şənbə günü, 22 avqust 2026
     

Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

Image


Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (Rus Evi) ətrafında yaranmış vəziyyət Rusiya və Azərbaycan prezidentləri arasında təmaslar baş tutduqda müzakirə oluna bilər. Bu ehtimalı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə səsləndirib: 

"Biz buna təəssüf edirik. Hesab edirik ki, bu anlaşılmazlıqdır və ikitərəfli təmaslarla həll oluna bilər. Əlbəttə, biz bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, istisna etmirik ki, bu məsələ iki dövlət başçısı arasında dialoqda müzakirə oluna bilər". 

Azərbaycan Xarici İşlər Nazirliyi "Rus Evi"nin  Bakıda qeydiyyata alınması tələbi ilə Rusiya tərəfinə nota göndərib.  Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın "Rossotrudniçestvo" agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı bu fonda bildirib: "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib". O qeyd edib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir: "Azərbaycan tərəfinin ölkəmizdə "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir".  "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov "Rossiya 24"" telekanalının efirində bildirib: "Notada deyilir ki, bizim nümayəndəliyimiz, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir". Daha öncə Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazirlik bildirir ki, görüş zamanı Rusiya mətbuatında, eləcə də bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, onları hədəf alan yazıların dərc olunmasının anlaşılmazlıq yaratdığı, iki ölkə arasında 3 il əvvəl imzalanan "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb: "AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiyadan gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə mövzu ilə bağlı bildirib ki, "Rus Evi"nin Azərbaycandakı fəaliyyətinə xitam verməyə çoxdan ehtiyac var idi: "Bu təşkilat Azərbaycanda bizim dövlət maraqlarına zidd fəaliyyət göstərirdi. Azərbaycan buna bənzər qərarı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə də həyata keçirib". Deputatın sözlərinə görə, Azərbaycanın kifayət qədər özünün imkanları var ki, hansısa ölkələrlə əməkdaşlığı özü təmin etsin: "Məncə, "Rossotrudniçestvo"nun xarici kəşfiyyat idarəsi kimi Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur". Bu məsələnin iki dövlət arasında münasibətlərə təsiri məsələsinə gəldikdə isə, A.Mollazadənin fikrincə, Rusiyanın Azərbaycanla bağlı hansısa imkanları azalırsa, o, bundan məmnun qalmayacaq: "Amma Azərbaycan bir sıra çoxşaxəli əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın istəyi bütün qonşularla normal əməkdaşlıq qurmaq və qarşılıqlı maraq doğuran məsələlərdə tərəfdaşlığı təmin etməkdir". Xatırladaq ki, "Rossotrudniçestvo"nun Azərbaycanda nümayəndəliyi 3 iyul 1997-ci ildə Azərbaycan ilə Rusiya arasında imzalanmış sazişə uyğun olaraq yaradılıb. Rəsmi məlumata görə, mərkəz Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Mərkəzin əsas fəaliyyət istiqamətlərinə rus mədəniyyətinin, elminin və təhsilinin təbliği, rus dilinin möhkəmləndirilməsi, həmvətənlərə dəstək, gənclərin layihələri, beynəlxalq inkişafa yardım, tarixi və xatirə tədbirləri daxildir. Mərkəz həmçinin Rusiya Hökumətinin kvotasına əsasən xarici vətəndaşlar üçün Rusiya ali məktəblərinə qəbul müsabiqəsinin birinci mərhələsinin həyata keçirilməsinə cavabdehdir. Hələlik isə ekspertlərin fikrincə, Rusiya-Azərbaycan münasibətlərində getdikcə daha da gərginləşmə tendensiyası diqqət çəkir və bunun günahkarı da Moskvadır. Faktiki olaraq Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında bu ölkənin silahlı qüvvələri tərəfindən vurulmasına baxmayaraq, Rusiya məsuliyyəti üzərinə götürmək və üzərinə düşən digər qanuni öhdəliklərini yerinə yetirmək istəmir. Bu da haqlı olaraq Azərbaycan tərəfinin israrı davam etdirməyinə gətirib çıxarır. Görünən budur ki, Rusiya tərəfi məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq istəyir. Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın görmək mümkündür. Rusiya tərəfi bununla "Malayziya Boing-2" vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır. Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey deyir. Azərbaycan bu məsələdə nəticəyə nail olmaqda israrlıdır. 

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

21.08.2026 / 06:47
Trampın əsəbiliyi İran mövzusunda məyusluqdandır - "The Washington Post"…

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 17:04
Haqq savaşımızın ölümsüzlüyə qovuşan qəhrəman oğlu – Xəyal Nuri...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ