şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Quranın gəlini
Tarix: 02.06.2014 / 11:50
Bölmə: Sosial
Rahmən - Allahın dünya və axirətdəki nemətlərinin qaynağı
Rahmən Quran tərtibinə görə, 55-ci surədir. Onun ayələrinin sayı kufə və şamlılara görə 78, hicazlılara görə 77, bəsrəlilərə görə isə 76-dır. Surə iki ad ilə məşhurdur: Rahmən və Arusul-Quran. Rahmən ismi "rəhmət" və "nemət" sahibi olan Allahın adlarından biridir. S.Nursiyə (1873-1960) görə, bu isim həm də "Razzaq" (yaratdıqlarının ruzilərini verən) anlamını ehtiva edir. Çünki Allahın rəhməti Onun Rahmən, neməti isə Razzaq sifətinə baxır.
Beydəvi (v.e.1286) hesab edib ki, surə dünya və axirət nemətlərinin hər ikisini ehtiva etdiyi üçün Rahmən adlanır. S.Nursi həm də qəbul edib ki, Rahmən ismi nizam və ədalətə də dəlalət edir. Ümumiyyətlə, Rahmən ismi Allahın dünya və axirətdəki nemətlərinin qaynağıdır. Bu barədə həz.İsa deyib: "Rahmən ismi dünya və axirətə, Rahim isə yalnız axirətə baxır". Surənin şükr tərəfini önə çəkən Peyğəmbər(ə) buyurub: "Rahmən surəsini oxuyan kəs Allahın verdiyi nemətlərə şükür etmiş olur".
Rahmən yalnız Onun adıdır
Qeyd edildiyi kimi, Rahmən ismi Mütləq və Müqəddəs Zatın "Allah" ismindən sonra ikinci adıdır. Təbəri (v.e 923) və başqaları Qurana istinadən hesab ediblər ki, Rahmən ismi Allahdan başqa heç kimə şamil edilə bilməz. Zira Quran buyurur: "(Ya Peyğəmbər!) De ki: "İstər Allah, istərsə də Rahmən deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Onundur" (İsra 110). "O, göylərin və Yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbrli ol! Heç Ona bənzərini görmüsənmi?" (Məryəm 65) ayəsini təfsir edən İbni Abbas (619-687) da deyib ki, "Allahdan başqa heç kimə Rahmən adı verilməz". Həmin səbəbdən İslam tövsiyə edir ki, Rahmən adına "Əbd" sözönünü əlavə etmək (Əbdrahmən - Allahın qulu) lazımdır.
Surənin əvvəlində Quranı öyrədənin Rahmən olduğu ifadə edilib. Sonra isə müqəddəs Kitab insanın həm maddi, həm də mənəvi tərəfi ilə bir nemət olduğunu göstərib. Rəbbimiz: "(Rahmən) Quranı öyrətdi" ayəsi ilə həm də din və elm münasibətlərinə toxunub. Toxunub ki, bəndəsini iman və elm vəhdətinə dəvət etsin. Həmin səbəbdən "elmsiz din topal, dinsiz elm kordur" deyiblər.
Arusul-Quran
Surənin ikinci adı Arusul-Qurandır (Quranın gəlini, gülü). həz.Əlidən gələn rəvayətə görə, Peyğəmbər(ə) buyurub: "Hər şeyin bir gəlini, gülü, bəzəyi var. Quranın da gəlini Rahmən surəsidir". Məlumdur ki, hər növ varlığı özünəməxsus tərzdə bəzəyən nəqşlər var. Məs., ərəblər ən qiymətli dəvələrə "dəvələrin gəlini" təbirini işlədirlər. Həmin səbəbdən, hadisədəki əqli gözəlliklər gözlə görünən gözəlliklərə bənzədilib. Buna rəğmən Rahmən surəsinin təsvir etdiyi dünya və axirət nemətlərindən alınan zövqlər evlənmə zamanı duyulan zövq və bəzəklərə bənzədilib. Elə surədə 31 dəfə təkrar olunan "Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz!?" - kəlamı da, gəlinə vurulan bəzəklərlə müqayisə edilib.
Əbu Hayyən (v.e.1343) yazıb: "həz.Peyğəmbər əshabının yanına gəlib, onlara Rahmən surəsini oxudu. Əshab bu ecazkar surəni dinlədikdən sonra heç bir söz demədi. Buna rəğmən Peyğəmbər(ə) buyurdu: "Mən bu surəni oxuduqdan sonra cinlər sizin kimi susmadılar. Çünki mən hər dəfə "Siz (ey insan və cinlər!) Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" ayəsini oxuduqda, cinlər: "Ey Rəbbimiz! Sənin nemətlərindən heç birini inkar etmirik və Sənə həmd olsun" dedilər". Bu hədisi açıqlayan Yazir (v.e. 1942) sələfləri kimi 31 dəfə təkrarlanan həmin ayənin hər təkrarında dinləyənlərin belə cavab verməsinin lazım olduğunu önə çəkib: "Ey Rəbbimiz! Sənin nemətlərindən heç birini inkar etmirik və Sənə həmd olsun deyirik".
Arusul-Quranın bir anlamı da, Cəlal və Camal sifətlərin sahibi olan Allahın yaratdığı dünya və axirət nemətlərinin ən gözəl şəkildə sərgilənməsilə bağlıdır. Həmin səbəbdən, Rahmən surəsi Quranın gözəlliklərini göstərən qüdsi bir vitrin, sərgi hökmündədir. Məs., Surənin birinci ayəsində Allahın Rahmən ismi həm bütün çanlılara ruzi verən Razzaq adı ilə cəlalı, həm də mərhəmətə möhtac olanlara mərhəmət edən Rəhmən mənası ilə camalı göstərir. Surənin son ayəsindəki "(Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)!" əzəmət sözü cəlala, kərəm isə camala işarədir. Atəşdən yaradılan cinlər cəlalı, torpaqdan yaradılışı ilə insanlar camalı təmsil edir. Günəşin doğuşu cəmalı, batışı isə cəlalı göstərir. Zira aydınlıq sevindirir, qaranlıq qorxudur. Göylər Onun cəlalını, üstündəkilərini şəfqətli ana kimi qucaqlayan Yer kürəsi isə camalını göstərir; Cənnət Onun camal, Cəhənnəm isə cəlal sifətləridir və s. və i.
Surənin nazil olma səbəbi
Müfəssirlər bu surənin naziledilmə səbəbinin iki yozumunu veriblər. Bunlardan biri "Rahmən" isminə qarşı edilən etirazlardır. Əbu Həyyan yazıb: "Rahmənə səcdə edin" ayəsi endiyi zaman müşriklər cahilcəsinə "Rahmən nədir?" - dedilər. Bundan sonra "Rahmən (Çox mərhəmətli olan Allah), (Rahmən) Quranı öyrətdi" (Rahmən 1,2) ayələri nazil oldu. Bu durumu Quran belə açıqlayır: "Onlara Rahmənə səcdə edin deyildiyi zaman, onlar: "Rahmən nədir?" Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?" - deyə cavab verərlər" (Furqan 60). Surənin nazil olmasının ikinci səbəbi budur: Müşriklər iddia edirdilər ki, Quranın Məhəmməd(ə)-yə bir xaçpərəst və ya Səlmani Fars öyrədib. Quran bu iddiaları darmadağın edib, buyurur: "Biz müşriklərin: "Məhəmmədə (Quranı) bir insan öyrədib dediklərini bilirik. Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Quranın dili isə açıq-aşkar ərəb dilidir" (Nəhl 103). Başqa sözlə, ey müşriklər! Məgər indiyə qədər sizə ruzi verən, bəşər sözü olmayan Quranı nazil edən, hər şeyi yaradıb onların ehtiyaclarını ödəyən bir Zatı - Rahməni tanımamaq nankorluq deyilmi?
Rahmən surəsi və Quranın təməl əsasları
İslam alimlərinə görə, Quranın əsas vəzifəsi-insanlara öyrətmək istədiyi təməl əsaslar - bunlardır: Təvhid, Nubuvvət, Axirət, ibadət və ədalət. Mübaliğəsiz demək olar ki, Rahmən surəsi bu əsasların hamısını ehtiva edir. Təbir caizsə, Rahmən surəsi bütün Quranı təmsil edən bir rəmz, simvol və bayraqdır. Ordu müqəddəslik, bakirəlik simvolu olan bayrağın ardınca necə gedirsə, Quranın digər surələri də Rahmən surəsinin ardınca elə gedirlər. Bu surənin Quranı təmsil etməsinin bir hikməti də onun mülk və qüdrət sahibi (Mülk və Muktədir) olan Rahmənin Cəlal və Camal sifətlərini göstərməsidir.
Təvhid
Rahmən surəsinin əvvəli Allahın "Rahmən" ismilə zikr edilib. Sonrakı ayələrdə isə Quranın öyrədilməsi, göylərin və yerin yaradılması, Günəş və Ayın müəyyən nizamlı hərəkəti, bitki və ağacların əyilib Ona səcdə etməsi, kainatda mütləq bir ədalətin olması, insan və cinlərin yaradılması, təkcə dünyadakıların deyil, Cənnət və Cəhənnəm sakinlərinin də yalnız Ona - Allaha məxsus olması, bir sözlə, təvhidin təntənəsindən danışılır.
Nubuvvət
Surənin ikinci ayəsində Quranın öyrədilməsilə həz.Məhəmmədin peyğəmbərliyi önə çəkilir. Dördüncü ayədə isə insana bu kitabın öyrədilməsindən, İlahi vəhylərin bəyanından, açıqlanmasından danışılır.
Surənin 1-4 aylərinin məali belədir: 1) Rahmən; 2) Quranı öyrətdi; 3) İnsanı yaratdı; 4) Ona danışmağı öyrətdi. Bu ilahi kəlamların ardıcıllığına baxarkən elə zənn etmək olar ki, birinci ayədən sonra üç və dördüncü ayələr, sonra da ikinci ayə gəlməlidir. Çünki məntiqə görə, Rahmən ilk öncə insanı yaratmalı, sonra ona danışmağı öyrətməli və sonra da Quranı öyrətməlidir. Bəzi mütərcimlər, o cümlədən Quranı Azərbaycan dilinə çevirənlər ikinci ayənin məalını hətta belə təqdim ediblər: (Öz peyğəmbərinə) Quranı öyrətdi". Halbuki Quranın öyrədilməsindən qabaq insan yaradılıb. Yəni əvvəl insan yaradılıb, sonra ona Quran öyrədilib. Deməli, Quranın Rahmən surəsinin 1-4 ayələrinin ardıcıllığına görə, Quran ilk dəfə insandan əvvəl yaradılan məxluqa öyrədilib. Bəs bu məxluq kimdir? Müəllifə görə, bu məxluq çox ehtimal ki, Quranı Peyğəmbər(ə)-yə öyrədən vəhy mələyi Cəbrail(ə)-dir.
Axirət
Surənin 26 və 27-ci ayələrində bütün canlıların öləcəyi, qiyamətin qopacağı və yeganə ölməz, əbədi varlığın yalnız Allah olduğu vurğulanıb. Surənin 31-48-ci ayələri isə bilavasitə axirət həyatına həsr olunub.
Ədalət
Surənin 7,8 və 9-cu ayələrində "Ədalət" termini bir haqq meyarı, doğruluq ölçüsü kimi 4 dəfə təkrar olunub. Peyğəmbər(ə) demişkən, "Göylər və Yer bəlli ədalət ölçüsü ilə qurulubdur".
İbadət
Surədə maddi-mənəvi, dünyəvi-uxrəvi (axirət) bütün nemətlər bir-bir sadalanmış və hər bir nemətdən sonra da, "Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?!" kəlamı təkrar olunub. Nemətə şükr yox, nankorluq edənlərə isə Quran buyurur: "Ey günahkarlar, bu gün möminlərdən ayrılın!" (Yasin 59).
Surədəki ikili sistem
Surə günahkarların üzlərindən tanınacağını və iki yerdən yaxalanacaqlarını bəyan edir. "Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar" (Rahmən 41). Surədə həm də Cəhənnəmin iki növ əzabından - atəş və qaynar sudan bəhs edilir. "Onlar Cəhənnəm odu ilə qaynar su arasında dolanıb duracaqlar" (Rahmən 44). Surə, mömin bəndələrə verilən mükafatdan - iki növ Cənnətdən (Ədl və Nəhim) bəhs etməklə yanaşı, həm də Cənnəti qazandıran iki qorxu növünü yada salır (Rahmən 46).
Birincisi, Allahın əzabından qorxmaq, yəni qiyamət günü Allahın hüzurunda duracağını və böyük məhkəmədə cəzaya məruz qalacağını düşünərək qorxmaq. İkincisi, Allahın məqamından qorxmaq, yəni yoxdan var edən, sonsuz elm və qüdrət sahibi olan Allahın insana hər an nəzarət etməsindən qorxmaq.
Məlumdur ki, Quranın hər bir surəsinin insanın həm dünyası, həm də Axirəti üçün savabları var. Məs., Yasin surəsi can verən adamın yanında oxunarsa, o, susuzluqdan əziyyət çəkməz.
Rahmən surəsi bəla və müsibətlərə düçar olan bəndəyə təskinlik, səbr əta edər. Surənin dirilərə verdiyi mənəvi qida şübhəsiz ki, onun insana şükranlıq hissini aşılamasıdır. Şükr və səbr isə, əslində imanın ayrılmaz iki qanadıdır. Elə nicat tapanlar da, dar gündə şükür və səbr edənlərdir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ