şənbə günü, 03 oktyabr 2026
     

İyirmi il Azərbaycan xalçaçılıq sənətinin keşiyində...

Image


Hanam haçaq kəsilib,
Üzü saçaq kəsilib.
Üstə çinar toxunub,
Əyri budaq kəsilib.
Bəlkə də ömrümdə min dəfə eşitmişəm bu bayatını. Nənələrimizin boyuna sığal çəkib pərvazlandırdığı bu duyğu yarpağı neçə-neçə xalı-gəbənin, kilim-cecimin baş bəzəyinə çevrilib. Azərbaycan qadınının arzu və diləyindən, ürəyinin hıçqırığından, göz yaşından naxış düşüb xalçaların hər ilməsinə, hər çeşnisinə. Anaların qurduğu xanalar, o xanaları sığallayan əriş-arğac, həvə qızlarımızın cehizinə çevrilən, ər evində üzünü ağ edən xalçalara, gəbələrə nəfəs verib. Bu gün o gəbələr, xalılar Azərbaycan xalqının şöhrətinə çevrilib. Ölkəmiz dünyada xalça mərkəzlərindən biri kimi tanınıb və hazırda da tanınır. Azərbaycanda milli xalçalarımızı dünyada təbliğ edən, tanıdan, o cümlədən də bütün xalça məktəblərini yaşadan, ölməyə qoymayan bir xalça mərkəzi var - "Azər-İlmə" Şirkəti. "Azər-İlmə" son 20 ildə xalçaçılıq sənətinin təəssübkeşliklə keşiyində durur və xalçalarımızın dünyaya çıxmasında mühüm rol oynayır. "Azər-İlmə" əfsanəvi bir məkandır. Burada min il əvvəllə bu günümüz çox uğurla, istiliklə, doğmalıqla görüşür. Azərbaycan xalçası bu şirkətdə özünün ən məhsuldar, bəhrəli çağlarını yaşayır.

Ömrün iyirmi baharı...
"Azər-İlmə" Şirkəti xalçaçılıq sahəsinə çox böyük töhfələr verib. İyirmi yaşı olmasına baxmayaraq, bu istiqamətdə yaddaqalan işlər görüb. Mayın 23-də "Azər-İlmə" Şirkətinin 20 illik yubileyi və "Azərbaycan xalçaları" jurnalının 10-cu sayının təqdimatı münasibətilə şirkətin binasında geniş mərasim keçirildi. Respublikanın tanınmış ictimai xadimlərinin, ziyalıların, alimlərin, xarici ölkə səfirliklərinin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan xalçalarına məhəbbət, heyrət ifadə olundu. Mərasimi aparan Milli Məclisin üzvü, professor Nizami Cəfərov bildirdi ki, xalçalarımız yüzilliklər boyu Azərbaycan mədəniyyətini, həyat tərzini, adət və ənənələrini layiqincə təmsil edib, bu gün də etməkdədir.
"Azər-İlmə" Şirkətinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, professor Vidadi Muradov "Azər-İlmə" Şirkətinin 20 illik yubileyi və "Azərbaycan xalçaları" jurnalının 10-cu sayının təqdimatı mərasiminə toplaşanların nəzərinə çatdırdi ki, bu sahənin inkişafına dövlət xüsusi qayğı-diqqət göstərir və bu da onların işinə stimul verir":Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin həm paytaxtda, həm də bölgələrdə ayrı-ayrı xalq sənət sahələrinin inkişafına yönəltdiyi diqqət və qayğı öz bəhrəsini verməkdədir. Azərbaycan mədəniyyətinin, o cümlədən də xalçaçılığının inkişafı və onun nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rolu misilsizdir".

"İlmələrin əfsanəsi" və əbədi məftunluq...
"Azər-İlmə"nin son uğurlarını "Bakı-Xəbər"lə bölüşən Vidadi Muradov bildirdi ki, Azərbaycan xalçalarının şan-şöhrəti günü-gündən genişlənir və xalçalarımız yenidən dünya bazarına çıxmağa başlayıb. O bildirdi ki, müstəqillik dövründə ilk dəfədir ki, Azərbaycan xalçalarının Moskvada satış sərgisi təşkil olunub. Onun sözlərinə görə, bu ilin aprel ayında Moskvadakı "Kuznetski most"da "Azər-İlmə" Şirkətinin "Azərbaycan xalçaları-ilmələrin əfsanəsi" qalereya-butikinin açılışı olub: "Xalçalarımızla bağlı uğurlarımız davamlıdır. Azərbaycan xalçaları qədim zamanlardan məşhur olub. Xalçalarımız həmişə insanları heyrətləndirib. Biz Moskvada "Azərbaycan xalçaları-ilmələrin əfsanəsi" qalereya-butik açmışıq. Bu, Rusiyada Azərbaycan əl xalçalarının satıldığı ilk rəsmi mağazadır. Seyrçilər və alıcılar qalereyada azərbaycanlı xalça ustalarının qədim və müasir işlərinin kolleksiyalarını görür. Bilirsiz ki, Azərbaycan xalqının mədəniyyət tarixində xalça xüsusi rol oynayır. Azərbaycanın nadir xalçaları dünyanın aparıcı muzeylərində saxlanır. Keçmiş Sovet İttifaqında ilk xalça muzeyi məhz Bakıda yaradılıb. "Azər-İlmə" şirkətində xüsusi texnologiya əsasında qeyri-adi gözəlliyə malik olan xalçalar hazırlanır. "Azərbaycan xalçaları. İlmələrin əfsanəsi" qalereya-butiki böyük uğur qazanacaq və Azərbaycan xalçalarını Rusiya paytaxtında layiqincə təmsil edəcək".
Vidadi Muradovun sözlərinə görə, şirkət Azərbaycan xalçalarını bütün dünyada yaymaqla bəşər sivilizasiyası xəzinəsinə çox qiymətli mədəni və maddi töhfələr vermiş ənənəvi Azərbaycan xalça sənətinin inkişafına şərait yaradır": Moskvada "Azər-İlmə" Şirkətinin qalereya-butikinin açılması Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Burada Azərbaycanın 9 xalçaçılıq məktəbinin - Bakı, Quba, Şirvan, Qarabağ, İrəvan, Gəncə, Qazax, Naxçıvan və Təbriz məktəblərinin "Azər-İlmə" Şirkətində toxunmuş ipək və yun xalçaları təmsil olunub. Biz belə bir qalereya-butiki Londonda da açmaq niyyətindəyik. İstəyirik ki, müasir dövrdə toxunan xalçalarımızı da təbliğ edək. Bilirsiz ki, bu, mədəniyyət məsələsi olmaqla yanaşı, həm də biznesdir".

Uğurların qanadında...
V.Muradov onu da bildirdi ki, şirkətdə müxtəlif xalça məktəblərinə aid xalçalar toxunur, eyni zamanda da xalçalar bərpa olunur. O bizə bildirdi ki, şirkətdə qorunan ən qədim xalça 17-ci əsrə aiddir.
O dedi ki, Azərbaycan xalçası əsrlər boyu dünya miqyasında ulu keçmişimizi, təkrarsız mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edib. Zaman-zaman zəifləyən, ayrı-ayrı dövrlərin tələblərinə müvafiq olaraq, demək olar ki, tam tənəzzülə uğramış xalçaçılıq işi Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən etibarən yenidən dirçəlməyə başlayıb. Bu dövrdə respublikada iş adamlarının uğurlu fəaliyyətini təmin etmək məqsədilə özəl sektorun inkişafına dair proqramlar qəbul edilib, çoxsaylı mühüm fərmanlar imzalanıb. V.Muradovun sözlərinə görə, "Azər-İlmə"nin araşdırmaları xalçaçılıq sənətinin öyrənilməsi, tədqiqi istiqamətində elmdə yaranmış bu boşluğu aradan qaldırıb: "Aparılan tədqiqatların, kompleks axtarışların nəticəsi kimi 2008-ci ildə rus, ingilis dillərində "Azərbaycan xalçaları", 2010-cu ildə rus, ingilis dillərində "Azərbaycan xalçaları. Qarabağ qrupu", 2011-ci ildə rus, ingilis, alman, fransız, ərəb dillərində "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları, Qarabağ qrupu", "Azərbaycan xalçaları. Təbriz qrupu", "Azərbaycan xalçaları. Şirvan qrupu", 2012-ci ildə "Azərbaycan xalçaları. Naxçıvan qrupu", "Azərbaycan xalçaları. Quba qrupu", "Azərbaycan xalçaları. Bakı qrupu", "Azərbaycan xalçaları. Gəncə qrupu", "Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu", 2013-cü ildə "Azərbaycan xalçaçılıq sənəti", alman, italyan, türk, ingilis, rus, ivrit, fransız dillərində "Azərbaycan xalçaları. Təbriz qrupu" kitabları işıq üzü görüb, dünya muzeylərinə və kitabxanalarına göndərilib. "Azər-İlmə"nin ekspedisiya qruplarının respublikamızın müxtəlif xalçaçılıq bölgələri üzrə axtarışları da diqqətəlayiqdir. Məsələn, Azərbaycan, rus və ingilis dillərində ayrı-ayrılıqda Nyu-Yorkda, İstanbulda və Moskvada işıq üzü görmüş "Naxçıvan xalçaları" kataloq-kitabı da bu tarixi türk yurdunun qədim xalçaçılıq ənənələrindən, bu el sənətini yaşadan, yaradan və gələcək nəsillərə ərməğan edən toxucular, dünya muzeylərində və kolleksiyalarda mühafizə olunan, indiyədək Azərbaycan ictimaiyyəti üçün naməlum olan Naxçıvan xalça və xalça məmulatları haqqında məlumat verilib. Bu çox uğurlu bir ənənənin başlanğıcı olub".

Hər ilməsi, hər naxışı doğmadır
Vidadi müəllimin sözlərinə görə, "Azər-İlmə" Azərbaycan xalçalarının unudulmaqda olan çeşnilərini bərpa etmək, milli xalçalarımızın bədii ənənələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan xalçasının beynəlxalq miqyasda ticarətini təşkil etməklə layiqli şəkildə təbliğinə nail olmaq məqsədi daşıyır: "20 il ərzində bu məqsədə doğru addım-addım, ilmə-ilmə yaxınlaşan "Azər-İlmə" tarixən qədim toxuculuq mərkəzləri Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanalar yaradıb, əsrlər boyu formalaşan milli ənənələri ən yüksək səviyyədə yaşadaraq böyük nüfuz qazanıb".
Şirkətin rəhbəri bildirdi ki, hazırda "Azər-İlmə"nin peşəkar xalçaçı-rəssamlardan, ustad toxuculardan, bərpaçı və boyaqçılardan, həmçinin hazırlıqlı müəllimlərdən, respublikamızın müxtəlif bölgələrində fəaliyyətini şirkətlə əməkdaşlıq zəminində quran toxuculardan ibarət 700 nəfərlik kollektivi məhsuldar yaradıcılıq axtarışını davam etdirməkdədir.
Qeyd edək ki, mərasimdə "Azərbaycan xalçaları" jurnalının Azərbaycan Mətbuat Şurasına üzv qəbul edildiyi də açıqlandı.
"Azər-İlmə" Şirkətinin əməkdaşlarını təbrik edirik.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ