çərşənbə günü, 26 avqust 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Naxçıvan xanlığının ikirəngli bayrağı və digər xanlıqların bayraqlarından ən böyük fərqi...
Tarix: 01.04.2016 / 02:10
Bölmə: Siyasət
Azərbaycanın tarixi dövlətçilik atributlarının öyrənilməsi və tədqiqi dövlətçilik tariximizin dərin tarixi köklərə malik olduğunun əsas subutlarındandır. Bu istiqamətdə dövlətimiz tərəfindən çox mühüm və əhəmiyyətli addımlar atılmışdır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 13 mart 1998-ci il tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının tədqiqi və təbliğinin gücləndirilməsi haqqında" xüsusi sərəncamında dövlətçilik atributlarının və tarixi ənənələrinin öyrənilməsi tələb olunurdu.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli sərəncamı ilə Bakı şəhərində "Dövlət Bayrağı Meydanı"nın yaradılması və 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə "Dövlət Bayrağı Günü"nün təsis edilməsi barədə Sərəncamların məhz 17 noyabr tarixində imzalanması simvolik əhəmiyyət kəsb edir. Səbəbi 1990-ci il 17 noyabr tarixində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü nəticəsində üçrəngli Azərbaycan bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi statusunu almasıdır. Dövlət başçısının yuxarıda qeyd olunan sərəncamları dövlətdə vətənpərliyin, Azərbaycançılıq məfkurəsinin və dövlətçilik ənənələrinin təbliğinin, dövlət atributlarına ehtiram hissinin gücləndirilməsinə istiqamətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ" İNKİŞAF KONSEPSİYASININ 10-cu maddəsinin "Mədəni irsin qorunması və səmərəli idarə edilməsi" bəndində deyilir: "...dünya muzeylərində saxlanan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması da diqqət mərkəzində olacaqdır". Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və təbliği istiqamətində görülən işlər sırasında ən mühüm yerlərdən birini, Azərbaycanın tarixi dövlətçilik ənənələrinin, Azərbaycançılığın tarixi köklərə əsəslanaraq inkişaf etməsini bildirən tarixi dövlət atributlarının öyrənilməsi sahəsində elmi-tədqiqat işlərinin aparılması tutur.
Bu istiqamətdə, 2010-cu ildə nəşr edilmiş "Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi" monoqrafiyamı qeyd etmək istəyirəm. Sözügedən elmi əsərdə Azərbaycan xanlıqlarının ölkəmizdə olmayan bayraqlarının aşkar edilməsi istiqamətində elmi tədqiqatların aparılması zəruriyyəti məsələsi öz əksini tapmişdir. Elmi tədqiqatın "Xanlıqlar dövlət qurumları kimi. Xanlıqların dövlətçilik atributları" adlı fəslində, Azərbaycan xanlıqları öz dövlətçilik atributlarına və hakimiyyət rəmzlərinə malik dövlət qurumları kimi göstərilir. Xanlıqlar öz dövrünün dövlət qurumlarına - dövlətlərinə aid etməyə imkan verən bütün təyinedici xüsusiyyətlərə və elementlərə malik olmuşdular. Belə ki, xanlıqlar dövlət üçün mütləq olan elementlərə malik idilər: siyasi hakimiyyət (siyasi idarəetmə forması və dövlət institututları); dövlət ərazisi (müəyyən olunmuş dövlət institututları fəaliyyət göstərən və dövlətin qanunları işləyən sərhədlər çərçivəsi); iqtisadi potensial (o cümlədən, özünün valyutasına malik olmaq hüququ); silahlı qüvvələr; əhalinin etnik tərkibi (xanlıqlarda dominant etnos - türk-azərilər); dil (əsas dil- Azərbaycan (türk) dili); ideologiya - islam; dövlətçilik atributları və hakimiyyət rəmzləri. Azərbaycan xanlıqlarının aşağıdakı dövlətçilik atributlarından bəhs edilir: taxt, tac, şeşpər, möhür, bayraq (sancaq, ştandart), silah (fəxri parad), sikkələr. Titulların və beynəlxalq münasibətlərdə xanlara müraciət formalarının araşdırılması sübut edir ki, xanlıqlar özlərini - "ali nəsilli" və ya- "ali", xanın oğulları isə özlərini "ali şah" - "yüksək dərəcəli" adlandırırdılar. Beynəlxalq yazışmada xanlara "yüksək dərəcəli", "yüksək dərəcəli xan", "yüksək dərəcəli və çox hörmətli xan" deyə müraciət edirdilər. Ali hakim obrazı hökmdarın şəxsiyyəti və onun hakimiyyət rəmzləri vasitəsilə formalaşırdı. Bu dövrdə xanlıqların dövlətçilik atributları, xanlığın dövlət rəmzlərindən və xanın hakimiyyət atributlarından ibarət idi: 1. Taxt; 2. Tac; 3. Şeşpər; 4. Möhür; 5. Silah (qılınc); 6. Sikkə; 7. Bayraq, ştandart, buncuq və tuğ. Yazılı və illüstrativ mənbələrin təhlili, əldə olunmuş nəticələrin muzey materialları ilə tutuşdurulması xanlıqların dövlət rəmzlərini araşdırmağa imkan verir.
Elmi araşdırma Hakimiyyətin zahiri tərtibatına və dövlətçiliyin zahiri təzahürünə həsr olunub. Bayraq rəmzi, tarixi və heraldik anlayışlardan biri kimi dövlətçiliyin mühüm atributlarından olmasını təsdiq edir.
Şimali Azərbaycan xanlıqları ləğv edildikdən sonra onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilmişdir. Qafqazdan gələn bayraqlar Sarskoselskiy saray arsenalına təhvil verilmişdi. 1906-cı ilin mart ayında bayraqların bir hissəsi (Cavad xanın ştandartı və Gəncə xanliğının bayraqları, Bakı xanlığının 1 bayrağı, Nuxa (Şəki) xanlığının 6 bayrağı, İrəvan uğrunda döyüşdə götürülən 2 bayraq, Lənkəran xanlığına hücum zamanı götürülən 2 bayraq Tiflisə Qafqaz Hərbi Tarix Muzeyinə (QHTM) göndərilmişdi. Rusiyaya döyüşsüz birləşən xanlıqların (Qarabağ, Naxçıvan, Şirvan və b.) bayraqları isə QHTM-nə Tiflisə göndərilməmişdir. Azərbaycanın dövlətçilik tarixinin əsas atributlarından olan, dövlətçilik ənənərinin əyani təcəssüm etdirən, Azərbaycan xanlıqlarının xarici muzeylərdə saxlanılan bayraqlarının aşkar edilməsi istiqamətində elmi tədqiqatlarımın 2015-ci ildə çox böyük uğurla nəticələnmişdir.
Əldə etdiyim elmi nəticələrlə kifayyətlənməyərək, bu sahədə tədqiqatlarımı davam etdirmək məqsədi ilə ikinci dəfə Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə 2015-ci ilin dekabr ayının 15-dən 30-dək elmi ezamiyyətdə oldum. İkinci elmi ezamiyyətim dövründə Rusiya Federasiyasının bayraq fondları və arxivlərində tədqiqatlarımın nəticəsi olaraq "Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi"nin bayraq fondunda Azərbaycanın Naxcıvan xanlığına məxsus, bu günə kimi məlum olmayan sayca üçüncü bayraq tərəfimdən aşkar edildi.
Tərəfimdən aşkar olunmuş bayraqlar Azərbaycanın dövlətçilik ənənələrinin, rəmzlərinin tarixi köklərinin əyani sübutudur! Bu istiqamətdə elmi tədqiqatların aparılması, həmçinin Naxçıvan xanlığının bayrağının aşkar edilməsi zəruriyyəti 2010-cu ildə nəşr olunmuş "Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi" adlı manoqrafiyamda qeyd edilmişdir. Qeyd etmək istərdim ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində birinci elmi ezamiyyət dövründə aşkar etdiyim Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının hazırlanmış mulyajlarının 16 noyabr 2015-ci ildə təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov aşkar edilmiş bayraqların tarixi əhəmiyyətini qeyd etmiş, mənim Naxçıvan xanlığının bayraqlarının öyrənilməsi istiqamətində elmi fəalliyyətimi və əməkdaşlığımı yüksək səviyyədə qiymətləndirərək "Naxçıvan Muxtar Respublikasının 90 illiyi" yubiley qızıl medalı ilə təltif edildim. RF Sankt-Peterburq şəhərindəki muzeylərdə apardığım elmi tədqiqatlarım nəticəsində aşkar etdiyim Naxçıvan xanlığının sayca üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zaman general İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür və Muzeyin fondunda "XVIII-XIX əsr müsəlman bayrağı" kimi saxlanılır. Aşkar olunmuş Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formada eni 92 sm, uzunluğu 192 sm-dir. Bayraq bir-birinə üfüqi şəkildə tikilmiş solğun yaşıl və qırmızı parçalardan ibarətdir. Bayrağın yaşıl hissəsində simvolik günəş formasında qırmızı parçadan səkkiz güşəli ulduz tikilib. Bayrağ qumaşının çoxsaylı zədələrindən aydın olur ki, sözügedən bayraq döyüşlərdə istifadə edilib. Bayrağı dəqiqliklə tədqiq etdikdə görünür ki, üzərində zədələnmiş hissələr bərpa edilərək, tikilərək, bir neçə yerdən yamanıb. Bayrağın üzərindəki ulduzun bir hissəsi zədəli olduğundan, bərpa edildikdən sonra ulduz yeddigüşəli qalıb. Bayrağın sol tərəfində şaquli olaraq bayraq torbacığı tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının dəmirdən düzəldilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb. Bayrağın üzərindəki rənglər, istifadə edən xalqın tarixi ənənələrini əks etdirir. Yaşıl rəngin çox mənaları var, islamçılıqla yanaşı - bolluq, həyat sevgisi, inam, sevinc, ümid, azadlığı ifadə edir. Qırmızı rəngin isə, müasirliklə yanaşı, digər mənaları da olub; - məhəbbət, yüksək məqsədlər, qəzəb, igidlik, cəsurluq, düşmənin axan qanını ifadə edib.
Naxçıvan xanlığının Dövlət bayrağının üzərindəki səkkizguşəli ulduz və aypara kompozisiyasının əks edilməsi və xanlığın üçüncü bayrağının qırmızı və yaşıl rəngli olması, üzərində səkkizguşəli ulduz rəmzinin təsviri subut edir ki, Azərbaycan Respublikasının dövlət bayrağındakı rəmzlər və rənglər, 1918-ci ildə Azərbaycan Xalq Cumhüriyyətindən də qabaq, Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilib və azərbaycançılığı, milli məfkurəni, dövlətçilik ənənələrini əks etdirən mühüm amil olmuşdur. Azərbaycan xanlıqlarının bayraqlarını müqayisə edərkən, üzərlərindəki yazıların və rəmzlərin təhlili nəticəsində müəyyən olunur ki, Naxçıvan xanlığının bayraqlarından başqa, heç bir xanlığın bayrağının üzərində xanlıqlara mənsubluğunu bildirən rəmz istifadə olunmayıb. Səkkizgüşəli ulduz Azərbaycan ərazisində qədim dövrlərdən istifadə edilmiş və müqəddəs hesab olunmuşdur. Azərbaycanda qədim zamanlardan ulduz əbədilik rəmzi kimi istifadə edilib. Daha da erkən dövrdə yüksək məqsədlər və arzular rəmzi idi. Ulduz istiqamət və xoşbəxtçilik emblemidir. Bayarqların üzərindəki rəmz və emblemlər ya keçmişi, yaxud da xalqın işıqlı gələcəyə, yüksək məqsədlərə olan meylini bildirir. Hər halda, hər bir bayraq, ulduzların, xətlərin və başqa simvolların müəmmalı dili ilə, öz xalqının müqəddəratını bildirir. Aşkar edilmiş Naxçıvan xanlığının üç bayrağı özündə xanlığın siyasi-ideoloji və dini dəyərlərini əks etdirir. Bayraqların təsvirlərini təhlil edərkən belə qənaətə gəlirəm ki, təqdim olunan Naxçıvan xanlığının üç bayrağının tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi mədəni ənənələrini əks etdirir. Naxçıvan xanlığının bayraqlarının elmi tədqiqatının nəticəsi göstərir ki, Naxçıvan xanlığının bayraqları tarixi dövlətçilik ənənələrinə və tarixi rəmzlərinə əsaslanaraq tərtib edilmişdir. Belə ki, Naxçıvan xanlığı ideoloji baxımdan möhkəm, tarixi ənənələrə, köklərə bağlı dövlət qurumu kimi fəaliyyət göstərib. Azərbaycanın tarixi bayraqlarının öyrənilməsi və nəticələrinin təbliği göstərir ki, Azərbaycan dərin dövlətcilik ənənələrinə malik olmuşdur. Gələcəkdə bu istiqamətdə daha çox elmi tədqiqatların aparılması zəruridir. Azərbaycanın tarixi bayraqlarının axtarılmasını və elmi tədqiqatların nəticələri barədə ictimaiyyətə mütamadi olaraq məlumat verilməlidir. Bu sahədə elmi tədqiqatların nəticələrinin təbliği vətəndaşlar, xüsusən gənclər arasında vətənpərvərlik hissinin güclənməsinə, Azərbaycan barədə doğru olmayan məlumatlar yayanlara qarşı mübarizəyə və Azərbaycanın qədim dövlətçilik ənənlərinin təbliğinə xidmət edəcəkdir. Qarabağ, Şirvan, Quba və digər xanlıqların bayraqlarının axtarışı və müəyyən edilməsi istiqamətində tərəfimdən araşdırmalar davam etdirilir.
Pərvin Gözəlov,
bayraqşünaslıq və geraldika üzrə mütəxəssis,
tarix üzrə fəlsəfə doktoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən
Tarix: 26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...
Tarix: 26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
- FOTO
Tarix: 26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...
Tarix: 26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu
- FOTO
Tarix: 26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
- FOTO
Tarix: 26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi
Tarix: 26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə -
Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...
Tarix: 26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...
Tarix: 26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu
Tarix: 26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...
Tarix: 26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır
Tarix: 24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...
Tarix: 20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...
SON XƏBƏRLƏR
26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi
– bu nə deməkdir?..
26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən
26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...
26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
- FOTO
26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...
26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu
- FOTO
26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi...
Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...
26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
- FOTO
26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi
26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır
26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə -
Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...
26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...
26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu
- Rizvan Qarabağlı yazır...
26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı -
Əliyevin mesajına cavab gəldi...
26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu
26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...
26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək”
- Alen Simonyan
26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi
– gedin Qərblə oynayın...
26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu
- Birinin 16, digərinin 58 yaşı var...
26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...
26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə
- milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…
26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi
– gizli yolla ABŞ-dan çıxarıldı...
26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi
26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?”
- Duma sədri Ermənistana səsləndi…
26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…
26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…
26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi
26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi
- İDDİA...
26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi
– minaların yerini bizdən başqa heç kim bilmir…
26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı
26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama
- müharibədən qaçan ruslara qapılarını açdılar…
26.08.2026 / 09:58
Binəqədidə yanğın
- bir nəfər öldü...
26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı
26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi -
açıq qalan suallar var…
26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları -
Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi
26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi -
ağırlaşdırılmış ömürlük həbs…
26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı
26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı
26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu…
Müəmma…
26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi -
musiqiçi Parton üçün
26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı
25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər
- dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…
25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi
– “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…
25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı
25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...
25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi
25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi
25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”...
Yeni mülahizə...
25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...
25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...
25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq
- Paşinyan...
25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...
25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi
25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib...
Böyük siyahı...
25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir
- Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...
25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı
25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı -
Duz Gölündə ultra-trail macərası
25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq -
xəbərdarlıq və hədə zəngi...
25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur…
Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…
25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi
– biri həbs edildi, digərinə cinayət iş açıldı…
25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...
25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir
- FƏRMAN
25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...
25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
- SƏRƏNCAM
25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi
25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü -
qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...
25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi -
Türkiyə bu bəyanatı cavabsız buraxdı...
25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…
25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...
25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi
25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...
25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...
25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır -
biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...
25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...
25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi
- əlaqələri kəsin…
25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...
25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…
25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...
25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...
25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər –
qərar verildi...
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...
Populyar xəbərlər
Tarix: 05.08.2026 / 20:40
SEPAH Trampı gözləmədən qabaqlayıcı zərbələr vurmağı nəzərdən keçirir...
Tarix: 29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir...
Bəlkə məqsəd elə budur...
Tarix: 07.08.2026 / 22:55
SDU rektorundan Sumqayıtlı abituriyentlərə çağırış
Tarix: 08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri
Tarix: 12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri
- Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...
XƏBƏR ARXİVİ