Cümə axşamı günü, 12 noyabr 2026
     

Dilçilik İnstitutunda 2 milyon manat mənimsəmə?...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ayrı-ayrı elmi-tədqiqat institutlarında baş verən proseslər heç də ürəkaçan deyil. Azərbaycan elminin başında duran AMEA-nın institutlarının fəaliyyəti ilə bağlı yayılan məlumatlarda qeyd edilir ki, bir çox institutda maliyyə yeyintisi, korrupsiya cinayətləri baş verib.

 

Bu günlərdə AMEA-nın Fizika İnstitutunda bu kimi halların baş verdiyi aşkarlanıb və yanvarın 8-də Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.

AMEA-nın rəsmi məlumatında qeyd edilib ki, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.  Nəticədə isə sözügedən institutun bütün rəhbər heyəti vəzifəsindən azad edilib. Onlar barəsində müvafiq maddələrlə cinayət işinin başlanıb-başlanmadığı haqda bir söz deyə bilmərik. Amma fakt budur ki, sözügedən qurumda maliyyə pozuntuları və mənimsəmələri aşkarlanıb.

  • “Prezidentin Ehtiyat Fondundan 2012-ci ildə AMEA-nın Dilçilik İnstitutuna 2 milyon manat ayrılmışdı, bu pul hara xərclənib?”

Fizika İnstitutunda baş verənlər digər elmi-tədqiqat institutlarında maliyyə yeyintilərinin, korrupsiya hallarının mövcud olduğu barədə iddiaları gündəmə gətirib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna qarşı da analoji fikirlər səsləndirilməyə başlayıb. Belə ki, Dilçilik İnstitutunun nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun sözlərinə görə, bu institutda da maliyyə mənimsəməsi faktları var və burada dövlətin 2 milyon vəsaiti mənimsənilib.

İ.Abbasov özünün “Facebook” hesabında “Dlçilik İnstitutuna ayrılan 2 000 000 (iki milyon) manatın taleyi araşdırılacaqmı?” - deyə yazır.

İ.Abbasovun sözlərinə görə, 2012-ci ildə Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam verib. Sərəncamın icrası üçün isə Prezidentin Ehtiyat Fondundan Dilçilik İnstitutuna 2 milyon manat vəsait ayrıldığını, lakin bu vəsaitin aidiyyəti üzrə xərclənmədiyini, dövlətin vəsaitinin havaya xərcləndiyini deyən İ.Abbasovun sözlərinə görə, dövlət əhəmiyyətli əsərlərin çapına 1 manat da olsun vəsait ayrılmayıb: “Məlum olduğu kimi, Prezident İlham Əliyev 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam verib. Monoqrafik əsərlərin hazırlanması, eyni zamanda, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanan əlyazmaların hazırlanaraq nəşr edilməsi, bir sözlə, ana dilimizin inkişafı üçün Prezidentin Ehtiyat Fondundan 2012-ci ildə AMEA-nın Dilçilik İnstitutuna 2 milyon manat ayrılmışdı, sual olunur, bu pul hara xərclənib? 2012-ci ildə sərəncam verilib və sərəncamın icrası üçün vəsait ayrılıb, əsas məsələ bu vəsitin uyğun olaraq xərclənib-xərclənməməsinin araşdırılmasıdır. Bu vəsaitin hara xərcləndiyinin hesabatı verilməyib. Məlumatıma görə, bu vəsaitlə instituta maqnitafon, ucuz kompyuter alıblar və onları baha qiymətə sənədləşdiriblər. Dilçilik İnstitutuna ayrılan 2 milyon manat aidiyyəti üzrə xərclənməyib. Bu vəsaitin xərclənməsi ilə bağlı ortada böyük şübhələr var. Şübhələr ona görə yaranıb ki, institutda ortada bir iş yoxdur. Məsələn, Dilçilik İnstitutu hansı qədim abidələrin araşdırlmasına, çapına vəsait ayırıb? İnstututda əsas iki möhtəşəm iş görülüb, onların da heç birinə vəsait ayrılmayıb. Onlardan biri Mirzə Kazım bəyin 180 il əvvəl yazdığı “Türk tatar dilinin qrammatikası” və 400 il bundan qabaq yazılan, Vatikan kitabxanasında saxlanan “Azərbaycan dilinin orijinal qrammatikası”dır. “Azərbaycan dilinin orijinal qrammatikası” ilə bağlı işi 2020-ci ildə iki nəfərlə  görmüşük. Amma buna Akademiyada biganə yanaşılıb, sanki heç nə olmayıb. Yəni əsaslı, fundamental elmi əsərlərin çapına heç bir vəsait ayrılmayıb. Belə hesab edirəm ki, dövlət büdcəsindən ayrılan pullar boşuna sərf olunub, boşuna da sərf olunmaqdadır. Bundan başqa, dövlət fondlarından alınan qrantların hesabına hansı işlər görülüb? Bu da ortada yoxdur. Ortaya qoyduqları işlər də plagiat çıxır”.

İ.Abbasov hesab edir ki, Dilçilik İnstitutunda fəaliyyət göstərən elmi şuranın da fəaliyyətində kifayət qədər nöqsan var. “Bunun adını “elmi şura” qoyublar. Bəs bu “elmi şura”nın funksiyası nədən ibarətdir? Mən belə görürəm ki, “elmi şura” ayrılan vəsaitlərin yeyilməsində bir təsdiqləyici və dəstəkləyici rol oynayıb. Belə çıxır ki, bu şura plagiat əsərlərin çapına səs verib. Sizə bir fakt deyim. Pietro della Vallenin əsəri yalnız bizim şöbənin daxilində hazırlandı və üzə çıxarıdı. Mən bu işi institutun elmi şurasına qoymadım. Ona görə ki, bu şura etibarsızdır, artıq o öz etibarını itirib. İnstitutun “elmi şura”sı özünü buraxmalıdır. Əgər bir azca etik hərəkət etmək istəyirsə, şura özünü buraxmalıdır. Bu qədər dövlət vəsaitinin səmərəsiz xərclənməsində “elmi şura”nın da böyük “rolu” var. Bir “elmi şura” saxta əsərə “hə” deyib, dövlət büdcəsindən pul mənimsənilməsi ilə razılaşırsa, o elmi şura çoxdan ləğv olunmalıdır. Amma təəssüf ki, bu gün də var və öz işini davam etdirir. Burada həm də bu institutda işləməyən müxtəlif şəxslər də saxlayırlar ki, məsələn, onlardan istifadə edilsin, düz söz danışan əməkdaşın üstünə qaldırılsın, onu susdursunlar. Bu adamların bəzi media orqanları ilə ciddi əlaqələri var, onların vasitəsilə də öz çirkin niyyətlərini həyata keçirirlər. Əslinə qalanda, böyük islahatlar lazımdır. Oradakı akademiklər, professorlar, vəzifəli elm adamları bu məsələnin qarşısını almaq üçün heç nə etmirlər. Bu kosmetik dəyişikliklərlə, yaxud “nəlbəkidə fırtına qoparmaqla”    bu dəhşətli problemləri həll etmək mümkün deyil. Vəziyyət təsəvvür etdiyinizdən də çox ağırdır”.

İ.Abbasov hesab edir ki, Fizika İnstitutunda aparılan araşdırma digər elmi-tədqiqat institutlarında da tətbiq edilməlidir: “Bütün institutlarda bu cür araşdırmalar, yoxlamalar aparılmalıdır. İlk növbədə, bu, Dilçilik İnstitutunu mütləq əhatə etməlidir. İndi 2 milyon deyirik. Bu 2 milyon rəsmi sənəddə göstərilən və təyinatı müəyyənləşdirilən bir rəqəmdir. Biz bunu deyə bilirik və gözümüzlə görürük ki, bu vəsait aidiyyəti üzrə xərclənməyib. Dövlət əhəmiyyətli əsərlərin çapına vəsait yoxdur. Təsəvvür edin ki, bizim dövlətimizə - Səfəvilər dövrünə aid olan ana dilimizin orijinal qrammatikası ilk dəfə olaraq nəşr olunacaq. Bu bizim dilçiliyimizdə böyük bir hadisədir. Onun nəşrinə vəsait tapmayan Dilçilik İnstitutu artıq öz funksiyasını itirmiş hesab olunur. Qrantları hələ demirəm. O qrantlar alınırsa, haradan alınır? Dövlət mülkiyyətinə, dövlət vəsaitinə çox düşmən münasibət bəslənir, alim münasibəti bəslənilmir. Mən orada alim yanaşması görmürəm, alim belə ola bilməz. Real alim o vəsaitin hər qəpiyinin qədir-qiymətini bilər. Burada isə tamamilə başqa bir mənzərə, başqa bir gerçəklikdir. Ona görə də hesab edirəm ki, Dilçilik İnstitutunun son 7-10 ildəki fəaliyyəti araşdırılmalıdır. Belə olmasa, bizi daha ağır problemlər gözləyir, tam uçuruma doğru gedirik.

Mənə belə məlumat çatıb, çıxışlarımdan oradakı dairələr çox narahatdır və mənimlə bağlı çox acıqlıdırlar, qəzəblidirlər ki, nə üçün bu sirləri açıram, ictimaiyyətə çatdırıram. Təbii ki, bu, əvvəlki illərdə də belə idi, elə də davam edir. Çox təəssüf edirəm. 2 min manat titul maaşı alırlar, amma bunlar belə işlərlə məşğul olurlar. Onlar belə işləməməli idilər, dövlət büdcəsini, dövlət maraqlarını göz bəbəyi kimi qorumalı idilər. Amma çox təəssüf ki, biz bunun tam əksinin baş verdiyini görürük”.

Qarşı tərəfin də mövqeyini çap edə bilərik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:41
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ