Cümə günü, 23 oktyabr 2026
     

Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

Image


Cənubi Qafqaz regionunda de-fakto sülh var. Bunu Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib:

“Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsiplər və hətta bu sənədin mətni də Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğu, nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür”.

Eyni zamanda o, Bakı və İrəvan arasında sülh müqaviləsi mətni üzrə işin yekunlaşdığını xatırladıb: “Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq”. Onun fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb: “Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”. Bununla yanaşı, prezidentin köməkçisi qeyd edib ki, regionda yaranmış yeni reallıq legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdən ibarətdir: “Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb. Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir”. Bu arada Cənubi Qafqazda yaranan bu sülh imkanları Ermənistanın mövqeyi üzündən hələ də müəyyən qədər təhdid altındadır. Beynəlxalq ictimaiyyətin sülh müqaviləsinin imzalanması ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, iki ölkə arsında barış məhz Ermənistan üzündən ləngiyir. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ilkin şərtlərin hamıya bəlli olduğunu bildirir: Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və Qarabağ münaqişəsinin həlli üçün onilliklər ərzində çalışmış, amma heç bir nəticəyə nail olmamış ATƏT-in Minsk qrupunun buraxılması. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə yenidən bu mövzuya toxunaaraq bildirib: “Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradan Ermənistan Konstitusiyasına düzəlişlər sülhün bərqərar olması üçün əsas şərtdir və Azərbaycanın bunu qanuni tələb etmək hüququ var”. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ermənistanın gerbinə də toxunub: “Hətta Ermənistan Konstitusiyasının 21-ci maddəsində qeyd olunan gerb də Ermənistanın qonşularına qarşı ərazi iddialarını əks etdirir”.

Məsələ ilə bağlı erməni politoloq Tiqran Qriqoryan qeyd edir ki, Azərbaycanın konstitusiya ilə bağlı narahatlığı aradan qalxmayaan kimi sülh çətin olacaq: “Bu, onu göstərir ki, xoş xəbər gözləyə biləcəyimiz bütün bəyanatlar əsassızdır. Başqa sözlə, Bakı konstitusiyaya dəyişiklik məsələsində israr etməkdə davam edir”. Tiqran Qriqoryan isə gerb məsələsinin başqa bir ilkin şərt ola biləcəyini düşünmür: “Hesab edirəm ki, gerblə bağlı şərh Ermənistanın qonşularına qarşı müəyyən ərazi iddialarının olduğunu göstərmək üçün istifadə olunub. Bunun indiki mərhələdə ciddi ilkin şərt olacağını düşünmürəm”. Düzdür, Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsinin hazırlanması prosesinə başlayıb və hazırda mətn üzərində işləyir. İndiyə qədər verilən açıqlamalara baxsaq, gələn ilə qədər yeni ana qanun hazır olmayacaq. Tiqran Qriqoryan hesab edir ki, o vaxta qədər sülh sənədinin imzalanması mümkün deyil: “Sülh müqaviləsinin mətni razılaşdırıldıqdan sonra məlum oldu ki, bizim minimum müddət 2026, bəlkə də 2027-ci ildir. Ermənistan istəsə belə, Konstitusiyaya dəyişiklikləri daha tez edə bilməz, ona görə də hər hansı sülh sənədinin 2026-cı ilə qədər imzalanacağını gözləmək çətindir”. Bu arada xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyada səfərdə olarkən Türkiyə lideri Rəcəb Ərdoğanla bir neçə kəlmə danışıb və Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Əliyev-Paşinyan söhbətindən sonra İrəvan xəbər verib ki, onlar mövcud vəziyyəti müzakirə ediblər və sülh müqaviləsinin imzalanması istiqamətində prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Tiqran Qriqoryan bu xüsusda bildirir: “Paşinyanla Əliyev arasında görüşü danışıqlar adlandırmaq çətindir; gördüyümüz kimi, onlar çox qeyri-rəsmi şəraitdə baş verən və nəticə verməyəcək təmaslar idi”. Amma Ermənistanın ikinci prezidenti Robert Köçəryan Nikol Paşinyanın Albaniyada keçirdiyi görüşlərin kadrlarını təhlil edərək belə qənaətə gəlib ki, hökumət başçısı ilə Türkiyə və Azərbaycan liderləri arasında “ağa-qul” münasibəti yaranıb. Köçəryan bu barədə erməni mətbuatına müsahibəsində bildirib: “Paşinyanın bədən dili düşdüyü vəziyyəti göstərir. O özünü bu iki şəxsə tabe və asılı hiss edir. Onun bədən dili onu deməyə əsas verir ki, o, ölkəni yaxşı heç nəyə aparmayacaq”. Ermənistanın keçmiş prezidenti həmçinin hesab edir ki, səfəri zamanı Paşinyan Azərbaycana “yalvarıb”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ