şənbə günü, 03 oktyabr 2026
     

Demokratiya İnstitutu Azərbaycanda hər iki saatda bir uşağın ölüm faktını haradan götürüb?

Image


İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü idi. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilib. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Azərbaycanda uşaqların sayı təxminən 3 milyondur. Təxminən 1 milyon qaçqın və məcburi köçkündən 300 000-i uşaqdır.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu uşaqlarla bağlı maraqlı bir hesabat açıqlayıb.
Hesabatda qeyd olunur ki, bir milyon uşağın dörddə bir hissəsi (hər beş uşaqdan ikisi) anemiyadan əziyyət çəkir: "Uşaqların qidalandırılması ilə bağlı ciddi problemlər müşahidə olunur və bu, anemiya və qısaboyluluq (yaşa görə boy) hallarının geniş yayılması ilə sübut olunur. Bu faktorların hər ikisi uşaqların əqli inkişafına və xəstəliklərə olan fiziki davamlılığına təsir edir.
Uşaqların müdafiəsi ilə bağlı bir çox məsələlər özünü kəskin şəkildə büruzə verir. ADİHİ-ni narahat edən məsələlərdən biri də müəssisələrdə yaşayan uşaqların sayı ilə bağlıdır. Biz onlara münasibətdə "sosial kimsəsizlər" terminini istifadə edirik, çünki insanlar müəssisələri kimsəsizlər evi sayırlar, lakin orada yaşayan uşaqların əksəriyyətinin bir və ya hər iki valideyni var.
Əlli yaşadək qadınların üçdə bir hissəsindən çoxu erkən yaşda ailə quranlardır.
Narahatlıq doğuran sahələrdən biri "erkən nikahlardır", yəni 18 yaşına çatmamış, bəzi hallarda 13 və ya 14 yaşında olan qız uşağının ailə qurmasıdır. Bu həm uşağın özü (onun sağlamlığı, sosial həyatı), həm də onun dünyaya gətirəcəyi uşaqlar (bu yaş qrupunda uşağın düşməsi və doğulan uşağın ölməsi ehtimalı daha yüksəkdir) üçün çox təhlükəlidir.
Cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri də əlilliyi olan uşaqların üzləşdikləri problemlərdir. ADİHİ hesab edir ki, hökumət onların üzləşdiyi damğalanma hallarının (kifayət qədər geniş yayılıb) qarşısını almaq, onların məktəb təhsilinə cəlb olunmasını gücləndirmək və əlilliyə səbəb olacaq vəziyyətlərin erkən aşkarlanması və erkən profilaktikasını təkmilləşdirmək istiqamətində ciddi layihələr həyata keçirməlidir. Hər il Azərbaycanda 300 uşaq onkoloji xəstəliyə düçar olur. Onkoloji xəstə uşaqların 80 faizi sağalır, 20 faizini isə sağaltmaq mümkün olmur.
Uşaqlarda olan onkoloji xəstəliklərin əksəriyyəti embrional şişlərdir. Ancaq doğulduqdan bir müddət sonra özünü göstərir. Yəni böyüklərdə onkoloji xəstəliklərin əmələ gəlməsində ətraf mühit, irsi faktor, həyat tərzi, ekoloji problemlər, qidalanma, stress və digər amillər rol oynayırsa, uşaqlarda onkoloji xəstəliklərin əsası ana bətnində qoyulur. Uşaqlarda bu xəstəliklər böyüklərə nisbətən daha yaxşı müalicə olunur. Müalicə olunub sağalan uşaqların valideynləri adətən uşaqlarının diaqnozunu gizlədir və övladının xərçəng xəstəsi olduğunu və sağaldığını demir. Amma 20 faiz sağalmayan uşaqların valideynləri bu barədə hər yerdə danışır. Bunun nəticəsində hər kəs düşünür ki, xəstəliyin müalicəsi yoxdur və sonu ölümdür.
Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlarla yanaşı, ailədə yaşayanların hüquqlarının qorunması ilə bağlı da problemlər az deyil. Ölən uşaqların statistikası yoxdur, intihar edənlərin də dəqiq statistikası aparılmır. 2004-cü ildə 35 uşağın özünə qəsd etməsi məlumdur. Ancaq nə səbəbə, bəlli deyil. Azərbaycanda hər iki saatda 1 uşaq ölür".
Qeyd edək ki, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu tərəfindən hər iki saatda 1 uşağın ölməsi barədə məlumatın açıqlanması ölkə ictimaiyyətində böyük rezonansa səbəb olub.
Bu məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənmək və ümumiyyətlə, hesabatla bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün təşkilatın rəhbəri Əhməd Şahidova müraciət etdik.Ə.Şahidov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı açıqlanan hesabat Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun son illər ərzində Azərbaycanda açıqlanan rəsmi məlumatlar, habelə beynəlxalq təşkilatların təqdim etdiyi rəqəmlər əsasında hazırlanıb: "Hesabat müstəqil şəkildə hazırlanıb və faktlardan ibarətdir. Biz çalışmışıq ki, hesabatda hansısa qurumu və dövlət təşkilatını, habelə hansısa rəhbər şəxsi tənqid etməyək, sadəcə, mövcud durumu rəqəmlər vasitəsilə ifadə edək və eyni zamanda obyektivliyi qoruyub saxlayaq.
ADİHİ-nin hesabatının böyük rezonansa səbəb olması gözlənilən idi. Çünki 1 iyun günündə adətən uşaqların hüquqları ilə bağlı ancaq şou və əyləncə xarakterli materiallar dərc edilir. Bura konsert və tamaşalar, Dənizkənarı Parkda müxtəlif tədbirlər və sairə barədə materiallar aiddir. Lakin bu sahədəki problemlər yada düşmür". Onun sözlərinə görə, hesabatda açıqlanan rəqəmlər Dövlət Statistika Komitəsi, BMT, UNİCEF, "Save the Children" və digər nüfuzlu beynəlxalq təşkilatların açıqladığı faktlar əsasında, habelə müxtəlif vaxtlarda mətbuatda dərc edilən məlumatlara əsaslanaraq, ADİHİ mütəxəssislərinin apardığı müstəqil araşdırma nəticəsində əldə olunub: "Açıqladığımız məlumatların doğruluğuna əminik. Dəqiqləşdirilməmiş məlumatları heç bir zaman geniş ictimaiyyətə açıqlamarıq.
Təbii ki, hər iki saatda 1 uşağın ölməsi faktı bizi də narahat edir və bu, cəmiyyət üçün SOS siqnalıdır. Bura doğuş zamanı ölümlər, aclıq, xəstəlik və bədbəxt hadisələr zamanı qeydə alınan uşaq ölümləri və təbii ki, cinayət hadisələri də daxildir. Biz bu rəqəmləri rəsmi faktlara əsaslanaraq qeyd etmişik".
Həmsöhbətimiz onu da əlavə etdi ki, yayılan hesabatla bağlı heç bir xəbərdarlıq almayıb: "Buna ehtiyac da görmürük. Çünki ADİHİ qeyri-hökumət təşkilatıdır və Azərbaycan qanunvericiliyi, habelə beynəlxalq hüquq normaları əsasında müstəqil fəaliyyət göstərən bir qurumdur. Əksinə, açıqladığımız hesabatın bir sıra rəsmi qurumların işinə faydalı olacağı və bu sahədəki boşluqların aradan qaldırılmasında müsbət rol oynayacağı qənaətindəyik".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ