şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanın kartofçuluğu məhvə gedir

Image


Azərbaycanın torpaq-iqlim şəraiti bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etməyə imkan verir. Onlardan biri olan kartof taxıldan sonra ikinci mühüm ərzaq məhsulu sayılır və bitkiçilik məhsulları istehsalında önəmli yer tutur. Qeyd edək ki, ölkəmizin bütün bölgələrində il ərzində bir neçə dəfə kartof məhsulu yetişdirmək mümkündür. Lakin əsasən dağlıq və dağətəyi bölgələrdə, yəni Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Lerik, Masallı, Cəlilabad, Qusar və digər rayonlarda kartof geniş becərilir.
Hazırda bir sıra ölkələrdə kartofun hektardan məhsuldarlığı yüksək aqrotexniki şəraitdə və intensiv sortlardan istifadə etdikdə 500-600, hətta 1000 sentnerə çatır. Amma rəsmi məlumata görə, Azərbaycanda kartofun məhsuldarlığı 150 sen/ha təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin müəmmalı statistikası...

Azərbaycanda kartofun məhsuldarlığı, əkin sahələri və yığılmış məhsulla bağlı araşdırma aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin (KTN) "www.agro.gov.az" saytında yerləşdirilmiş statistik məlumatları təhlil edərkən bir sıra müəmmalı məqamlarla rastlaşdıq. Məsələn, sözügedən internet portalında yerləşdirilmiş "2012-ci ildə bitkiçilik məhsullarının istehsalı haqqında məlumat"da 2011-ci ildə kartof məhsulunun yığıldığı sahənin 65 min 187 hektar, yığılmış məhsulun 938 min 517 ton, hər hektara görə məhsuldarlığın 144 sentner, 2012-ci ildə isə kartof məhsulunun yığıldığı sahənin 66 min 4 hektar, yığılmış məhsulun 968 min 545 ton, hər hektara görə məhsuldarlığın 146,7 sentner olduğu göstərilib. Amma "1 noyabr 2013-cü il vəziyyətinə bitkiçilik məhsullarının yığımı haqqında məlumat"da 2012-ci ildə kartof məhsulunun yığıldığı sahə 66 min 1 hektar, yığılmış məhsul 968 min 333 ton, hər hektara görə məhsuldarlıq isə 146,7 sentner qeyd olunub. 2012-ci il üzrə verilmiş hər iki statistik məlumatları müqayisə etdikdə, yığılmış sahənin 2012-ci ildə 66 min 4 hektar, 2013-cü ildə isə bu göstəricinin 66 min 1 hektar, yəni 3 hektar az göstərilməsi, yığılmış məhsulun 2012-ci ildə 968 min 545 ton, 2013-cü ildə isə 968 min 333 ton, yəni 212 ton az qeyd olunması KTN tərəfindən statistikaların hazırlanmasında ciddi problemlərin yaşandığını göstərir. Onu da əlavə edək ki, 2013-cü ildə kartof məhsulunun yığıldığı sahənin 65 min 286 hektar, yığılmış məhsulun 992 min 228 ton, hər hektara görə məhsuldarlığın 152 sentner olduğu göstərilib. 2013-cü ildəki əkin sahəsinin 65 min 286 hektar, yəni 2012-ci ildəki 66 min 1 hektardan 715 hektar az olmasına baxmayaraq, yığılmış məhsulun 2012-ci ildəki 968 min 333 tondan 23 min 895 ton çox, yəni 992 min 228 ton olmasını isə KTN 2013-cü ildə hər hektara görə məhsuldarlığın 2012-ci ildəki 146,7 sentnerdən 5,3 sentner çox olmaqla 152 sentner təşkil etməsi ilə əlaqələndirib. Onu da vurğulayaq ki, 2014-cü il üzrə bitkiçilik məhsullarının yığımı haqqında məlumat bir neçə ay sonra hazırlanacağından, ötən il noyabrın 1-də təqdim edilmiş 2013-cü il üzrə statistik məlumatların bu il üzrə hazırlanacaq statistik göstəricilərə uyğun gəlib-gəlməyəcəyini payız-qış aylarında müəyyənləşdirəcəyik.

Kartof güvəsi kartofçuluğun ən böyük düşməninə çevrilib

Onu da qeyd edək ki, ölkəmizdə kartof məhsullarının yığımının və məhsuldarlığın artması ilə bağlı təqdim edilən statistikaya baxmayaraq, Azərbaycanda kartofçuluq ciddi təhlükə qarşısında qalıb. Söhbət ondan gedir ki, hazırda kartof bitkisinin zərərli orqanizmləri arasında potensial təhlükəli növ olan kartof güvəsi vegetasiya müddətində və saxlanma dövründə vurduğu ziyana görə ilk yerdə durur. Güvələr məhsuldarlığı xeyli aşağı salmaqla yanaşı, kartofun toxumluq və əmtəəlik keyfiyyətini də korlayır.
KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Bitki Mühafizəsi Mərkəzinin rəhbəri Camal Quliyev "Bakı-Xəbər"ə bildirib ki, kartof güvəsi ölkə ərazisində 2003-cü ildən etibarən yayılmağa başlayıb. Əsasən Tovuz, Şəmkir, Cəlilabad və Masallı rayonlarında yayılıb və kütləvi məhsul itkisi törədir. Eyni zamanda, ölkə ərazisində kartof güvəsinin kütləvi yayılması nəticəsində kartof məhsulunun ixracı zamanı idxalçı ölkələrlə yaranacaq fitosanitar problemlər ixrac əməliyyatlarının dayandırılmasına və son nəticədə iqtisadiyyatımıza ciddi ziyan vura bilər: "Güvələr yetkin tırtıl və pup halında torpağın üst səthində bitki qalıqları altında qışlayır. Anbar və digər saxlanma yerlərində il boyu çoxala bilir. Dişi kəpənəklər yumurtalarını açıq sahədə tək-tək və bəzən kiçik qrup halında yarpağın alt səthinə, gövdəyə,pomidorun meyvələrinə, torpaq kəsəklərinin altına, torpaqla örtülməmiş kartof yumrularına, digər örtülü yerlərə, anbarlarda isə əsasən kisələrin üzərinə, divar çatlarına və kartof yumrularının gözlərinə qoyurlar. Bu zərərvericinin Azərbaycanda il ərzində 5-6 nəsil verməsi ehtimal edilir. Güvələr yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır. Güvələr ən çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Kütləvi çoxaldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80 faiz məhsul itkisinə səbəb olur".

Cənub bölgəsində kartof əkini iki dəfə aparıldığından, güvələr çoxalır

Mərkəz rəhbəri bildirir ki, kartof əkini aran zonada 7-20 mart, dağətəyi zonada isə 20 mart - 10 aprel tarixlərində aparılır. Aran zonada may-iyul aylarında, dağətəyi zonada isə iyun-avqust aylarında güvələrin tarla şəraitində kartofun yaşıl kütləsi ilə qidalanması müşahidə edilir: "İyul ayının 20-dən etibarən avqust ayının 15-ə qədər aran zonada, 15 sentyabr-15 oktyabr tarixlərində isə dağətəyi zonada məhsul yığımı davam edir. Yığım zamanı bitki qalıqlarının biçilərək məhv edilməməsi və kartof yumrularının çıxarıldıqdan sonra sahədə xeyli müddət qalması səbəbindən kartof güvəsi yumruların gözcüklərinə kifayət qədər yumurta qoya bilir. Məhsul saxlanma yerlərinə daşındıqdan sonra mübarizə tədbirlərinin aparılması nəticəsində yumurtalardan çıxan tırtıllar küllü miqdarda məhsul itkisinə səbəb olur. Cəlilabad və Masallı rayonlarında isə kartof əkini il ərzində iki dəfə aparılır. Dekabr ayının I öngünlüyündə aparılan əkinin məhsul yığımı may ayının 15-dən başlayaraq iyunun 10-a qədər davam edir. Avqust ayının I öngünlüyündə ikinci əkin həyata keçirilir və noyabr ayının 15-dən etibarən məhsul yığımı başlayır. Kartof məhsuluna olan tələbatdan asılı olaraq bəzən yumruların torpaqdan çıxarılması fevral ayının 10-a qədər davam edir".
Onun dediyinə görə, cənub bölgəsində kartof əkininin iki müddətdə aparılması kartof güvəsinin asanlıqla artıb çoxalmasına şərait yaradır. Ən çox ziyanvermə qabiliyyəti sentyabr ayından başlayaraq yumruların saxlanma yerlərində baş verir: "Ona görə də qeyd edilənləri nəzərə alaraq, Azərbaycanda kartof güvəsinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə İCPM nömrə 9 beynəlxalq standartın tələbinə uyğun təcrid və ləğvedici tədbirlər planının hazırlanması və tətbiqi aktual əhəmiyyət kəsb edir. Bu baxımdan kartof güvəsinin monitorinqi zərərvericinin vaxtında aşkar edilməsi və ilkin yayılma ocaqlarının məhv edilməsi məqsədi daşıyır. Qeyd edim ki, kartof güvəsi gizli həyat tərzi keçirdiyi üçün vizual baxış zamanı onun aşkar edilməsi həmişə mümkün olmur. Bu zərərvericinin aşkar edilməsi üçün etibarlı və operativ üsul kəpənəklərin feromonlarla tutulmasından ibarətdir. Tutucular bitkilər əkilmiş sahələrdə və anbarlarda yerləşdirilir. Kartof güvəsi kəpənəklərinin intensiv tutulması iyul ayının sonundan avqust ayının əvvəlinə qədər olur. Zərərvericinin yaz nəslinin azsaylı olduğu yerlərdə müşahidə işləri iyulun axırı, avqust və sentyabrda aparılır".

Bazarlarda satılan məhsullarda güvələr çox olur

Mərkəz rəhbəri deyir ki, kartof yığımından sonra zərərvericinin aşkar edilməsi daha asan olur. Bu dövrdə kartof güvəsi yerin səthində qalmış kartof yumrularında, təsadüfi qalmış kartof kolunda və ya yaxınlıqdakı quşüzümü fəsiləsindən olan bitkilərdə (badımcan, tütün, pomidor və vəhşi quşüzümü) aşkar edilir. Hər şeydən əvvəl başqa ərazilərdən zərərvericinin gətirilməsi risqi böyük olan sahələrdə vizual yoxlamalar aparılır: "Belə ərazilərə şose və dəmir yolu ətrafında, eləcə də kartof güvəsinin yayıldığı ölkə və ona yaxın ərazilərdən gətirilən toxum materialı əkilmiş sahələr aiddir. Zərərverici aşkar edildikdə nümunə götürülməli, germetik bağlanmalı və identifikasiya üçün Respublika Bitkilərin Karantin Ekspertizası laboratoriyasına göndərilməlidir. Bazarlarda kartof yumruları, pomidor, badımcan və bibər meyvələri müayinə edilir. Zərərverici tırtılları ilə sirayətlənmiş meyvə və yumrular götürülür və sirayətlənmiş yumruların götürülməsi barədə müvafiq akt tərtib edilir. Ekspertiza nəticəsində aşkar edilmiş zərərvericinin kartof güvəsi olduğu təsdiq edildikdə meyvə və ya yumrular məhv edilir. Götürülmə aktında məhsul istehsal edilən sahənin sahibinin ünvanı göstərilməlidir. Bu məlumatlar həmin ərazidə sirayətlənmənin miqdarının müəyyənləşdirilməsi və yayılma ocağının təcrid və ləğv edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi üçün lazımdır. Eyni ərazidə yerləşən bir və ya bir neçə yaşayış məntəqəsində kartof güvəsi aşkar edildikdə və ətrafında 3 kilometr məsafədə zərərverici aşkar edilmədikdə həmin ərazi kartof güvəsinin yayılma ocağı hesab edilir".

Hər kəs aqrotexniki tələblərə əməl etməlidir

Aqrotexniki mübarizə üsulları barədə də danışan Mərkəz rəhbəri bildirir ki, aqrotexniki tədbirlər kompleksi elmi-tədqiqat institutlarının işləyib hazırladığı və respublika ərazisində tətbiq edilməsi tövsiyə olunan qabaqcıl texnologiyaları özündə əks etdirməlidir. Bunun üçün əkindən əvvəl toxum materialı seçilməli, torpağın tipindən asılı olaraq əkin maksimum dərinlikdə aparılmalı, növbəli əkin tətbiq edilməli, ən tezi 3 ildən sonra kartof əkilmiş sahədə yenidən kartof əkilməlidir. Yeni əkilmiş kartof sahəsi əvvəlkindən ən azı 1 kilometr məsafədə olmalı, dibdoldurma və suvarma qaydalarına düzgün riayət olunmalı, sistematik olaraq yığım vaxtı torpaqda qalan yumrulardan əmələ gələn kartof kolları və qışüzümü cinsinə aid olan alaq otları məhv edilməlidir: "Yığıma 5-7 gün qalmış mütləq yerüstü yaşıl kütlə biçilib məhv olunmalı, məhsul ən qısa vaxtda toplanmalı, yığılmış məhsul sahədə saxlanmamalıdır. Zərərverici ilə yoluxmuş sahədən yığılmiş məhsul digərlərindən təcrid edilməlidir. Yığımdan sonra sahə bitki qalıqlarından təmizlənməli, torpaq mala ilə diskləndikdən sonra ön kotancıqla kotanla 25-30 santimetr dərinlikdə şumlanmalıdır. Kartof yumrularının +100 C-dən aşağı, ən yaxşı +4 - 0 C temperaturda saxlanması güvənin tırtıllarının inkişafını tamamilə dayandırır. Kartof yumruları yığılmadan öncə saxlanma yerlərinin zərərsizləşdirilməsi, yəni fumiqasiya vacib tədbirlərdəndir. Xaricdən gətirilmiş bitkiçilik məhsullarında ilk ocaqları müəyyənləşdirmək üçün ilk növbədə saxlanma, əkin yerləri və onların ətrafında olan 3 kilometrlik zona diqqətlə yoxlanmalıdır".

Polislər də karantin tədbirlərinə cəlb edilə bilər

Camal Quliyev vurğulayır ki, kartof güvəsinin yeni ocaqları aşkar olunarkən DFNX-ə və ya yerli qurumlarına məlumat verilməlidir. KTN səlahiyyətli icra orqanı, DFNX-nin təqdimatı əsasında karantin ərazisi və karantin rejiminin tətbiq edilməsi barədə materialları Nazirlər Kabinetinə təqdim edir. Karantin tətbiq edilməsi haqqında qərar qəbul edildikdən sonra DFNX müvafiq hüquqi və fiziki şəxsləri karantin rejiminin tətbiqi barədə məlumatlandırır. Onun dediyinə görə, müstəsna hallarda qanunvericiliyə uyğun olaraq karantin tədbirlərinin keçirilməsi, karantin ocaqlarının məhv edilməsi üçün daxili işlər və digər orqanların gücündən istifadə edilə bilər: "Materialların xüsusi karantin rejimi tətbiq edilən ərazilərdən çıxarılması DFNX müfəttişlərinin verdiyi fitosanitar sertifikatla müşayiət edilməlidir. Kartof güvəsinin yayıldığı ərazilərə bitki məhsulları emal edən sənaye müəssisələri, ticarət, nəqliyyat və tədarük müəssisələri karantin rejimi tələblərinə ciddi əməl etməli, özlərinin və tabeliyində olan müəssisələrdə daşınma, saxlanma, emal, satış yerlərində karantin tədbirlərinə və məhdudiyyətlərə əməl etməlidirlər. Kartof güvəsi aşkar edilməyən ərazilərə güvənin aşkarlandığı ərazilərdən təzə meyvələrin, əkin materiallarının gətirilməsi və satılması qəti qadağandır. Kartof güvəsi ilə sirayətlənmiş ərazilərdən meyvə bitkiləri və əkin materiallarının gətirilməsi ciddi baxış keçirildikdən və zərərverici aşkar edilmədiyi hallarda icazə verilir.
Məsələn, kartof güvəsi ilə sirayətlənməmiş ancaq güvə ocaqları 5 kilometr məsafədən aralıda yerləşən təsərrüfat subyektlərinə, kartof güvəsi əleyhinə vaxtında və keyfiyyətli mübarizə tədbirləri aparmış təsərrüfat subyektlərinə diqqətli baxış zamanı zərərverici aşkar edilməyən, fumiqasiya olunmuş tara vaqon və ya avtorefrijeratorla daşımağa icazə verilə bilər. Bu təlimatda nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirildikdən sonra karantin tətbiqi Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq aradan qaldırılır".
Camal Quliyev onu da əlavə edir ki, Tovuz rayonunda əvvəl 10 min 170 hektar, daha sonra 4 min hektar sahədə, eləcə də Cəlilabadda 6 min hektar sahədə kimyəvi mübarizə üsulları həyata keçirilib: "Hazırda mübarizə tədbirləri davam etdirilir".

Təbriz VƏFALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ