şənbə günü, 03 oktyabr 2026
     

Şagirdlərin 3 aylıq tətilini 2 aya endirmək birmənalı qarşılanmadı

Image


Məhərrəm Zülfüqarlı: "Müəllimin sosial problemi ola-ola 10 ay dərs deməyə gələcəksə..."

Bahar Qafarova: "Tədris müddətinin artırılmasının təhsilin keyfiyyətində xüsusi əhəmiyyəti olmayacaq"

Xəbər verildiyi kimi, yeni tədris ilindən etibarən orta təhsil müəssisələrində dərs müddəti uzadılacaq, tətillər isə qısaldılacaq. Bu barədə təhsil naziri Mikayıl Cabbarov mətbuata açıqlamasında deyib. Nazirin dediyinə görə, təhsil müddətinin uzadılması və tətillərin azaldılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, dərs müddətinin 9 aydan 10 aya artırılması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Ziyalılar, millət vəkilləri, təhsil sahəsində ekspertlər, psixoloqlar, müəllim və şagirdlər Təhsil Nazirliyinin bu qərarını düzgün hesab etmir. Onların fikrincə, təhsil müddəti həmişə 9 ay olub, sentyabrda başlayıb, may ayında isə yekunlaşıb. İsti aylarda da məktəblilər istirahət edib. İsti fəsildə uşaqların dərsə getməsini psixoloqlar sağlamlıq baxımından düzgün hesab etmir.
Psixoloq Bahar Qafarova "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, isti günlərdə uşaqlar təhsil ala bilməz: "Çünki məktəbli dayanmadan 9 ay məktəbə gedir-gəlir. Müəllimin keçdiyi dərsləri mənimsəyir. Bəzi uşaqlarda may ayından etibarən psixoloji yorğunluq dövrü müşahidə olunur. Həmin uşaqlar tədris ilinin son günləri keçilən dərsləri belə qavramaqda çətinlik çəkir. İndi o uşaqlar iyun ayında dərsə necə gələcək? Lap gəlsələr belə, onların fikri dərsdə deyil, əylənməkdə, istirahət etməkdə olacaq. Bu səbəbdən dərs müddətinin uzadılması düzgün fikir deyil".
B.Qafarovanın sözlərinə görə, tədris ilinin başlanğıcının bir neçə il bundan öncə sentyabr ayının 15-nə çəkilməsi təhsil sistemində kifayət qədər ciddi problemlər yaratdı: "O illər havanın isti olmasını bəhanə gətirərək dərs ilinin başlanğıcını sentyabrın ortasına çəkdilər. Lakin sonradan həyata keçirmək istədikləri eksperimentin uğursuz olduğunu başa düşdülər və gətirdikləri əsaslar əhəmiyyətsiz çıxdı. Tədris proqramının həddən artıq yüklənməsi isə şagirdlərin qavrama problemini daha da artırdı. Düşünürəm ki, tədris müddətinin artırılmasının təhsilin keyfiyyətində xüsusi əhəmiyyəti olmayacaq".
Təhsil eksperti Etibar Əliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Avropa ölkələrində təhsil müddəti 10 aydır: "Bu ölkələrdə şagirdlər iyun ayı da daxil olmaqla məktəbə gedir. Bizdə isə vəziyyət fərqlidir. Yəni tədris ili ərəfəsində şagirdlərə verilən tətil müddəti çox uzundur. Həmin tətil günlərini hesablasaq görərik ki, məktəblilər dərsdə heç 8 ay görünmür. Bu səbəbdən də düşünürəm ki, dərs müddəti artırılmalıdır".
Dərs müddətinin uzadılmasının təhsilin keyfiyyətinə necə təsir edəcəyinə gəlincə, E.Əliyev bildirdi ki, bunu zaman göstərər. Bu, yeni tədris ilinin sonunda məzunların ali məktəbə qəbul olunmaq üçün verdikləri imtahan zamanı göstərdikləri nəticə sayəsində bəlli olacaq: "Bu ilə kimi vəziyyət çox pis idi. Orta məktəbi bitirən məzunların əksəriyyəti çox aşağı balla ali məktəbə qəbul olunur. Yüksək bal toplayanlar çox az olur. Təhsil Nazirliyinin dərs müddətini uzatmaqda məqsədi təhsilin keyfiyyətini artırmaqdır. Ümid edək ki, yaxşı nəticə əldə olunacaq".
Millət vəkili Fazil Mustafa sosial şəbəkədə Təhsil Nazirliyinin yeni təklifinə etiraz edib. O qeyd edib ki, nazirliyin belə bir qərar verməsindən narahatdır: "Görəsən, Azərbaycanda rəsmi strukturlarda hansısa qərar qəbul etməzdən öncə ciddi düşünüb müzakirə edirlərmi? Təhsil Nazirliyi qərara alıb ki, 3 həftə dərs müddətini uzatsın, yəni iyun ayında dərslər davam etsin. Halbuki, neçə illərdir təklif edirik ki, dərslər sentyabrın 1-də başlasa, müddəti uzatmağa gərək qalmaz. İki həftə buradan qazanırsan, bir həftə də mənasız bayram günlərinin hərəsindən bir günü qatırsan dərs müddətinə, olur əlavə 3 həftə. Beləliklə, iyun ayının istisində şagirdi məktəbə göndərməyə də ehtiyac qalmır. Bir də müddəti deyil, tədrisin keyfiyyətini artırmaq lazımdır".
Təhsil eksperti Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında qeyd etdi ki, dərs müddətinin uzadılması düzgün qərar deyil: "Tədris ilinin müddətinin uzadılması deyil, keyfiyyətin artırılması vacibdir. Müddəti nə qədər uzadılsa belə, təhsilin keyfiyyəti stabil olaraq qalacaq. Dərsin vaxtını artırmaqdansa, müəllimlərin əməkhaqqını artırmaq lazımdır. Müəllimlər də yüksək əməkhaqqından stimul alıb, şagirdlərə keyfiyyətli bilik öyrədər. Yoxsa, müəllimin sosial problemi ola-ola 10 ay dərs deməyə gələcəksə, o dərsin keyfiyyəti olmayacaq".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ