şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycan turizmində bələdçi probleminə baxış fərqli oldu

Image


Elman Əliyev: "Bir çox hallarda xüsusi peşəkarlar yox, ayrı-ayrı otellərin işçiləri məcburən bələdçilik edirlər"

Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Bunun arxasında isə son illər respublikamızda aparılan iqtisadi islahatlar, turizm sahəsində güclü infrastrukturun yaradılması yönündə görülən işlər dayanır. Məhz bu fəaliyyətin nəticəsidir ki, ildən-ilə ölkəyə gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunur.
Lakin inkişafda olan hər bir sahədə olduğu kimi, turizmdə də problemlər mövcuddur. Ölkəyə gələn turistlərin sayı artdıqca onlarla işləyəcək yüksək ixtisaslı kadrların - peşəkar bələdçi-tərcüməçi və bələdçi-təlimatçılara tələbatın artdığını nəzərə alsaq, bu baxımdan turizm sahəsində problemlərin mövcud olduğunu xüsusilə qeyd etmək lazımdır. Məhz sözügedən kadrların peşəkarlığı, dünyagörüşü, mükəmməl biliyi, insanlarla ünsiyyət qurmaq bacarığı nəticə etibarilə turizm məhsulunun keyfiyyətinə təsir edir.
Turizmin inkişaf etdiyi ölkələrdə bu fakta xüsusi önəm verilir. Bələdçilərin fəaliyyəti bir neçə qurum tərəfindən tənzimlənir və müvafiq idarənin icazəsi olmadan hər hansı turizm müəssisəsi bələdçi xidmətindən istifadə edə bilmir. Üstəlik, bələdçiliklə məşğul olmaq istəyən şəxsin mütləq lisenziyası olmalıdır. Ukraynada və Rusiyada turist bələdçilərinin lisenziyasız fəaliyyətinə görə cərimələr nəzərdə tutulur. İtaliyada isə belə sənədi olmayan bələdçinin xidmətindən istifadə edən turistin hətta özünü də cərimə edirlər.
Bir çox ölkələrdə bu işə turizm təhsili verən müəssisələr və həmin ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri assosiasiyaları məsuldur. Maraqlıdır, bəs Azərbaycanda vəziyyət necədir? Öncə qeyd edək ki, ölkəmizdə bələdçi-tərcüməçilərin sayı barmaqla sayılacaq qədər azdır. Azərbaycan Turizm Şirkətləri Assosiasiyasına müraciət etdik. Assosiasiyanın idarə heyətinin sədri Nahid Bağırov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu gün Azərbaycanın turizm sahəsində bələdçi problemi yaşanmır: "Bu problemi illər öncə mövcud olub. Daha sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həll olundu".
N.Bağırovun sözlərinə görə, bu gün ölkəyə gələn turistlərin sayı o qədər də çox deyil ki, bələdçi problemi yaşansın: "Otel və ya mehmanxanalar Nazirlikdən xəbərsiz turistlər üçün tur təşkil edirsə, onda onların etdiyi bu əməl qeyri-etik sayılır. Otel işçiləri peşəkar bələdçi kimi turistə düzgün məlumat verə bilməz. Bu tip faktlar aşkar olunarsa, dərhal nazirlik tərəfindən müvafiq tədbir görülür. Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan heç bir otelin turistlər üçün tur təşkil etməyə ixtiyarı yoxdur. Nazirlik tərəfindən lisenziya alan otellər turistlər üçün tur təşkil edə bilər. Otel işçisinin ixtiyarı yoxdur ki, turisti şəhərdə gəzdirsin, ona nəsə haqqında məlumat versin".
"Sevgün" turizm şirkətinin rəhbəri Bahadur Bilalov qəzetimizə açıqlamasında qeyd etdi ki, 2 il bundan öncə bu problem mövcud idi: "Amma bu gün adıçəkilən problem həll olunub. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assossiyasının birgə əməkdaşlığı sayəsində bu problem aradan qaldırılıb. 2006-cı ildə Turizm İnstitutu fəaliyyətə başlayanda qarşıya qoyulan məqsədlərdən biri də bələdçi sahəsində olan boşluğu aradan qaldırmaq idi. Azərbaycan Turizm İnstitutunda tərcümə fakültəsində təhsil alan tələbələrdən gələcəyin bələdçiləri hazırlanır. Bu peşəyə özünü həsr etmək istəyən insanlar üçün xüsusi kurslar fəaliyyət göstərir. İstənilən şəxs həmin kurslarda iştirak edə bilər".
Turizm sahəsi üzrə ekspert Elman Əliyevinsözlərinə görə, insanların bələdçiliyə marağının artırılması üçün stimullaşdırıcı addımlar atılmalıdır: "Gələn qonaqlara ölkənin tanıdılmasında mühüm amillərdən biri bələdçinin keyfiyyətli xidmət göstərməsidir. Bələdçi məlumatları turistlərə kifayət qədər yaxşı çatdırmasa, onun fəaliyyəti artıq qonaqların ölkəmiz haqda müsbət düşüncələrinin yaranmasına səbəb olmayacaq. Bizdə bir çox hallarda xüsusi peşəkarlar yox, ayrı-ayrı otellərin işçiləri məcburən bələdçilik edir. Ümumiyyətlə, turizm sahəsində konkret olaraq işçilər ixtisaslaşdırılmalıdır. Konkret işçilər olmalıdır ki, bu sahəni inkişaf etdirsinlər. Otel işçiləri yox, xüsusi peşəkar bələdçilər turistlərlə maraqlanmalıdırlar. Bu kimi məsələlər artıq ortaya qoyulmalı və məsələnin həlli üçün addımlar atılmalıdır. Ölkədə turizm inkişaf etdikcə bu məsələlər artıq geniş vüsət aldığından, həlli yolları axtarılır. İnşallah, gələcək dönəmdə nəticələr də görəcəyik. Məsələn, əvvəllər Turizm İnstitutu yox idi. Onda vəziyyət daha acınacaqlı idi. Son illərdə Turizm İnstitutu yaradılıb və zamanla bu məsələlər öz həllini tapacaq. Hazırda, qismən də olsa, turizm sahəsində problemlər həll olunmağa başlayıb. Amma hələ də xidmət keyfiyyətli səviyyədə deyil".
Ekspert Azərbaycanda xarici ölkələrdəki kimi turizm xidmətlərinin təlimini həyata keçirən kurs mərkəzlərinin yaradılmasını da təklif edir: "Ümumiyyətlə, xarici ölkələrdə bütün istiqamətlərə uyğun kurs mərkəzləri var. Eləcə də turizm işçilərinin yetişdirilməsi üçün. Təəssüflər olsun ki, bizdə elə kurs mərkəzləri yoxdur. Yaxşı olar ki, bu təcrübə Azərbaycanda da tətbiq olunsun. Sırf otelçiliklə bağlı, bələdçilik və s. xidmətlər bu cür kurslarda təlim edilə bilər. Bizdə bir çox hallarda yeni-yeni otelləri peşəkar şəkildə idarə etmək üçün, xidmətləri həyata keçirmək üçün insanlar xarici ölkələrə üz tutur, orda təcrübə keçib bura qayıdırlar. Xaricdə təşkil olunan kurslar Azərbaycanda da təşkil olunsa, artıq bizdə də tələblərə cavab verən bələdçilər yetişə bilər. Yaxın gələcəkdə dövlət tərəfindən atılan addımlar sayəsində bu sahədə ciddi irəliləyişlər müşahidə olunacaq. İnkar eləmək olmaz ki, bizdə də tələblərə cavab verən peşəkar bələdçilər var. Amma onlar çox az saydadır. Bu sahədə kadr çatışmazlığı həm də onunla bağlıdır ki, həm turizm şirkətləri, həm də otellər bələdçilərə o qədər az məvacib verir ki, insanlar bu işdən uzaq düşür. Yəni əmək haqqının az olması ölkədə peşəkar bələdçilərin sayca az olmasının səbəblərindən ən mühümüdür. Düzdür, son dövrlərdə əmək haqlarının qaldırılması üçün dövlət tərəfindən müəyyən addımlar atılır. Ona görə də, gələcəkdə bu problemin də öz həllini tapacağı gözlənir.
Beləliklə, ilk növbədə xüsusi kurs mərkəzlərinin yaradılması, ikinci məsələ olaraq isə əmək haqlarının qaldırılması təklif edilir. Bələdçinin peşəkar fəaliyyəti lazımi şəkildə qiymətləndirilməlidir. İnsanları bu işə stimullaşdırmaq lazımdır. Mədəniyyət Və Turizm Nazirliyinin nəzdində yaradılmış Turizm assosiasiyasının rəhbərliyi ilə ölkədə bu kursların yaradılması nəzərdə tutulub. Kadr çatışmazlığının aradan qaldırılması üçün addımlar atılır və yaxın gələcəkdə nəticə əldə olunacağı gözlənir".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ