Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan alimlərinin beynəlxalq konfranslarda iştirakına ən böyük maneə - hətta ölkədaxili beynəlxalq konfranslarda iştirak da pulludur?

Image


Bir alimin, elm adamının ölkə elmini dünyada təbliğ etməsi, tanıtması elə də asan deyil. Çünki bunun üçün təkcə savad, bilik, insanın elmə verdiyi, vermək iqtidarında olduğu fayda kifayət etmir, bir çox halda elmi seçən insanların güclü dayağı olmalıdır, başlıcası isə maliyyə dayağı.

Bəzən giley-güzar edirik ki, Azərbaycan alimi niyə dünyada tanınmağa elə də can atmır, nə üçün bizim elm adamlarımız beynəlxalq elmi simpozium və konfranslarda ölkəmizi təmsil etməyə elə də maraq göstərmirlər. Bizim alimlər hansı səbəbdən bu kimi tədbirlərdə iştirak edib erməni alimlərinin cavabını vermirlər? Səbəbini bilmədən alimlərimizi tənqid edirik.

Alimlərlə, elmi ictimaiyyət nümayəndələri ilə söhbətlərimiz zamanı məlum olur ki, Azərbaycan alimləri xaricdə keçirilən elmi konfrans və simpoziumlarda iştirak etmək üçün mütləq mənada konfrans təşkilatçılarına pul ödəməlidirlər, çox zaman isə qiymətlər baha olduğu üçün alimlərimiz o konfranslara gedə bilmirlər. Universitetlər və elmi mərkəzlər isə əksər vaxtda maliyyə dəstəyi vermirlər ki, onlar xarici ölkələrdə keçirilən bu kimi beynəlxalq tədbirlərdə iştirak edib, ölkəmizi və əməkdaşı olduqları ali məktəbi, elmi müəssisəni təmsil etsinlər.  Bundan başqa, hətta öz ölkəmizdə keçirilən konfranslarda da yerli alimlərin pul ödədiyi bildirilir.

Alimlər qeyd edirlər ki, xarici ölkələrdə keçirilən bir konfransa getmək üçün alimdən külli miqdarda vəsait tələb olunur. Bəzən bir səfərin alimə az qala 1000 manata başa gəldiyi deyilir. Bu pulu isə əldə etmək müşkülə çevrilib, bəzi müəssisələr cüzi miqdarda alimə maddi dəstək göstərsələr də, ümumiyyətlə, bunu onların öz üzərinə atan müəssisə də az deyil.

Alimlər deyirlər ki, Türkiyə, İran və digər ölkələrdə alimlərin xərcləri işlədikləri ali məktəblər və elmi mərkəzlər tərəfindən ödənilir.

  • “Elə hallar olur ki, maliyyə problemi üzündən alimin konfransa getməsi mümkün olmur”

Filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov “Bakı-Xəbər”ə bildirdi ki, həqiqətən də xaricdə keçirilən elmi konfrans və simpoziumlarda alimlərin iştirakı ödənişlidir. R.Heydərovun sözlərinə görə, beynəlxalq konfranslar, adətən, müxtəlif formalarda təşkil olunur və konfransın ödənişli olub-olmaması onu keçirən təşkilatdan asılıdır: “Ümumiyyətlə, elmi konfranslar müxtəlif formalı olur. Elə təşkilatçı var, konfransı ödənişli edir, eləsi var, tam ödənişsiz edir, eləsi də var, deyir ki, yol xərcini özünüz ödəyin, qalan xərcləri biz qarşılayacağıq. Belə şeylər olur. Bizdə də belədir ki, elmi konfransa gedən alimlərin iştirak xərcini işlədikləri müəssisələrin bəziləri tam, bəziləri yarısını ödəyir, eləsi var, yalnız yol xərcini ödəyir”.

Konfransların pullu olması və bir sıra hallarda ödənişin alimin üzərinə düşməsi alimlərimizin konfranslara getməsinə, ölkəmizi təmsil etməsinə mane olur. “Elə hallar olur ki, maliyyə problemi üzündən alimin konfransa getməsi mümkün olmur. Bəzən müəssisə iki adam göndərməli olduğu halda, birini göndərir, o biri gedə bilmir. Alimlərin istəyinə qalsa, ildə 5-6 konfransa getmək istəyərlər, amma onların hamısına getmək üçün maddi imkanları çatmır”.

Bizim universitetlərin çoxunun alimlərin konfranslarda iştirakını maliyyələşdirməməsinə gəlincə, R.Heydərov bildirdi ki, ali təhsil müəssisələrinin bu məsələyə yanaşması eyni deyil. “Bu, universitetdən asılıdır. Elə universitet var ki, ödənişi tam edir, eləsi var, yarısını ödəyir, eləsi də var, heç ödəmir. Əslində, alimlərin konfranslara gedib iştirak etməsi maliyyələşdirilməlidir, çünki o həm ölkəni, həm də universiteti təmsil edir. Alimin maaşı xarici ölkələrdəki kimi çox yüksək deyil ki, biz özümüz ildə bir neçə elmi konfransa gedə bilək. Bizdə alimin o imkanı yoxdur ki, gedib konfransları gəzsin. Normalda o xərclər ödənilməlidir. Universitetlərin özlərində elə adamlar var ki, ildə beş-altı konfransa gedir, eləsi də var, gedə bilmir”.

Eyni adamların xaricdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmək xərclərinin universitet tərəfindən ödənilməsi digər alimlərə qarşı ayrıseçkilik olub-olmadığına gəlincə, R.Heydərov qeyd etdi ki, bu, universitetin öz əməkdaşına verdiyi dəyərin nəticəsidir.

Azərbaycanda keçirilən konfranslarda yerli alimlərin də pul ödəməsinə gəlincə, R.Heydərov dedi ki, elə konfrans var, ödənişsizdir, elə konfrans da var, ödənişlidir. “Bizim ölkədə də keçirilən elə konfranslar var ki, ödənişlidir, digərləri pulsuzdur. Bu, təşkilatçılardan asılı məsələdir. Bizdə elə konfranslar keçirilir ki, əvvəlcədən alimə “sənin iştirakın bu qədərdir” deyilir, digər konfranslar da pulsuz olur. Bütün hallarda, konfranslarda iştirak etmək üçün alim pul ödəməlidir. Elə tədbir var ki, onu universitet, yaxud hansısa bir təşkilat təşkil edir, ona maliyyə vəsaiti ayrılır, bu halda, konfransda iştirak ödənişsiz olur. Amma elə tədbirlər olur ki, onu bir şəxsin özü təşkil edir və orada da iştirak üçün pul tələb edilir”.

Gördüyünüz kimi, hər şey alimin ziyanınadır, buna baxmayaraq, heç bir elmi müəssisə öz əməkdaşına dayaq durmaq istəmir. Bir sıra ekspertlər isə hesab edirlər ki, ali təhsil haqqında qanunun, eləcə də elm haqqında qanunvericiliyin işləkliyi tam təmin olunarsa, elmi müəssisələr öz məsuliyyətini anlayar və alimini xarici ölkələrə göndərər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ