Cümə günü, 06 noyabr 2026
     

“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı haqqında...

Image


Müasir Azərbaycan kitabsevərlərinə, oxucularına Adıgözəl Məmmədovun yaradıcılığı yaxşı tanışdır. Bu istedadlı publisist, tarixçi, yorulmaz tədqiqatçı öz aktiv yaradıcılıq fəaliyyətini uzun illərdir ki, uğurla davam etdirir və oxucuları biri digərindən gözəl əsərləri ilə sevindirir.

O, öz əsərlərində ölkəmizin tarixinin müəyyən dövrlərinə nəzər yetirir, o zamanın hadisələrini yeni bucaq altında təhlil edir, arxiv fondlarından tapdığı yeni fakt və məlumatlarla zənginləşdirməklə bizim məlumatlılıq səviyyəmizi artırır, fakt, hadisə və ya şəxsiyyətin miqyasını, ictimai əhəmiyyətini özünəməxsus tərzdə qiymətləndirir. Bu yaxınlarda Adıgözəl Məmmədov öz oxucularını yeni bir tarixi-publisistik və bioqrafik əsərlə sevindirmişdir. Bu, müəllifin artıq türk dilində (buna qədər kitab Azərbaycan, və ingilis dillərində nəşr edilmişdir) nəşr edilmiş “Böyük Azərbaycan naminə Əziz Əliyev” adlı kitabıdır.

Məlumdur ki, Azərbaycan xalqının tarixində elə şəxsiyyətlər var ki, onların adı və xidmətləri nəsillərdən-nəsillərə ötürülərək millətimizin ictimai yaddaşında əbədi yaşayırlar. Bu şəxsiyyətlərdən biri də şübhəsiz ki, həm dövlət xadimi, həm diplomat, həm alim, həm səhiyyə işinin təşkilatçısı, həm pedaqoq və həm də həkim kimi xalqımızın xatirəsində əbədi yaşayan Əziz Məmmədkərim oğlu Əliyev olmuşdur. Buna görə də Adıgözəl Məmmədovun bu şəxsiyyətin həyat və fəaliyyətinə həsr edilmiş kitab yazması çox təqdirəlayiq bir addimdir. Bu əsəri oxuyarkən biz anlayırıq ki, Əziz Əliyevin həyatı, çətinliklərlə dolu olsa da, bu ömür vətənə və xalqa xidmətə həsr olunmuş parlaq bir nümunədir və onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində, elmi və təhsil sahəsində dərin izlər buraxmışdır, onun şəxsiyyəti isə xalqın yaddaşında əbədi olaraq yaşayır.

Müəllif bu görkəmli şəxsiyyətin həyat və fəaliyyətini bir neçə vacib aspektdən təhlil edir. Bunlardan ictimai əhəmiyyət baxımından əlbəttə ki, ən başlıcası Əziz Əliyevin bir dövlət, partiya xadimi, diplomat kimi fəaliyyətidir. Kitabı oxuyarkən məlum olur ki, Əziz Əliyev Azərbaycanın və Sovet İttifaqının tarixinin ən mürəkkəb dövrlərində mühüm vəzifələr icra etmiş bacarıqlı dövlət xadimi olmuşdur. Onun dövlət idarəçiliyindəki karyerası 1920-ci illərdən başlayaraq sürətlə inkişaf etmişdir.

Əziz Əliyev 1923-cü ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin iş icraçısı kimi fəaliyyətə başlamış, sonradan ümumi şöbə müdirinin müavini, katib köməkçisi və nəhayət, Xalq Komissarları Sovetinin katibi vəzifələrinə yüksəlmişdir. Bu vəzifələrdə o, dövlət idarəçiliyinin əsaslarını öyrənmiş və idarəetmədə sistemli yanaşma nümayiş etdirmişdir.

Müəllifin əməyi nəticəsində aydın olur ki, Əziz Əliyevin dövlət xadimi kimi ən diqqətçəkən fəaliyyəti Böyük Vətən Müharibəsi dövründə, 1941-1942-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi kimi çalışdığı dövr olmuşdur. Müəllif öz əsərində Əziz Əliyevin həm də bir partiya xadimi kimi fəaliyyətini də təhlil edir və göstərir ki, Əziz Əliyev partiya fəaliyyətində də mühüm vəzifələr icra etmişdir. 1941-1942-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi o, respublikanın müharibə şəraitində idarə olunmasında əsas fiqurlardan biri olmuşdu. Bu dövrdə o, həm siyasi, həm də iqtisadi qərarların icrasında liderlik göstərmiş, partiya siyasətinin yerli şəraitə uyğunlaşdırılmasında mühüm rol oynamışdı.

Kitabı oxuyarkıən məlum olur ki, Əziz Əliyevin ictimai fəaliyyətinin digər bir istiqaməti onun xalq təmsilçisi-deputat kimi parlament fəaliyyəti olmuşdur. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai-siyasi fəaliyyətdə fəal iştirak edirdi. Bu vəzifələrdə o, respublikanın maraqlarını İttifaq səviyyəsində müdafiə etmiş, Azərbaycanın sosial-iqtisadi inkişafı üçün təkliflər irəli sürmüşdü. Onun partiya fəaliyyəti, xüsusilə kadrların hazırlanması və gənc liderlərin yetişdirilməsi sahəsindəki səyləri, Azərbaycanın dövlət idarəçilik sisteminin peşəkarlaşmasına töhfə vermişdi.

Adıgözəl Məmmədov öz əsərində Əziz Əliyevin diplomatik fəaliyyətinə də xüsusi diqqət yetirmişdir. Həmin fəaliyyət xüsusilə Böyük Vətən müharibəsi dövründə onun Cənubi Azərbaycana göndərilməsi ilə diqqət çəkir. Müharibənin əvvəllərində alay polkovniki rütbəsində siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilən Əziz Əliyev, burada SSRİ-nin strateji maraqlarını təmsil edirdi. Onun bu missiyası mürəkkəb geosiyasi şəraitdə özünün diplomatik bacarıqlarını nümayiş etdirməsinə imkan vermişdi. Əziz Əliyev Cənubi Azərbaycanda yerli əhali ilə əlaqələrin qurulması, siyasi sabitliyin təmin edilməsi və müharibənin strateji məqsədlərinə dəstək verilməsi kimi vəzifələri uğurla icra etmişdir. Müəllif Əziz Əliyevin bu fəliyyətini “Böyük Azərbaycan” layihəsi konteksində təhlil edərək göstərir ki, keçən əsrin 40-cı illərinin ortalarında SSRİ rəhbərliyinin Cənubi Azərbaycanın Şimala birləşdirilməsinə yönələn siyasəti xalqımızın maraq və arzuları ilə üst-üstə düşürdü və Azərbyacan SSR-in partiya-dövlət xadimləri bu planın həyata keçirilməsi uğrunda əllərindən gələnləri edirdilər. Adıgözəl Məmmədov Əziz Əliyevin Cənubi Azərbaycandakı fəaliyyətinə məhz bu konteksdən yanaşaraq öz kitabında həmin məsələni dərindən təhlil etmişdir. O, qeyd edir ki, Əziz Əliyevin diplomatik fəaliyyəti təkcə Cənubi Azərbaycanla məhdudlaşmırdı.

Əziz Əliyevin partiya-dövlət xadimi kimi ideoloji fəaliyyətinin diqqət çəkən digər bir aspekt onun Azərbaycan xalqı ilə digər xalqlar arasında əlaqələr qurmağı çox yaxşı bacarrdı. Həmin dövrdə Azərbaycan və Dağıstan xalqları arasında mədəni və siyasi əlaqələrin möhkəmlənməsi işində Əziz Əliyevin böyük əməyi danılmazdır. Onun Dağıstandakı fəaliyyəti bu regionda Azərbaycanın nüfuzunu artırmış, eyni zamanda çoxmillətli əhalinin birliyini təmin etmişdi.

Müharibənin ağır şəraitində o, Dağıstanda əhalinin müdafiəyə səfərbər edilməsində mühüm rol oynamışdır. O, xüsusilə, Qafqaz müsəlmanlarına şübhə ilə yanaşan SSRİ rəhbərliyinin Dağıstan əhalisini Orta Asiyaya deportasiya etmək planına qarşı prinsipial mövqe tutmuş, yerli əhalinin öz yurdlarında saxlanılması və müharibədə iştirakına şərait yaratmışdır. Bu, onun uzaqgörənliyini və humanistliyini, ədalətli idarəçilik prinsiplərini göstərir. Onun bu addımları almanların Bakıya irəliləməsinə qarşı müdafiə strategiyasının effektivliyini artırmış, həmçinin, Dağıstan xalqlarının ona olan inam və hörmətini möhkəmləndirmişdi.

Adıgözəl Məmmədov göstərir ki, Əziz Əliyevin dövlət xadimi kimi fəaliyyətinin növbəti dövrü müharibədən sonrakı zamanı əhatə edir. Müəllif əsərində Əziz Əliyevin 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyəti zamanı iqtisadi və sosial islahatlara verdiyi töhfələri əks etdirir. O, kadrlarla işləməkdə və xalqla birbaşa ünsiyyətdə xüsusi bacarıq nümayiş etdirmiş, dövlət siyasətini xalqın ehtiyaclarına uyğunlaşdırmağa çalışırdı. Onun ölkənin regionlarının inkişafına diqqəti və kənd təsərrüfatı ilə sənaye sahələrindəki təşəbbüsləri Azərbaycanın iqtisadi potensialını gücləndirmişdi.

Müəllif Əziz Əliyevin dövlət və partiya xadimi, eləcə də diplomat kimi fəaliyyətini təhlil edərək göstərir ki, onun dövlət idarəçiliyindəki prinsipiallığı, partiya fəaliyyətindəki təşkilatçılığı və diplomatik missiyalardakı cəsarəti onu dövrünün görkəmli liderlərindən birinə çevirmişdi. Əziz Əliyevin irsi bu gün də Azərbaycanın dövlətçilik və idarəçilik ənənələrində öz əksini tapır, onun fəaliyyəti isə gələcək nəsillər üçün örnək olaraq qalır.

Adıgözəl Məmmədov Əziz Əliyevin səhiyyə işinin bacarıqlı təşkilatçısı, tibb alimi kimi fəaliyyətini də detallı təhlil edir. O, qeyd edir ki, Əziz Əliyev tibb elmləri doktoru, professor və əməkdar həkim kimi Azərbaycan tibb elminin, səhiyyəsinin inkişafında müstəsna xidmətlər göstərmişdi. O, 1929-cu ildə namizədlik, 1934-cü ildə isə elmlər doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülən ilk elmi işə imza atmışdı. Onun elmi fəaliyyəti travmatologiya, ortopediya və səhiyyə təşkilatçılığı sahələrini əhatə edirdi. Xüsusilə, Böyük Vətən Müharibəsi əlillərinin bərpa müalicəsi və kənd təsərrüfatı işçiləri arasında travmatizmin profilaktikası üzrə tədqiqatları müasir tibb üçün də dəyərlidir. Bu tədqiqatlar müharibədən sonrakı dövrdə yüzlərlə insanın həyat keyfiyyətini yaxşılaşdırmış, tibbi praktikada yeni metodların tətbiqinə yol açmışdır.

Əziz Əliyevin ölkəmizdə ali tibb təhsilinin inkişafı sahəsində də xidmətləri böyükdür. O, Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) inkişafında mühüm rol oynamış, milli tibb kadrlarının hazırlanmasına böyük töhfələr vermişdi. Onun pedaqoji fəlsəfəsi tələbələrdə vətənpərvərlik və peşəkarlıq hisslərini aşılamağa yönəlmişdi. Əziz Əliyev ali tibb təhsilinin vəzifəsinin yalnız bilik ötürməkdən ibarət olmadığını, həm də gənclərdə mənəvi dəyərlər formalaşdırmaq olduğunu xüsusi olaraq vurğulayırdı.

Əziz Əliyevin tibbi idarəçilik fəaliyyəti ölkəmizdə səhiyyə sisteminin inkişafında yeni yanaşmaların formalaşmasında böyük rol oynamışdı. O, səhiyyə müəssisələrinin idarə edilməsində səmərəliliyi artırmaq üçün o zamana görə müasir metodlar tətbiq etmiş, bu da Azərbaycanın səhiyyə infrastrukturunun güclənməsinə səbəb olmuşdu.

Əziz Əliyevin tibb sahəsində elmi-pedaqoji fəaliyyətinin mühüm istiqaməti ölkədə tibb işçilərinin peşə səviyyəsinin yüksəldilməsi, fasiləsiz təhsil və ixtisas istiqamətinin dəyişdirilməsi sisteminin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyəti olmuşdur. Əziz Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru kimi təşkilatçılıq və pedaqoji fəaliyyəti də onun əmək fəaliyyətinin əhəmiyyətli mərhələsi olmuşdur. O, 1956-cı ildən ömrünün sonuna qədər Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində çalışaraq bu müəssisənin fəaliyyətini xeyli yüksəltməyə nail olmuşdur. Alim və pedaqoq təkcə tələbələrə tibb elmini öyrətməklə kifayətlənməmiş, həm də milli kadrların yetişdirilməsi üçün sistemli bir təhsil mühiti formalaşdırmışdı.

Əziz Əliyevin tibb elmi və səhiyyə sahəsində fəaliyyətinin mühüm komponenti bu sahənin tədqiqatçılarının fəaliyyətinə elmi rəhbərlik olmuşdu. Onun elmi rəhbərliyi altında bir çox gənc alimlər tədqiqatçılıq fəaliyyətinin əsaslarını mənimsəyərək yüksək nailiyyətlər əldə etmiş, dissertasiyalar müdafiə etmişdirlər. Onun rəhbərliyi altında Azərbaycan Dövlət Tibb İnstitutunda 11 nəfər doktorluq və çox sayda gənc alim isə namizədlik dissertasiyası müdafiə edilmişdir.

Bu dəyərli əsəri oxuyan hər bir şəxs belə bir qənaətə gəlir ki, Əziz Əliyev Azərbaycanın XX əsr tarixində silinməz iz qoymuş nadir şəxsiyyətlərdən biri olmuşdur. Onun dövlət xadimi kimi prinsipiallığı, alim kimi yenilikçiliyi və pedaqoq kimi fədakarlığı, Azərbaycanın səhiyyə, elm və təhsil sisteminin inkişafında mühüm rol oynamışdır. Çətinliklərə sinə gərərək vətənə xidmət etməyi bacaran Əziz Əliyevin əməlləri, əziz xatirəsi, bu gün də gənc nəslə ilham verir. Onun həyatı və fəaliyyəti Azərbaycan xalqının mənəvi dəyərlərinin və intellektual potensialının parlaq təcəssümüdür.

Adıgözəl Məmmədovun bu dəyərli əsərini oxuyan hər bir kəsdə Əziz Əliyevin gərgin zəhməti, çoxşaxəli fəaliyyəti və vətənə sədaqəti barədə tam təsəvvür yaranır. Bu dəyərli əsəri oxuyan hər bir vətənpərvər və dəyərşünas şəxsdə Əziz Əliyevə dərin rəğbətin, hətta deyərdim ki, vətəndaş sevgisinin yaranacağı şübhəsizdir. Bu isə o deməkdir ki, ölkəmizdə publisistika və sənədli bioqrafiya janrının usta təmsilçisi kimi müəllif bu əsərin yaradılması zamanı apardığı gərgin tədqiqatı, arxiv materiallardan istifadə bacarığı, təhlil qabiliyyəti ilə öz vəzifəsini uğurla yetirmiş, bu işıqlı şəxsiyyətin - Əziz Əliyevin xatirəsinin əbədiləşdirilməsinə öz qiymətli töhfəsini vermişdir.

Əziz Əliyevin nurlu xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq, onun irsi isə Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl olaraq qalacaqdır. Bizim isə borcumuz odur ki, Adıgözəl Məmmədovu bu dəyərli əsərin nəşri münasibəti ilə təbrik edək və ona yeni-yeni yaradıcılıq uğurları arzulayaq.

Əliyusif Məmmədov
Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ