Cümə günü, 06 noyabr 2026
     

"Elmlər doktoru" adı ləğv olunur - ciddi arqumentlər var...

Image


Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri var. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri kəşflərlə bəşəriyyətin elmi xəzinəsinə böyük töhfələr veriblər. Elmlə məşğul olanlar müxtəlif titullara, adlara malikdir. Ancaq bu adların, dərəcələrin ,xüsysilə elmlər doktiru adının ləğv olunması uzun müddətdir ki, müzakirə olunur.

Rəsmi şəxslər, nazirlik rəsmiləri və ekspertlər bu elmi dərəcənin ləğv olunmasının tərəfdarı olduğunu deyir. Onların fikrincə, bu mərhələ Sovet elmindən bizə qalmış yadigardır: “Sovet elmi də bunu daha çox alman təhsil sistemindən götürüb. 1819-cu ildən sonra Rusiyanın bir neçə universitetində elmlər doktoru pilləsi təsdiq edilib və istifadə olunmağa başlayıb”.

İlham Əhmədov: “Alimin öz alimliyini sübut etməsi üçün onun 2-ci dəfə doktorluq dissertasiyası müdafiə etməsinə ehtiyac yoxdur”

Fəlsəfə Doktoru, dosent, təhsil eksperti İlham Əhmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Ali təhsil haqqında” qanunda bu məsələ öz əksini tapıb: “Hesab edirəm ki, elmi ictimaiyyət bu məsələyə dair müzakirələr aparmalıdır. Alimin öz alimliyini sübut etməsi üçün onun 2-ci dəfə doktorluq dissertasiyası müdafiə etməsinə ehtiyac yoxdur. O artıq ya alimdir, ya da yox. Fəlsəfə doktorluğu müdafiə edib, amma hələ alim ola bilməyənlər, 2-ci, 3-cü v.s. dəfə də dissertasiya müdafiə etsələr də, alim ola bilməyəcəklər, uzaq başı professor ola bilərlər. Yox, əgər fəlsəfə doktoru olaraq, özünü elmdə təsdiq edə bilibsə, onun da 2-ci, 3-cü v.s. dəfə də dissertasiya müdafiə etməsinə ehtiyac yoxdur, artıq hamı onu alim kimi qəbul edir. Alimin ölkə daxilində və xaricində elmi ictimaiyyət tərəindən tanınması və qəbul edilməsi üçün bəzən onun bir məruzəsi, bir ideyası, bir məqaləsi, bir kitabı da bəs edir. Necə deyərlər, el gözü tərəzidir, həmkarları, elmi cəmiyyət kimin kim olduğunu yaxşı bilir. Doktorluq müdafiəsi alimdən xeyli əlavə vaxt, enerji və digər resurslar tələb edir, xüsusən də bizdə. Amma bunun müəllifdən başqa heç kimə və heç nəyə, heç elmin inkişafına da faydası olmur. Türkiyədə, Avropada, Yaponiyada, Çində, İsraildə, ABŞ-da v.s. ölkələrdə elmlər doktoru dərəcəsi yoxdur, amma onlarda elm, alim, kəşflər, innovasiyalar, yeni texnologiyalar və nəhayət inkişaf, biliklər cəmiyyəti və bilik iqtisadiyyatı var. Bizdə fəlsəfə doktoru, elmlər doktoru, akademiklər çoxdur (10 min nəfər), amma elm, kəşf, innovasiya və yeni texnologiyalar demək olar ki, yoxdur. Elmimizin durumunu iqtisadiyyatımıza, büdcəmizə, onun strukturuna, gəlirləri və xərclərinə baxanda da görmək olar. Elmə və alimə dəyər verilməyən ölkənin iqtisadiyyatı xammal əsaslı olar, xammal tükənəndə və ya qiymətləri düşəndə büdcə boş qalar, analoqsuz tənəzzül olar. Elm tarixində kəşf müəlliflərinin 99 % elmlər doktoru olmayıblar, son 25 ilin mühüm kəşflərindən biri olan, 100 il heç kimin isbat edə bilmədiyi “Puankare hipotezasını” isbat edən Qriqiriy Perelman kimi (yeri gəlmişkən, Q.Perelman RF EA-nın və bir sıra xarici akademiyaların üzvlüyü təklifindən, həmçinin öz kəşfinə görə 1 milyon dollar mükafatdan da imtina edib).

Elmi kəşflər edənlərin arasında heç fəlsəfə doktoru olmayanlar da az deyil. Bu durum göstərir ki, hər hansı ölkədə elmin real inkişafı üçün elmlər doktoru dərəcəsi və bu adın daşıyıcılarının sayı əhəmiyyətli deyil. Əsas məsələ ölkədə elmi mühit, elmə iqtisadiyyatın tələbi, elmi tədqiqatlara sifarişlərin olması, elmin normal maliyyələşməsi, elmi qrantların olması, alimə dəyər verilməsidir. Bizdə bunların heç biri 35 ildir ki, yoxdur. Kimsə 2-3 elm sahəsi üzrə elmlər doktorluğu dissertasiyası müdafiə etsin, ya heç müdafiə etməsin, bundan da heç nə dəyişmir.

Millət vəkillərinin mandat alandan sonra, məmurların yüksək vəzifə tutmasından sonra az bir zamanda elmlər doktoru olmalarının da elmə aiddiyyatı yoxdur, amma bu ölkədə elmin hansı meyarlarla qiymətləndirilməsi və real durumunu əyani göstərir.

Biz bu fikirləri özümüz elmlər doktorluğu müdafiə etmədiyimizə görə yazmırıq. Məhz burda yazdığımız səbəblərdən vaxtı ilə doktorluq dissertasiyası yazmadıq və müdafiə etmədik, hərçənd dostlar və həmkarlar buna təkid edirdilər. İmtinaya səbəb həm də yersiz büroktratik əngəllər, süni maneələr v.s. kmmi qeyri elmi tələblər idi. Hərçənd hər mənada imkanımız olub buna. Namizədlik dissertasiyası müdafisindən sonra keçən 40 il ərzində bəlkə də 20 dəfə doktorluq dissertasiyası yaza bilərdik. Əgər ölkədə heç bir elmi mühit, elmə və alimə dəyər yoxdursa, doktorluq dissertasiyasının nə əhəmiyyəti var? Quru ada görə? Bundansa, nəzəri, praktik, tətbiqi əhəmiyyətli məqalələr yazmaqla, konkret bir sahənin problemlərini araşdırmaq, təhlil etmək, təkliflər vermək, bu sahənin inkişafına təkan vermək, müxtəlif layihələrdə iştirak etmək, beynəlxalq konfranslarda sistematik olaraq iştirak və məruzələr etmək daha yaxşıdır, əgər bu yazılanları və təklifləri oxuyub, anlayıb əməl edənlər olsa.

Cəmiyyətin elm mövzusunda müzakirələr aparması yaxşıdır. Amma bundan elmin inkişafına fayda az olacaq. Daha yaxşı olar ki, niyə ETN elmi tədqiqatlara qrantlar ayırmır, təhsil tədqiqatlarını sifariş etmir, bunu maliyyələşdirmir, "Elmin İnkişaf Fondu", "Təhsilin İnkişaf Fondu" nə ilə məşğuldur, onlardan elmin və təhsilin inkişasfına xeyir varmı, onların fəaliyyətinin səmərəsini necə artırmaq olar v.s. kimi məsələləri müzakirə edək. Bu işdə dönüş yarada bilsək, elm və təhsil cüzi də olsa inkişaf edə bilər”.

Nadir İsrafilov: “Elmi dərəcələrin nüfuzuna kölgə salmaq yox, əksinə, onları bir az da rəğbətləndirmək lazımdır”

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, təhsildə yenilik etmək, köhnəni dağıtmaq demək deyil, mövcud olanı daha da təkmiləşdirmək, yeniləmək və müasir dövrün tələblərinə uyğunlaşdırmaqdır: “Bu mənim subyektiv fikrim deyil, Təhsil sahəsində İslahat Proqramının “təhsil sahəsidə uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılması” barədə tələbidir. Azərbaycanda “elmlər doktoru mərhələsinin ləğv edilməsi”, bu mərhələnin “Sovet elmindən bizə qalmış yadigar” kimi əlaqələndirilməsi heç bir halda uzun illərdən bəri ziyalılıq etalonu hesab etdiyimiz, hörmət və ehtiram göstərdiyimiz elmi dərəcənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə bir addımın atılması heç “uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək” barədə “İslahat Proqramı”nın tələbləri ilə də uzlaşmır. Digər tərəfdən, “Sovet elmindən bizə qalmış yadigara” qarşı belə hörmətsizlik milli mentalitetimizə də baş ucalığı gətirməz axı... Onu da unutmayaq ki, “sovet elmi” başqa şeydir, “sovet sistemi” tamam başqa şey. Biz nə vaxta qədər “təhsil sistemi” ilə “siyasi sistemi” qarışıq salmaqda davam edəcəyik? Hesab edirəm ki təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək, bununla bağlı paralellər aparmaq yanlış yanaşmadır. Istəsək də, istəməsək də razılaşmalıyıq ki, istər Cümhuriyyət dövrü olsun, istərsə də sovet dönəmi, bunlar bizim çoxəsrlik tariximizin, keçdiyimiz uzun, şərəfli və keşməkeşli yolun yaddaşlarımızda iz buraxan salnaməsidir. İqtisadiyyatımızda, elm və təhsilimizdə, mədəniyyət və incəsənətimizdə dərin savada, yüksək ixtisasa malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini verib. Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”. O ki, qaldı “dünyanın heç bir yerində - normal ölkələrdə ümumiyyətlə elmlər doktoru yoxdur, bizdə var” İddiasına, bizdə də elə şeylər var ki, dünyanın heç bir normal ölkələrdə yoxdur. Bu o deməkdirmi ki, harda nə varsa bizdə də olmalıdır, yaxud bizdə olan da digərlərihdə olmalıdır? Bu sistem digər ölkələrdə də var, sadəcə olaraq, fərqli adlarla və fərqli formalarda. İkincisi, onu da nəzərə alaq ki, “Elm haqqında” Qanunda “yüksəkixtisaslı elmi kadr - fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan şəxs” kimi təsbit olunub, yəni elmi ixtisaslaşmanın və yüksək səviyyəli akademik fəaliyyətin rəmzidir. Sadəcə olaraq mövcud prosedur bir qədər sadələşdirilməli, xaricdə olduğu kimi elmi adları universitetlər verməlidir. Nə qədər ki, elmlər doktoru elmi dərəcəsini Ali Attestasiya Komissiyası verir, bu məsələyə bir daha həmin komissiya ləğv olunduqdan sonra qayıtmaq olar. Bu müddətdə isə, elmi dərəcələrin nüfuzuna kölgə salmaq yox, əksinə, onları bir az da rəğbətləndirmək lazımdır. Heç olmasa ona görə ki, bəlkə əlavə stimullaşdırma elm adamlarımızı hərəkətə gətirsin, elmimizi yerindən tərpətsin. Əks təqdirdə, sabah və ya o birisi gün “Əməkdar müəllim”, “Əməkdar elm xadimi” kimi fəxri adların da ləğv edilməsi barədə məsələ qaldırıla bilər...”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ