlara sevdirməliyik. Din azadlığının toxunulmaz olduğunu bəyan edən Rəbb isə, teist-ateist, mömin-kafir münasibətlərində birgə yaşamanın mümkünlüyünü və vacibliyini vurğulayaraq buyurur: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiramı) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər" (Ənam, 108).
"Sizin öz dininiz var, mənim də öz dinim", "Siz öz dininizə etiqad edin" kəlamları, VII əsrdə çöl ərəbləri içərisində yaşayan Həzrət Məhəmmədə nazil olub. Qeyri-islam dövlətlərində bu ayənin tətbiqi isə ilk dəfə İngiltərədə olub. Bu dövlətin Ali Xartiyasında (Maqna Karta, 1215) yazılıb: "Biz Allahın iradə və istəyini yerinə yetirmək üçün qərara alırıq ki, hər bir insan anadan olarkən maddi və mənəvi dəyərlərə malikdir. Bu dəyərlərin qorunması üçün dövlət və cəmiyyət məsuldur. Əgər kral sülh və insan haqlarını (söz, din, vicdan azadlıqlarını) pozursa, onda xalqın üsyan etməyə haqqı var". Amerikanın Müstəqillik Deklarasiyasında (1776-ci il) təsbit olunub: "Biz o həqiqətə istinad edirik ki, bütün insanlar doğuluşdan öz hüquq və yaradılışı ilə bərabərdir. Bu təyinat Allahındır". 1787-ci il ABŞ Konstitusiyasının yaradıcılarından biri A.Hamilton insanın din, söz, vicdan azadlıqları barədə hüquqlarını Konstitusiyada təsbit etməyə lüzum belə görmədi. O, bunu Allahın bəndəsinə verdiyi bir nemət sayıb. İnsan və Vətəndaş hüquqları Bəyannaməsində (1789, Fransa) yazılıb: "Biz Allah qarşısında və Allahın köməyi ilə qəbul edirik ki, insanlar azad və bərabər doğulurlar. Onların cəmiyyətdəki fərqləri cəmiyyətə verdikləri xeyirlərlə ölçülür. Qanunlara zidd olmayan düşüncə, dini baxış heç vaxt təqib edilə bilməz. Sərbəst düşüncə və fikir azadlığı insan hüquqlarının ən ülvi və toxunulmaz hissəsidir. Bunun təminatçısı isə dövlətdir". BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (1948-ci il) deyilir: "Bütün insanlar öz ləyaqət və hüquqlarına görə azad və bərabər doğulublar. İnsanların milliyyəti, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər baxışları hamı üçün eyni və bərabərdir. Bu haqların müdafiəçisi dövlətdir".
BMT-nin Baş Assambleyasının, dini tolerantlıq barədə bəyannaməsində (1981) deyilir: "Din və düşüncə tərzi hər bir şəxs üçün həyatı başa düşmək elementlərindən biridir. Həmin səbəbdən, din və düşüncə azadlıqları ən ülvi dəyərlərdir. Onlar millətlərarası dostluq və əməkdaşlığa, sülh və sosial ədalətə rəvac verir".
ATƏT-in Paris Xartiyasında (1990) qeyd olunub: "İnsan haqq və azadlıqları bütün insanlara fitratdan verilir. Həmin dəyərlər qanunla qorunmalıdır. Bu, dövlətin ən birinci vəzifəsidir" və s. və i.
Bəli, dində zor yoxdur. Çünki din, bir əqidə və inanc məsələsi kimi zorla qəbul ediləcək və ya zorla qəbul etdiriləcək bir sistem deyil. Dində əsas olan inanc hissidir. İnanma isə tamamilə vicdan və qəlbə aid məsələdir. İnsan məcburiyyət qarşısında "mən öz dinimdən imtina edirəm" deyə də bilər. Lakin bu inancı onun qəlb və vicdanından heç kim çıxara bilməz. Göründüyü kimi, istər Quranda, istər dünyəvi sivil dövlətlərin konstitutsiyalarında, istərsə də insanın qəlbində dində zor işlətmək yoxdur. Bu hiss Rəbbin verdiyi nemət olduğu üçün, Onun tərəfindən də qorunur və ona təcavüz Rəbbə asilikdir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ